Ali-Muhammedin sirleri indd


Qədir Xumda vilayətin elanı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə193/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   189   190   191   192   193   194   195   196   ...   410
Ali-Muhemmedin sirleri

Qədir Xumda vilayətin elanı
Dedi: “Bu ayələr haqqında Allahı sizə şahid tuturam: “Ey iman gətirənlər! 
Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”
1
, “Sizin 
haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, na-
maz qılır və rükuda olduqları halda zəkat verirlər”
2
, “Yoxsa elə güman edir-
siniz ki, Allah içərinizdən cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən 
və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst 
buraxılacaqsınız?”
3
 Səhabələr bu ayələr nazil olduqda dedilər: “Ya Peyğəmbər, 
bunlar bir neçə şəxsə aiddir, yoxsa bütün möminlərə şamildir?”
Uca Allah bu ayələrin kim barəsində nazil olduğunu, namaz, oruc, zəkat 
və həcci onlar üçün izah etdiyi kimi vilayəti də izah etməsini Peyğəmbərinə (s) 
əmr etdi. 
Peyğəmbər (s) məni xəlifə təyin edərək belə buyurdu: “Allah məni elə bir 
vəzifə ilə (risalətlə) göndərdi ki, buna görə sinəm daraldı və camaatın mə ni  inkar 
edəcəyini zənn etdim. Bunu təbliğ etməyəcəyim təqdirdə məni cəzalandıracağını 
buyurdu”. “Qalx, ey Əli!” deyə əmr edib yüksək səslə cama at namazının qılın-
masına səslədi. Onlarla günorta namazı qıldıqdan sonra buyurdu: “Ey camaat! 
Allah mənim mövlamdır. Mən möminlərin mövlasıyam və onlara öz nəfslərindən 
daha övlayam (ixtiyar sahibiyəm). Agah olun ki, mən kimin mövlasıyamsa, Əli 
də onun mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol, ona yar-
dım edənə yardım et, onu yalnız buraxanı Sən də tərk et”. 
Salman Farisi ayağa qalxaraq dedi: “Ya Peyğəmbər! Onun bu vəlayəti 
nədir?” Buyurdu: Onun vilayəti mənim vilayətim kimidir. Mən kimə öz canın-
dan daha övlayamsa (üstün, ixtiyar sahibiyəmsə),  Əli də onun canına ondan 
daha çox ixtiyar sahibidir. Uca Allah da bu ayəni nazil etdi: “Bu gün dininizi 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin