90) “Eynək” simptomu nə zaman baş verir?
20
Kəllə əsasının sümüklərinin sınığı zamanı göz çuxurlarına qansızma baş verir və
bu (eynək şəklində) bu “eynək” simptomu adlanır.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 170
91) III dərəcəli donma üçün xarakterik xüsusiyyətlər hansıdır?
III
0
- li dərəcəli donmalarda I - II dərcəli donmalardan fərqli olaraq dərinin üst
qatlarında nekrotik proses əmələ gəlir.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 122
92) Paronixiya nəyin iltihabıdır?
İltihab dırnaqətrafı yastıqda, dırnaq və dırnaq yatağında olduqda paronixiya
adlanır.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 145
93) Kəskin ostemiolit nədir?
Sümük və sümük iliyində baş verən iltihabı proses osteomielit adlanır.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 143
94) II dərəcəli yanıqların fərqləndirici xüsusiyyəti hansıdır?
II dərəcəli yanıqlarda I dərəcəli yanıqlardan fərqli olaraq hiperemiya fonunda
suluqlar əmələ gəlir.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 114
95) Kəllə əsası sümüklərinin sınıqları nə ilə müşayət olunur?
Kəllə əsası sümüklərinin sınıqları zamanı qulaqdan və burundan əvvəlcə qanlı,
sonra şəffaf beyin mayesi, likvor xaric olur.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 170
96) Hidrodenit hansı vəzilərin irinli iltihabıdır?
21
Adətən gigyenaya əməl olunmadıqda tər vəzilərində iltihabı proses baş verir ki,
bu hidrodenit adlanır. Ən çox qoltuqaltı nahiyədə rast gəlinir.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 135
97) Abses nədir?
Kəskin cərrahi infeksiyalar nəticəsində, çox vaxt inyeksiya zamanı sterilliyə əməl
etmədikdə toxumalarda məhdud nahiyyədə irinli iltihab yaranır ki, bu abses
adlanır.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 135
98) Hansı hallarda qanqrena əleyhinə zərdabdan istifadə olunur ?
Aşağı ətrafın çirklənmiş yaralanmalarında anaerob infeksiya təhlükəsi olduğuna
görə qanqrenanın profilaktikası məqsədilə qanqrena əleyhinə zərdab
vurulmalıdır.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh.
99) Paranefral blokada üçün novokainin neçə % - li məhluldan istifadə
olunur?
Paranefral blokada zamanı çox miqdarda novakain istifadə olunduğu üçün
zəhərlənmə əmələ gəlməsin deyə yalnız novakainin 0, 25% - li məhlulundan
istifadə olunur.
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
100) Furunkul nədir?
Furunkul tük follikulunun iltihabıdır kəskin cərrahi yerli infeksiyalara aid olub
tük follikulunun iltihabıdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)
101) Fleqmonanın yumşalma mərhələsində hansı müalicə növündən istifadə
olunur?
22
Fleqmonanın yumşalma stadiyasında irinin xaric olunması üçün geniş kəsik
aparılır və drenaj qoyulur.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 273)
102) Hidrodenit ən çox harada lokalizə olunur?
Hidrodenit tər vəzilərinin iltihabı olduğu üçün tər vəzilərinin ən çox yerləşdiyi
qoltuqaltı nahiyədə daha çox rast gəlinir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)
103) Karbunkul zamanı kəsik apardıqda anesteziyanın hansı növündən
istifadə olunur?
Karbunkul zamanı irinli proses daha dərin və böyük olduğuna görə kəsik
aparılarkən anesteziya məqdəsilə venadaxili narkozdan istifadə olunur.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)
104) Flukutasiya nədir?
İnfiltrativ proses inkişaf etdikcə infiltrasiyanın mərkəzində yumşalma əmələ gəlir.
Yumşalma nahiyyəsinə ehtiyatla əllə toxunduqda zəif dalğavari hərəkət əmələ
gəlir ki, bu fluktasiya adlanır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)
105) Pandaktilit nəyin iltihabıdır?
Pandaktilitbarmağın bütün toxumalarının iltihabıdır. Adətən paronixiyalardan
sonra inkişaf edir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 260)
106) Paraproktit zamanı hansı yerli əlamət olur?
Paraproktit anus ətrafı vəzilərin iltihabı xəstəliyidir. Anus ətrafında defekasiya
zamanı güclənən ağrı ilə müşayiət olunur.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 285)
23
107) Donmaların hansı dərəcələri ambulator şəraitdə müalicə oluna bilər?
I və II dərəcəlidonmalar yüngül donmalar sayıldığına görə və nekrotik proses
inkişaf etmədiyinə görə ambulator şəraitdə müalicə oluna bilər.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 270)
108) Donor qanına laxtalanmaması məqsədi ilə nə əlavə olunur?
Natrium sitrat məhlulu laxtalanmanın qarşısını aldığına görə donor qanının
konservləşdirilməsi zamanı laxtalanmaması məqsədilə qana 2, 6% - li Natrium -
sitrat əlavə olunur.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 279)
109) Süd vəzisinin xərçənginə şübhə olduqda hansı müayinə aparılır?
Süd vəzinin xərçəngində şübhə olduqda xəstə biopsiya, mamoqrafiya, palpasiya,
həmçinin ultra səs müayinəsi aparılmalıdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 277)
110) “Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır?
“Qətranvari” nəcis mədə qanaxmasının əlaməti olduğuna görə xəstə təcili
hospitalizasiya olunmalıdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 290)
111) 2% - li “Lizetol” - AF məhlulunda metal alətlər neçə dəqiqə
saxlanılmalıdır?
Metal və şüşədən hazırlanmış alətlər 60 dəqiqə müddətində 2% - li lizetol
məhlulunda saxlanılmalıdır.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər (səh - 88)
112) Lizetol məhlulundan neçə gün istifadə etmək olar?
Lizetol məhlulu müvafiq faizlə hazırlandıqdan sonra 7 gün istifadə üçün
yararlıdır.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 88)
24
113) Metal alətləri sterilizasiyaya hazırlayarkən korroziya əleyhinə nədən
istifadə edilir?
Axar su altında alətlər yarım dəqiqə yuyulduqdan sonra 7 saata qədər
dezinfeksiyaedici məhlulda saxlanılır. Korroziya əleyhinə 1% - li natrium benzoat
məhlulundan istifadə edilir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 87)
114) 70 % - li spirt neçə gündən bir dəyişdirilməlidir?
70% - li spirt ağzı bağlı tünd rəngli şüşə qabda olur. Spirt hər 3 gündən bir
dəyişdirilməlidir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 110)
115) Ağzı bağlı qabda steril spirtli pambıq kürəciklərdən neçə gün istifadə
etmək olar?
Spirtə qənaət məqsədilə şüşə qablara steril pambıq kürəciklər sıx yerləşdirilərək
üzərinə spirt əlavə edilir. Bu spirtli kürəciklərdən 1 gündən artıq istifadə etmək
düzgün deyil.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 110)
116) Xəstəxananın aptekində hazırlanmış steril məhlullar hansı rənglə
nişanlanır?
Xəstəxananın aptekində hazırlanmış dərman vasitələrinin flakonlarının üzərində
məhlulun hazırlandığı tarı, hazırlayanın soyadı və istifadə üçün rəng nişanı
olmalıdır. Steril məhlullar mavi rənglə rənglənir.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 111)
117) Ağciyərin süni ventilyasiya aparatına qoşulmuş xəstədə tənəffüsün sayı
bir dəqiqədə neçə olmalıdır?
Uzanıqlı, sakit vəziyyətdə insanın 1 dəqiqə ərzində tənəffüsün sayı 12 - yə bərabər
, bu da təxminən hər 5 saniyədən bir baş verir. Bu prinsip nəzərə alınmaqla süni
tənəffüs aparatına qoşulmuş xəstələrdə bu qayda ilə aparılır.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 270)
25
118) Ətraflara yumşaq bint sarğıları qoyularkən ilk dövrə hansı sarğı ilə
başlanır?
Ətraflara sarğı qoyulduqda ona orta fizioloji vəziyyət verilməli, saat əqrəbi
istiqamətində soldan sağa sarınmalıdır. Sarğının növündən asılı olmayaraq ilk
dövrə bu qayda ilə yəni dairəvi - sirkulyar sarğı ilə başlanır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 96)
119) Diz və dirsək oynağına qoyulan tısbağavari sarğının neçə forması var?
Tısbağavari sarğı dirsək və diz oynaqlarını sarımaq üçün münasibdir və qoyulma
üsulundan asılı olaraq 2 forması: yaxınlaşan və uzaqlaşan formaları işlədilir.
Yaxınlaşan sarğıda bint oynaqdan yuxarıda və aşağıda dairəvi sarınaraq, oynaq
çuxurunda çarpazlaşdırılır. Uzaqlaşan sarğıda isə bintin birinci dolağı oynağın
ortasından aparılaraq sonrakı dolaqlar biri - birinin üçdə iki hissəsini örtməklə
oynaqdan yuxarıda və aşağıda aralanıb uzaqlaşır.
Ədəbiyyat: N. P. Paleyev. Tibb bacısının məlumat kitabı. (səh - 310)
120) Koxer üsulu ilə çıxıq yerinə salınarkən neçə ardıcıl mərhələ var?
Çıxmış sümüyün yerinə salınma taxnikası 4 ardıcıl mərhələ yerinə yetirilir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)
121) Appendektomiya əməliyyatına neçə metr tənzif işlədilir?
Appendektomiya əməliyyatı üçün eni 1 metr, uzunluğu 7 - 8 metr tənzifdən
müxtəlif ölçülü salfetlər, tamponlar və kürəciklər hazırlanır. Steril material
əməliyyatda istifadə edilir.
Ədəbiyyat: Qostişev. (səh - 12)
122) Kəsici cərrahi alətləri əməliyyatdan əvvəl neçə saat spirtdə saxlamaq
lazımdır?
Kəsici cərrahi alətlər (skalpel və qayçılar) termiki üsulla kütləşdiyi üçün 30 dəq
müddətində 96% - li etil spirtində saxlanılır.
Ədəbiyyat: Qostişev. (səh - 12)
123) Biksin əməliyyat üçün yığımının neçə üsulu var?
26
Biksin əməliyyat üçün yığımının 3 üsulu var.
1. Universal yığım
2. Məqsəd yönlü yığım
3. Çeşidlənmiş yığım
Ədəbiyyat: Qostişev. (səh - 13)
124) Termiki üsulla sterilizasiya olunmayan endoskopik alətlər necə
sterilizasiya olunur?
Termiki üsulla sterilizasiyası mümkün olmayan endoskopik, torakoskopik,
laparoskopik, alət və vasitələr xüsusi qaz sterilizatorlarında 16 saat 18˚C - də
sterilizə olunur.
Ədəbiyyat: Qostişev. (səh - 11)
125) Adi ketqut sapları neçə vaxtdan sonra sorulur?
İri və xırda buynuzlu heyvanların nazik bağırsağından və ya vətərindən
hazırlanan ketqut sapları daxili orqanlarda aparılan əməliyyatlarda işlədilir.
Sorulma müddəti 15 - 20 gündür.
Ədəbiyyat: M. M. Abakumov - 1985. (səh - 42)
126) Çıxığın yerinə salınmasında anesteziya məqsədilə novokainin neçə faizli
məhlulu işlədilir?
Çıxığın yerinə salınmasından əvvəl yerli anesteziya məqsədilə 40 - 60 ml 1% - li
novokain məhlulu uzun iynə ilə oynaq boşluğuna yeridilir.
Ədəbiyyat: M. M. Abakumov. (səh - 385)
127) Optik alətlərin paroformalin şkaflarda sterilizasiya müddəti neçə
saatdan az olmamalıdır?
Optik alətlər paroformalin şkaflarda 48 saatdan az olmayaraq saxlanmalıdır.
Çıxarıldıqdan sonra 10 - 20 dəqiqə müddətində civə - oksisian (1: 1000)
məhlulunda və ya 95% - li spirtdə saxlanmalıdır.
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
27
128) Xromosistoskopiya zamanı vena daxilinə aşağıdakılardan hansı
işlədilir?
Xromosistoskopiya uroloji praktikada diaqnostika məqsədilə tez - tez işlədilir. Bu
prosedurada adi sistoskopiyaya, vena daxilinə göy rəngli maddə - indiqokarminin
yeridilməsi əlavə edilir. Vena daxilinə vurulmuş indiqokarmin böyrəklər
vasitəsilə ifraz olunur. Bu proses sistoskop vasitəsilə izlənir.
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
129) Dolu sidik kisəsindən sidik ləngimələrində sidik kateterlə neçə dəqiqə
müddətinə boşaldılmalıdır?
Sidik kisəsindən sidik birdən boşaldıqda qanın kiçik çanağı axması sürətlənir ki,
bu da beynin kəskin qansızlaşmasına və kollapsa səbəb olur. Ona görə də sidik
porsiyalarla 15 - 20 dəqiqə müddətində boşaldılır.
Ədəbiyyat: S. İmamverdiyev. (səh - 25)
130) Yemək borusunun yanıqlarında rentgenoloji müayinə nə vaxt aparılır?
Yemək borusu yanıqlarında rentgenoloji müayinə 15 - 20 gündən sonra aparılır.
Bu müddət ərzində patoloji prisesin kəskin dövrü keçir və xəstə kontrast maddəni
uda bilir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997 (səh - 121)
131) Kəskin appendisit zamanı həkiməqədərki tibbi yardıma aiddir?
Qarın boşluğunun kəskin destruktiv xəstəlikləri zamanı klinik simptompların
itməməsi üçün heç bir dərman müdaxiləsilə yol vermək olmaz. Sağ qalça
çuxuruna buz qovuğu qoyub, təcili cərrahi şöbəyə çatdırmaq lazımdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 218)
132) Boyun venalarından qanaxma zamanı təhlükəli, zərərçəkmişin ölümünə
səbəb nədir?
İri vena damarları zədələndikdə baş verənqorxulu ağırlaşma hava emboliyasıdır.
Bu zaman hava emboliyası ürək, ağciyər, beyin və başqa orqanların qan
damarlarının mənfəzini qapayır ki, bu da ölümlə nəticələnir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 74)
28
133) İlan sancması zamanı hansı tədbiri həyata keçirmək olmaz?
İlan sancması zamanı ilk yardım məqsədilə dişlənmiş yara nahiyəsinə kalium
permanqanat məhlulu ilə isladılmış aseptik sarğı qoyularaq, immobilizasiya
şinalarından istifadə edilir. Sonra əzələ daxilinə ilan zəhərinə qarşı spesifik
zərdab (10 - 30 ml) vurulur. Heparin işlədilməsi əks göstərişdir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 283)
134) Yanıq şoku zamanı ağrıkəsici təsirli narkotik preparatların hansı
nahiyyəyə yeridilməsi məqsədəuyğundur?
Yanıq şoku zamanı ağrıkəsici narkotiklər morfin, omnopon, promedol, fentanil
işlədilir. Şok zamanı toxumalardan dərmanların sorulması ləng getdiyi üçün bu
preparatların vena daxilinə yeridilməsi məqsədə uyğundur. Yaşlı insanlara və 3
yaşına qədər uşaqlara vena daxilinə işlədilməsi təhlükəlidir.
Ədəbiyyat: B, D, Komarov. (səh - 74)
135) Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun
neçə faizli məhlulundan istifadə edilir?
Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun 1% - li
məhlulundan və ya 0. 5% - li bor turşusu məhlulundan istifadə edilir.
Ədəbiyyat: İnkova A. N. (səh - 132)
136) Bayılmanın obyektiv əlamətlərinə hansı aid deyil?
Bayılma labil, sinir sisteminə malik qadınlarda daha çox rast gəlinir.
Yaranmasına səbəb damar tonusunun kəskin pozulmasıdır ki, buda hipotenziyaya
səbəb olur(yəni arterial təzyiq kəskin düşür). Obyektiv olaraq dəri örtüyünün
kəskin avazıması ətrafların soyuması, bəbəyin genişlənməsi baş verir. Dəri
örtüyünün qızarması (hiperemiya) bayılma üçün xarakterik deyil.
Ədəbiyyat: İnkova A. N. (səh - 113)
137) Kimyəvi yanığın ağırlığı hansı faktordan asılı deyil?
Kimyəvi yanığın ağırlıq dərəcəsi kimyəvi maddənin tərkibindən,
temperaturundan, qatılığından və təsir müddətindən asılıdır. Havanın
temperaturundan asılı deyil.
29
Ədəbiyyat: İnkova. A. N. (səh - 13 2)
138) Yaranın birincili sağalması neçə gün davam edir?
Birincili olaraq o, yaralar sağalır ki, yara kiçik, kənarları hamar və dərin
olmasın. Yara aseptik qaydalara uyğun nəzarət altında olduqda ilk bitişmə ilə
bütün sağalma prosesi 5 - 8 günə qədər günə davam edir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 126)
139) Ağciyərin zədələnmələrində hansı simptoma rast gəlinmir?
Ağciyərin zədələnməsi üçün (onu əmələ gətirən səbənlərdən asılı olmayaraq) 4
simptom xarakterikdir.
1. Qanhayxırma
2. Dərialtı emfizema
3. Hematoraks
4. Pnevmotoraks
Disfagiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: B. Ağayev. (səh - 81)
140) Sınıqların ümumi klinik əlamətlərinə aid deyil?
Sınıqların əsas simptomları ağrı funksiyanın pozulması deformasiya travmatik
ödem və krepitasiyadır. Şiddətli ağrı nəticəsində baş verən travmatik şok, kollaps
ümumi simptomlardır. Asfiksiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh – 107)
141) Dərinin funksiyasına nə aid deyil?
Dərinin tənəffüsdə, orqanizmin immun müdafiəsində, istilik tənzimləmədə və
piqment əmələgətirmədə iştirak etməsi, D vitamini sintezi onun funksiyalarına
aiddir. Hormonal tənzimləmə onun funksiyalarına aid deyil.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 12)
142) Dərinin hansı sahələrində piy vəziləri mövcud deyil?
30
Piy vəziləri dəri örtüyünün ovuc və ayaqaltı istisna olmaqla hər yerində rast gəlir
və tük follikulları ilə sıx kontaktda olur. Piy vəziləri dərinin funksiyalarının
saxlanmasında böyük rol oynayır.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 11)
143) Köpüşük nədir?
Dəri səpkiləri birincili və ikincili olmaqla 2 yerə bölünür. Birincili morfoloji
elementlər daxili və xaricə qıcığa qarşı ilkin reaksiya kimi, ikincili elementlər isə
müvafiq olaraq birincili elementlərin təkamülü nəticəsində onların yerində əmələ
gəlir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 18)
144) Dərinin elastikliyini itirməsi nəticəsində aşağıdakılardan hansı əmələ
gəlir?
Çat dərinin xətti defekti olub – dərinin II morfoloji elmentlərinə aiddir. Daha çox
dəri büküşlərində əmələ gəlir və ağrılı olur. Səthi çatlar ekzemada,
neyrodermitdə rast gələ bilər.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 22)
145) Qartmaq nədir?
Qovuq, qovuqcuq, eroziya, habelə eroziya və yara ifrazatı – eksudasiya
məhsulları quruduqda qartmaq əmələ gəlir. Qartmaq II morfoloji elementlərə
aiddir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 20)
146) Epidermis və derma arasında az miqdarda maye toplanması ilə
xarakterizə olunur.
31
Qovuqcuq I morfoloji elementlərə aiddir və boşluqlu elementlərdəndir. Digər
səpkilər – ləkə, düyüncük, köpüşük və qabarcıq isə boşluğu olmayan
elementlərdir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под
редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 123 )
147) Dəri xəstəliklərinin müalicə üsullarına aiddir.
Bu üsul diatermiya aparatından alınan cərəyanla toxumanın yandırılmasına
əsaslanır, dermatologiyada ziyillərin, papillomaların, teleangiektaziyaların
müalicəsində işlədilir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под
редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 157 )
148) Kəpəklənən (rəngbərəng) dəmrov üçün xarakterikdir.
Kəpəklənən (rəngbərəng) dəmrov - keratomikozlar qrupundan olan göbələk
xəstəliyidir. Törədiciləri Pityrosporum orbiculare keratomikozlar qrupuna aiddir
, bunlar adətən dərinin səthi zədələnməsini (epidermis səviyyəsində) törədir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 106)
149) Pedikulyoz törədicisinin hansı mikroorqanizmlərə aid olduğunu
göstərin.
Baş biti (Pediculus capitis) qanla qidalanan tipik parazit olub, bütün ömrünü
insan bədənində - daha çox qızların və qadınların başının tüklü hissəsində
keçirir. Pedikulyoz həmişə qaşınma ilə müşayiət olunur.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 134 )
150) Sadə herpesin müalicəsində daha effektlidir:
Sadə herpes (Herpes simplex) virus etiologiyalı xəstəlikdir. Xəstəliyin çox rast
32
gəldiyi yerlər burun - dodaq nahiyəsidir. Müalicəsində virusəleyhinə preparat -
asiklovir 200 mg dozada gündə 5 dəfə daxilə 5 - 10 gün, yerli məqsədlə isə
asiklovir məlhəmi bir neçə gün təyin edilir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 88)
151) Vulqar (adi) sızanaqların lokalizasiya yerlərini göstərin.
Vulqar (adi) sızanaqlar piy vəziləri ətrafında səthi və dərin yerləşir. Dərin
(dermada) yerləşdikdə yerində yara və ya çapıq qalır, səthi yerləşdikdə iz
qoymur.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 74)
152) Qonoreyanın inkubasiya dövrü orta hesabla neçə gündür?
Qonoreya infeksion zöhrəvi xəstəlik olub xəstənin sidik - сinsiyyət üzvlərininin
selikli qişasını zədələyir. Törədiсiləri – qonokokklardır. İnkubasiya dövrü 3 - 5
gündür.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 215 )
Dostları ilə paylaş: |