Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Mömin və camaat



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə285/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   281   282   283   284   285   286   287   288   ...   410
Ali-Muhemmedin sirleri

206
Suleym ibn Qeys Hilali
Mömin və camaat
Ona nifrət edənə qarşı ədalətsiz olmaz, sevdiyi şeydə günah işləməz, haqqı 
olmayan  şeyi iddia etməz və boynunda olanı inkar eləməz. Onunla əleyhinə 
şahid qalxmadan haqqı etiraf edər. 
Qorumaq üçün verilən  əmanəti zay etməz, başqalarını pis ləqəblərlə ça-
ğırmaz, heç kimə haqsızlıq etməz, həsədlə  hərəkət etməz, qonşusuna zərər 
yetirməz və (başqalarının) müsibətinə lağ eləməz.
Əmanətləri sahibinə qaytarar, namaza tələsər, pis işlərə marağı olmaz, 
yaxşılığı tövsiyə edər və pislikdən çəkindirər. Bilmədiyi işlərə girişməz və 
acizliyində belə haqdan çıxmaz.
Sussa susmasından üzülməz, danışsa yanlış söz söyləməz, gülsə  səsini 
qaldırmaz. Özü üçün təqdir edilənə qanedir, qəzəb onu özündən çıxartmaz, 
istəkləri ona qalib gəlməz, xəsislik onu məğlub etməz və özünün olmayan şeyə 
tamah salmaz.
Elm öyrənmək üçün camaata qarışar, salamat qalmaq üçün susar, anlamaq 
üçün soruşar, qazanmaq üçün ticarət edər və öyrənmək üçün araşdırar. Yaxşı 
sözü başqaları qarşısında öyünmək üçün dinləməz, başqalarına üstün olmaq 
üçün danışmaz.
Nəfsi onun əlindən narahat, amma insanlar ondan rahatdırlar. Nəfsini axirəti 
üçün yorar, amma insanları onun sayəsində rahatlığa çıxarar. Ona zülm edilsə, 
Allah intiqamını alana qədər səbr edər. Birindən uzaqlaşsa, bu, həmin şəxsdən 
çəkinməsi və özünü qorumasından, birinə yaxınlaşsa da bu, yaxınlaşdığı şəxsə 
şəfqət və  mərhəmətidir. Uzaqlaşması qürur və  təkəbbürdən, yaxınlaşması da 
hiylə və aldatmaq üçün deyil. Əksinə, özündən əvvəlki xeyir əhlindən nümunə 
götürmüşdür. Bunula da o, özündən sonra gələn xeyir əhli üçün bir öndərdir”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin