MÖVZU№ 16
Dizartriya, etiologiyası, simptomatikası və korreksiyası
Plan:
1.Dizartiriya anlayışı.
2.Dizartiriyanın formaları.
Dizartiriya-nitq aparatının zəif innervasiya edilməsi ilə şərtlənən nitqin səs tələffüzünün pozulmasıdır. Bunun səbəbi də nitq aparatının orqanik olaraq lazımi səviyyədə innervasiya olmamasıdır. Dizartiriya termini yunan sözlərindən arthson, yəni bölünmə, dis- pozulma deməkdir. Dizartiriyanın əsas əlaməti səslərin artikulyasiyasının pozulmasıdır, səs əmələ gəlməsinin, eləcə də nitqin tempinin, ritminin və intonasiyasının dəyişməsidir.
Yuxarıda sadaladığımız pozulmalar müxtəlif dərəcələrdə özünü göstərir. Buna səbəb də mərkəzi və periferik hissənin paralizə olunmasıdır. Pozulmanın ağırlıq səviyyəsi və qüsurun, deffektin yaranması vaxtı təsir göstərir. Fonasiyanın və artikulyasiyanın pozulması, çətinləşməsi və bəzən də nitqin tamamilə başa düşülməməsi ilkin deffekt sayılır və bu təkrar orataya çıxmasına səbəb ola bilir. Dizartiriyanın pozulmasına səbəb uyğun olmayan rezus faktor da ola bilər. Sinir sisteminin infeksion xəstəlikləri dizartiriyanın əmələ gəlməsinə az təsir göstərir.
Dizartiriyanın klinik formalarının təsnifatı beynin ayrı-ayrı hissələrinin paralizə olunmasına əsaslanır. Dizartiriyalı olan uşaqlarda səslərin tələffüzü qüsurlarının özünəməxsusluğu ilə bir-birindən fərqlənir. Səslərin tələffüzünün səsin özünün artikulyasiya motorunun özünəməxsus qüsurları müxtəəlif yönlü loqapedik təsirləri vacib sayır və onlar müxtəlif dərəcələrdə korreksiyaya ehtiyyac hiss edirlər.
Dizartriya ağır formaları zamanı nitq tamamilə anlaşılmaz olur. Dizartriyanın ağır forması anartriya adlanır, yəni tələffüz nitqinin mümkün olmaması. Nevroloji nöqteyi-nəzərdən dizartriya bulbar, psevdobulbar, qabıqaltı və qabıq növlərinə ayırılır. Onlar arasında oxşarlıq və fərqlər də var. bunlar loqopedik işdə nəzərə alınmalıdır. Dizartriyanın kliniki formaları. Bulbar dizartriya. Beynin zədələnməsi birtərəfli, yaxud ikitərəfli olur, periferik hərəkət sinirlərin zədələnməsi (üçlü, üz, dil-boğaz, dilaltı). Nitq aparatı əzələlərinin (sağ və sol) iflici (dil, dodaq, boğaz, udlaq). Bu əzələlərin dəyişməsi distrofiyası onların anatomiyası (dil zəifdir). Udlaq və aşağı çənə refleksləri zəifdir, yaxud tamamilə yoxdur. Müvafiq qrup əzələlərində ixtiyari və qeyri-ixtiyari hərəkətlərin pozulması müşahidə olunur. Kliniki simptomlar. Səs zəifdir. Sait və cingiltili səslər kar səs kimi tələffüz edilir. Nitq tembri dəyişmiş saitlərin artikulyasiyası neytral sait səslərə bənzəyir. Samitlərin tələffüzü sadələşdirilmişdir. Nəticədə nitqdə fışıltılı kar səslər üstünlük təşkil edir. Nitq zəifdir, xəstəni tez yorur. Psevdobulbar dizartriya Beynin zədələnməsi ikitərəflidir. Mərkəzi sinir sistemi zədələnmişdir. Nitq aparatının əzələlərinin spazmatik iflici. Əzələ atrofiyası yoxdur. Dil gərginləşir, arxaya dartılır. Udlaq və aşağı çənə refleksləri güclənmişdir. Ağlama və gülmə halları tez-tez müşahşidə olunur. İflic ikitərəflidir, bəzi hallarda sağ, yaxud sol üstünlük təşkil edə bilər. İxtiyari hərəkətlər və dilin ucunun zərif hərəkətləri pozulmuşdur. Klinik simptomlar. Səs zəifdir, xırıltılıdır, sait və samit səslər kar kimi tələffüz edilir. Kar samitlərin cingiltili kimi tələffüzü müşahidə olunur. Burnunda danışır. Qalın samitlərin artikulyasiyası pozulmuşdur. Xəstə öz defektlərini eşidir və onları aradan qaldırmağa çalışır. Bu cəhdlər bir qayda olaraq hipertoniyanın artmasına səbəb olur və artikulyasiya patalogiyasının artmasına gətirib çıxarır. Qabıqaltı dizartriya beynin qabıqaltı nüvəsinin və onların sinir birləş-mələrinin zədələnməsi. Əzələlərin hipertoniya, hiportoniya yaxud distoniya şəklində fəaliyyətinin pozulması. Nitq aparatındakı əzələlərin güclə hərəkəti müşahidə olunur. Tələffüz pozuntuları müxtəlif cür olur. Səs gərginləşir, səs tembri dəyişir. Bəzən pıçıltıya çevrilir, xırıltılı olur. Saitlərin artikulyasiyası samitlərlə müqayisədə daha çox pozulur. Ayrı-ayrı sözlər düzgün tələffüz oluna bilər, lakin bir çox hallarda təhrif olunur və anlaşılmaz səslənir. Nitq tempi, ritmi pozulur, xəstə nitqindəki bu qüsurları özü də görür. Uşaqlar arasında psevdobulbar dizartriya daha tez-tez müşahidə olunur. Belə uşaqlar hətta normal intellektə malik olsalar da kütləvi məktəblərdə deyil, yardımçı tədris müəssisələrində təhsil alır. Qeyd etmək lazımdır ki, nevroloji nöqteyi nəzərdən uşaq psevdobulbar dizartriyası mürəkkəb patogenezinə malikdir. Nitq aparatı əzələlərinin iflici ilə yanaşı, əzələ fəaliyyətinin müxtəlif pozulmaları da müşahidə olunur. Dizartriyanın bu növü adətən erkən körpəlik dövründə (əsasən də 2 yaşına qədər) yaranan uşaq serebral iflic sindromuna daxildir. Onun yaranma səbəbləri baş beynin zədələnməsi, şişməsi, doğuş zədələnmələri ola bilər. Hərəkət pozğunluqları ümumi səciyyə daşıyır. Üz mimikasız, hərəkətlər kobud olur. Bəzi uşaqlarda bədənin sağ hissəsi, bəzilərində isə sol daha zədələnməyə məruz qalır. Uşaq özü-özünü idarə edə bilmir, qaçma, tullanma hərəkətlərində kobudluq müşahidə olunur. Qidanı çətin çeynəyir, ağzı sulanır.
Mövzu üzrə suallar
Dizartriya anlayışını izah edin
Dizartriyanın klinik formaları
Ədəbiyyat siyahısı
1. N.T.Hüseynova , T.H.Ağayeva “Loqopediya” Bakı 2018
2. N.T.Hüseynova., M.Ş.Məlikov “Xüsusi pedaqogikanın müasir problemləri” Bakı-2018
Dostları ilə paylaş: |