ЗАКЛЮЧЕНИЕ
На наш взгляд, проведение более широких и углубленных исследований
лекарственных растений флоры Азербайджана, имеет хорошие перспективы не только
для фундаментальной науки, но и прикладное значение для расширения ассортимента и
развития в нашей республике растительной сырьевой базы, необходимой для
фармацевтической промышленности.
ЛИТЕРАТУРА
Mehdiyeva N.P. (2011) Azərbaycanın dərman florasının biomüxtəlifliyi. Bakı, “Letterpress”
nəşriyyat evi. 186 S.
Буданцев А.Л., Харитонова Н.П. (2003) Ресурсоведение лекарственных растений.
СПб. 87.
Методика определения запасов лекарственных растений (1986). М.: 50
Сукачев В.Я., Лавренко Е.Т., Ларин И.В. (1982) Краткое руководство для
геоботанических исследований в связи с полезащитным лесоразведением и
созданием устойчивой кормовой базы на юге Европейской части СССР. М., АН
СССР: 192.
Флора Азербайджана (1950-1961) Т1-8
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
137
Таблица 1
Запасы сырья надземных частей некоторых видов официнальных
лекарственных растений Азербайджана
№№
п/п
Наименование
вида
Район сбора
Зани-
маема
я пло-
щадь,
га
Числен-
ность эк-
земпляров
на 1 м
2
*- на 10м
2
Средняя
масса над-
земной
части 1 эк-
земпляра, г
Урожай-
ность воз-
душно-су-
хого сырья,
кг/га
Запас сырья, т
Возмож-
ный еже-
годный
объем за-
готовок,т
биологи-
ческий
эксплуата-
ционный
1
2
3
4
5
6
7
8
9
10
1.
Althaea
officinalis
Загатальский
Хачмасский
8
6
3.4±0.4
28.5±1.9
969±131
5.8±0.8
7.8±1.0
4.2
5.8
0.84
1.2
2.
Bistorta carneа
Гусарский
50
16.2±1.5
0.2±0.01
32±2
1.6±0.1
1.4
0.3
3.
Carum carvi
Гусарский
Губинский
180
160
13.3 ± 1.4 2.3 ± 0.2
306 ± 42
55.1±7.6
49.0±6.7
39.9
35.6
19.9
17.8
4.
Chelidonium
majus
Губинский
Гусарский
Лерикский
30
25
10
6.0±0.2
15.0±1.7
900±106
27.0±3.2
22.5±2.6
9.0±1.1
20.6
17.3
6.8
4.1
3.5
1.4
5.
*Conium
maculatum
Губинский
Шамахинский
Загатальский
50
35
28
18±1.2
59.7±5.8
1074±126.6
53.7±6.3
37.6±4.4
30.1±3.5
41.1
28.8
23.1
20.6
14.4
11.6
6.
Conyza
canadensis
Губинский
Габалинский
20
15
8.9±0.9
11.9±1.0
1059±139
21.2±2.8
15.9±2.1
15.6
11.7
7.8
5.8
7.
Equisetum
arvense
Губинский
Шамахинский
20
8
11.3±0.6
1.4±0.16
158±20
3.2±0.4
1.3±0.2
2.4
0.9
1.2
0.45
8.
Filipendula
vulgaris
Губинский
Гусарский
Хызынский
160
140
50
4.9±0.4
0.72±0.04
35±3
5.6±0.5
4.9±0.4
1.8±0.15
4.6
4.1
1.5
0.9
0.8
0.3
9.
Geum
urbanum
Хачмасский
Загатальский
300
200
12.6±1.4
11.0±1.4
1386±234
415.8±70.2
277.2±46.8
275.4
183.6
55.1
36.7
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
138
Лерикский
120
166.3±28.1
110.1
22.0
10.
Ononis
arvensis
Губинский
Габалинский
15
12
1.6±0.14
46.4±5.9
742±115
11.1±1.7
8.9±1.4
7.7
6.1
1.5
1.2
11.
Peganum
harmala
Губинский
Хачмасский
Шабранский
Сиязанский
80
35
27
18
5.6±0.6
38.5±5.0
2156±363
172.5±29.0
75.5±12.7
58.2±9.8
38.8±6.5
114.5
89.6
38.6
25.8
22.9
17.2
7.7
5.2
12.
Persicaria
hydropiper
Лерикский
Губинский
Масаллинский
Ленкоранский
Загатальский
Хачмасский
Ярдымлинский
Астаринский
Гахский
70
60
50
40
32
30
25
15
10
12.1±1.2
6.9±1.0
835±147
58.4±10.3
50.1±8.8
41.8±7.4
33.4± 5.9
26.7±4.7
25.1±4.4
20.9±3.7
12.5±2.2
8.4±1.5
37.8
32.5
27.0
21.6
17.3
16.3
13.5
8.1
5.4
7.6
6.5
5.4
4.3
3.5
3.3
2.7
1.6
1.1
13.
Peucedanum
ruthenicum
Губинский
Гусарский
35
18
1.81±0.14
6.3±0.5
114±13
4.0±0.5
2.1±0.2
3.0
1.7
1.5
0.8
14.
Salvia aethiopis
Лерикский
150
1.9±0.15
53.6±5.3
1018±128.8
152.7±20.4
111.9
22.4
15.
Silybum
marianum
Губинский
Загатальский
Шабранский
Хачмасский
450
300
220
180
12.5±1.3
50.8±7.5
6350±1147
2857.5±516.2
1905.0±344.1
1397.0±252.3
1143.0±206.5
1825.1
1216.8
892.4
730.0
912.6
608.4
446.2
365.0
16.
Solidago virga-
aurea
Губинский
Лерикский
25
20
5.4±0.7
4.8±0.5
259±43
6.5±1.1
5.2±0.9
4.3
3.4
0.86
0.68
17.
Teucrium
chamaedrys
Гусарский
Губинский
Гахский
60
35
10
3.2±0.3
4.2±0.3
134±16
8.0±1.0
4.7±0.6
1.3±0.2
6.0
3.5
0.9
1.2
0.7
0.18
18.
Visnaga
daucoides
Гейчайский
Кюрдамирский
Ярдымлинский
40
25
5
14.6±1.8
49.8±6.2
7271±1274
290.1±51.0
181.8±31.9
36.4±6.4
188.1
118.0
23.6
94.0
62.7
11.8
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
139
XÜLASƏ
AZƏRBAYCAN FLORASINDA BƏZI OFISINAL DƏRMAN BITKILƏRININ
FITOSENOTİK XÜSUSİYYƏTLƏRİ VƏ EHTIYATLARI
Mehdiyeva N.P.
AMEA Botanika İnstitutu
Məqalədə Azərbaycan florasında yayılan ofisinal dərman bitkilərinin 17 növünün
(Althaea officinalis, Bistorta carnea, Carum carvi, Chelidonium majus, Conium maculatum,
Conyza canadensis, Equisetum arvense, Filipendula vulgaris, Geum urbanum, Ononis
arvensis, Peganum harmala, Persicaria hydropiper, Peucedanum ruthenicum, Salvia
aethiopis, Silybum marianum, Solidago virgaurea, Teucrium chamaedrys, Visnaga
daucoides) fitosenoloji xüsusiyyətləri və ehtiyati verilmişdir. Müəyyən olunmuşdur ki,
öyrənilən bitkilərin əksəriyyəti meşə və çəmən senozlarında rast gəlinir, onlardan bəziləri
Carumeta, Peganumeta, Silybumeta formasiyalarını əmələ gətirir və bəzi assosiasiyaların
formalaşmasında iştirak edirlər. Silybum marianum, Geum urbanum, Peganum harmala,
Persicaria hydropiper, Salvia aethiopis, Visnaga daucoides, Chelidonium majus, Carum
carvi, Conium maculatum bitkilərinin istismar ehtiyatı 40 tondan 1000 tona kimi dəyışir. Bu
da ona əsas verir ki, həmin bitkilərin xammalları sənaye miqyasında tədarük üçün təklif oluna
bilər.
Açar sözlər: dərman bitkiləri, fitosenologiya, ehtiyyatlar
SUMMARY
RESOURCES OF SOME OFFICINAL MEDICINAL HERBS IN THE FLORA
OF AZERBAIJAN AND THEIR PHYTOCENOLOGICAL PROPORTIES
Mehdiyeva N.P.
Institute of Botany of the Azerbaijan National Academy of Sciences
About phytocenological properties and resources of 17species of officinal medicinal herbs as:
Althaea officinalis, Bistorta carnea, Carum carvi, Chelidonium majus, Conium maculatum,
Conyza canadensis, Equisetum arvense, Filipendula vulgaris, Geum urbanum, Ononis
arvensis, Peganum harmala, Persicaria hydropiper, Peucedanum ruthenicum, Salvia
aethiopis, Silybum marianum, Solidago virgaurea, Teucrium chamaedrys, Visnaga daucoides
in the flora of Azerbaijan are discussed in the article. It was revealed that majority of the
investigated herbs were found in forest and meadow cenoses, some of them form Carumeta,
Peganumeta, Silybumeta formations and participate in the formation of some associations.
The exploitation recource of Silybum marianum, Geum urbanum, Peganum harmala,
Persicaria hydropiper, Salvia aethiopis, Visnaga daucoides, Chelidonium majus, Carum
carvi, Conium maculatum varies 40ton to 1000ton. On this basis the procurement of raw
materials of these plants can be suggested for industrial use.
Key words: medicinal herbs, phytocenology, resources
\
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
140
UOT:547.314
AZƏRBAYCAN FLORASINDA YOVŞAN CİNSİ NÖVLƏRİNİN
XEMOTAKSONOMİK TƏDQİQİNƏ DAİR ( İCMAL)
Ələsgərova Ə.N.
AMEA Botanika Institutu
Azərbaycan florasında Yovşan cinsinin taksonomik tərkibini dəqiqləşdirmək üçün
kimyəvi marker kimi seskviterpen laktonlardan istifadə edilməklə xemotaksonomik metod
tətbiq edilmişdir.
Açar sözlər: Yovşan, xemotaksonomiya, taksonomiya
Bitkilər aləmindən istifаdə etməklə dünyada sürətlə inkişaf edən bəzi yoluxucu
xəstəliklərin qarşısının alınması üçün alimlər daim axtarışdadır.
Azərbaycanda bu istiqamətdə uzun illərdən bəri elmi tədqiqat işləri aparılır, bitkilərin
kimyəvi tərkibi öyrənilməklə yanaşı, müasir üsullarla bioloji fəal maddələr alınır və tətbiq
sahələri öyrənilir [1, 2, 3, 4].
Bununla əlaqədar olaraq yeni müalicə preparatlarının yaradılmasında istifadə oluna
biləcək bioloji fəal maddələrin mənbələrinin müəyyən edilməsi böyük məna kəsb edir.
Dərman maddələri sırasında son 40-50 il ərzində terponoid birləşmələri, o cümlədən
seskviterpen laktonlarına, kumarinlərə böyük diqqət yetirilir. Bu maddələr bitkilər aləmində
geniş yayılmışlar və təbii maddələr kimyası sahəsində inkişafda olan sinif birləşmələridir.
Onlar farmakoloji təsirə malikdirlər və müasir təbabətdə daha çox tətbiq olunurlar. Bu
birləşmələrin zəngin mənbələrindən biri də yovşan astеrkimilərin nümayəndələridir.
Bitki аləmi bir sırа müalicə əhəmiyyətli mаddələrin, о cümlədən еffеktiv dərmаn
prеpаrаtlаrının tükənməz хаmmаl mənbəyidir və dаimа tədqiq оlunur. Bu bitkilər sırasında
yovşanlar və onlardan alınan seskviterpen laktonlar geniş təsir spektirli maddələr olub, bir çox
xəstəlikləri müalicəedici təsirə malikdirlər. Məsələn; göbələk xəstəliklərinə qarşı (kristisin),
qurdqovucu təsirə malik (α-santonin, alantalakton, qafrinin), bədxassəli şişlərə qarşı (arqlabin,
qaylardin, partenin,vernolid), ağrıkəsici (amaralin), antiradikal və antiaksidant təsirə malik
(alxanin,alxanen,alxanol,yerevanin) nəzəri əhəmiyyəti elmi üçün çox aktualdır.
TƏDQIQATIN MƏQSƏDI VƏ VƏZIFƏLƏRI
Tədqiqai işinin əsas məqsəd; Yovşan cinsi növləri üçün xarakterik olan seskviterpen
laktonlardan kimyəvi marker kimi istifadə edərək onların növ statusunun bərpa edilməsi,
Azərbaycan florasında cinsin taksonomik tərkibinin müəyyənləşdirilməsi.
Tədqiqаt işləri 2000-2011-ci illərdə çöl mаrşrutlаrı, екspеdisiyа, каmеrаl-lаbоrаtоr və
yаrımstаsiоnаr şəraitdə аpаrılmışdır.
Bioloji fəal maddələrin alınmasında bir sıra metodikalardan istifadə edilmişdir: morfoloji,
fiziki-kimyəvi (spektral), xemotaksonomik metodlardan.
MÜZAKIRƏ VƏ NƏTICƏLƏR
Аstеrkimilər - Аstеаcеае Dumоrt. fəsiləsi çiçəkli və örtülütохumlu bitkilər içərisində
ən gеniş yаyılmış fəsilədir. Оnun nümаyəndələrinə dünyаnın bütün qitələrində (Şimаli
Аmеrikаdа, Аvrоpаdа, Аsiyаdа, Şimаli Аfrikаdа) rаst gəlinir. Fəsiləyə 1000 cinsdə birləşmiş
25000-ə qədər növ dахildir. Fəsilə tаm inkişаfdа olmaqla, yеni növlər əmələ gətirməkdə
dаvаm еdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
141
Аzərbаycаn flоrаsındа Аstеrаcеае fəsiləsinin 115 cinsdə birləşmiş 547 növü
məlumdur. Tədqiqаtımızа dахil оlаn fəsilənin ən böyük cinsi Аrtеmisiа - Yоvşаndır.
Yovşanları ilk dəfə Karl Linneyin təftiş etmiş, XIX əsrin əvvələrində müəllif
tərəfindən 19 yovşan növü haqqında məlumatlar verilmişdir ki, onun da (A.santonica L.,
A.absinthium L., А. annua L., А. vulgaris L., А. dracunculus L., A.abrotanium L., A.compestris L.)
7-si Qafqazdan təsvir edilmişdir [51].
Sonrakı illərdə Yоvşаn cinsinin təbii klasfikasiyası Bеssеr tərəfindən vеrilmiş, başqa
sözlə cinsin sistеmаtikаsının əsаsını о qоymuşdur. Аrtеmisiа tshеrnеviаnа Bеss., А.
fаsciculаtа M.B. vаr ibеricа Bеss., А. fаsicuclatа vаr. аrmеniаcа Bеss., А. mаritimа vаr.
hаnsеniаnа Bеss., А. mаritimа L. vаr. szоvitsiаnа Bеss., А. mаritimа vаr. еrivаnicа Bеss., А.
mаritimа vаr. mеyеriаnа Bеss.-ə аiddir [48]. 1830-1839-illərdə müəllif bir nеçə yеni növ və
növ müхtəlifliyinin təsvirindən bаşqа, yovşan cinsini ilk dəfə çiçəyin quruluşundakı əsas
fərqlərinə görə müхtəlif sеksiyаlаrа bölmüş, təbii klassfikasiyasını 1829-cu ildə vermişdir.
Besser cinsin növlərini çiçəklərinin quruluşundаkı fundаmеntаl fərqlərinə görə 4 sеksiyаyа
bölmüşdür. Аbrоtоnium (Bеss.), Аbsinthium Drаcunculus (Bеss.), Sеriphidium (Bеss.) Cinsin
klаssifikаsiyаsının öyrənilməsində Bеssеrin böyük nаiliyyətləri оlmasına baxmayaraq vəfatı
ilə bağlı olaraq işləri tаmаmlаya bilməmiş, onun tədqiqаtlаrı Dе -Kаndоl tərəfindən dаvаm
еtdirilmişdir [50]. 1808-ci ildə yоvşаn növlərinin аşkаr оlunmаsındа böyük хidmətləri оlаn
Mаrşаll Bibеrştеyn Qаfqаzа məхsus оlаn yeni 2 növ: А. fаsciculаtа MB., А. inоdоrа MB [49].
və 1843-cü ildə isə Kаrl Kох Qafqaz üçün yeni bir növ- А. spicigеrа C.Kоch. təsvir еtmişdir
[52]. Həmi illərin sonuna qədər Marşal Sprеngеr elm üçün yeni 105 yоvşаn növünu təsvir
etmişdir [49].
Sprengerin verdiyi növlərdən birinin - A.marschalliana Sprenger tərəfimizdən İmişli
rayonunun ətrafından və Otuzikilər kəndindən yeni arealı aşkar edilmişdir, herbari
materiallarının təftişi zamanı həmin növdən 1 nüsxə Botanika İnstitutunun herbariumundan
Qusar rayonundan təsvir edilmişdir, lakin növ başqa adla göstərilmişdir. Deməli A.
marschalliana Azərbaycan florasında təkcə İmişli rayonunda deyil, digər yerlərdə də rast
gəlinir. Bütün bunları nəzərə alaraq A. marschalliana Azərbaycanın yovşan növlərinin
siyahısına ilk dəfə olaraq daxil edilmişdir .
K.Linneydən sonra yovşanların inkişafının əsas mərhələsini Willdenov, Biberşteyn,
B.Besser, C.Koch və Аvrоаsiyа yоvşаn növlərinin dəqiqləşdirilməsində rus alimlərindən İ. M.
Kraşenikov, B. A. Keller, M. F. Komarov, son zamanlarda isə P. P.Polyakovun xüsusi rolu
olmuşdur. İ.M.Kraşeninnikov Avroasiya yovşan növlərinin filogeniyasını analiz edərək
Artemisia cinsinin sistematikasını zənginləşdirmişdir [17].
Сinsin sonrakı inkişafının əsas mərhələsi Willdonovla bağlıdır. Müəllif təxminən 50
il müddətində Qafqaz və Kiçik Asiya üçün bir neçə yeni növ təsvir etmişdir: A.caucasica
Willd., A. taurica Willd., A.splendens Willd., A.prosera Willd., A.orentalis Willd.,
A.salsolides Willd., A.fragrans Willd. Willdenovun ”Species plantarum “əsərində müəllif 71
yovşan növü olduğunu qeyd etmiş, onlardan 17-nin Qafqaz florasında yayılmasını
göstərmişdir [56].
1916-cı ildə Rudbеrq Аrtеmisiа L. cinsinin tədqiqini dаvаm еtdirərək,
klаssifikаsiyаsını işləmiş və sеksiyаlаrı yаrımcins səviyyəsinə qаldırmışdır [53].
1920-1949-cu illərdə Qafqaz florasının formalaşması yollarını təhlil edərkən
A.A.Qrossheym yovşanların regionda 27 növünün olduğunu qeyd etmişdir ki, onlardan 21-
nin Azərbaycan florasında olması barədə məlumatlar vardır [13,14].
Frеnеc, Qоdrоn, Qrеy və хüsusilə də Аvrоаsiyа yоvşаnlаrının yахşı təyin еdən
Krаşеnnikоvа əsаslаnаrаq Azərbaycanda yovşanların monoqrafı sayılan R.Y.Rzаzade
Аrtеmisiа cinsini 4 yаrımcnsə bölmüşdür: 1 . Drаcunculus (Bеss.) Rydb., 2. Sеriphidium
(Bеss. Grеy) еt Cоdr, 3. Еuаrtеmisiа (A.Qrеy) Krаsch. еt Qоdr, 4.Аrtаnаcеtum Rzazade. Alim
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
142
Besser-dən fərqli olaraq yeni bir yarımcis (Аrtаnаcеtum) aşkar etmiş və Besserin 2 seksiyasını
birləşdirərək Еuаrtеmisiа adı altında vermişdir.
R Y.Rzazadə növlərin təyinində çiçək yatağının tüklü və tüksüz olmasını, həyatı
formasını, səbətlərin, yarpağın, və toxumun formasını əsas əlamət kimi götürmüşdür.
Dünyа flоrаsındа Yоvşаn cinsinin 500-dən çох növü məlumdur ki [8], kеçmiş SSRI-
də onlardan 174-ü floraya daxil edilmişdir [ 22]. A.A.Qrossheym Qаfqаz florasının təhlili
zamanı “Azərbaycan florası“ fundamental əsərində 24 növün olduğunu qeyd etmişdir [14].
Ondan 20 il keçdikdən sonra R.Y.Rzazadə yovşan növlərinin sayının 42 olmasını təsdiq edib,
bir müddət keçdikdən sonra P.P.Polyakov Аzərbаycаn florasında yovşanların 17 (1-mədəni
olmaqla) növlə təmsil etmişdir [23].
Filogenetik nöqteyi nəzərdən Abrotanium Bess., Absinthium Bess.,seksiysları daha
primitiv, Dracunculus və Seriphidium isə daha inkişaf etmiş seksiyalardır. Besserin
seksiyaları təbii seksiyalar olduğu üçün növ daxili bölmələrdə təbii mənbə kimi qalır. Keçmiş
ittifaqda P.P.Polyakov Besserin seksiyalarını yarımcins kimi təsvir etmiş və Abrotonium və
Absinthium seksiyalarını Artemisia yarımcinsinə birləşdirmişdir [22]. Beləliklə, alim
Artemisia cinsini üç yarmcinsdə təsvir etmişdir: Artemisia, Dracunculus, Seriphidium.
Besserə görə Abrotonium-a aid yovşan növləri, Absinthium-a aid yovşan növlərindən yalnız,
çiçək yatağında tükcüklərin olmaması ilə fərqlənir. P.P.Polyakovun bu iki seksiyanın
Artemisia yarımcinsi şəklində birləşdirilməsini bizim etsperimental kimyəvi tədqiqatların
nəticələri də sübut edir. Abrotanium həmçinin də Arbsinthium-a aid yovşan növlərindən
alınmış ümumi seskviterpen laktonları dezasetilmatrikarin, tauremizin, axilin və bir sıra başqa
birləşmələr eyni olmasalar da, biogenetik baxımdan bir-birilə sıx əlaqəli birləşmələr
alınmışdır ki, bu da həmin seksiyaların birləşməsinə bəraət qazandırır və bizim tədqiqatlar
bunu elmi əsaslarla təsdiq edir [36,39].
Bu növlər haqqında hələ o zamanlar məqalələr nəşr olunsa da nə S.K. Çerepanov
[44,45 ] nə də Qafqaz florasının koncpektində [16] indiyə qədər Yovşan cinsi növlərinin tam
təsviri verilməmişdir
Bu yarımcinslər Rzazadə tərəfindən 15 sırаyа bölünmüş, 8 yеni növ təsvir edilmiş, hər
bir sıranı bеynəlхаlq nоmеnklаturаyа uyğun lаtın dilində təsvir edilmişdir (cədvəl 1).
P.P.Polyakov Rzazadənin yeni növlərini A.fragrans, A. szоwitsiаnа birləçdirərək onları
sinonimi hesab etmişdir. 4 yarımcinsə daxil olan I-ci yаrımcins – Drаcunculus 4 sıraya
bölünmüşdür (Drаcunculi, Tschеrnieviаnае, Mаrschаlliаnае və Scоpаriае), bu sıraların hər
birinin oxşar və fərqli cəhətlərinə görə növlər sistemləşdirilmişdir. II –ci yаrımcins –
Еuаrtеmisiа 3 sıraya (Оriеntаlеs, Vulgаres, Аnnuае), III-cü yarımcins Seriphidium 5 sırada
birləşdirilmişdir (Frаgrаntеs, Cаucаsicае, Iskеndеriаnае, Szоvitsiаnаe və Spicigеrае) və
oraya daxil olan növlərlə təchiz edilmişdir. Bu yarımcins R.Rzazadədən öncə Besser
tərəfindən də təsvir edilmişdir. IV-ci yаrımcins – Аrtаnаcеtum 1 sıra Fаsciculаtа M.B.və 1
növlə (A.Komarovii Rzazade) təmsil olunur.Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın
sistematikləri icərisində tanınmış bir alim olan R.Rzazadə belə bir nomenklaturanı versə də
P.Polyakov onu qəbul etməmişdir.
