Ali-Muhammedin sirleri indd


Yeddinci cavab: Ölərkən Səhhakın oğlunun söylədikləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə93/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   89   90   91   92   93   94   95   96   ...   410
Ali-Muhemmedin sirleri

Yeddinci cavab: Ölərkən Səhhakın oğlunun söylədikləri
Niyə  Səhhakın oğlu bizi (şuradakıları) bir-bir çağırdığı zaman oğlu Ab-
dullaha belə dedi? Ömərin oğluna işarə edərək: budur, Abdullah da burdadır. 
Allahı sənə şahid tuturam, biz çölə çıxdığımız zaman atan sənə nə dedi?
(Abdullah ibn Ömər) dedi: “Madam ki, mənə Allahı şahid tutursan, atam 
mənə belə dedi:  “Əgər Bəni-Haşimin əsəlinə
1
 beyət etsələr, onları aydınlığa 
çıxarar, Allahın kitabı və Peyğəmbərin (s) sünnəsinə əsaslanıb ayağa qaldırar”.
İmam Əli (ə) dedi: “Ey Ömərin oğlu! Bəs sən o zaman nə dedin?” Abdullah 
dedi: “Ona dedim: “Ey ata! Sənin onu xəlifə təyin etməyinə nə mane olur?” Əli 
(ə) soruşdu: “Səhhakın oğlu sənə nə cavab verdi?” Abdullah dedi: “Mənə bir 
şey söylədi. Mən onu gizli saxlayıb söyləməyəcəyəm”. İmam Əli (ə) buyurdu: 
“Onun sənə və sənin də ona söylədiyin hər şeyi Peyğəmbər (s) mənə xəbər ver-
mişdi”. Dedi: “Nə vaxt xəbər verib?” İmam Əli (ə) buyurdu: “Həyatda ikən və 
sonra da atanın öldüyü gecə yuxuda mənə xəbər verdi. Hər kim Peyğəmbəri (s) 
yuxusunda görsə, onu elə həqiqətdə görmüşdür”.
Ömərin oğlu dedi: “Sənə  nə dedi?” Əli (ə) buyurdu: “Ey Ömərin oğlu! 
Onları doğru söylədiyim zaman məni təsdiqləməyin  üçün Allahı sənə şahid 
tuturam”.
1
 Başının təpəsində saçı az olan adam. Bununla İmam Əlini (ə) qəsd edir.


Ali-Muhəmmədin sirləri
71
Abdullah dedi: “Ya da ki, susacağam”.  İmam  Əli (ə) dedi: “Mənə bu-
yurdu: “Sən ona “Sənin onu xəlifə təyin etməyinə nə mane olur?” dedikdə, o 
sənə: “Mənə mane olan şey öz aramızda yazdığımız və Kəbənin içində Vida 
həccində barəsində əhd bağladığımız müqavilədir”. Ömərin oğlu susdu və son-
ra “Peyğəmbərin haqqına xatir, məndən əl çəkməyini istəyirəm!” dedi.
Süleym deyir: “O məclisdə Ömərin oğlunu boğazı qurumuş və gözlərindən 
yaşlar axdığı halda gördüm.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin