İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament



Yüklə 71,1 Kb.
tarix06.03.2017
ölçüsü71,1 Kb.
#10412

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir

5 nömrəli əlavə



 

 

İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında


inzibati reqlament
[1]

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu.[2]



1.2. Elektron xidmətin məzmunu: Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatının verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun
6-cı maddəsi;

1.3.2. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 969 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.34-cü bəndi;[3]

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli,


429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli,
191 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6.2-ci bəndi.[4]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti).

1.5. Elektron xidmətin digər icraçıları: “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.[5]

1.7. Elektron xidmətin icra müddəti: 3 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.



2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1.4-cü maddəsinə əsasən keyfiyyət sertifikatının verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir. Keyfiyyət sertifikatı veriləcək məhsulun ekspertizası istifadəçi ilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC arasında bağlanan müqavilə əsasında ödənişli yolla həyata keçirilir. Bu xidmətlərin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli, 09 nömrəli Qərarı ilə müəyyən edilmişdir (həmin tariflər təyin edilən göstəricilərin növü, malın çeşidi, çəkisi və digər amillərdən asılı olaraq dəyişir).

Keyfiyyət sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV)

Bakı şəhər Vergilər Departamenti

VÖEN: 1400305751

SWİKT: CTREAZ22

KOD: 210005

Müxbir hesab: 0132033003944

VÖEN (bank) 14011555071

Hesablaşma hesab: 2117131

Təsnifat kodu: 142219

Köçürülən dövlət rüsumunun məbləği:

Rəqəmlə                  20 (AZN)

Yazı ilə                    iyirmi manat.

 

Ekspertiza xidmətlərinin göstərilməsinə görə ödəmələr üçün hesab:



Bank rekvizitləri: “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC.

VÖEN: 1700752861

Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı

Kod: 805614

VÖEN: 9900001881

Müxbir hesabı: 0137010002944

Swift BIK: İBAZAZ2X

Hesab: 33803019449384408207

 

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV)



VÖEN: 1401555071

KOD: 210027

Müxbir hesabı: 0132030004944

SWİKT: CTREAZ24

Hesablaşma hesab: 14001

Təsnifat kodu: 114110

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi: 195-2, http://www.consumer.gov.az/, office@consumer.gov.az, telefon: 012 498-15-01,
faks: 012 497-24-08.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. keyfiyyət sertifikatının alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. mənşə sənədi;

2.6.3. uyğunluq sertifikatı;

2.6.4. gigiyenik sertifikatı;

2.6.5. alqı-satqı müqaviləsi (kontraktı) ;

2.6.6. ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd, Avropa Komissiyasının müvafiq direktivləri və şura reqlamentləri ilə müəyyən edilmiş digər sənədlər;

2.6.7. ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

2.6.8. dövlət rüsumunun ödənilməsi haqqında sənəd. [6]

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:



3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler internet səhifəsinə daxil olduğu gün Dövlət Xidməti tərəfindən qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 2.7-ci bəndində göstərilən şərtlər yerinə yetirilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur. Keyfiyyət sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda 3 gün müddətində Dövlət Xidməti tərəfindən keyfiyyət sertifikatının verilməsi barədə qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Dövlət Xidmətinə göndərilir. Dövlət Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, onlarda çatışmazlıqlar aşkar edilmədikdə onlar sertifikat veriləcək məhsulun ekspertizasının keçirilməsi üçün 1 gündən gec olmayaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur. Məhsulun ekspertizası üçün analiz götürülür və ekspertiza aparılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir;

3.3.2. Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 3 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. imtina üçün əsas olmadıqda, keyfiyyət sertifikatının verilməsi barədə qərar qəbul edilir, sertifikat blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir. İstifadəçi keyfiyyət sertifikatı verilərkən bu reqlamentin 2.6.3-2.6.7-ci yarımbəndlərində göstərilən sənədlərin əslini Dövlət Xidmətinə təqdim edir. Təqdim olunan sənədlərin əsli surəti ilə uyğunluğu müəyyən edildikdən sonra ərizəçiyə qaytarılır.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər keyfiyyət sertifikatının verilməsi barədə qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun


78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 



 

 

Fiziki şəxslər üçün

 

Azərbaycan Respublikasının



İqtisadiyyat və Sənaye Nazirliyi

yanında Antiinhisar Siyasəti və

İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinə



 

Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün

 

Ə R İ Z Ə



_____________________________________________________________________________________________

(müraciət edənin adı, atasının adı, soyadı)



_____________________________________________________________________________________________

 

Fəaliy                               Fəaliyyət növü: Yeyinti (məhsulun adı) məhsullarının istehsalı və ixracı



 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “________”____________________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: ____________________________________________________

Ünvan:  _______________________________________________________________________________

Tel:    _________________________

Faks:  _________________________

 

      Əlavə olunan sənədlər:



1. fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi;

2. alqı-satqı müqaviləsi (kontraktı);

3. ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

4. mənşə sertifikatı;

5. uyğunluq sertifikatı;

6. gigiyenik sertifikatı;

7. ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd;

8. keyfiyyət sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.



 

________________ (istifadəçinin imzası)             « ____ » ____________ 20 __



 

  


 

(Hüquqi şəxsin blankında)

 

Azərbaycan Respublikasının



İqtisadiyyat və Sənaye Nazirliyi

yanında Antiinhisar Siyasəti

və İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinə



 

Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən Keyfiyyət sertifikatının verilməsi üçün

 

Ə R İ Z Ə



_____________________________________________________________________________________________

(müraciət edənin  adı, atasının adı, soyadı)



_____________________________________________________________________________________________

 

Fəali                               Fəaliyyət növü: Yeyinti (məhsulun adı) məhsullarının istehsalı və ixracı



 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “_________”__________________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: ____________________________________________________

Ünvan:  _______________________________________________________________________________

Tel:    _________________________

Faks:  _________________________

 

Əlavə olunan sənədlər:



1.  vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin və hüquqi şəxsin rəhbərinin şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi;

2.   alqı-satqı müqaviləsi (kontraktı);

3.   ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

4.   mənşə sertifikatı;

5.   uyğunluq sertifikatı;

6.   gigiyenik sertifikatı;

7.     ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd;

8.     keyfiyyət sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.



 

      ________________ (istifadəçinin imzası)              « ____ » _________ 20 __



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 aprel 2013-cü il tarixli 06 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)



2.       17 aprel 2013-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)

3.       20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il)

4.       15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)

 

 



QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il) ilə 5 nömrəli Əlavə – “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi üzrə inzibati reqlament”in adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi.



Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi üzrə inzibati reqlament

 

[2] 20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il) ilə 5 nömrəli Əlavə – “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi üzrə inzibati reqlament”in 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.



əvvəlki redaksiyada deyilirdi.

1.1. Elektron xidmətin adı: keyfiyyət sertifikatının verilməsi.

 

[3] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.3.3-cü yarımbənddə, 1.4-cü bənddə və həmin reqlamentə əlavə olunmuş ərizə formalarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.



 

[4] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.3.6-cı yarımbənddə “Elektron xidmət növlərinin Siyahısı”nın 24.2-ci” sözləri “2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6.2-ci” sözləri ilə əvəz edilmişdir.



 

[5] 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.6-cı bənddə “tam” sözü “qismən” sözü ilə əvəz edilmişdir.



 

[6] 17 aprel 2013-cü il tarixli 06 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il) ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi üzrə inzibati reqlament”in 2.6.8-ci yarımbəndində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.
Yüklə 71,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin