TƏBİİ FƏLAKƏT VƏ İRİ QƏZALAR ZAMANI
TİBBİ TƏMİNATIIN TƏŞKİLİ
Fövqəlada hallarda əhalinin tibbi təminatının təşkili
Təbii fəlakət nəticəsində ölkənin iqtisadiyyatına böyük ziyan dəyir. Belə ki, bu vaxt istehsal müəsisələri dağılır, xalqın əmlakı məhv olur və ən başlıcası insanlar arasında itki baş verir və evlər dağılır. Bundan əlavə təbii fəlakət əhalinin həyatı üçün son dərəcə əlverişsiz şərait yaradır ki, bu da yoluxucu xəstəliklərin baş verməsinə səbəb ola bilər.
Təbii fəlakətdən əziyyət çəkən insanların miqdarı, həm də zədələnmələrin xarakteri çox müxtəlif ola bilər. Hesablanmışdır ki, təbii fəlakətlərin içərisində 40% - daşqınların, 20% -tropik qasırğa (siklon), 15 %- yer titrəməsi, qalan 25% isə digər təbii fəlakətlərin payına düşür. Dövlət təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında əhaliyə hər cür kömək göstərir, təbii fəlakətdən əziyyət çəkən əhalinin köməyinə bütün ölkə gəlir, həm də ayrılan maddi və insan re- susları qısa müddətdə təbii fəlakətin nəticələrini aradan qaldırmağa, zərər çəkən rayonların əhalisini ev və lazımi qida, paltar (geyim), ixtisaslaşdırılmış pulsuz tibbi yardımla təmin etməyə imkan verir.
Lakin, təbii fəlakət idarə olunmayan təbiət hadisəsi kimi böyük maddi ziyan vurur və vurmaqda davam edir ki, bu da təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yönəldilmiş qüvvə və vəsaitlərin səfərbər olunmasını zəruri edir. Bu məqsədlə MM-in hərbiləşdirilməmiş qurumları təşkil edilir.
Təbii fəlakət, iri qəza və bədbəxt hadisələrin
qısa xarakteristikası
Təbii fəlakətlərə aiddir: daşqınlar, qar uçqunları və torpaq sürüşmələri, meşə və torf yanğınları, sel axını, yer titrəmələri, qasırğalar və təbiətin digər fövqəladə xüsusiyyət daşiyan hadisələri, bina və tikintiləri dağılan, qiymətli maddi dəyərləri zədələyən və məhv edən, insanları məhv edən və ya onların məhvi üçün qorxu yaradan və s.
Təbii fəlakət atmosfer hadisələri (qasırğalar, burulğanlar, qar uçqunu) alov (meşə, torf yanğınları, yaşayış məntəqələrinin yanğınları), hazırda suyun səviyyəsinin dəyişməsi (sel, daşqın), yer qatında və yerdə dəyişmələr (sürüşmələr, vulkan püskürmələri, yer titrəməsi və s) təsirindən baş verə bilər. Təbii fəlakətlərə qurarlığı, uzun müddətli arası kəsilməz yağışları, şiddətli şaxtaları və diqər kənd təsərrüfatı bitkilərini məhv edə bilən təbiət hadisələrini aid etmək olar.
Qasırqalar və burulğanlar atmosferin siklon və burulğanlı fəaliyyəti nəticəsində baş verir. Bu anlarda qısa müddətdə çoxlu yağışlar yağır (500 mm-dən 2500 mm-ə qədər). Küləyin sürəti kəskin artır, bu da suyun səviyyəsinin qalxmasına, binaların dağılmasına, adamların travmatik zədələnmə- lərinə və məhvinə səbəb olur. Zərərin böyüklüyü qasırğanın sürətindən, müddətindən, fəlakət rayonunun iqtisadiyyatının xüsusiyyətindən və əhalinin sıxlığından asılıdır.
Dostları ilə paylaş: |