1
Feldşer ixtisası üzrə yeni izahlı nümunəvi suallar
1) Həll edilmiş BCJ, qızılca, məxmərək, parotit vaksinlərinin istifadə
müddəti maksimum nə qədərdir?
BCJ, qızılca, məxmərək, parotit vaksinlərini həll etdikdən sonra +2 +8
temperaturda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq olar, sonra
məhv edilməlidir.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 23
2) İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqlarda hansı yaşda qızılca
əleyhinə peyvəndin aparılması düzgündür?
İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqların immunobioloji müqaviməti çox
aşağı olduğuna görə belə uşaqlara qızılcaya qarşı vaksini heç vaxt vurmaq
olmaz.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25
3) Cansız vaksinlərin yeridilməsindən sonra hansı yerli reaksiya müşahidə
olunur?
Cansız vaksinlərlə vaksinasiyadan sonra bəzən uşaqlarda yüngül reaksiyalar
inyeksiya yerində ağrı və şişkinlik baş verir. Bu əlamətlər 2 - 3 günə keçib gedir.
Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25
4) Uşaqda qlomerulonefritin yaranmasına səbəb olan xəstəlik hansıdır?
. Qlomerulonefrit zamanı mikrobun toksini qana keçərək böyrək toxumasına təsir
edir – nəticədə qlomerulonefrit yaranır. Angina və skarlatinanın törədiciləri isə β
- hemolitik steplokokklardır.
Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 218
5) Pielonefrit xəstəliyi olan uşağın qidası necə olmalıdır?
Pielonefrit – böyrək ləyəni və toxumasının iltihabıdır. Xəstəlik zamanı sidik ifrazı
pozulur, ödem müşahidə olunur. Sidikdə zülal tapılır. Bədən zülal itirdiyinə görə
belə xəstələrə zülalla zəngin qidalar verilməlidir.
Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 267
6) Hemofiliyanın ən xarakter əlaməti nədir?
2
Hemofiliya qanda laxtalanma amillərinin (VIII - IX - XI) çatışmazlığı nəticəsində
qarşısı çətin alınan qanaxma ilə özünü biruzə verən irsi qan xəstəliyidir. Əsas
əlaməti qanaxmadır.
Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 317
7) Qlomerulonefrit zamanı Zimnitski sınağının aparılmasında məqsəd
nədir?
Qlomerulonefrit böyrək toxumasının iltihabi xəstəliyidir. Xəstəlik zamanı sidik
ifrazı azalır. Sifətdə ödem əmələ gəlir, sidikdə zülal tapılır. Xəstəyə dəqiq diaqnoz
qoymaq üçün bir sıra sınaqlardan istifadə edilir. Onlardan ən dəqiqi Zimnitski
sınağıdır.
Ədəbiyyat: A. A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84
8) Anus ətrafında qaşınma hansı qurd xəstəliyi üçün xarakterikdir?
Anus ətrafında qaşınma bizquyruq qurdların törətdiyi Enterebioz üçün xarak -
terikdir. Çünki bu qurdlar anus ətrafında yumurta qoyur və bu da qaşınmaya
səbəb olur.
Ədəbiyyat: A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 140
9) Difteriya xəstəliyi hansı yolla yayılır?
Difteriya xəstəliyi yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi Löfler cöpləridir
Hava - damcı yolu ilə yayılır, daxil olduğu yerdə fibrinoz iltihab əmələ gətirir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр522
10) Difteriya xəstəliyi zamanı uşaqlarda hansı əlamət baş verir?
Difteriya xəstəliyi olan uşaqlarda tədricən tənəffüsün çətinləşməsi, uzaqdan
eşidilən səsli tənəffüs, sianoz, tərləmə, taxikardiya əlamətləri baş verir.
İntoksikasiya əlamətləri artır və yardım edilməzsə qırtlağın stenozu nəticəsində
həqiqi inaq baş verir
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр526
11) Su çiçəyi zamanı səpkilər hansı xarakterdə olur?
3
Su çiçəyi yoluxucu xəstəlik olub, səpkilərin xarakterinə görə fərqlənir. Təzə
səpkilər papula şəklində, əvvəlki səpkilər isə vezikula və qabıqlanma formasında
olur. Ona görə də polimorfizm adlanır.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр500
13) Bağırsaq infeksiyasına yoluxmuş uşağın müalicəsi zamanı ilk tədbir
nədir?
Bağırsaq infeksiyaları mədə - bağırsaq sisteminin selikli qisasını zədələyib
intoksikasiya yaradır. Bu səbəbdən də ilkin olaraq Çay - su fasiləsi və müalicəvi
qida təyin edilir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр369
14) Eksudativ kataral diatezli uşaqlarda hansı əlamətlər olur?
Eksudativ - kataral diatez bir sindrom olaraq irsi xarakter daşıyır. Uşaqlarda
bəzən qidalara qarşı allergiya baş verir. Nəticədə uşağın dəri və selikli
qişalarında zədələnmələr baş verir, Belə uşaqlara allergiya törədən qidalar
verilməməli, qida rejiminə düzgün riayət edilməlidir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр159
15) Raxitin hansı dövründə vegetativ sinir sisteminin pozğunluğu baş verir?
Raxit uşaqlar arasında ən çox rast gəlınən xəstəlikdir. Xəstəlik orqanizmdə D
vitaminin çatışmazlığı nəticəsində baş verir. Xəstəliyin başlanğıc dövründə
uşaqda narahatlıq başlayır. Uşaq ağlağan olur, yuxusu pozulur, çox tərləmə və
qaşınma baş verir. Uşaq başını yastığa sürtdüyü üçün ənsə nahiyyısinin tükü
tökülür.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр
190
16) “Raxit bilərzikləri”, toyuq döş qəfəsi”, kraniotabes” raxit xəstəliyinin
hansı dövründə əmələ gəlir?
Raxitin kəskin dövründə uşaq fiziki və psixomator inkişafdan geri qalır, tərlilik
artır. Uşaqda zəiflik və tez yorulma olur, skeletdə dəyişikliklər meydana çıxır.
Skeletdə baş verən bu dəyişiliklər raxit bilərzikləri, toyuq döş qəfəsi və
kraniotabes adlanır.
4
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр
192
17) Uşaqlarda hansı helmint xolesistitin əmələ gəlməsinə səbəb olur?
Lyambliyalar 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsində
yaşayır. Öd yollarinin diskineziyasini əmələ gətirir və xolesistitin yaranmasına
səbəb olur.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр
416
18) Spazmofiliyanin profilaktikası necə aparılır?
Spazmofiliya xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər aparılmalıdır.
İlk növbədə raxitin profilaktikası və müalicəsi düzgün aparılmalı, uşağın qida
rejimi düzgün qurulmalıdır.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр
203
19) Uşaqlarda bronxial astma tutması zamanı hansı preparatdan istifadə
etmək olar?
Bronxial astma xəstəliyinin tutmaları zamanı xəstənin vəziyyəti ağırlaşır. Öskürək
əziyyətverici, səsli olur, xəstə döş qəfəsində ağrı hiss edir, təngnəfəslik yaranır.
Bu zaman eufillin, efedrin və digər preparatlardan istifadə edərək xəstənin
vəziyyətini yaxşılaşdırmaq lazımdır.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр
242
20) Uşaqlarda plevrit hansı əlamətlərlə xarakterizə olunur?
Uşaqlar arasında plevritə bütün yaş dövrlərində rast gəlinir. Plevra boşluğuna
maye və irin yığıldığına görə hərarət yüksəlir, dərindən nəfəs aldıqda, nəfəs
verdikdə, uşaq öskürdükdə şiddətli ağrı əmələ gəlir.
Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 184
21) Uşaqlarda anadangəlmə ürək qüsurunun yaranmasına səbəb nədir?
5
Anadangəlmə ürək qüsurları yenidoğulmuşlar arasında təsadüf edilən inkişaf
anomaliyaları arasında geniş yer tutur. Əsas səbəblərdən biri bətndaxili
infeksiyalardır.
Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 218
22) Uşaqlarda lyambliozun müalicəsində hansı preparat işlədilir?
Lyambiyalar 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsində
yaşayır. Uşağın qarninda, əsasən göbək ətrafında tutma şəkilli ağrılar,
ürəkbulanma, bəzən qusma olur. Xəstəliyin müalicəsində furazolidondan istifadə
olunur.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр416
23) Uşaqlarda larinqotraxeitin əlamətləri necə başlayır?
Larinqotraxeit qırtlaq və nəfəs borusunun selikli qişasının iltihabi prosesidir.
İltihabi proses nəticəsində ödem baş verir, uşağın səsi xırıltılı olur, bəzən batır.
Tədricən tənəffüs cətinləşir, boğulma da baş verə bilər.
Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 205
24) Uşaqlarda kəskin bronxitin müalicəsində hansı preparatlar işlədilir?
Uşaqlarda kəskin bronxit zamanı bronxların selikli qisası şişir, selik ifrazı artır.
Belə xəstələrdə bəlğəmli öskürək olur, hərarət qalxır və təngnəfəslik baş verir.
Müalicə zamanı antibiotiklərdən, bəlğəmgətiricilərdən və hərarətsalıcı
preparatlardan istifadə olunur.
Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 148
25) Uşaqlarda sadə diarreyanın (dispepsiya) əmələ gəlmə səbəbi nədir?
Sadə diarreya kəskin həzm pozğunluğudur. Uşağın qida rejimi düzgün
qurulmadıqda, onu çox yedizdirdikdə, suyu az verdikdə baş verir. Uşaqda qusma
və ishal olur. Düzgün qulluq nəticəsində xəstə tez sağalır.
Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 52
26) Uşaqlarda toksik diarreya (dispepsiya) zamanı çay - su fasiləsi neçə saat
təyin olunur?
6
Uşaqlarda toksiki diarreya zamanı infeksiyaların toksinləri əmələ gətirdiyi üçün
arasıkəsilməz qusma və ishal olur. Nəticədə orqanizmdə susuzluq (eksikoz) və
toksinlərin təsirindən toksikoz əlamətləri baş verir. Bu vəziyyətdə uşağa kömək
etmək məqsədi ilə 24 saat çay - su fasiləsi təyin edilir.
Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 54
27) Ensefalopatiyalı uşaqda qıcolmanın qarşısını almaq üçün hansı preparat
istifadə edilə bilər?
Ensefalopatiya mərkəzi sinir sisteminin və beyin toxumasının zədələnməsidir.
Müalicəsi erkən aparılmalı və kompleksli olmalıdır. Orqanizmin müqavimətini
artırmaq üçün vitaminlər təyin edilir. Qıcolmanın qarşısını almaq üçün isə uşağa
fenobarbital verilir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр120
28) Duodenal zondlama zamanı A, B, C porsiyası nəyi bildirir?
Duodenal zondlama zamanı 3 porsiya öd alınır. Duodenal öd A porsiyası, öd
kisəsindən alınan öd B porsiyası, qaraciyər öd yollarından alınan öd isə C
porsiyası adlanir.
Ədəbiyyat: C . N, Hacıyev. R. Y. Əliyev Xəstələrə qulluq. Bakı 1998 səh. 198
29)
Uşaqlarda Hemofiliya xəstəliyini başqa xəstəliklərdən necə
fərqləndirmək olar?
Hemofiliyalı xəstələri başqa xəstəliklərdən fərqli olaraq zədələnmədən qorumaq
lazımdır. Çünki belə uşaqlar zədələnərkən bədənində göyərmələr baş verir, bu isə
qanaxmaya səbəb olur. Belə uşaqlardan müayinə üçün qan götürdükdə qanaxma
baş verir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр359
30) Hemofiliyalı uşaq kim tərəfindən daim nəzarətdə saxlanılmalıdır?
Hemofiliya ilə xəstə olan uşaqlar daim müalicə almalıdır. Belə uşaqlar dispanser
qeydiyyata götürülməli və daim hematoluqun nəzarətində olmalıdır.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр361
7
31) Uşaqlara hansı xəstəlik zamanı əlillik verilir?
Hemofiliya irsi xəstəlik olub, tez - tez təkrarlanan və ağır gedişli qanaxmalarla
davam edən bir xəstəlikdir. Belə xəstələrə daim qan köçürmək lazım gəlir. Belə
xəstələrə əlillik verilir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр360
32) Yenidoğulmuşda sepsisin olduğuna şübhə olarsa tibb bacısının taktikası
necə olmalıdır?
Yenidoğulmuşlarda sepsis ağır gedişə malik olur, immun sistemi zəiflədir. Əgər
tibb bacısı uşaqda sepsis olduğundan şübhələnərsə həkim çağırmalı və xəstəni
stasionara köçürmək üçün hazırlamalıdır.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр140
33) Uşaqda kəskin qarın sindromu olarsa tibb bacısı nə etməlidir?
Kəskin qarın sindromu müxtəlif səbəblərdən - qarın boşluğu orqanlarının
zədələnməsi, iltihabi xəstəliklər və s. nəticəsində baş verə bilər. Tibb bacısı
xəstənin qarın nahiyəsinə soyuq qoyaraq təcili hospitalizasiya etməlidir.
Ədəbiyyat: C . N, Hacıyev. R. Y. Əliyev Xəstələrə qulluq. Bakı 1998 səh. 187
34) Uşaqlarda revmatizm residivinin qarşışını almaq üçün tibb bacısı ilk
növbədə nəyi məsləhət görməlidir?
Revmatizm
xəstəliyinin
törədicisi
olan
streptokoklar
badamcıqlarda
məskunlaşaraq, uşaqda tez - tez anginanın əmələ gəlməsinə səbəb olur. Bu isə öz
növbəsində revmatizmin yaranmasına səbəb olur. Bu səbəbdən residivin qarşısını
almaq üçün badamcıqların və digər infeksiya mənbəyinin sanasiyası
aparılmalıdır.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр260
35) Dizenteriya xəstəliyi olan uşaq nədən şikayət edir?
Dizenteriya xəstəliyi ilə 3 yaşa qədər uşaqlar daha çox xəstələnir. Xəstədə
intoksikasiya əlamətləri və kolitik sindrom olur. Nəcis ifrazı sutkada 10 dəfə və
8
daha çox olur. Xəstə uşaq qarnının aşağı hissəsində sancı şəkilli ağrı
tutmalarından şikayət edir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр561
36) Yenidoğulmuşlar şöbəsində xəstəxanadaxili salmonelloz xəstəliyinin
infeksiya mənbəyi hansıdır?
Salmonelloz xəstəliyini salmonella növündən olan bakteriyalar törədir. Xəstəliyin
infeksiya mənbəyi xəstə insan və bakteriyagəzdirənlərdir. Xəstəxana daxilində
uşaqlar bu xəstəliyə bakteriyagəzdirən tibb bacısının əllərindən yoluxur.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986
стр562
37) Uşağın 2 yaşı var , qriplə xəstələnib. Uşaq öskürür, öskürəklə yanaşı
xırıltı və fit verici nəfəsvermə müşahidə edilir. Xəstəyə hansı ilkin diaqnozu
qoymaq olar?
Obstruktiv bronxitə daha çox kiçik yaşlı uşaqlar arasında rast gəlinir. Xəstəlik
rinit, faringit, qrip əlamətləri ilə başlayır. Öskürəklə yanaşı ağciyərlərdə xırıltılar
baş verir. Hərdənbir nəfəsvermə zamanı fitverici tənəffüs olur.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 186
38) 10 günlük yenidoğulmuşun göbək yarasından irinli ifrazat gəlir. Uşaq
döşü zəif götürür. Hərarəti 38 - 39
0
- dir. Göbək ətrafında qızartı və şişkinlik
var. Nədən şüphələnmək olar?
Yuxarıdakı əlamətlər uşaqda omfalitin baş verdiyini göstərir.Omfalit göbəyin
iltihabıdır. Bu göbəyə düzgün və gigiyenik qulluq edilmədikdə əmələ gəlir. Ona
göbəyə qulluq edərkən aseptika və antiseptika qaydalarına ciddi əməl
edilməlidir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 186
39) Uşaq 7 aylıqdır, inək südü, mannı sıyığı ilə qidalanır. 3200qr. çəki ilə
doğulub hazırda 6000 qramdır, oturmur, dişləri yoxdur. Boynunu 3 aylıqdan
duz tutur, döş qəfəsi bir qədər batıqdır. Hansı xəstəlikdən şüphələnmək
olar?
9
Uşaq süni qidalanıb, çəkisi pis artıb, döş qəfəsi batıqdır, dişi yoxdur. Boynunu
gec saxlayıb və s. Bunlar raxitə məxsus əlamətlərdir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 187
40) Uşağın 1 yaşı var. Hərarəti 38
O
C – dir. Tez - tez selikli – qanlı nəcis
ifraz edir. Uşaqda tenezmlər var. Dəri avazımış , əzələ tonusu azalmış,
ümumi arıqlama görünür. Hansı xəstəliyin olmasından şüphələnmək olar?
Selik - qanlı nəcis ifrazı və tenezmlər (gücənmə) dizenteriya infeksiyasına xas
olan əlamətdir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 187
41) 5 aylıq uşaqdır. Hərarəti 39
0
C - dir . Tənəffüsü çətinləşib, ağız - burun
ətrafında göyərmə var, dəri solgundur, ağciyər üzərində quru və yaş
xırıltılar eşidilir. İlk növbədə hansı xəstəlikdən şüphələnmək olar?
Hərarət, təngnəfəslik, öskürək , ağız – burun ətrafında sianoz, ağciyərlər üzərində
xırıltılar pnevmoniya üçün xarakterikdir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 188
42) Uşaq 3 günlükdür. 2000 qr çəki ilə doğulub. Anadangəlmə refleksləri
zəifdir, döşü tuta bilmir. Dərisi sianozlu və tüklüdür, Dərialtı piy qatı sifət və
ətraflarda azdır. Bu uşaq haqqında aşağıdakı fikirlərdən hansı doğrudur ?
Yuxarıda qeyd edilən əlamətlər çəki azlığı, reflekslərin zəifliyi, dərinin sianozlu
və tüklü olması və s vaxtından əvvəl doğulmuş uşağa aiddir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 189
43) 5 aylıq uşağın boyu və çəkisi nə qədər olmalıdır?
Birinci yarımildə çəkinin aylıq artımı 600 qr, boyun artımı isə hər kvartala 6 - 7
sm təşkil edir. Buna əsasən 5 aylıq uşağın çəkisi 6500 - 6600 qr. boyu isə 60 - 65
sm olmalıdır.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 186
10
44) Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahsızlıq və qarında
ağrıdan şikayət edir. Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su gəlir.Bu
zaman uşaqda nədən şübhələnmək olar?
Yuxarıda qeyd edilən əlamətlər helmintoza məxsusdur.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 188
Dostları ilə paylaş: |