Daşqınlar və su basması-Bu çay və hovuzlarda suyun səviyyəsinin kəskin qalxmasıdır. Bunların əsas səbəbləri qarın və buzların qüclü əriməsi, uzun arasıkəsilməz yağışlar, çayların mənbələrində tixaclarm yaranması, qəza nəticəsində hid- rotexniki tikililərin dağılır, müvəqqəti yerin quru hissəsinin su basması baş verir. Təbiətin bu hadisəsi digər təbii fəlakətlərdən onunla fərqlənir ki, çox hallarda proqnoz məlumatları almaq olur, qabaqcadan sel və daşqınların vaxtını, xüsusiyyətini və gözlənilən ölçüsü təyin olunur. Su basması nəticəsində kənd təsərrüfatı bitkiləri, heyvanlar, insanların evləri və əmlakları məhv olur, onların həyatları təhlükəyə məruz qalır, sanitar-epidimioloji vəziyyət nəzarətdən çıxır.
Sellər - daşlı-çirkli daşqınların dağlardan böyük sürətlə tökülərək öz yolunda hər şeyi məhv edir. Belə hallar dağlarda qarm və buzun kəskin əriməsi və ya arasıkəsilməz uzun müddətli yağışların yağması nəticəsində baş verir. Yığılmış dağ yamacları ilə axır, daş çınqıl və torpağı özü ilə yuyub aparır, su ilə qarışır və daşlı-çirkli axma çevrilir. MDB-də ən çox daşqın qorxusu olan ərazilər Şimalı Qafqaz, Zaqafqaziya, Orta Asiyanın və Şərqi Qazaxstan, Krım , Karpat və Baykalətrafı dağlardır.
Dostları ilə paylaş: |