Ali-Muhammedin sirleri indd


Bütün səhabələrin Peyğəmbərdən (s) sonra İmam Əlinin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə339/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   335   336   337   338   339   340   341   342   ...   410
Ali-Muhemmedin sirleri

Bütün səhabələrin Peyğəmbərdən (s) sonra İmam Əlinin 
(ə) xilafəti barədə etirafı
Ey Əbdul-Qeysin qardaşı! Əbu Bəkrin, Ömərin, Osmanın, Təlhənin, Zü-
beyrin və bütün səhabələrin Əli ibn Əbu Talibin hamıdan əvvəl İslamı qəbul 
etdiyi, hamıdan elmli olduğu, Allah yolunda cihadda, qohumlarla mübarizədə 
və Peyğəmbəri (s) qorumaqda hamıdan daha çox müsibətlərlə üzləşib canını 
fəda etməsi barədə şübhələri, ixtilafl arı və ziddiyyətləri yox idi. Peyğəmbər (s) 
Əlinin (ə) sahib olduğu etibar və fəzilətiləri bildiyi üçün daim qarşısına çıxan 
çətinlik və bəlalarda, yaxınları ilə mübarizədə, qala fəthlərində Əlini (ə) öndə 
göndərirdi. Əli onların arasında Allahın kitabını və Peyğəmbərin (s) sünnəsini 
ən yaxşı bilən, Peyğəmbərin ən çox sevdiyi şəxs və vəsisi idi.
O, hər gün səhər və axşam Peyğəmbərin (s) yanma gedir və onunla təklikdə 
görüşürdü. Əli (ə) sual verdikdə cavab verir, susduqda isə özü danışmağa baş-
layırdı. Əli (ə) Peyğəmbərdən (s) sonra elm və fi qhdə heç kimə möhtac olma-
dı. Halbuki onların hamısı Əliyə möhtac idilər. Amma o, əsla bir kəsə ehtiyac 
duymadı.
Onlardan heç birinin sahib olmadığı üstünlüklərə, fəzilətlərə sahibdi. Qu-
randa onun barəsində ayələr nazil olmuşdu.  Əli  ən  əliaçıq,  ən səxavətli və 
döyüşdə ən şücaətliləri idi. Nə dünya barədə zöhdündə və nə də çalışqanlığında 
onda olan gözəl xüsusiyyətlər heç kəsdə yox idi.
Ona məxsus olan insanlar üzərindəki üstün xüsusiyyətlərindən: Yaxşılıq-
da heç kim ondan önə keçə bilmədi, Peyğəmbər (s) heç kəsi ona rəhbər təyin 
eləmədi, namazda heç kimi onun önünə keçirmədi. Bunlar yalnız Peyğəmbərlə 
(s) ona məxsus fəzilətlərdəndir. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin