RESUME
ONTOGENESIS AND AGE SPECTRUM OF AGROSTIS PLANIFOLIA
C. KOCH CENOPOPULATIONS ON THE HIGHLANDS OF THE MINOR
CAUCASUS
İsmayılova Z.M., Guliyeva R.Z.
The problem of biodiversity conservation recently has become more actual due to growing
human influence on nature. Population & ontogenetical methods have greatly contributed to
the study of biology and ecology of plants, as they allow to obtain information on
reproductive activity, ontomorphogenesis, to determine the optimal conditions for the
development of species and of populations in phytocenosis, to identify the degree of tolerance
and basic adaptation mechanisms of plants, manifested as a response to natural and
anthropogenic impacts. As objects of investigation we have chosen the rare plants of the
Poaceae-Agrostis planifolia C. Koch. Family. Diagnoses of ontogenetic states have been
developed and identified main types of spectrum of ontogenetic populations.
Key words: cenopopulation, biomorph, phytocenosis, ontogenesis
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT: 581.6. 582
ABŞERON FLORASININ QIRXBUĞUM POLYGONUM L.
NÖVLƏRİ VƏ ONLARIN ÖYRƏNİLMƏSİNİN PERSPEKTİVLİYİ
Cəfərova E. E.
AMEA Genetik Ehtiyatlar İnstitutu,
AZ 1106, Bakı, Azadlıq pr. 155
Botanika İnstitutunun herbari fondunda və Abşeron ərazisindən toplanmış
herbarilərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron floristik rayonunda
Qırxbuğum- Polygonum L. cinsinin 5 növü, P. caspica, P. patulum, P. aviculare və P.
argyrocoleum, P. convrevulus L. yayılmışdır. Qırxbuğum Polygonum cinsi növlərinin kimyəvi
tərkibinin və istifadə sahələrinin müqayisəsi göstərir ki, onların Abşeronda o cümlədən, bütün
Azərbaycanda yayılmış növlərinin öyrənilməsi perspektivlidir.
Açar sözlər: Polygonum L., növ, yayılması, perspektivliyi
Qırxbuğum Polygonum L. cinsi Qırxbuğumkimilər Polygonaceae Juss. fəsiləsinin növ
tərkibinə görə ən zəngin cinsidir. Qırxbuğum fəsiləsinə daxil olan 40 cinsdə 800 növ olduğu
halda, onlardan ¼ yəni 200 növü Qırxbuğum cinsinin nümayəndəsidir. Qırxbuğum cinsi
Qafqaz florasında 40, Azərbaycan florasında 27 növlə təmsil olunur [19]. Son illərdə
Qırxbuğum cinsinin botaniki-sistematik öyrənilməsi nəticəsində cinsə daxil olan Polygonum
alpinium All. növündən Aconogonon (Meissh) Reichenb. cinsi, Polygonum amphibium L.
növündən Persicaria Hill. cinsi, P. carneum C. Koch., P. viviparum L. növündən Bistorta
Hill. cinsi, P. convrevulus L. növündən Fallopia Adans. cinsi yaranmış və Qırxbuğum
fəsiləsinə yeni cinslər kimi daxil edilmişdir [3, 27]. Cinsə daxil olan növlər faydalı
xüsusiyyətləri və istifadə spektrinin genişliyinə görə də fəsiləyə daxil olan növlər arasında
ilkin yerdədir. Cinsə daxil olan növlərin əksəriyyəti, xüsusilə Polygonum hydropiper L., P.
aviculare L., P. bistorta bir çox xalqların və ölkələrin elmi və xalq təbabətində müxtəlif
xəstəliklərin müalicəsində istifadə edilir [4, 24]. Cinsə daxil olan növlər P. coriarium Grig., P.
divaricatum L., P. alopecuroides Turcz. ex Meissn., P. amphibium L., P. corneum C. Koch.,
P. lapathifolium L., P. limosum Kom və başqaları aşılayıcı [8, 9, 14, 17, 22], P. amphibium L.,
P. orientale L., P. aviculare L. və b. boyaq [7, 9], P. bistorta L., P. nitens (Fisch: et Mey)
V.Petrov. ex Kom., P. persicaria L. balverən [6, 7], P. divaricatum L., P. weyrich Fr.
Schmidt., P. bistorta, P. alpinum All (P. undulatum Murz.) yem [3, 4, 27], P. alpinum, P.
weyrich bəzək, P. orientale L., P. aviculare L., P. carneum C. Koch., P. coriarium, P.
hissaricum M. Pop., P. hydropiper L. tərəvəz və ədviyyat bitkisi kimi istifadə edilir [12, 18].
Ədəbiyyat məlumatlarının izlənilməsi və təhlili göstərir ki, Azərbaycan florasında
yayılmış qırxbuğum cinsinin nümayəndələri istər sistematik, istər kimyəvi, istərsə də faydalı
xüsusiyyətlərinin aşkar edilməsi istiqamətində G.Şirəliyevanın (2009) tədqiqatını çıxmaqla
demək olar öyrənilməmişdir. Tədqiqatın əsas məqsədi Abşeronda yayılmış qırxbuğum
növlərini müəyyən etmək və onların öyrənilməsinin perspektivliyi olmasını göstərməkdir.
MATERIAL VƏ METODLAR
Tədqiqatın materalı Abşeron yarımadası ərazisində yayılmış Polygonum L. cinsi
növlərinə aid toplanmış və AMEA Botanika İnstitutunun herbari fondunda olan herbari
materalları olmuşdur. Bitkilərin botaniki növ mənsubiyyəti R.Y. Rzazadə [19] və İ.İ.
Karyaginin [13] təyinat metodlarından istifadə edərək müəyyən edilmişdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
NƏTICƏLƏR VƏ ONUN MÜZAKIRƏSI
AMEA Botanika İnstitutunun herbari fondunda olan və topladığımız herbari
nümunələrinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Abşeron yarımadası
ərazisində Qırxbuğum cinsinin 5 növü: Xəzər qırxbuğumu (P. caspica (Kom.) Tzvel.), Mayili
qırxbuğum (P. patulum Bieb.), Gümüşü qırxbuğum (P. argyrocoleum Stend.), Sarmaşan
qırxbuğum (P. convolvulus L.) və Quş qırxbuğumu (P. aviculare L.) yayılmışdır. Bunlardan
axırıncı növ Abşeron ərazisində ilk dəfə müəyyən edilib.
Xəzər qırxbuğumu növü respublikanın yalnız, Abşeronun - Xocahəsən, Zabrat,
Sabunçu, Novxanı kəndləri və Sulutəpə massivində də rast gəlinir. R.Rzazadənin [19] verdiyi
məlumata əsasən çoxillik və ya ikiillik ot bitkisidir. Kök boğazından budaqlanan bir neçə
sürünən gövdəlidir. Gövdələri 40-60 sm uzunluqda olur. Yarpaqları ağımtıl olub, alt tərəfdən
görünən damarlı, üst tərəfdən eninə qırışlı dərivaridir. Çiçəkləri yarpaq qoltuğunda tək-tək və
ya iki-iki olur, kiçik saplaqlıdır. Çiçək yanlığı ensiz yaşıl, kənarlardan çəhrayı rənglidir. Çiçək
yanlığı yarpaqdan iki dəfə qısadır. Həyatyanı sahələrdə, arx kənarında, alaq otları arasında
rast gəlinir.
Mayil qırxbuğum növü respublikanın bütün botaniki-coğrafi rayonlarında
yayılmışdır. Abşeronda su kənarı cəngəlliklərdə, suvarma arxlarının ətrafında, zibilli yerlərdə
bitir. Birillik ot bitkisi olub, yerüstü hissəyə yaxın budaqlanan, hündürlüyü 50-70 sm möhkəm
gövdəyə malikdir. Buğumüstü yarım-şəffaf, qısadır. Yarpaqlar gövdəyə bitişmiş, itiucludur.
Aşağı yarpaqlar köndələn-neştərşəkilli, yuxarı yarpaqlar isə neştər və ya xəttvaridir. Çiçəkləri
yarpaq qoltuğunda uzun barmaqvaridir, çətirdədir. Çiçəyi qırmızıdır. Çiçəkyanlığı boruşəkilli,
bəzi hissəsi qırmızımtıldır.
Gümüşü qırxbuğum növü respublikanın Kür-Araz ovalığı, Naxçıvan, Şimali Kiçik
Qafqazın düzən hissələri, Lənkəran ovalığı, Xəzər sahillərində, Abşeronda Bilgəh, Nardaran,
Hövsan kəndləri ərazisində yayılmışdır. Bitkiyə həyətyanı, alaqbasmış sahələrdə tez-tez rast
gəlinir. Birillik ot bitkisi olub, 30-90 sm hündürlükdə, düzduran, möhkəm gövdəyə malikdir.
Buğum araları uzundur. Əsasından tünd-qonur olan yarpaqaltlığı qısadır. Yarpaqları tək
damarlı 1-4 sm uzunluğunda və 3-8 mm enində, itiuclu, neştər şəkillidir. Çiçək qrupu 1-3
çiçəkdən olan, qısa saplaqlı, yarpaqsız çubuq şəklindədir. Çiçəkyanlığı zəngvari olub, 2 mm
uzunluğunda parlaq ağ və ya çəhrayı rəngdədir.
Quş qırxbuğumu növü Azərbaycanın Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın
Mərkəzi, Naxçıvanın dağlıq, Lənkəranın düzən, Qobustan, Abşeron, botaniki-coğrafi
rayonlarının düzənlik, dağətəyi və dağ qurşaqlarında rast gəlinir. Abşeronda Xırdalan, Saray,
Xocahəsən və başqa kəndlərdə yolətrafı, həyətyanı sahələr, daşlı yamaclarda, zibilli yerlərdə
bitir. Birillik ot bitkisidir. Gövdəsi 20-45 sm hündürlükdə düzqalxan və ya sərilən sıx
yarpaqlıdır. Yarpaqları enlikürəkvari, enli elleptik və ya əks köndələn-ovalşəkillidir. Gövdə
və budaqlardakı yarpaqlar bir-birindən az fərqlənir. Yarpaq qoltuğunda yerləşən sümbülvari
çiçək qrupu 1-5 çiçəkdən ibarətdir. Çiçəkyanlığı ortaya kimi ayrıdır, bölümləri yaşılımtıl,
kənarlardan ağ və ya çəhrayıdır.
Sarmaşan qırxbuğum növü Azərbaycanın bütün botaniki-coğrafi rayonlarında
düzənlikdən orta dağ qurşağına kimi geniş ərazidə yayılmışdır. Adətən alaqlı yerlərdə, əkin
sahələrində, çəmənlərdə və bəzi hallarda kolluqlarda rast gəlinir. Abşeronun bütün ərazisində,
yol kənarlarında, əkilməmiş sahələrdə, həyətyanı sahələrdə rast gəlinir. Birillik ot bitkisi olub,
1 m hündürlüyündə sarmaşan gövdəyə malikdir. Yarpaqları uzun saplaqlı yumurta şəkilli, iti
uclu, əsasından ürəkvari-nizəşəkilli, təpə yarpaqları uzun-itiucludur. Çiçək qrupu salxımdır,
yarpaq qoltuğunda olub 2-6 ədəddir, qısa saplaqlıdır. Çiçək yanlığı 2-2.5 mm, kənarlardan
yaşıl, ağ və ya çəhrayı haşiyələnmiş pərdəvari bölümlərdən ibarətdir.
Qırxbuğum cinsinə daxil olan növlərin əksəriyyəti aşı maddəsi ilə zəngindir. Aşı
maddəsi ilə ən zəngin orqan, onların köküdür. Növ mənsubiyyətindən asılı olaraq, kökdə aşı
maddəsinin miqdarı 5-36%, bəzi növlərdə P. coriarium 40-55% təşkil edir. P. alpinum All.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
növünün yerüstü hissəsində də aşı maddəsinin miqdarı bitdiyi yerdən asılı olaraq 3.3-36%,
gövdəsində 7.9-10.5% arasında dəyişilir [11, 14, 17, 22]. Çiçəklərində 18.8% aşı maddəsi olur
(18). Qırxbuğum növlərində sintez olunan aşı maddəsinin aşılama qabiliyyəti 85-90% təşkil
edir [11, 17].
Qırxbuğum növləri katexinlər, flavanoidlər, antosianlar, üzvi turşular, vitaminlər və
digər bioloji fəal maddələrlə zəngindir [15, 16, 21]. Flavanoidlərin ən çox toplandığı orqan
çiçək qrupudur [5]. Çiçək salxımında flavanoidlərin miqdarı 9.8-16.3%, çiçəklərdə 18.90%
olur [15, 23, 25, 26]. Flavanoidlər – kempferol, kversetin və mirisetin aqlikonlarının
törəmələridir. [5, 15, 21]. Yerüstü hissədə flavanoidlərin miqdarı 1.3-3.5% arasında dəyişir.
Qırxbuğum növləri vitaminlərlə də zəngindir [10]. Tərkibində 1%-dən artıq flavanoid
saxlayan bitki flavanoid preparatı almaq üçün xammal mənbəyi heasb olunur. Qeyd olunanlar
sübut edir ki, qırxbuğum növlərinin hamısı flavanoidli bitki hesab oluna bilər və müxtəlif
məqsədlərə istifadə edilən flavanoid preparatları, dərman vasitələri və s. almaq üçün istifadə
edilə bilər.
Qırxbuğum növlərinin elmi və xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində
istifadə edilməsi məhz onların tərkibindəki polifenol birləşmələrinin kəmiyyət və keyfiyyət
tərkibindən asılıdır. Qırxbuğum növlərinin müxtəlif orqanlarından alınmış çıxarışların qan
kəsici, mədə yarasının müalicəsi, antihipertonik, antiskleriz, diuretik xüsusiyyətlərinin səbəbi
alınmış çıxarışların tanninlər, flavanoidlər, C vitamini və b. bioloji fəal maddələrlə zəngin
olmasıdır [10, 15, 28].
Qırxbuğum kökündən alınmış çıxarış podaqra, revmatizm, əsəb və endokrin sistem
xəstəliklərində də istifadə edilir [24]. P. corvarium növündən alınmış “Taranalbin”,
“Taranaform” preparatları kəskin və xroniki dizenteriyada [1, 2], stomatitdə, paradontozda
[15, 24], ginekoloji təcrübədə [24] və s. geniş istifadə edilir. Elmi təbabətdə büzücü,
orqanizmi möhkəmləndirici, diuretik vasitə kimi [24], xalq təbabətində müxtəlif mənşəli
qanaxmalarda qan dayandırıcı, dizenteriya əleyhinə, malariya və bəzi bəd xassəli şişlərin
müalicəsində istifadə edilir [1, 2, 4, 10, 18].
Qırxbuğum növlərinin tərkibində yüksək miqdarda tanninlər, katexinlər, flavanoidlər,
antosianlar, vitaminlər və digər bioloji fəal maddələrin olması onlardan gön-dəri sənayesində
dərilərin aşılanması, toxuculuq sənayesində yun və pambıq sapların boyanmasında, tibbdə
qankəsici, diuretik, antidiabetik, antibakterial, P vitamin fəallığına malik tibbi preparatların
alınmasında istifadə edilməsi mümkünlüyünü göstərir. Bütün bu deyilənlər, bu bitkilərin
öyrənilməsinin perspektivli olduğunu göstərir.
ЛИТЕРАТУРА
1.
Абакумова Л.Ф. Лечебные препараты тарана. – Тр. Алма-Атинского зовет. Ин-та,
1956, т. 9, с. 256-257.
2.
Абакумова Л.Ф., Беклемишев И.П., Мизякина В.А. К вопросу о лечебных
свойствах таранальбина. – Тр. Алма-Атинского зовет. Ин-та, 1963, т. 13, с. 168-170.
3.
Алляров И. Полезные дикорастущие растения Северо-Западного Узбекистана. Кн.:
Распространение и природные запасы полезных растений Узбекистана. Ташкент, 1974,
вып. 1, с. 76-162.
4.
Верещагин В.И., Соболевская К.А., Якубова А.И. Полезные растения Западной
Сибири. М.; Л., 1959, 347 с.
5.
Высочина Г.И. Об агликонах флаваноидных соединений некоторых евроазиатских
видов Polygonum L. Кн.: Актуальные вопросы ботанического ресурсоведения в Сибири.
Новосибирск, 1976, с. 180-189.
6.
Глухов М.М. Медоносные растения. М., 1974, 298 с.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
7.
Гроссгейм А.А. Растительные богатства Кавказа. М. 1952., 613 с.
8.
Дробов В.П., Чеврениди С.Х. Таран и его культура. – Изв. АН УзССР, 1952, №5, с.
107-110.
9.
Закордонец А.И. Результаты изучения и введения в культуры тарана дубильного на
Украине. Кн.: Вопросы изучения и использования дубильных растений в СССР. М.-Л.
1963
10.
Иванов В.Ф. Исследование некоторых видов из семейства Гречишных на
содержание витаминов. Кн.: Вопросы фармакогнозии. Л. 1961, вып. 1, с. 179-184.
11.
Икрамов М.М., Чукавина А.П., Трофимова Е.П. Химическая характеристика
некоторых представителей сем. Гречишных, произрастающих в Таджикистане. –
Растит. ресурсы, 1971, т. 7, вып. 2, с. 161-169.
12.
Ипатьев А.Н. Видовое разнообразие овощных растений. – Тр. Белорус. с.-х. акад.,
Минск. 1957, т. 24, вып. 2, с. 45-76.
13.
Карягин И.И. Флора Апшерона, 1952., c. 121-122.
14.
Колесников Б.П. Дубильные растения юга Дальнего Востока. – Тр. Дальневост.
фил. АН СССР. Сер. бот., 1956, т. 3 (5), с. 80-82.
15.
Кукенов М.К., Михаилов В.П. О флавоноидности некоторых растений флоры
Казахстана. Вест. АН КазССР, 1974, № 12, с. 31-36.
16.
Махкамова Х.Ф., Бандюкова В.А., Халматова Х.Х. Изучение полифенольных
соединений Polygonum amphibium и P. scabrum. ХПС., 1970, № 5, с. 647.
17.
Первухин Ф.С. Дубильные растения и введение их в культуру. Новосибирск., 1963,
191 с.
18.
Приступа А.А. Основные сырьевые растения и их использование. Л.: Наука., 1973,
412 с.
19.
Рзазаде Р.Я. Род Polygonum L. флора Азербайджана, Баку, 1952, с. 166-190.
20.
Роллов А.Х. Красильные растения Кавказа. – Вестн. Тифлис. ботан. сада, 1908,
вып. 10, с. 41-58.
21.
Соболевская К.А., Высочина Г.И. К изучению флавоноидов у Алтайских
представителей рода Polygonum L. Раст. рес. 1965, т. 1, вып. 3, с. 367-369.
22.
Соколов П.Д. Таран дубильный как дубитель важнейшие задачи его изучение и
внедрения. Раст. рес. 1969, т. 1, в.1,
23.
Хворост П.П., Комисаренко Н.Ф. Флаваноиды Polygonum aviculare. ХПС., 1980, №
6, с. 840.
24.
Шретер А.И. Лекарственная флора советского Дальнего Востока. М. 1975, 327 с.
25.
Haverland F. Polygonum aviculare L. Pharmazic. 1963, Jahrg. 18, N 1, p. 59-87.
26.
Jsobe T., Fukushige T., Ju Noda. A new flavonoid glycoside from Polygonum nodosum.
Chem. Lett. 1979, N 1, p. 27-30.
27.
Şirəliyeva R.Ş. Naxçıvan MR florasında qırxbuğumkimilər (Polygonaceae Juss.)
fəsiləsinin bioekoloji xüsusiyyətləri, ehtiyatı və istifadə yollarının elmi əsasları. Bakı, 2009,
22 c.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
ВИДЫ РОДА ГОРЕЧЬ POLYGONUM L. ВО ФЛОРЕ
АБШЕРОНА И ПЕРСПЕКТИВЫ ИХ ИЗУЧЕНИЯ
Джафарова Е.Е.
Институт Генетических Ресурсов НАНА,
АZ 1106, Баку, Пр. Азадлыг, 155.
При обработки гербарного фонда Института Ботаники и собственного сборов
установлено, что на территории Апшерона и близких ему районах произрастают 9
видов горечи Polygonum. Из них 5 видов: P. caspica, P. patulum, P. aviculare, P.
argyrocoleum, P. convrevulus встречаются на территории Апшерона. На основании
химического соcтава и области применения видов рода Polygonum L., произрастающих
в других регионах, обосновывается перспективность всестороннего исследования выше
перечисленных видов на Абшероне и в целом в Азербайджане.
Ключевые слова: Polygonum L., вид, распространение, перспектива
SUMMARY
SPECIES OF POLYGONUM L. GENUS IN THE FLORA
OF ABSHERON AND PROSPECTS OF THEIR STUDY
Jafarova E.E.
Genetic Resources Institute of Azerbaijan NAS,
155- Azadlyg Pr., Baku, АZ1106
Herbarium fund of the Institute of Botany and their own collection established that the
territory of Absheron and areas close to him grow nine species of Polygonum at processing. 5
species of these: P. caspica, P. patulum, P. aviculare, P. argyrocoleum, P. convolvulus have
been found in the Apsheron area. On the basis of chemical structure and area application of
the genus Polygonum L. growing in other regions gives justification of prospects of
comprehensive investigation of species growing on Absheron and in the whole Azerbaijan.
Key words: Polygonum L., species, spread, prospect
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT:581.5
AZƏRBAYCANIN NADİR AĞAC VƏ KOL BİTKİLƏRİNƏ ANTROPOGEN AMİLİN
TƏSİRİNİN TƏHLİLİ
1
İsgəndər E.O.,
2
Məmmədov T.S.,
3
Əfəndiyev
P.M.,
4
Vəliyeva
L.İ.
1,4
AMEA Mərkəzi Nəbatat Bağı, Email: acae55@hotmail.com
2
AMEA Mərdəkan Dendrarisi
3
Bakı Dövlət Universiteti Botanika kafedrası
Məqalədə Azərbaycanın təbii florasında yayılmış nadir və nəsli kəsilməkdə olan ağac-
kol bitkilərinə antropogen amilin təsiri araşdırılaraq onun təhlili verilmişdir. Tədqiq olunan
bitkilərə insan fəaliyyəti ilə bağlı təsirlər öyrənilmiş və bunun nadir bitkilərin areallarının
kiçilməsində əsas həlledici amil olduğu bir daha təsdiqlənmişdir.
Açar sözlər: nadir, antropogen, flora, relikt, endemik, ağac, kol
Müasir dövrdə Azərbaycanın təbii florasında yayılmış nadir və nəsli kəsilməkdə olan
bitki növlərinin bəziləri məhv olmuş, bəzilərinin isə nəsli təhlükə ilə qarşı-qarşıya gəlmişdir
[1].
Məlum olduğu kimi ölkəmizin coğrafi durumu, topoqrafiyasi və iqlimi baxımından
çox zəngin bir bitki örtüyü formalaşmışdır. Flora və bitki örtüyü baxımından Azərbaycanda
müxtəlif fitocoğrafi bölgə bitkilərinin olmasını, burada baş vermiş iqlim dəyişmələrinin bir
nəticəsi kimi hesab etmək olar. Yer kürəsində meydana gələn soyuq iqlim şəraitinin təsiri ilə
Azərbaycanın dağlıq hissələrində Avropa-Sibir mənşəli bitkilər yerləşmişdir. Əsas etibarı ilə
dəniz səviyyəsindən asılı olaraq bitki örtüyündə suksessiyalar (sıralı yerdəyişmələr) baş
vermiş və bəzi nadir bitki növləri öz münasib yerlərini burada tapa bilmişlər. Sonradan
meydana gələn iqlim dəyişmələri davamlı olaraq bitki örtüyündə yerdəyişmələrə səbəb olmuş
Avropa-Sibir, Aralıq dənizi və İran-Turan fitocoğrafi bölgələrinə aid bitkilər bir-birləri ilə
rəqabət apararaq öz inkişaflarını davam etdirmişlər. Beləliklə, Azərbaycanda keçmiş
zamanlardan bu günə qədər yaşayan relikt və nadir bitkilər ortaya çıxmışdır. Azərbaycanın
təbii florasında olan ağac və kol bitkilərinin təxminən 25%-ə qədəri relikt və nadir bitkilərdir.
İnsan fəaliyyətinin təsiri nəticəsində bitki örtüyü üzərində gördüyü işlər klimaks
növləri azaldaraq bu bölgədə olan meşə və kolluqlar aradan çıxmış və antropogen bozqırlar
meydana gəlmişdir.Beləliklə bu kimi işlər nəticəsində bir qisim bitki növlərinin nəsli kəsilmiş
və digərlərinin nəsli kəsilmək üzrədir [6].
Ölkəmizin florasında olan nadir bitkilərin areallarının kiçilməsinə, onların nəsillərinin
təhlükə qarşısında qalmasına səbəb olan bir sıra amillər vardır ki, bu amillərin içində əsas
təsiredici gücə maliki insandır.
İnsanlar əkin sahələrini və heyvandarlığı inkişaf etdirməklə yanaşı, meşələri yox
etməklə çölləşmə prosesini sürətləndirirlər. Meşə ehtiyatlarının azalması yalnız quraq iqlim
şəraiti olmasında deyil, müxtəlif iqlim qurşağı olan bölgələrdə də torpağın məhsuldarlığını
azaldır və insanların normal yaşamasına mənfi təsir edir. Meşə olmayan yerlərdə yağan yağış
torpağın üst səthini yuyaraq müxtəlif yerlərə aparmaqla onun kasıblaşmasına səbəb olur
[11,12].
Dünya ökələri içərisində Azərbaycan öz ərazisinə görə meşə sahəsi baxımından geridə
qalan ölkələrdəndir. Meşə sahəsi Azərbaycan ərazisinin təxminən 8-11%-ni təşkil edir.
Ölkəmizdə olan meşə sahələrinin 95%-i dağlıq bölgələrdədir. Düzənlikdə olan meşə sahəsi isə
təxminən 5 % təşkil edir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Aparılan müşahidələr və ədəbiyyat məlumatlarına əsasən əvvəlki illərlə müqayisədə
Azərbaycanın meşə sahəsi azda olmuş olsa bu proses azalmaqda davam edir [5].
Ətraf mühitin çirklənməsi də bitkilər aləminə, o cümlədən nadir və nəsli kəsilməkdə
olan bitkilərin böyümə və inkişafına mənfi təsir edən amillərdən olub, bu kimi problemlər 20-
ci əsrin əvvəllərində bioloqların diqqətini çəkmişdir [2,11].
Ölkəmizdə su, hava çirklənməsi kimi problemlər ətraf mühitin çirklənməsinin bitki
örtüyü üzərində rolunu anlamaq üçün əvvəlcə çirklənmənin çeşidlərinin bilinməsi vacibdir.
Hava çirklənməsi sənayenin inkişafı nəticəsində ətraf mühitin dəyişikliyə uğraması
kimi başa düşülür [11,12]. Bu hadisə tüstü borularında çıxan hissəciklər, radioaktiv və digər
maddələr tərəfindən həyata keçirilir. Bu çirkləndirici birləşmələrdən kükürd oksidləri, azot
oksidləri, ozon, peroksiasetilnitrat və qurğuşun kimi maddələrdir [2, 3, 8, 9].
Tədqiqatçılardan Münir A.,Özcan S. [3] öz əsərlərində qeyd edirlər ki, hər bir
çirkləndirici maddə digər bir maddəni əmələ gətirir.Belə ki, avtomobil borularından çıxan 2
birləşə bilən kimyəvi birləşmə günəş işığı altında yeni və çox zəhərli fotokimyəvi duman kimi
bilinən maddəni əmələ gətirmək üçün bir-biri ilə birləşirlər və nəticədə peroksiasetilnitrat
adlanan göz yaşardıcı xüsusiyyətə malik kimyəvi bir duman şəkilli maddə əmələ gəlir. Bu
maddə bitkilərdə fotosintez prosesinə mənfi təsir edərək qida maddələrin sintezini durdurur və
bu yolla bitkilərin ölməsinə səbəb olur [3].
Havada olan digər birləşmələrdən biri də SO
2
-dir. Tədqiqat işlərindən məlum
olmuşdur ki, SO
2
-nin təsiri bitki yarpaqlarının rəng dəyişməsinə səbəb olur, yəni yarpaq
damarlarında ağ ləkələr meydana gəlir və yarpaqlar ağ rəng alır, enliyarpaq bitkilərdə
xlorozun əmələ gəlməsinə, iynəyarpaqlılarda isə yarpaqların su itirməsinə və yarpaqların uc
hissəsinin qurumasına səbəb olur. [3].
M.R.Qurbanov [2] və M.R.Qurbanov və R.A.Həsənovanın [9] apardığı tədqiqat
işlərinə əsasən müəyyən etmişlər ki, işıqsevən ağac və kol bitkiləri, kölgədə bitən bitkilərə
nisbətən SO
2
-yə qarşı daha davamlıdırlar. Eyni növ bitkilərin tinglərinin, yaşlı bitkilərə
nisbətən SO
2
-yə qarşı davamlı olduğu qeyd edilmişdir.
Ölkəmizdə qorunacaq bitki növlərinin təyin edilməsi və siyahılarının dəqiq
hazırlanması mühüm əhəmiyyətə malikdir. İlk öncə bu bitkilərin nadir bitki kateqoriyalarına
girmə səbəblərini öyrənmək, insan amilinin bu prosesdə rolunu müəyyənləşdirmək və
mühafizə strategiyasını hazırlamaq tədqiqatçıların qarşısında duran ən vacib məsələlərdən
biridir.
Dostları ilə paylaş: |