1 NÖMRƏLİ baki tibb kolleci. BÖYRƏk nəDİR?



Yüklə 7,95 Mb.
səhifə1/3
tarix19.10.2023
ölçüsü7,95 Mb.
#157651
  1   2   3
1 NÖMRƏLİ BAKI-WPS Office


Tələbə:Mustafazadə Aytən.
Müəllimə:Salahova Könül.
Qrup:530.
Şöbə:Tibb bacısı(qardaşı) işi.
Fənn:Onkologiya.
Mövzunun adı :Böyrək şişləri.
1 NÖMRƏLİ BAKI TİBB KOLLECİ.
BÖYRƏK NƏDİR?
Böyrəklər, onurğa sütununun hər iki tərəfində qarın boşluğu orqanları və bel əzələlərinin arasında yerləşən cüt orqanlardır. Hər böyrək piy toxuması ilə əhatə olunub və üstündə böyrəküstü vəzi yerləşir. Böyrəklər sidik sistemi orqanlarıdır. Onlar sidik istehsal edir və bədəndən sidik vasitəsi ilə su və duzların qalıqlarını, həmçinin insanın həyat fəaliyyətinin tullantılarını xaric edirlər. Sidik böyrək ləyənciyinə toplanır və sidik axarları vasitəsilə sidik kisəsində toplanır.
HANSI NÖV BÖYRƏK ŞİŞLƏRİ OLUR?
İki əsas bədxassəli böyrək şişləri böyrəkdə rast gəlinir – böyrək toxumasından inkişaf edən şişlər – böyrək-hüceyrə xərçəngi və böyrək ləyənciyindən inkişaf edən şişlər. Ən çox rast gəlinən xoşxassəli şişlər angiomiolipomalardır (piy, əzələ toxuması və qan damarlarından ibarət olan şişlər). Bu şişlər xüsusi rentgen müayinəsi (kompüter tomoqrafiya) ilə aşkar edilə bilən xüsusi əlamətlərə malikdir. Böyük ölçülərdə angiomiolipomalar cərrahi yolla çıxarılmalıdır, çünki onlar kiçik xəsarətlər nəticəsində belə asanlıqla zədələnə və təhlükəli daxili qanaxmaya səbəb ola bilərlər.
BÖYRƏK XƏRÇƏNGİNƏ HANSI TEZLİKLƏ RAST GƏLİNİR?
Böyrək xərçəngi bütün aşkar edilmiş bədxassəli yenitörəmələrin 4%-ni təşkil edir. Böyrək şişləri əsasən 50-70 yaşlı şəxslərdə qeydə alınır. Lakin, buna baxmayaraq, bu xəstəlik yeniyetmələrdə və hətta uşaqlarda da inkişaf edə bilər. Kişilərdə böyrək şişləri qadınlara nisbətən bir az daha çox, şəhər əhalisində kənd əhalisinə nisbətən daha çox rast gəlinir.
BÖYRƏK XƏRÇƏNGİNİN İNKİŞAFINA HANSI AMİLLƏR TƏKAN VERİR?
1.Tütünçəkmə (siqaret) böyrək xərçənginin inkişafı ilə bağlı olan ən ciddi risk faktorlardan biridir. Tütündən istifadə etməyənlərlə müqayisədə ondan istifadə edənlərdə (məs., siqaret çəkənlərdə) böyrək xərçənginin inkişaf ehtimalı təxminən 2 dəfə çoxdur;
2.Piylənmə, xüsusilə qadınlarda;
3.Ağrı kəsicilərindən sui-istifadə;
4.Peşə amilləri. Bu xəstəlik riski metallurgiya və dəri sənayesində, azbest və kadmiumla işləyənlər arasında daha yüksəkdir. Son amillərin təsiri çox böyük olmadığını və bütün mütəxəssislər tərəfindən tanınmadığını vurğulamaq lazımdır;
5.İrsi (ailə üzvlərində qeydə alınıb) böyrək xərçəngi hallarında özünü göstərən genetik amillər (məsələn, Von Hippel-Lindau sindromu).Bu hallar aşaıdakılarla səciyyələnir: xəstəliyin gənc yaşda inkişafı, şişlərin adətən hər iki böyrəkdə mövcud olması və böyrəkdə bir çox xərçəng ocağının meydana çıxması.

Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin