Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

– Trichoderma lignorum;  F - Fusarium oxysporium ; A -  Aspergillus niger 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

Qrafiq  1-dən  göründüyü  kimi,    Senecio  grandidentatus  bitkisində    Trichoderma 



lignorum,  Fusarium  oxysporium      Aspergillus  niger  göbələk  kulturaları  yaxşı  inkişaf 

edirlər.    Beləliklə,  Senecio  grandidentatus    bitkisi  bu  kulturalar  üçün  substrat  kimi  istifadə 

oluna bilər. 

 2. Ekstraktın hazırlanması və onda göbələklərin inkişafı. Bunun üçün qurudulmuş və 

xırdalanmış bitkidən 1:10 nisbətində (1 hissə bitki və 10 hissə su) su hamamında qızdırmaqla 

ekstrakt hazırlanır. Ekstrakt soyuduqdan sonra süzülür.   200 ml-lik kolbalara 100 ml ekstrakt 

tökülür və 0,5 atm. təzyiqdə 1 saat sterilizasiya olunur. Mühitin pH-ı 6,5-ə bərəbər olmalıdır. 

Sterilizasiyadan  sonra  Trichoderma  lignorum,    Fusarium  oxysporium    və    Aspergillus  niger 

ğöbələklərinin  biokütləsindən  kolbalardakı  ekstraktlara  əkilir  və  25-27°C  temperaturda 

yetişdirilir. Müqayisə üçün Çapek qidalı  mühitindən istifadə olunmuşdur.  İnkişaf müddəti  2 

həftə  davam  edir.  Bu  müddətdən  sonra  əvvəlcədən  hazırlanmış  filtr  kağızlarından  ekstrakt 

süzülür    və  xüsusi  şəraitdə  qurudularaq  alınan  biokütlə  müəyyən  olunur  [7,  9,  10].  Alınan 

nəticələr  diaqram 1-də verilmişdir. 

 

 



 

 Diaqram 1. Senecio grandidentatus -un su ekstraktının göbələklərin inkişaflarına təsiri 

absis – göbələk kulturaları; ordinant – biokütlə, q/l 

- Senecio grandidentatus;  K – kontrol– Trichodermlignorum; F-          



Fusarium oxysporium ; A -  Aspergillus niger 

        


Diaqram  1-dən  göründüyü  kimi,    iri  dişli  xaçgülünün  su  ekstraktında,  kontrolla 

müqayisədə,  göbələk  kulturaları    çox  az  inkişaf  etmişlər.  Belə  ki,  onun  su  ekstraktı  çox  az 

fərqlə Trichoderma lignorum, Fusarium oxysporium, Aspergillus niger  göbələk kulturalarına 

eyni fungistatik təsir göstərmisdir (müvafiq olaraq, 0,525; 0,583 və 0,940 q/l). 



Senecio  grandidentatus  bitkisinin  antifunqal  xassəsinin  öyrənilməsi  AMEA 

Mikrobiologiya İnstitutunun əməkdaşları ilə birgə yerinə yetirilmişdir. 

 

NƏTICƏLƏR 

1.  Senecio  grandidentatus    bitkisinin  Xaçmaz  rayonunda  bioloji  ehtiyatı  0,80±0,12  t, 

Quba rayonunda – 0,95±0,14 t təşkil edir. Hər iki rayondan 1,75 t xammal tədarük etmək olar 

2.  S.  grandidentatus  bitkisində  Trichoderma  lignorum,  Fusarium  oxysporium     



Aspergillus niger göbələk kulturaları  yaxşı inkişaf etdiyi üçün o, substrat kimi istifadə oluna 

bilər. 


3.  İri  dişli  xaçgülünün  su  ekstraktı,  kontrolla  müqayisədə,  göbələk  kulturalarına    çox 

az  təsir  göstərmişdir.  Belə  ki,  onun  su  ekstraktı  çox  az  fərqlə  Trichoderma  lignorum, 



Fusarium  oxysporium,  Aspergillus  niger    göbələk  kulturalarına  eyni  fungistatik  təsir 

göstərmisdir (müvafiq olaraq, 0,525; 0,583 və 0,94 q/l). 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

                                                         

ƏDƏBIYYAT 

 

1.  Ağayeva  S.O.,    Baxşalıyava  K.F.  Azərbaycanin  yaz  xaçgülü  bitkisinin  efiryağliliği    və   

antifunqal xassələrinin öyrənilməsi. AMEA Botanika İnstitutu “Faydalı bitkilərdən istifadənin 

aktual problemləri” – beynəlxalq konfransının materialları, Bakı, 2011, s.234-237. 

 2.  Ильин  М.М.  Каучуконосность  флоры  СССР  //Каучук  и  каучуконосы:  В  2  т.  М.;  Л. 

1953. Т. 2. С. 9- 104.    

 3.  Маллабаев  А.,  Рахманкулов  У.,  Сидякин  Г.  Лактоны  Achillea  santolina  //Химия 

природный соединений. 1978. № 4. С. 530.  

 4.  Методика определения запасов лекарственных  растений. М., 1986. 

 5. Муравьева Д.А. Надземные части крестовника как источник получения алкалоидов 

платифиллина, сарацина и сенецифиллина //Мед. Пром-сть СССР. 1965. Т. 19. № 2. С. 

49-52.  


 6.  Муравьева  Д.А.    Фармакогностическое  исследование  растений  рода  Senecio 

(крестовник) флоры Кавказа: Автореф. Дис. … д-ра фармац. наук Тарту. 1965. 38 с. 

7.  Сейкетов  Г.Ш.  Грибы  рода  Trichoderma  и  их  использование  в  практике.  «Наука», 

Казахской ССР, Алма-Ата, 1982, с. 306. 

8. Флора Азербайджана. Баку, 1961, Т. VIII, C. 328-344. 

9. Храмцов А.К. Об эффективности биологического препарата  «Триходермик» против 

некоторых фитопатогенов / Вести Белорусского гос. ун-та, сер. 2, 1999, №3, с. 43-79. 

10.  Якоменко  Е.Е.,  Гродницкая  Н.Д.  Влияние  грибов  Trichoderma  на  почвенные 

микромицеты,  вызывающее  инфекционное  полегание  сеянцев  хвойных  в  лесных 

питомниках Сибири / Микробиология, 2000, 69, №6, с. 850-854. 

11.Bohlman  F.,  Knoll  R.H.,  Zdero  C.  Furanoeremophylane  und  weitere  Inhaltsstoffe  aus 

sudafrikanischen Senecio –Arten //Phytochemistry. 1979. Vol. 18. N 1. P. 79-93.  

 

 

РЕЗЮМЕ 



ЗАПАСЫ И МИКРОБИОЛОГИЧЕСКИЕ ИССЛЕДОВАНИЯ 

SENECİO GRANDIDENTATUS LEDEB. В АЗЕРБАЙДЖАНЕ 

Агаевa С.О. 

 

В  статье  представлены  результаты  изучения  ареала,  запасов  и  антифунгальной 



активности Senecio grandidentatus Ledeb. (сем. Asteraceae) флоры Азербайджана.  

 

 Ключевые  слова:  Asteraceae,  Senecio  grandidentatus,  биологический  запас, 

антифунгальные свойства, Trichoderma lignorum, Fusarium oxysporium, Aspergillus niger 

 

SUMMARY 

RESOURCES OF THE SENECIO GRANDIDENTATUS LEDEB. IN AZERBAIJAN 

AND THEIR MIKROBIOLOJICAL INVESTIGATION 

Aghayeva S.O. 



 

The  article  is  devoted  to  the  study  of  the    spread  of  Senecio  grandidentatus  Ledeb. 

(Asteraceae Family) in Azerbaijan, its resources and antifungal activities.  

 

Key  words:  Asteraceae,  Senecio  grandidentatus,  biological  resources,  antifungi  property, 



Trichoderma lignorum, Fusarium oxysporium, Aspergillus niger 

 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

UOT: 619:616-085  

 

ASTERACEA FƏSILƏSI NÜMAYƏNDƏLƏRININ BAYTARLIQ  

TƏBABƏTINDƏ ETNOBIOLOJI TƏDQIQI 

 

Ağayeva E.Z. 



Azərbaycan Dövlət Aqrar Universiteti 

shanur@rambler.ru 



 

Məqalə  xalq  təbabətinin  tarixi-etnoqrafik  yönümdə  öyrənilməsinə  və  Asteracea 

fəsiləsi nümayəndələrinin baytarliq təbabətində etnobioloji tədqiqinə həsr edilmişdir. 

Qeyri ənənəvi təbabət təcrübəsi elmi təbabət üçün vacib məlumat mənbəyi ola bilər. Ona görə 

bu  tədqiqatın  materialları  uyğun  təcrübi  əhəmiyyət  kəsb  edir.  Azərbaycanda  Asteracea 

fəsiləsinə  aid  olan  dərman  bitkiləri  o  qədər  geniş  yayılmışdır  ki,  xüsusilə  baytarlıq 

təbabətində  istifadə  olunan  dərman  bitkilərinin  tədarükünü  Azərbaycanda  təşkil 

etmək olar.uuu 

 

Аçar sözlər: etnobiologiya, xalq baytarlıq təbabəti, asterçiçəklilər, dərman bitkiləri 

 

Dərman bitkiləri çox qədimdən istifadə olunur. Dərman bitkilərin tərkibində mürəkkəb 



kimyəvi birləşmələr (alkaloidlər, qlükozidlər, efir yağları, saponinlər, mineral maddələr və s.) 

vardır. Bitkilərdən alınan dərmanlar təbii olub, süni və sintetik dərmanlara nisbətən orqanizm 

tərəfindən yaxşı mənimsənilir və heç bir əlavə təsir vermir. Baytarlıq təbabətində isə dərman 

bitkilərinin rolu daha çox və əhəmiyyətlidir. Belə ki, heyvanların gündəlik qəbul etdikləri yem 

bitkilərinin  tərkibində  müəyyən  qədər  dərman  əhəmiyyətli  bitkilər  də  vardır  ki,    bu  da 

xəstəliyin qarşısını almaq üçün profilaktik əhəmiyyət kəsb edir.  

Tədqiqat  zamanı  baytarlıq  təbabətində  müalicə  məqsədilə  istifadə  edilən  cəmi  360 

bitki  haqqında məlumat əldə etdik.  Araşdırılan reseptlər respublikamızın  müxtəlif bölgə və 

rayonlarında qeydə alınmışdır. Xalqın təbii vasitələrlə müalicə üsullarını yaşadanlar Böyük və 

Kiçik    Qafqazın  dağətəyi  sahələrində,  Quba-Xaçmaz  düzən  meşələri  yaxınlıqlarında 

məskunlaşan  əhalidir.  Ancaq  verilən  reseptlərə  nəzər  salanda  yığımların  tərkibinə  eyni 

bitkilərin  rast  gəlməsi  nəzərə  çarpır.  Bitkilərin  floristik  analizini  apararkən,  belə  nəticəyə 

gəlmək  olar  ki,  asterçiçəklilər  (Asteraceae)    fəsiləsinə  aid  olan  bitkilərin  istifadəsinə  dair 

məlumatlar daha geniş yayılmışdır. 

Bu  da  onunla  əlaqədardır  ki,  belə  bitkilərə  Azərbaycanın  müxtəlif  rayonlarında  daha 

çox rast gəlirlər. Bu bitkiləri ulularımız elmi təfəkkür sahibi olmasalar da, gündəlik təcrübələr 

əsasında  müalicəvi  təsirini  yaxşı  öyrənib,  onları  sınaqdan  keçirərək  şəfaverici  məlhəmlər 

hazırlamışlar. Bu sıra bitkilər heç bir  yerdə müstəqil areal  əmələ gətirməyən, lakin müxtəlif 

zonalarda tez-tez rast gələn bitkilərdir. 

 

MATERIAL VƏ METODIKA 

Tədqiqat işi 2005 - 2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Biologiya 

kafedrasında  aparılmışdır.  Hər  il  Azərbaycanın  müxtəlif  botaniki-coğrafi  rayonlarına 

səyahətlər  edilmişdir.  Topladığımız  bitkilərin  etnik  istifadəsinə  dair  əhali  ilə  sorğular 

aparılmış, yeni məlumatlar əldə edilmiş, qeydlər aparılmışdır. 

Tədqiqat zamanı Azərbaycanın bütün regionlarından 1200-dən artıq bitki nümunələri 

götürülmüş  əsaslı  təyin  edilərək  herbariləşdirilmişdir.  Nümunə  kimi  götürülmüş,  bitkilərin 

bəzilərinin fotoşəkilləri çəkilmiş və statistik hesablamalar aparılmışdır. 

Heyvanların  üzərində  qoyulan  təcrübələr  əsasən  şəxsi  və  fermer  təsərrüfatlarında 

aparılmışdır. 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 Məlumatların  toplanması  əsasən  xalq  təbabəti  üsullarını  yaxşı  bilən,  ömrü  boyu 

heyvandarlıqla  məşğul  olan  yaşlı  nəslin  nümayəndələri  ilə  şəxsi  söhbətlər  əsasında  aparılıb. 

Əhalinin  sorğusu  C.M.Kotton  və  G.J.Martin  metodikalarına  əsasən  aparılmışdır  [268,  303, 

304].  Sualların  tərtibində  xalq  təbabəti  məlumatlarının  toplanması  proqramından  istifadə 

olunub.  Çöl  tədqiqatları  zamanı  proqram  müəllifin  şəxsi  sualları    ilə  əlavələnib.  Bu  suallar 

toplanan  məlumatın  azərbaycanlı  xüsusiyyətlərini  əks  etdirir.  Həmçinin  Azərbaycan  Elmlər 

Akademiyasının Əlyazmalar İnstitutunun arxiv materiallarından da istifadə edilmişdir. 

Respublikanın  botaniki  tədqiqinə  aid  olan  arxiv  materialları,  müxtəlif  müəlliflərin 

məqalələri,  dissertasiyaları,  dərslikləri,  dərs  vəsaitləri  və  təlimatlarında,  monoqrafiya  və 

toplularında  olan  məlumatlardan  istifadə  edilib.  Bundan  başqa  Azərbaycan  Dövlət  Aqrar 

Universitetinin  baytarlıq  fakültəsinin  əməkdaşlarının  şəxsi  arxivləri  və  məqalələri  istifadə 

olunub.  Tədqiqat  zamanı  retrospektiv  təhlili  üçün  ADAU-nun  biologiya  kafedrasının  və 

AMEA-nın  Botanika  İnstitutunun  əvvəlki  illərin  herbarium  kolleksiyaları  və  müasir  herbari 

topluları öyrənilib. 

 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

Tədqiqat zamanı Asterçiçəklilərin  nümayəndələri toplanılmış və hər birinin  baytarlıq 

təbabətində istifadə imkanları öyrənilmişdir. 

Adi  dəvədabanı  (Tussilago  farfara  L.).  Çoxillik  sürünən  uzunsov  kökümsova  malik  

bitkidir.  Kökyanı  yarpaqları  ürəkvaridir.  Eni  25  sm-ə  çatır.  Çiçəkləri  sarıdır.  Erkən  yazda 

çiçəkləyir. Azəraycanda adi dəvədabanı Samur-Dəvəçi ovalığında, Kiçik Qafqazın şimalında, 

ovalıqlardan orta dağ qurşağına və yuxarı (2200 km qədər) rast qəlir. Açıq tez-tez rast gəlinən 

qilli  torpaqlarda,  çayların  və  dağ  çaylarının  sahillərində,  arxların  kənarlarında  rast  gəlinir. 

Müalicəvi  əhəmiyyətə  kökyanı  yarpaqlar  malikdir.  Onları  yayın  birinci  hissəsndə  yığırlar 

kağız  üzərində  açıq  havada  tez    qurudurlar.  Qurudulma  zamanı  tez-tez  yarpaqları  çevirmək 

lazımdır. Müalicəvi  əhəmiyyətə çiçəkləri  də malikdir. Onları çiçəkləmə dövrünün əvvəlində 

açıq  quru  havada  toplayırlar.  Bitkinin  yarpaqlarında  çox  miqdarda  selik,  aşı  maddələri, 

askorbin turşusu, karotin, inulin və başqa maddələr vardır. 

Dəvədabanı  (Tussilago  farfara)  qədim  dövrlərdən  öskürəyə  qarşı  istifadə  olunan 

bitkidir. Yarpaqları yaxşı nəzərə çarpan bəlğəm gətirən və yumşaltma qabiliyyətinə malikdir 

və nəfəs yollarının xəstəlikləri zamanı istifadə edilir.  

Dəvədabanın  qurudulmuş  yarpaqları  tövlədə  xüsusi  qablarda  yandırılaraq  tüstü  

yaradılır.  Bu  bitkinin  tüstüsü  ilə  heyvanlar  nəfəs  alarkən,  onlarda  nəfəs  yollarının  infeksion 

xəstəlikləri  və  digər  soyuqdəymələr  müalicə  edilir.  Heyvanlarda  vərəmə  qarşı  profilaktik 

tədbir kimi istifadə edilir. 

Acıqovuq  (Taraxacum  officinale  Web.s.l.).  Yarpaqların  hamısı  kökyanı,  uzunsov 

qismən və ya bütöv kəsikdirlər. Çiçəkləri dilşəkilli, sarı, səbətlərə toplanmış şəkildə, uzunsov 

yarpaqların  əsaslarında  yerləşirlər.  Meyvəsi  -  toxumcuq,  bozumtul-tünd  ağ  tükcüklüdür. 

Aprel-iyun  aylarında  çiçəkləyir,  meyvə  əmələ  gətirməsi  may-iyun  aylarına  təsadüf  edir. 

Böyük  və  Kiçik  Qafkazda  orta  dağlıq  və  subalp  qurşagında  meşələrdə,  çəmənlərdə  geniş 

yayılmışdır. Azərbaycanda onun bol ehtiyyatları vardır. 

Dərman  məqsədilə  ancaq  kökləri  istifadə  olunur.  Acıqovuğun  kökündə  cox 

miqdarda  süd  şirəsi  borucuqları  olur  ki,  onlarında  içərisində  acı  dadlı  süd  şirəsi 

yerləşir.  Bu  şirə  tərkib  etibarilə  acı  qlikozidlərdən  ibarətdir.  Bitkinin  yarpaqlarının 

və  köklərinin  tərkibində  acı  qlikozid  –  taraksasin  vardır  ki,  bitkinin  fəal  maddəsi 

hesab  olunur.  Zəncirotunun  kökləri  40%  qədər  inulin,  20%  şəkər,  23%-ə  qədər  kauçuk, 

bundan  başqa  axıqlikozid-taraksasin,  mikroelementlər  (kalsium,  dəmir,  fosfor  və  b.),  üzvi 

turşular,  karotinoidlər  (sarı-narıncı  bitki  piqmentləri,  orqanizmdə  vitamin  A-ya  çevrilir), 

vitaminlər C, B

2

, PP, aşı  maddələri,  saponinlər, efir  yağları və başqa bioloji aktiv maddələr 



vardır [2, 3]. 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Bundan  başqa  köklərində  flavonoidlər,  mineral  duzlar,  qətranlar  vardır. 

Baytarlıq  təbabətində  acıqovuq  köklərini  dəmləyib  və  yaxud  qarışıq  dəmləmələrdə 

istifadə  edərək  həzmin  tənzimlənməsində,  ödqovucu  vasitə  kimi  istifadə  etmək 

barədə  məlumatlar  toplanmışdır.  Milli  təbabətdə  zəncirotunu  bir  neçə  xəstəliklərin 

müalicəsi  məqsədi  ilə  istifadə  edirlər.  Bitkinin  cavan  yarpaqlarında  çoxlu  miqdarda 

vitaminlərin olduğunu nəzərə alaraq, onları avitaminozlar zamanı istifadə edilməsini tövsiyə 

edirlər.  Bitkinin  yaşıl  yarpaqları  və  kökündən  hazırlanmış  toz  vasitəsilə  heyvanların 

qanında xolesterini azaltmaq olar. Bitkinin köklərini payızın axırlarında, yerüstü hissələrin 

solduğu  zaman  qazıb  çıxarmaqla  tədarük  edirlər.  Xırda  budaqlardan  və  yarpaqlardan 

ayırdıqdan sonra, soyuq  suda  yuyub, açıq  hava şəraitində, süd şirəsinin tökülməsi qurtarana 

gədər, bir qat sərərək isti yaxşı ventilyasiya olunan otaqlarda qurudurlar. Qurudulmuş məhsul 

quru uzununa qırışlı,  spiralvari  burulmuş,  xaricdən tünd  boz, qırılan hissədən isə bozumtul-

sarı mərkəzdə oduncaqlı olmalıdır. Tamamilə iysiz, acı dada malik, seliklidir. 

Baytarlıq  praktikasında  zəncirotunun  koklərini  dəmləmə  şəklində  iştahanın 

gücləndirilməsində, həzm  sisteminin fəaliyətinin  tənzimlənməsi  üçün istifadə edirlər. Cavan 

yarpaqları  və  kök  tozu  heyvanların  qanında  xolesterinin  nəzərə  çarpacaq  səviyyədə  aşağı 

salmaq xüsusiyyəti vardır. İri buynuzlu mal–qaraya 20-50, qoyunlara 5-10, toyuqlara 0,2-1 qr 

miqdarında 2-3 dəfə məsləhət görülür.  

Andız  (zökəmotu)  (İnula  helenium  L.).  Hündürboylu,  çoxillik  ot  bitkisidir.  Ətli 

kökümsov gövdəyə və  yoğun köklərə malikdir. Kökləri bozumtul-qonur, daxildən isə qonur 

rəngli nöqtələrlə örtülmüş sarımtıl-ağ rənglidir. Növbə ilə düzülmüş iri, uzunsov-oval şəkilli, 

yuxarıya  doğru  tədricən  nazikləşən,  tünd-yaşıl  rəngli  yarpaqları  vardır.  Gövdəsinin  başında 

qızılı-sarı rəngli gözəl çiçəkləri səbət əmələ gətirir. 

Çiçək  səbətinin  kənarı  dilcəkvari,  ortası  isə  borucuqvari  çiçəklərdən  təşkil 

olunmuşdur.  Azərbaycan  şəraitində  bitki  iyun  ayında  çiçəkləyir,  yabanı  halda  isə  çay 

kənarlarında,  nəmli  yerlərdə,  əkin  sahələrində,  bəzən  quru  yerlərdə  də  bitir.  Azərbaycanda 

andızın  ehtiyatı  çoxdur.  Dərman  məqsədilə  bitkinin  köklərini  payızda  toplayır,  soyuq  su  ilə 

yuyub təmizləyir, sonra xırdalayıb isti otaqlarda qurudurlar. 

Köklərinin tərkibində 1-2% efir yağı olur. Efir yağına xoş iy verən tərkibindəki terpen 

qrupundan olan maddədir. Bundan başqa xammalın tərkibində saponin  müəyyən edilmişdir. 

Andızın kökündə 40%-ə qədər inulin tapılmışdır. Andız xalq təbabətində ən qədimdən istifadə 

edilən dərman bitkisidir. Tarixi məlumatlara görə o “doqquz dəvə qüvvəsinə” malikdir. Buna 

görə  də  rus  dilində  ona  “devyasil”  deyilir  [2].  Bitkinin  müalicə  əhəmiyyəti  haqqında  hələ 

eramızdan 460 il əvvəl yazılmış məlumatlara rast gəlirik. Kökündən müasir təbabətdə bir sıra 

məqsədlər  üçün  istifadə  olunur.  Məsələn,  tənəffüs  yollararının  iltihabında  yumşaldıcı  və 

bəlğəmgətirici  dərman  kimi  işlədilir.  Bu  məqsədlə  onu  bəzən  gülxətmi,  biyan  kökləri  ilə 

birlikdə təyin edirlər. Bundan əlavə andızın kökü ödqovucu çayın tərkibində də işlədilir. Xalq 

təbabətində  andızın  kökündən  dəmləmə  və  bişirmə  halında  isitmədə,  tənəffüs  yollarının 

iltihabında,  yarpaqlarından  isə  dəri  xəstəliklərinin  müalicəsində  yarasağaldıcı  dərman  kimi 

içirdilir.  Azərbaycanda  andızın  sənaye  əhəmiyyətli  ehtiyatı  vardır.  Lakin  çox  təəssüf  ki,  bu 

faydalı bitkidən hələ lazımınca istifadə olunmur. 

Uca  andızın  (İnula  helenium)  kökü  və  kökümsovunda  1-2%  efir  yağları,  eləcə  də 

saponinlər  vardır.  Ekstrakt  və  spirt  məhlulu  şəklində  öskürək  əleyhinə  və  bəlğəmkətirici 

dərman kimi istifadə edilir.  

Heyvanların  bədənində  olan  parazitlərə  təsir  edən  bitkilərdən  biri  də  birəotudur 



(Pyrethrum  Gaerth).  Birəotunun  Azərbaycanda  27-dən  artıq  növü  məlumdur.  Ancaq 

bunlardan ikisi - Dalmat birəotu (P. cinerariifolium Frev) və ətrəng birəotu (P. carneum) dəri 

parazitlərinə qarşı təsiretmə qabilliyyətinə malikdir. Hər ikisi  Azərbaycanın əsasən dağətəyi 

və dağlıq zonasında geniş yayılmışdır. 

Birəotunun  tərkibində  insektisid  təsirə  malik  olan  pirentrin  və  sinerin  alkolloidləri 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

vardır.  Bu  çoxillik  bitki  30-70  sm  hündüriükdə  ola  bilir.  Yeraltı  hissəsi  çox  sıx,  yan 

odunlaşmış  kökümsova  malikdir.  Kök  boğazından  çox  saylı  gövdəciklər  çıxır.  Yarpaqları 

növbəlidir,  lələkvari  bölümlüdür.  Kök  boğazı  və  aşağı  budaqlarda  olan  yarpaqlar  xırda 

saplaqlıdır, yuxarı yarpaqlar isə oturaqdır. Çiçəkləri iri tək-tək səbətə yığılmışdır. Ləçəklərin 

rəngi  ağ  çəhrayı  və  tünd  qırmızı  ola  bilir.  Dərman  məqsədi  və  birəotunun  çiçəklərindən 

istifadə  edilir.  Hər  iki  növün  çiçəkləri  toplanaraq  kölgəlikdə  qurudulur,  üyüdülür,  1:1 

nisbətində ocaq külünə qatılaraq tövlə və quş damlarına səpilir. Bədənlərində parazit çox olan 

heyvanların  üzərinə  də  səpib  bilər.  Milçəklərə  ağcaqanadlara  və  yay  vaxtı  tövlələrdə  olan 

həşəratlara  və  digərlərinə  öldürücü  təsir  göstərir.  Eyniliklə  ev  quşları  üçün  küllük  düzəldilə 

bilər. 

Adi  çobanyastığı  (mollabaşı)  (Chamomilla  recutita  L.).  Birillik  ot  bitkisidir.  35sm 



hündürlükdə olur. Yarpaqları uzunsovdur. Çiçək səbətinin kənarı ağ dilcəkvari, daxili isə sarı 

rəngli  boruyabənzər  çiçəklərdən  təşkil  olunubdur.  Çobanyastığı  alaq  bitkisi  kimi 

Azərbaycanda  əsasən  Kür-araz  ovalığında,  çəmənlərdə,  yol  kənarlarında,  yaşayış  yerlərində 

bitir. 


Aptek  çobanyastığının  çiçəklərinin  dəmləməsi  spazmolitik,  iltihabkəsici,  antiseptik, 

tərqovucu  vasitə  kimi  bağırsaq  spazmlarında,  meteorizmdə  və  ishalda  tətbiq  edilir.  Aptek 

çobanyastığının xaricə tətbiq edilməsi müxtəlifdir. Dəri xoralarında, ekzemalarda, yanıqlarda 

ondan təpitmələr, bişirmələr, vannalar hazırlayaraq istifadə edirlər. Xaricə islatma dərmanı və 

imalə  şəklində  istifadə  edilir.  Həmçinin  selikli  qişaların    iltihabında  tətbiq  edilir.  Bu  zaman 

dəmləməyə      4  qr    bor  turşusu  əlavə  edilir.  Oynaqlarda  ağrılar  zamanı,  zədələnmələrdə 

bişirmə hazırlayırlar. Bunun üçün bitkini sıyıq halına qədər bişirirlər, təmiz dəsmala isti-isti 

yayıb  xəstə  nahiyyəyə  yapışdırırlar.  Çobanyastığının  çiçəklərinin  dəmləməsini  1  qaşıq 

xammal 1 stəkan qaynar suya əlavə edərək hazırlayırlar. Buzovlara 2-3 ml/kq diri çəkiyə təyin 

edirlər,  yəni  30  kq  çəkili  danaya  3-4  qaşıq    yeməkdən  30-40  dəq.  əvvəl    2-3  dəfə  gündə 

vermək məsləhət edilir. Ishal zamanı bu miqdarı artırmaq olar. İri buynuzlu heyvanlara - 25-

50 qr, xırda buynuzlulara – 5-10, toyuqlara  0,1-0,2 qr daxilə təyin edilir. 

İri  atpıtrağı  (Arctium  lappa  L.)  İkiillik  və  ya  çoxillik  ot  btkisidir.  Qalın  və  iyşəkilli 

budaqlanmış  kökə  malikdir.  60-150  (200)  sm  hündürlüyündə  düzqalxan,  budaqlanmış  və 

üzəri tükcüklərlə örtülmüş gövdəsi vardır. Yarpaqları 50 sm-ə qədər uzunluqda olub, növbəli 

yerləşirlər,  gövdənin  aşağı  hissəsindəki  yarpaqlar  uzun  saplaqlıdır,  yumurtaşəkillidir,  üst 

tərəfi  hamardır,  alt  tərəfdən  isə  boz  tük  və  ya  tükcüklərlə  örtülüdür.  Çiçək  qrupu  iri  şəkilli 

səbətdir, çiçəklər borucuqdur, qırmızı-bənövşəyi rəngdədir və səbətin qınından azca uzundur. 

Bitki  iyun  ayımndan  oktyabra  qədər  çiçək  açır.  Azərbaycanda  Quba,  Qusar,  Xaçmaz, 

Balakən, Zaqatala, Qax, Lerik, Lənkaran və digər rayonlarda yayılmışdır [4]. 

Bitkinin  kökünün  tərkibində  45  %-  qədər  inulin,  12,3  %-ə  qədər  proteyin,  3,9  %-ə 

qədər aşı maddələri, seskviterpen laktonları, o cümlədən lappafen A, di- və triterpenoidlər, 0,2 

%-ə qədər efir yağı, fenol turşuları. Sitosterin, K, Ca, Mg duzları, ali yağ turşuları və s. vardır. 

Bitkinin  yarpaqlarının  tərkibində  liqnanlar,  flavonoidlər,  fitosterinlər,  0,1  %-  qədər 

alkaloidlər,  askorbin  turşusu,  8  %-ə  qədər    aşı  maddələri  müəyyən  edilmişdir.  Atpıtrağının 

toxumlarının tərkibində liqnan qlikozidi olan arktiin müəyyən olunmuşdur. 

Xammal  kimi  bitkinin  kökündən  istifadə  olunur.  Kökü  qalın,  mil  kökdür,  xaricdən 

tünd-qonur, daxildən isə sarı rəngdədir. Zəif iyi və dadı vardır. Atpıtrağını dəri xəstəliklərində 

geniş istifadə edirlər. Bitkinin yaşıl yarpaqları antibakterial  tərkiblidirlər. Onları yarasağaldıcı 

kimi  zədələnmiş  (yanıq,  kəsik,  sürtük)  və  ya  iltihablaşmış  dəri  üzərinə  yapışdıraraq  istifadə 

edirlər. Əgər yaşıl yarpaqlar olmazsa, qurudulmuş yarpaqları isti suda islatdıqdan sonra tətbiq 

edirlər.  Dəri  xəstəliklərində,  xüsusilədə  iltihablı  və  qaşınmalarda  kök  dəmləmələrindən 

istifadə  haqda  məlumatlar  əldə  etmişik.  Baytarlıq  praktikasında  bitkinin  kökünü  dəmləyib, 

sidikqovucu,  tərqovucu  kimi  böyrək  və  sidik  kisəsi  daşlarında,  mədə  və  onikibağırsaq 

xoralarında istifadə etməyi məsləhət görürlər. 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Mavi göyçiçək (Centaurea cyanus  L.) 30-80 sm hündürlüyündə birillik və ya ikiillik 

ot bitkisi olub, incə, şaxəli gövdəyə və nazik köklərə malikdir. Yarpaqları boz-yaşıl rəngdədir, 

torvari-dəriciklidir. Aşağı yarpaqları üçbölümlü və ya lələkvari bölümlüdür, üst yarpaqları isə 

xətkeşşəkillidir,  tamkənarlıdır  və  oturaqdır.  Səbətə  toplanmış  çiçəkləri  var.  Səbətlər  tək-tək 

olmaqla gövdənin yuxarısında yerləşir. Səbətin kənarlarındakı çiçəklər qeyri-cinsi, qıfşəkilli, 

göy rəngdə, ortadakı çiçəklər isə ikicinsli, ortadakı çiçəklər isə ikicinsli bənövşəyi  rəngli və 

borucuqşəkillidir. Bitki iyun-iyul aylarında çiçək açır, meyvələri isə avqust ayında yetişir. 

 Çiçəklərin  əsas  bioloji  fəal    maddələri  antosianlardır.  Xammalda  sianin, 

pelarqonidinin  qlikozidləri,  flavonoidlər  (apigenin,  lüteolin,  kepmferol  və  kversetinin 

törəmələri), eləcədə antosianlardan sianin və sikornin, kumarinlər, aşı maddələri, az miqdarda 

efir yağı müəyyən edilmişdir. 

 Bitkinin  çiçək  səbətləri  çiçəkləmə  dövründə  tədarük  olunur.  Xammal  çiçəklərin  göy 

rənginin  solmaması  üçün  işıqdan  mühafizə  olunan  yerlərdə  qurudulur.  Xammal  səbətin 

kənarında  və  ortasında  yerləşən  çiçəklərdən  ibarətdir.  Çiçəklərdən  hazırlanmış  dəmləmədən 

yüngül  sidikqovucu  və  ödqovucu  vasitə  kimi  istifadə  edirlər.  Xalq  baytarlıq  təbabətində 

qızdırma əlehinə, böyrək və sidik kisəsi  xəstəliklərində istifadəni məsləhət görürlər. Bəzi göz 

xəstəliklərində göyçiçəyi islatmalar şəklində tətbiq edirlər. 

Qızılsəbət  (Solidago  vigaurea  L.).  Azərbaycanda  yabanı  halda  2  növü  bitir,  dərman 

məqsədilə 1 növü istifadə olunur. Çoxillik ot bitkisidir. Hündür yuxarı hissədən budaqlanan 

gövdəyə  malikdir.  Aşağı  gövdə  yarpaqları  uzunsov-lansetşəkilli,  yuxarı  yarpaqlar  isə  lanset 

şəkillidirlər.  Səbətlər  uzunsov  süpürgə  çiçək  qrupunda  yerləçirlər.  Örtük  kirəmitşəkilli,  4-6 

sırada yerləşən qeyri-bərabər ləçəklərdən ibarətdir. Çiçəklər dilşəkilli və boru şəklilli, hamısı 

sarıdırlar. Toxumcalar silindrik formada. İyul-avqust aylarında çiçəkləyir, meyvələri avqust- 

sentyabr ayında yetişirlər. 

Azərbaycanda Qubanın rayonlarında, Lənkəran dağ qurşağında, orta dağ qurşağından 

subalp  qurşağa  kimi  yayılıblar.  Kollıuqlarda,  meşələrdə,  dağ  çəmənlərində,  bağlarda  bitir. 

Otun  tərkibində  saponinlər,  aşı  maddələri,  efir  yağları  vardır.  Yarpaqlarında  karotin 

(çiçəkləmə dövründə 96 qamm), C vitamini (73,3 mq%), meyvələrində piyli yağlar (14,4%), 

köklərində inulin vardır. 

Xalq  təbabətində  qızılsəbət  otundan  və  meyvələrindən  sulu  cövhər  və  dəmləmə 

şəklində  mədə-bağırsaq  xəstəliklərində,  xüsusilədə  ishal  zamanı  büzücü  və  antiseptik  vasitə 

kimi  tədbiq  olunur.  Qızılsəbətin  yaşıl  yarpaqları  ilə  yaraları  müalicə  edirlər.  Yarpağı  əzib 

xəstə yerə yapışdırırlar. 

Adi  böymədərən  (Achillea  millefolium  L.).  Asterçiçəklilər  (Asteracaeae) 

fəsiləsindəndir.  Tərkibində  1-2  %  efir  yağı  vardır.  Dəmləmə  və  tablet  һalında 

qankəsiçi, ağrı sakitləşdirici və iştaş gətiriçi dərman kimi daxilə qəbul edilir.  

Acı  yovşan  (Artemisia  absinthium  L.)  Asterçiçəklilər  (Asteraceae

fəsiləsindəndir,  zəhərli  bitkidir.  Ədəbiyyat    məlumatına  görə  onun  tərkibində 

sedamin  alkaloidi  və  qlükozidlər  vardır.  Bu  cinsin  növləri  həcmcə  balaca  olduğu  və 

çılpaq  yerlərdə  bitdikləri  üçün  yem  cəhətdən  əhəmiyyətli  deyildir.  Yovşanın 

Azərbaycanda  16-ya  qədər  növü  yayılmışdır.  Özünəməxsus  ətirli  ıyli  və  acı  dadı  vardır. 

Gövdəsində və yarpaqlarında tuyan, tuyol, felandren olan 2%-ə qədər efir yağları, seskiternen 

laktoiları absintin, apabsintin, artabsin, aşılayıcı maddələr, flavonoidlər, qlikozidlər vadır. 

Yovşanın  çıçəkləmə  dövründə  yarpaq  və  gövdəsində  xüsusi  acı  maddə  - 

tauremizin  (1,5%)  toplanır.  Bitkinin  kökündə  alkaloidlər  0,1%,  efir  yağları, 

yarpaqlarında  acı  maddələr  pirokatezin  müəyyən  edilib.  Yovşan  otu  (Artemisia  L.) 

ununun  su  ilə  qarışığını  qoyun  və  quzulara  içirtdikdə  moniezioza  qarşı  42-70%-ə 

qədər müalicə səmərəsinin olmasını göstərirlər. [1] 

Beləliklə,  elmi  və  xalq  baytarlıq  təbabətində  istifadə  edilən  dərman  bitkilərini 

taksonomik analiz edərək belə nəticəyə gəlmək olar: Terapevtik təsirinə görə asterçiçəklilər 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

(Asteraceae) fəsiləsinə aid olan bitkiləri aşağıdakılardır: 



1.

 

Mərkəzi 


sinir 

sisteminə 

təsir 

edənlər 


  Echinops  sphaerocephalus 

L.(E.daghestanicus), Cichorium inthybus L.



2.

 

Tənəffüs  orqanları  xəstəlikləri  zamanı  istifadə  olunanlar  -  Inula  helenium  L.,  



I.grandiflora Willd., Tussilago farfara L.

3.

 



Mədə-bağırsaq  və  həzm  sisteminin  xəstəliklərində  istifadə  edilənlər  -  Cnicus 

benedictus  L.,  Taraxacum  serotinum  Waldst.  &Kit)  Poir,  Taraxacum  officinale  Wigg., 

Artemisia  vulgaris  L.,  A.absinthium  L.,  A.arenaria  DC,  A.scoparia  Waldst.  &  Kit, 

A.monogyna  sensu  Poljak.,  A.szowitziana  (Bess.)  Grossh.,  A.lerchiana  (A.fragrans  Willd.

Web.,  A.spicigera  C.Koch,  Achillea  wilhelmsii  (A.santolina)  C.Koch,  A.millefolium  L.,  A. 



nobilis  L.,  A.  filipendulina  Lam.,  A.  neilreichii  A.Kerner,  Bidens  tripartita  L.,  Solidago 

virgaurea  L.,  Matricaria  chamomilla  L.,  Senecio  racemosus  (Bieb.)  DC,  S.rhombifolius 

(Adams) Sch. Bip. 



4.

 

Vitamin  tərkiblilər  -  Cirsium  vulgare  (Savi)  Ten.,  Taraxacum  serotinum  (Waldst. 

&Kit) Poir., Solidago virgaurea L., Calendula persica C.A.Mey., Bidens tripartita L.

5.

 



Qurd xəstəlikləri zamanı istifadə olunanlar - Artemisia vulgaris L., A.abs inthium 

L., A.scoparia Waldst. &Kit,  Tanacetum millefolium (L.) Tzvel., Achillea wilhelmsii C.Koch 



(A.santolina  auct.),  Anthemis  tinctoria  L.,  Inula  helenium  L.,  Pyrethrum  silaifolium  Stev., 

P.carneum  Bieb.,  P.  ci ner ariif olium  Trev .,  Chamomilla  recutita  L.  (M.chamomilla  L.), 

Lepidotheca  aurea  (L.)  Kovalevsk.  (Matricaria  aurea  (L.)  Sch.Bip.),    Arctium  lappa  L.

A.tomentosum Mill., A.palladini (Marc.) Grossh., A.nemorosum Lej. 

6.

 



Qaraciyər,  öd  yolları,  böyrək  və  sidik  yolları,  qanaxma  əlehinə  istifadə  edilənlər  - 

Helichrysum plicatum DC., Centaurea bruguierana  (T.belangeriana( DC.) Stapf.), C.cyanus 

L., Urospermum picroides (L.) Scop. Ex F.W.Schmidt.   

Kimya sənayesinin güclü inkişafına baxmayaraq, dərman bitkilərinə maraq azalmayıb, 

yüksək  dərəcədə  artıb.  Axır  onilliklər  ərzində  fitoterapiya  bayrtar  həkiminin  müalicəvi 

üsullarına  daxil  olub.  Digər  tərəfdən  dərman  preparatlarının  hazırlanmasında  bitki 

xammalının  istifadə  olunması  baytarlıqda  xüsusi  əhəmiyyətə  malikdir.  Çünki  bu  preparatlar 

sintetiklərdən  ucuz  başa  olub,  onları  təmamilə  əvəz  edə  bilirlər.  Bu  isə  heyvandarlıq 

məhsullaranın  qiymətinin  aşağı  düşməsinə  səbəb  olur.  Bununla  əlaqədar,  yeni  dərman 

bitkilərinin axtarılması, öyrənilməsi və geniş miqyasda baytar təcrübəsinə tədbiqi böyük xalq 

təsərrüfatı  əhəmiyyətinə  malikdir.  Təbiət  Azərbaycanın  otlaqlarını  müəyyən  xüsusiyyətlərə 

malik  dərman  bitkiləri  ilə  mükafatlandırıb.  Qış  otlaqlarında  helmintlərə  qarşı,  vitaminli 

dərman bitkiləri ilə zəngindirlər. Ev heyvanları tərəfindən yeyidikdə təbii sanasiya baş verir 

və kənd təsərrüfatı heyvanlarının nəsilvermə qabiliyyəti artır. 

Dərman  bitkiləri  şərti-patogen  mikrofloraya  qarşı  immunobioloji  sərhədin 

yaranmasına  səbəb  olurlar,  orqanizmin  ümumi  rezistentliyini  artırırlar,  yeni  doğulmuş 

balaların  immun  mühafizə  qüvvələrini  stimulə  edirlər.  Yem  əhəmiyyətinə  və  eyni  zamanda 

müalicəvi  təsirə  malik  olan  bitkiləri  istifadə  etmək  daha  səmərəlidir,  ona  görə  dərman 

bitkilərinin tədbiqi təbii qidalanma formasında ola bilər [5, 6, 7, 8]. 

 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin