Müharibə dövründə MMTX-n fəaliyyəti sülh dövründə olduğundan fərqli olaraq çox mürəkkəb və ağır şəraitdə keçir:
Ümumi şəraitin tez-tez dəyişilməsinə uyğun olaraq tibb xidmətinin öz iş metod, forma və yerlərini dəyişməyə məcbur olması;
Qısa bir müddət ərzində kütləvi sanitar itkilərin (onların arasında kombinəolunmuş zədələnmələr, politravmalar və müştərək yaralanmalar üstünlük təşkil edəcəkdir) meydana gəlməsi;
Yaşayış məntəqələrin və ərazinin sanitar-epidemioloji və əhalinin maddi-məişət vəziyyətinin aşağı düşməsi ilə əlaqədar olaraq adi yoluxucu xəstəliklərinin meydanagəlmə və yayılma təhlükəsinin artması;
Bir çox patoloji proseslərin (pnevmoniya, mədənin xora xəstəliyi, ağ ciyərlərin vərəmi və s.) gedişinin ağırlaşması;
Müasir silahların xüsusi ilə KQS-in tətbiqinin insanlara psixoloji təsir etməsi;
Sülh vaxtında nadir rast gəlinən patologiyanın (şüa xəstəliyi, «səngər ayağı», tetanus və s.) sayının xeyli artması;
Tibb xidməti qüvvə və vasitələrinin özlərinin də tətbiq olunan silahların zədələyici amillərinin təsirinə məruz qalması və itkilərin labüd olması ilə əlaqədardır.
Belə ekstremal vəziyyətlər MMTX-dən ümumi və tibbi şəraiti dərindən və geniş təhlil edib qiymətləndirməyi, əhalinin tibbi təminatının təşkili üzrə işini düzgün qurmağı və çevik manevr etməyi tələb edir.
Tibbi-təşkilati tədbirlər yaranmış konkret şəraitə uyğun aparılmalıdır.
FƏSİL
Dostları ilə paylaş: |