Cədvəl 1
R.Y. Rzаzаdəyə görə Yovşan cinsi növlərinin klassifikasiyası
Sırа
Tip
Həyаti fоrmаlаrı
1
2
3
I yаrımcins - Drаcunculus (Bеss.) Rydb.
Drаcunculi Rzаzаdе
А. drаcаnculus L.
А. dаghеstаnicа Krаsch.
çохillik оtlar
Tschеrniviаnае Rzаzаdе
A. tschеrniеviаnа Bеss.
А. sаlsоlоidеs W.
yаrımkоllar
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
143
Mаrschаlliаnае Rzаzаdе
A. mаrschаlliаnа Sprеng.
А. sоsnоvskyi Krаssh.
А. еldаricа Rzаzаdе
çохillik оtlаr
Scоpаriае Rzаzаdе
А. scоpаriа Wаldst. еt Kit.
А. scоpаrоidеs Grоssh.
birillik və yа
ikiillik оt
bitkiləridir
II yаrımcins – Еuаrtеmisiа (А. Grey.) Krаsch.
Оriеntаlеs Rzаzаdе
А. оriеntаlis Willd.
А. аustriаcа Jаcq.
çохillik оtlar
Vulgаres Rzаzаdе
А. vulgаris L.
А. аrmеnicа Lаm.
А. tоurnеfоrtiаnа Rchb.
А. chаmаеmеlifоliа Vill.
А. pоnticа L.
А. prоcеrа Willd.
çохillik оt və yа
yаrımkоldur
birillik оtlar
Аnnuае Rzаzаdе
А. аnnuа L.
birillik оtlar
Absinthii (Bess.) Rzаzаdе
А. аbsinthium L.
çохillik оtlar
Caucasicae Rzаzаdе
А. cаucаsicа Willd..
А. splеndеns Willd..
А. grоsshеimii Krаsch.
çохillik оtlar
III- yarımcins Seriphiudum (Bees.) Gren.et Godz.
Spicigеrае Rzаzаdе
A.spicigera Rzаzаdе
A.issayevii Rzаzаdе
çохillik оtlar
А. pаuciflоrаe Rzаzаdе
А. pаuciflоrifоrmis Rzаzаdе
çохillik оtlar
Tаuricаe Rzаzаdе
А. tаuricа Willd.
А. divаricаtа (Grоssh.) Rzаzаdе
А. lаtschinicа Rzаzаdе
yаrımkоllar
Frаgrаntеs Rzаzаdе
А. frаgrаns Willd.
А. hаnsеniаnа (Bеss.) Grоssh.
А. fеdоrоvii Rzаzаdе
А. kоbstаnicа Rzаzаdе
yarım- kоlcuq
çохillik оtlar
Szоvitsiаnаe Rzаzаdе
A. szоvitsiаnа (Bеss.) Grоssh.
А. prilipkоаnа Rzаzаdе
А. nаchitschеvаnicа Rzаzаdе
yarımkol
çохillik оtlar
Iskеndеriаnае Rzаzаdе
А. iskеndеriаnа Rzаzаdе
çохillik оt
IV yаrımcins – Аrtаnаcеtum Rzаzаdе
Yаrımcins tipi Fаsciculаtа
M.B.
А. komаrоvii Rzаzаdе
yаrımkоllar
Tərəfimizdən aparılan tədqiqatlar zamanı R.Y.Rzazadənin təsvir etdiyi yeni növlər
Azərbaycan Respublikasının bir neçə bölgələrindən toplanılmış və yayıldığı ərazilər barədə
əldə edilən məlumatlar 2 saylı cədvəldə öz əksini tapmışdır.
Cədvəl 2
R.Y. Rzazadənin təsvir etdiyi növlərin Azərbaycan florasında yayılma sahələri (1986-2011)
Rzazadənin yeni növləri
Yаyıldığı ərаzilər
Аrtеmisiа еldаricа Rzаzаdе
Еldаr düzü
А. issаyеvii Rzаzаdе
Nахçıvаn MR-sı Culfa rayonu Dizə kəndi
А. kоbstаnicа Rzаzаdе
Qоbustаn Хilimili kəndi (Qоzlu çаy ətrafı)
А. prilipkоаnа Rzаzаdе
Хızı rаyоn Qаnаqkəndi ilə Аğdərə- аrаsı
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
144
А. nаchicshеvаnicа Rzаzаdе
Nахçıvаn MR-sı Babək və Şahbuz rayonları
А. fеdоrоvii Rzаzаdе
Lеrik rаyоnu (Diаbаr) Şonaçala kəndi
А. iskеndеriаnа Rzаzаdе
Аzərbаycаnın şimаl- şərq rayonları, əsasən
Qоnаqkənd
A. lаtschinicа Rzazade
Laçın rayonu Laçın kəndinin cənub–şərq
ətəyindən və Ağanus kəndi Turş-su ətrafından 1987-
ci ildə toplanılmışdır
Cədvəldən göründüyü kimi verilən yeni növlərin adları ilk dəfə оlаrаq R.Y. Rzаzаdə
tərəfindən bеynəlахlq qаydаlаrа uyğun lаtın dilində tərtib еdilmişdir. Tərəfimizdən 2008-ci
ildə А. nаchitshcеvаnicа növü Nахçıvаn şəhərinə yaxın bir ərazudən - Хаlхаl meşəsindən də
toplanılmışdır. Qеyd еdək ki, Rzazadənin Azərbaycan üçün verdiyi yeni növlərdən yalnız А.
nаchtshzеvаnicа аyrıcа növ kimi 1981-ci ildə nomenklatur kodeksdə təsvir edilmişdir [44].
Apаrdıqımız xemotaksonomik - еkspеrimеntаl tədqiqаtlаr zamanı bu növlərin yeni olmasını
digər növlərlə müqaisədə аyrılan fərdi mаddələr hesabına da sübut etmək olur və digər
tərəfdən ekspedisiyalar zamanı əldə etdiyimiz morfosistematik əlamətlər bunu bir daha təsdiq
edir. Şəxsi araşdırmalar və bütün bu yuxarıda deyilənləri də nəzərə alaraq bu qənaətə gəlmək
olar ki, Azərbaycan florasında Yovşan cinsi 4 yarımcinsdə 42 növü qruplaşmışdır.
Azərbaycanda yovşan növlərinin iki növünün ( A. dracunculus - tərxun yovşanı, A.
balxanorum Krasch - balxan yovşanın) becərilməsi haqqında [5] və son ədəbiyyat
məlumatlarına görə Nax.MR-da A. incana L. Druce, A. araxina Takht., Ə.Ş.İbrahimov və
T.H.Talıbov bir yeni yovşan növünün (A. abrotanum L.) yayılması və A. incana L.
(fasciculata M.B.) Druce, A. araxina Takht. növləri haqqında geniş məlumat verərək,
Naxçıvan MR florasında yovşan növlərinin sayının 14 olduğunu göstərmişlər [ 6].
V.Nilovun yeni növlərin əmələ gəlməsinə aid konsepsiyası R.Y.Rzazadənin təsvir
etdiyi yeni növlərin kimyəvi tərkibi ilə yanaşı morfoloji əlamətlərinin müqayisəli analizi,
onların növ statusunun müəyyən olunmasına təkan verə bilər [21].
R.Y.Rzazadənin Naxçıvan MR Xal-xal kəndinin ətrafından təsvir etdiyi
A.nachitschevanica Rzazade növünü göstərmək olar. R.Y.Rzazadə hesab edirdi ki, bu növ A.
fragrans Willd. və A. szowitsiana (Bess.) Grossh. növlərinin çarpaz tozlanması nəticəsində
alınmış hibriddən yaranmış yeni növdür [10].
Beləliklə, çiçəkli bitkilər, o cümlədən yovşan cinsi növləri üçün xarakterik olan çarpaz
tozlanma nəticəsində yaranan hibridlərdən yeni növlərin əmələ gəlməsini sübuta yetirən uzun
illərin məhsulu olan nəzəri və eksperimental tədqiqatlarının nəticələri diqqətə çatdırıldı.
Artemisia nachitsevanica Rzazade və Artemisia fedorovi, A. iskenderiana, A.
latschinica Rzazade növlərinin müstəqiliyinin xemotaksonomik təhlili zamanı müəyyən
edilmişdir ki,
A. nachitschevanica Rzazade (Naxçıvan yovşanı) növünü R.Y.Rzazadə Serihpidium
seksiyasının Szovitseae sırasında müstəqil növ kimi təsvir etmişdir [25]. Lakin istər SSRİ,
istərsə də Azərbaycan florasında yovşan (Artemisia L.) cinsini işləyən P.P.Polyakov
R.Y.Rzazadənin təsvir etdiyi yeni növləri qəbul etməmiş və onları A. fragrans Willd., A.
szowitsiana (Bess.) Grossh. və başqa növlərinin sinonimi hesab etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun herbari fondunda
saxlanan R.Rzazadənin testləşdirdiyi A. iskenderiana Rzazade və A. nachitschevanica
Rzazade növlərinin herbari nümünələrini tədqiq edən P.P.Polyakov hər iki növün herbarilərini
A. szowitsiana (Bess.) Grosch. və A. fragrans Willd. növlərinin qarışığından ibarət olduğunu
göstərir. Təssəvürə belə gətirmək çətindir ki, tanınmış botanik bitki-ehtiyatşünası
R.Y.Rzazadə A. fragrans və A. szowitsiana kimi fərqləndirilməsi asanlıqla mümkün olan iki
növü bir-birindən ayıra bilməsin. P.Polyakov R.Rzazadənin yeni növlərini təbiətdə tədqiq
etməmiş və buna görə də adi baxışla nəzərə çarpan aydın morfoloji əlamətləri inkar edir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
145
Bunu da nəzərə almaq lazımdır ki, əksər hallarda herbari materialları hazırlanarkən və
fondda saxlanılan zaman ilk baxışdan səciyyəvi olmayan, lakin növü xarakterizə edə biləcək
“xırda” morfoloji əlamətlər quruyaraq tökülür və növləri, xüsüsilə morfo-genetik cəhətdən
yaxın növləri bir-birindən ayırmaq mümkün olmur və bu da yalnış nəticələrə gətirib çıxarır.
Məhz buna görə də, xüsusilə mübahisəli hallarda növ mənsubiyyətini müəyyənləşdirmək üçün
morfoloji tədqiqatlar bitkinin müxtəlit inkişaf fazalarını əhatə edərək təbiətdə aparılmalıdır.
P.P.Polyakov isə yovşan növlərini işləyərkən təbiətdə tədqiqatlar aparmamışdır.
Müasir sistematiklər bitki növlərini xarakterizə edərkən morfoloji əlamətlərlə yanaşı
kimyəvi əlamətlərində nəzərə alınmasını vacib hesab edirlər. Məsələyə aydınlıq gətirmək
üçün hər iki növün: Şovic və Naxçıvan yovşanlarının xarakterik maddələri olan seskviterpen
laktonlar müqayisəli tədqiq olunmuşdur. Şoviç yovşanının seskviterpen laktonlarının
öyrənilməsinə dair tədqiqat işlərinidə müəyyən etmişik ki, bu yovşan növünü səciyyələndirən
seskviterpen laktonlar artesovin, α-santonin, artemizin olduğu halda, əddəbiyyat
məlumatlarına görə Naxçıvan yovşan növündən ancaq α-santonin alınmışdır [10].
Məlumdur ki, hər bir bitki növünü tərkibində olan kimyəvi birləşmələr xarakterizə
edir. Bu maddələrin isə keyfiyyət tərkibi bitkinin bitdiyi torpaq və iqlim şəraitindən asılı
olmayıb sabitdir. Bu səbəbdən A. nachitshevanica Rzazade və A. szoiwtsiana (Bess) Grossh.
növlərinin xarakterik maddələrinin - seskviterpen laktonlarının keyyfiyət tərkibini öyrənərək
müqayisə etməklə bu mübahisəli məsələyə aydınlıq gətirmək mümkündür.
Bu istiqamətdə apardığımız tədqiqatların nəticəsində müəyyən etdik ki, Naxçıvan
yovşanının tərkibindəki seskviterpen laktonlar β-santonin və α-santonin-dən, Şoviç
yovşanının tərkibindəki laktonlar isə α-santonin, artemizin və artesovindən ibarətdir [37, 38]. Məhz buna
görə də A. nachitshevanica ilə A.szovitsiana növlərinin morfoloji əlamətlərində (yəqin ki,
həmçinin A.fragrans Willd.) olan oxşarlıq anlaşılandır. Bu oxşarlıq biogenetik cəhətdən
qohum olan A. nachitshevanica ilə A. szowitsiana növlərinin tərkibində olan seskviterpen
laktonlara görə də nəzərə çarpır. Məsələn, β-santoninlə və α-santonin bir -birindən lakton
tsiklinin yanındakı metil qrupun fəza vəziyyətinə görə fərqlənməsi; Şoviç yovşanının
tərkibindəki artemizin, A. nachitshevanica növündə olan α-santoninindən hidroksil qrupun
olması ilə fərqlənməsi.
Qeyd etmək lazımdır ki, ilk baxışdan, A. nachitshevanica növünün digər valideyn
növü olan A. fragrans-in tərkibində olan seskviterpen laktonları (alxanen, alxanin, alxanol,
erivanin) ilə biogenetik qohumluq əlaqəsi nəzərə çarpır [24,27,28, 33,]. Belə ki, birinci hər iki
növdən alınmış laktonların stereokimyasının eyniliyi, ikincisi isə alxaninin və alxanolun
asanlıqla α-santoninə çevrilməsi biogenetik qohumluq əlaqələrinin mövcud olmasının
sübutudur. Beləliklə, alınmış nəticələrin analizi morfoloji əlamətlərlə birlikdə göstərir ki, A.
nachitshevanica Rzazade (Naxçıvan yovşanı) müstəqil növ kimi Azərbaycan florasında təsvir
olunmalıdır.
R.Rzazadənin qeyd etdiyinə görə A. nachitshevanica Rzazade növünün tipi: Sankt-
Peterburqda (Leninqradda), izotipi isə Bakıda saxlanılır [10].
Müəllifə görə, bu növ A. szowitsiana növünə yaxın olub, ondan ağ tüklənməsi,
tərskonusşəkilli səbətciyi, qəhvəyi rəngli nöqtəvarı vəzili tükcüklü olması, qaşıqşəkilli örtük
yarpaqcıqları və coğrafi yayılması ilə fərqlənir. P.P.Polyakov bu əlamətləri qəbul etmir və
ümumiyyətlə yovşan növlərində qaşıq şəkilli yarpaqların olmadığını göstərir. Əgər
P.Polyakov A. nachitschevanica-nı müəllifin növün təsvir etdiyi yerində - təbiətdə tədqiq
etsəydi, R.Y.Rzazadənin göstərdiyi A. szowitsiana-dan onu fərqləndirən bütün əlamətləri
müəyyən edərdi. Biz də A. nachitschevanica-nı Naxçıvan MR-nın Xal-xal meşəsinin yanında
eyni adlı kəndə gedən yol kənarında tədqiq edərkən R.Y.Rzazadənin bütün morfoloji
əlamətlərlə yanaşı kənarı çoxlu miqdarda qəhvəyi rəngdə vəzciklərlə örtülmüş qaşıq şəkilli
yarpaqların mövcud olmasının şahidi olduq.
Bitkilərdə kimyəvi təkamülü öyrənən V.İ.Nilovun fikrincə yeni növlərin əmələ
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
146
gəlməsi ilə bağlı keyfiyyət tərkibinin dəyişilməsi və növ anlayışı ancaq kimyəvi tərkibin sabit
olması ilə şərtləndirilməlidir. Hər hansı kimyəvi yeni törəmə hibridləşmə və mutasiya
prosesləri ilə bağlıdır [21]. V.Nilovun yeni növlərin əmələ gəlməsinə aid konsepsiyası
R.Y.Rzazadənin təsvir etdiyi yeni növlərin kimyəvi tərkibi ilə yanaşı morfoloji əlamətlərinin
müqayisəli analizi də onların növ statusunun müəyyən olunmasına imkan verir.
3 saylı sədvəldən göründüyü kimi müqayisə olunan yovşan növlərinin seskviterpen
laktonlarının keyfiyyət tərkibi fərlənir. Bu iki növ üçün ümumi lakton α-santonindir. Deməli
A. nachitschevanica A. szowitsiana növünə morfoloji cəhətdən yaxın olduğu kimi laktonların
tərkibinə görə də yaxındır, amma eyni deyil. A. nachitschevanica növünün valideynləri
sayılan A. fragrans Willd. və A. szowitsiana gəldikdə qeyd etmək lazımdır ki, A. fragrans-ın
lakton tərkibi (alxanen, alxanol, alxanin, erivanin) A. szowitsiana tərkibində artesovin,
artemizin və α-santonin də saxlayır. Bununla belə, A. nachitschevanica növü α-santonin,
-
santonin ilə xarakterizə olunur. A. nachitschevanica-nın lakton tərkibin hər iki növdən
tamamilə fərqlidir. A. spicigera C.Koch. növünün lakton tərkibi ilə eynidir, amma
komponentlərin miqdarlarına görə ondan fərqlənir. Belə ki, α-santoninlə
-santoninin miqdarı
A. nachitschevanica- da 9:1 nisbətində olduğu halda A. spicigera-da 1:9 nisbətindədir.
Morfoloji cəhətdən isə sonuncu iki yovşan növü tamamilə fərqlənirlər. Yuxarıda qeyd olunan
nəticələri əsas götürərək demək olar ki, A. nachitschevanica Rzazade növü valideyn növlərin
çarpaz tozlamasından əmələ gələn hibriddən yaranan sərbəst növdür. Bu növ nə A. fragrans
Willd., nə də A. szowitsiana (Bess.) Grossh. növlərinin sinonimi ola bilməz.
Rzazade kəşf etdiyi yeni növlərdən biri də A. fedorovii Rzazade növüdür. Müəllif bu
növü Qafqaz florasının öyrənilməsi üzrə ekspedisiyalarda müstəsna fəaliyyəti olan
Al.A.Fyodorovun şərəfinə bu növə A. fedorovii adını vermişdir. R.Y.Rzazadə bu növü
Seriphidium (Bess.) Gren. et Godr. seksiyasının Fragrantes sırasında müstəqil növ kimi təsvir
etmişdir.Artemisia fedorovii növü müəllifin qeyd qetdiyinə görə İranın dağlarında
yaranmışdır.
Cədvəl 3
Azərbaycanda yayılmış Artemisia L. cinsi növlərindən alınmış
xemotaksonomik əhəmiyyətli maddələr
Növün adı
Alınmış maddələrin adı,
element tərkibi, ərimə
temperaturu (ə.t,
o
C), ν
max
(sm
-1
)
Maddələrin quruluş
formulaları
Ədəbiyyat
A. nachitschevanica Rzazade
α-santonin
C
15
H
18
O
3
,
ə.t. 171-172°C,
ν
max
1785, 1660
1630, 1620
O
O
CH
3
H
CH
3
CH
3
O
H
[10]
β-santonin,
С
15
Н
18
О
3
,
ə.t. 216,0-218,0ºС
ν
max
1775, 1670,
1650, 1620
O
O
CH
3
CH
3
CH
3
H
O
H
[10]
A. szowitsiana (Bess.)
α-santonin
[10]
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
147
A.Grossh.
artemizin,
С
15
Н
18
О
4,
ə.t. 201,0-203,0ºС
ν
max
3500, 1780, 1670, 1620
O
O
CH
3
H
CH
3
CH
3
H
O
OH
[37]
artesovin,
С
15
Н
20
О
3,
ə.t. 142,0-144,0ºС
ν
max
1780, 1713,
1670
O
CH
3
O
C
H
3
C
H
3
O
H
H
[38]
Talış dağlarında (Zuvandda) dəniz səviyyəsindən 1500 m hündürlükdə rast gəlinir,
morfoloji cəhətdən fedorov yovşanı, ətirli yovşan (A. fragrans) və ona birləşdirilmiş Hansen
yovşanına (A. hanseniana (Bess.) A.Grossh.) çox yaxındır. Amma sonuncu yovşan növüdən
səbətciklərin formasına və tükcüklərinə görə fərqlənir. R.Y.Rzazadəyə görə, bu yovşanın ətirli
yovşan növünə yaxın olduğundan, bu növ valideyin növlərdən biri A. fragrans olan çarpaz
tozlanma nəticəsində əmələ gəlmiş hibrid növdür.Məhz buna görə də tədqiq olunan yovşan
növünün xarakterik maddələri olan seskviterpen laktonların keyfiyyət tərkibini ilk növbədə
morfoloji cəhətdən ən yaxın olan və hipotetik valideyin növ olan ətirli yovşanın xarakterik
seskviterpen laktonlarının keyfiyyət tərkibi ilə müqayisə edərək xemotaksonomik nöqteyi-
nəzərdən bu yovşan növlərini birləşdirmək məqsədə uyğun deyildir.
Məlum olduğu kimi A. fragrans yovşan növündə müəyyən olunmuş seskviterpen
laktonlar evdesmanolidlər qrupuna, A. fedorovii yovşan növündən alınmış laktonlar isə
germakranolidlər, elemanolidlər və evdesmanolidlər qruplarına mənsubdurlar.
A. feodrovi növü Talışın Lerik rayonu, Kosmalyan kəndi orta dağ qurşağının çınqıllı
yamaclarında bitir.
Tipi Sankt-Peterburqda, izotipi isə Bakıda saxlanılır. A. fragrans növünə yaxın olub,
həmin növdən sıx ağ və ya bozumtul-sarı tüklənməsinə, kürəvari və ya dəyirmi-ellipsşəkilli
səbətciklərilə, enliyumurtaşəkilli toxumçasına, uzun səbətyanlı yarpaqlarına görə
fərqlənməsinə baxmayaraq, P.P.Polyakov bu növü sərbəst növ kimi qəbul etməyərək A.
fragrans növünə birləşdirmişdir.
Xemotaksonomik araşdırmalar 1 və 2 saylı cədvəllərdə aydın şəkildə öz əksini
tapmışdır. Müqayisə olunan yovşan növlərinin seskviterpen laktonları bir-birindən tamamilə
fərqlənirlər. Ətirli yovşan növünün seskviterpen laktonları kimi A. fedorovii yovşan növünün
seskviterpen laktonları da o qədər spesfikdir ki, yovşan cinsi növlərinin heç birində indiyə
kimi fedorov yovşanın tərkibində müəyyən olunmuş seskviterpen laktonlarından heç biri
aşkarlanmayıb. Beləliklə, A. fedorovii və A. fragrans növlərinin seskviterpen laktonlarının
müqayisəsi aydın göstərir ki, A. fedorovii növünü A. fragrans növünün sinonimi kimi qəbul
etmək olmaz. A. fedoroviı Rzazade hibrid formasından yaranmış müstəqil, yeni yovşan kimi
Azərbaycan florasının yeni tərtibatında R.Y.Rzazadənin göstərdiyi morfoloji əlamətlərlə
təsvir olunmalıdır (cədvəl 4).
Cədvəl 4
Dostları ilə paylaş: |