/. Hava partlayış dalğası.
Hava partlayış dalğası səs sürətindən yüksək sürətlə və artıq təzyiqlə partlayış mərkəzindən bütün istiqamətlərə yayılan çox kəskin surətdə sıxılmış və qızmış hava cərəyanından ibarətdir.?
Patlayış dalğasının təsiri havanın sıxılma dərəcəsindən (artıq təzyiqdən), onun sürətindən, təsir müddətindən və insanın yaxud obyektin onun ön səthinə görə durduğu vəziyyətindən asılıdır.
Partlayış dalğası insanları həm bilavasitə, həm də dolayı yolla-ikincili əşyalarla (obyektlərin dağılıb qopan hissələri, beton, kərpic, şüşə qırıntıları, torpaq və s. ilə) zədələyə bilər. Bunlardan başqa onlar uçuqların, ağac və dirəklərin altına düşməklə və yüksəkliklərdən yıxılmaqla zədələnə bilərlər.
l Partlayış dalğasının insan orqanizminə təsiri nəticəsində mexaniki travmalar (əzilmələr, vətərlərin gərilməsi, sümük çıxıqları və sınıqları, yaralanmalar, travmatik toksi- koz, daxili üzvlərin zədələnmələri, kontuziyalar, beyin silkələnmələri, hava emboliyası, bədənin açıq yerlərinin və yuxarı tənəffüs yollarının yanıqları və s.) əmələ gəlir. 7 c 2. Temperatur amili.
Bu müxtəlif ekstremal vəziyyətlər zamanı törənən amildir. Temperatur çox kəskin surətdə qalxanda yanğınlar meydana gəlir, aşağı düşəndə istilik və su sistemləri donur, nəqilyyat və bəzi müəssisələr öz işini dayandırmağa məcbur olurlar.
Yüksək temperaturun təsiri orqanizmin qızması (hi- pertermiya) ilə müşayiət olunur. Bundan başqa müxtəlif termiki zədələnmələr də meydana gəlir/Aşağı temperaturun insan orqanizminə təsiri nəticəsində hipotermiya və donmalar əmələ gəlir.
Dostları ilə paylaş: |