İlk tibbi yardım göstərilmiş yaralı və xəstələrin ocaqlardan təxliyyəsi məcburi xarakterli bir prosesdir. Tibbi təxliyyə xəsarətalmışlara vaxtında və tam həcmdə tibbi yardımın göstərilməsi üçün onların fövqəladə vəziyyət rayonlarından daşmmısına yönəldilmiş tibbi-təşkilatı tədbirlər kompleksidir.
Tibbi təxliyyənin 2_növü var. 1 -si özündən özünə, Məsələn, xəsarətalmışın IHYD-nə gətirilməsi. 2-ci özündən başqasına. Məsələn, xəsarətalmışı İHYD-dən təkmilləşdirilmiş və ya ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün xəstəxana bazasına təxliyyəsi.
FƏSİL
SÜLH VƏ MÜHARİBƏ DÖVRLƏRİNDƏ YARANAN
FÖVQƏLADƏ HALLAR
Biz hər gün kütləvi informasiya vasitələri ilə dünyanın müxtəlif regionlarında meydana gəlmiş təbii fəlakətlər, terror aktları, hərbi münaqişələr, sənaye qəzaları, ətraf mühitə radioaktiv, zəhərli, insan həyatına və fəaliyyətinə mənfi təsir göstərən digər zərərli maddələrin yayılması haqqında məlumatları alırıq.
Son illər planetimizdə həm təbii, həm də antropogen mənşəli fövqəladə hadisələrin sayının artması ilə xarakterizə olunur.
Məsələn, XX əsrdə meydana gəlmiş bütün fəlakətlərin 40%-dən çoxusu 80-90-cı illərə düşür.
Fövqəladə hadisələr 1997-ci il tarixdə Milli Məclisin qəbul etdiyi «Mülki Müdafiə» haqqında Qanununun 1-ci məddəsinin 3-cu bəndində aşağıdakı kimi təsbit olunmuşdur. «Fövqəladə hadisə insan tələfatına, insanların səhhətinin və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza və təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.. Fövqəladə hallar meydana gəlmiş bölgədə (lokal, obyekt, yerli, regional, milli yaxud qlobal) fövqəladə vəziyyət elan olunur.
II. Fövqəladə hadisələrin yaranma səbəbləri, inkişaf
mərhələləri və zədələyici amilləri
Fövqəladə hadisələr müəyyən şərait (təhlükəli və zərərli amillər mənbələri mövcud olduqda) yarandıqda meydana gəlir.)
Bu mənbələrə məhsulu və texnoloji prosesləri yüksək təzyiq, partlayıcı, asanalışan, kimyəvi və radioaktiv maddələri, bioloji materialları tələb edən müəssisələr; hidrotexniki qurğular, nəqliyyat vasitələri, neft və qaz kəmərləri, toksiki və radioaktiv maddələri tullantılarının basdırılma yerləri, habelə layihə və inşaat norma və qaydalarının pozulması ilə tikilmiş bina və qurğular aiddir.
Bəzi təbii amillər (vulkan prosesləri, böyük həcmdə qar və buz toplanması, uzun müddətli yağıntıların olması yaxud onların olmaması və s.) də belə mənbələrdən sayılır.
Fövqəladə halların çoxusunun əsasında (mənşəyində) insanın həyat fəaliyyəti ilə ətraf mühitin arasındakı müvazinətin pozulması durur. Bu müvazinət insanların təbiətə çox güclü surətdə müdaxilə etməsi, təbiət qanunlarına riayət etməməsi, təbiətə zidd fəaliyyəti, elm və texnikanın həddindən artıq sürətlə inkişafı nəticəsində pozulur.
Texnika, istehsalat, tikinti və s. sahələrində mövcud olan xüsusi nəzarət sistemlərin qeyri-stabil vəziyyətə gəlməsi, ictimai münasibətlərin pozulması hətta insanların yüksək-əsəb emosional yorğunluğu da ekstremal vəziyyətlər yarada bilərlər.
İnsanın təbii proseslərə müdaxilə etməsi və özünün fəaliyyət sahələrində yol verdiyi səhvlər fəlakətlərin meydana gəlməsi ilə nəticələnir.
İnsanların təbiət qanunlarına zidd fəaliyyəti idarə olunmayan dəyişikliklərə qlobal fövqəladə hallara gətirib çıxara bilər. Buna görə ekoloji böhranlar artıq lokal xarakter daşıya bilməz.
Fövqəladə halların meydana gəlmə səbəblərinin 70- 80%-ni insan amili təşkil edir. Bu onun düşünülməmiş hərəkətləri, məsuliyyətsizliyi, laqeydliyi və peşə hazırlığı səviyyəsinin aşağı olması ilə əlaqədardır.
Bütün fövqəladə halın inkişafında 4 xarakterik mərhələni
1. risk (təhlükə) amillərinin toplanma mərhələsi;
2. fövqəladə halın işə salınma (təkanvermə) mərhələsi; 3. fövqəladə hallar prosesinin gedişi mərhələsi; 4. sönmə mərhələsinə ayıra bilərik.
Dostları ilə paylaş: