Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»


Fövqəladə Hallar yarananda tibb xidmətinin təşkilində və tədbilrərin



Yüklə 0,75 Mb.
səhifə3/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   60
A.MusayevM.M

Fövqəladə Hallar yarananda tibb xidmətinin təşkilində və tədbilrərin keçirilməsində meydana çıxmış bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır:

  • kütləvilik, əhali içərisində eyni vaxtda çoxlu sayda sa­nitar itkilər, müxtəlif xarakterli zədələnmələr, yeni pa­tologiyaların meydana çıxması;

  • Mülki Müdafiə Tibb Xidmətinin şəxsi heyəti arasında itkilər, tibbi müəssisələrin iş rejiminin pozulması;

- rayon və şəhərlərdə tikili və qurğuların dağılması nə­ ticəsində tibbi müəssisələrin yenidən açılması və fəa­liyyət göstərməsinin çətinliyi;

  • su mənbələrinin, ərzaq ehtiyatlarının və geniş ərazilərin zəhərləyici maddələrlə və bakterial vasitələrlə çirklən­məsi;

  • ocaqlarda MM-in keçirdiyi toplanış-təxliyyə tədbirləri nəticəsində sanitar-epidemioloji şəraitin gərginləşməsi;

  • düşmən hücumu nəticələrinin aradan qaldırılması za­manı qüvvə və vəsaitlərin idarə olunmasının çətinliyi;

Yuxarıda göstərilənləri nəzərə alaraq MMTX ocaq­larda müalicə-təxliyyə təminatını yüksək səviyyədə təşkil etməlidir.

MMTX-in fəaliyyətində əsas təşkili prinsiplər aşağı­dakılardan ibarətdir:



  1. MMTX səhiyyənin fəaliyyət göstərən baza və müəssisələrində yaradılır (ərazi-istehsalat prinsipi).

  2. Mülki Müdafiə Tibb Xidmətinin qurumları istənilən ocaqda işləmək qabiliyyətinə və geniş manevr forma­larına malik olmalı (universal hazırlıq prinsipi).

  3. Tibb Xidmətinin hər bir qurumu və müəssisəsi müəyyən olunmuş tapşırıq və ya funksiyanı yerinə yetirməlidir (funksional təyinat prinsipi).

  4. Xəsarətalmışlara ocaqlarda ilk tibbi yardımın gös­tərilməsində əhalidən özü-özünə və ya yoldaşına qarışılıqlı yardım qaydası əsasında istifadə etmək, sanitar post və sanitar drujinanm təşkili, ilk tibbi yardımın göstərilməsi üçün zəruri vasitələrlə təmin olunmalı və vasitələrdən istifadə qaydalarının öy­rədilməsi təşkil olunmalıdır.

MMTX müalicə-təxliyyə təminatının əsasını xəsarə- talmışlarm iki mərhələli sistem təşkil edir və aşağıda göstə­rilən tibbi yardım növləri nəzərdə tutulmuşdur.

  1. ilk tibbi yardım;

  2. ilk həkim yardımı;

  3. təkmilləşdirilmiş tibbi yardım;

  4. ixtisaslaşdırılmış tibbi yardımçN

MMTX Fövqəladə Hallar Nazirliyi tərkibindədir, zə­rurət olduqda səhiyyənin mövcud baza və müəssisələrində fəaliyyət göstərir, əsas təyinatı təbii fəlakət, iri qəzalar və kütləvi qırğın silahlarının tətbiqi zamanı tibbi təminatın həyata keçirilməsidir.

Mülki Müdafiə Tibb Xidmətinin aşağıda göstərilən və­zifələri vardır:



  1. Xəsarətalmışlara vaxtında və tam həcmdə, yəni bütün növ tibbi yardımların göstərilməsi, əlillik və ölüm hallarının azaldılması, sağlamlığın və əmək qabiliyyətinin bərpası üçün müalicənin təşkili.

  2. İnfeksion xəstəliklərin baş verməsi və əhali içəri­sində yayılmasının qarşısını almaq, FH-lar zamanı ərzaq və su ehtiyatlarına nəzarət etmək, ətraf mühitdən sınaqlar götürmək.

  3. Düşmənin kütləvi qırğın silahı tətbiqi etməsi ilə əlaqədar olaraq Mülki Müdafiənin hərbiləşdiril- məmiş qurum və müəssisələrinin şəxsi heyətinin sağlamlığına təsir edə biləcək təsirləri aradan qal­dırmaq və ya neytrallaşdırmaq.

Bu vəzifələri yerinə yetirmək üçün sülh dövründə Mülki Müdafiə Tibb Xidməti əhalinin mühafizəsi tədbirlə­rinin planlaşdırılması, idarəetmə orqanlarının hazırlanma­sı, tibbi müəssisələrinin yaradılması, təhcizatı, hərbi dövr­lərdə tibbi müəssisələrinin fəaliyyət göstərməsi üçün hazır­lanması, FH-da tibb xidmətinin digər xidmətlərlə və sə­hiyyə orqanları ilə əlaqəsinin işlənib hazırlanması, əhalini ilk tibbi yardım vasitələri ilə təmin etmək və xəsarətalma hallarında ilk tibbi yardımın öyrədilməsinin təşkili məsələ­lərinin həlli ilə məşğul olur.

Fövqəladə Hallar Nazirliyinin tibb xidməti rəisi ölkə ərazisində yaranmış fövqəladə hallarda tibbi təminata ca­vabdeh şəxsdir.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin