Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

 

RESUME 

ONTOGENESIS AND AGE SPECTRUM OF AGROSTIS PLANIFOLIA 

C. KOCH CENOPOPULATIONS ON THE HIGHLANDS OF THE MINOR 

CAUCASUS 

İsmayılova Z.M., Guliyeva R.Z. 

 

The  problem  of  biodiversity  conservation  recently  has  become  more  actual  due  to  growing 



human influence on nature. Population  & ontogenetical  methods have  greatly contributed to 

the  study  of  biology  and  ecology  of  plants,  as  they  allow  to  obtain  information  on 

reproductive  activity,  ontomorphogenesis,  to  determine  the  optimal  conditions  for  the 

development of species and of populations in phytocenosis, to identify the degree of tolerance 

and  basic  adaptation  mechanisms  of  plants,  manifested  as  a  response  to  natural  and 

anthropogenic  impacts.  As  objects  of  investigation  we  have  chosen  the  rare  plants  of  the 



Poaceae-Agrostis  planifolia  C.  Koch.  Family.  Diagnoses  of  ontogenetic  states  have  been 

developed and identified main types of spectrum of ontogenetic populations. 

 

Key words: cenopopulation, biomorph, phytocenosis, ontogenesis  



  

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

                                                       UOT: 581.6. 582 

 

ABŞERON FLORASININ QIRXBUĞUM POLYGONUM L. 

NÖVLƏRİ VƏ ONLARIN ÖYRƏNİLMƏSİNİN PERSPEKTİVLİYİ 

 

Cəfərova E. E.  

AMEA Genetik Ehtiyatlar İnstitutu, 

AZ 1106, Bakı, Azadlıq pr. 155 



 

Botanika  İnstitutunun  herbari  fondunda  və  Abşeron  ərazisindən  toplanmış 

herbarilərin  araşdırılması  nəticəsində  müəyyən  edilmişdir  ki,  Abşeron  floristik  rayonunda 

Qırxbuğum-  Polygonum  L.  cinsinin  5  növü,  P.  caspica,  P.  patulum,  P.  aviculare  və  P. 

argyrocoleum, P. convrevulus L. yayılmışdır. Qırxbuğum Polygonum cinsi növlərinin kimyəvi 

tərkibinin və istifadə sahələrinin müqayisəsi göstərir ki, onların Abşeronda o cümlədən, bütün 

Azərbaycanda yayılmış növlərinin öyrənilməsi perspektivlidir. 

 

Açar sözlər: Polygonum L., növ, yayılması, perspektivliyi  

 

 

Qırxbuğum Polygonum L. cinsi Qırxbuğumkimilər Polygonaceae Juss. fəsiləsinin növ 

tərkibinə görə ən zəngin cinsidir. Qırxbuğum fəsiləsinə daxil olan 40 cinsdə 800 növ olduğu 

halda,  onlardan  ¼  yəni  200  növü  Qırxbuğum  cinsinin  nümayəndəsidir.  Qırxbuğum  cinsi 

Qafqaz  florasında  40,  Azərbaycan  florasında  27  növlə  təmsil  olunur  [19].  Son  illərdə 

Qırxbuğum cinsinin botaniki-sistematik öyrənilməsi nəticəsində cinsə daxil olan  Polygonum 



alpinium  All.  növündən  Aconogonon  (Meissh)  Reichenb.  cinsi,  Polygonum  amphibium  L. 

növündən  Persicaria  Hill.  cinsi,  P.  carneum  C.  Koch.,  P.  viviparum  L.  növündən  Bistorta 

Hill.  cinsi,  P.  convrevulus  L.  növündən  Fallopia  Adans.  cinsi  yaranmış  və  Qırxbuğum 

fəsiləsinə  yeni  cinslər  kimi  daxil  edilmişdir  [3,  27].  Cinsə  daxil  olan  növlər  faydalı 

xüsusiyyətləri  və  istifadə  spektrinin  genişliyinə  görə  də  fəsiləyə  daxil  olan  növlər  arasında 

ilkin  yerdədir.  Cinsə  daxil  olan  növlərin  əksəriyyəti,  xüsusilə  Polygonum  hydropiper  L.,  P. 



aviculare  L.,  P.  bistorta  bir  çox  xalqların  və  ölkələrin  elmi  və  xalq  təbabətində  müxtəlif 

xəstəliklərin müalicəsində istifadə edilir [4, 24]. Cinsə daxil olan növlər P. coriarium Grig., P. 



divaricatum L., P. alopecuroides Turcz. ex Meissn., P. amphibium L., P. corneum C. Koch., 

P. lapathifolium L., P. limosum Kom və başqaları aşılayıcı [8, 9, 14, 17, 22], P. amphibium L., 

P.  orientale  L.,  P.  aviculare  L.  və  b.  boyaq  [7,  9],  P.  bistorta  L.,  P.  nitens  (Fisch:  et  Mey) 

V.Petrov.  ex  Kom.,  P.  persicaria  L.  balverən  [6,  7],  P.  divaricatum  L.,  P.  weyrich  Fr. 

Schmidt.,  P.  bistorta,  P.  alpinum  All  (P.  undulatum  Murz.)  yem  [3,  4,  27],  P.  alpinum,  P. 

weyrich  bəzək,  P.  orientale  L.,  P.  aviculare  L.,  P.  carneum  C.  Koch.,  P.  coriarium,  P. 

hissaricum M. Pop., P. hydropiper L. tərəvəz və ədviyyat bitkisi kimi istifadə edilir [12, 18]. 

Ədəbiyyat  məlumatlarının  izlənilməsi  və  təhlili  göstərir  ki,  Azərbaycan  florasında 

yayılmış qırxbuğum cinsinin nümayəndələri istər sistematik, istər kimyəvi, istərsə də faydalı 

xüsusiyyətlərinin  aşkar  edilməsi  istiqamətində  G.Şirəliyevanın  (2009)  tədqiqatını  çıxmaqla 

demək  olar  öyrənilməmişdir.  Tədqiqatın  əsas  məqsədi  Abşeronda  yayılmış  qırxbuğum 

növlərini müəyyən etmək və onların öyrənilməsinin perspektivliyi olmasını göstərməkdir. 

 

MATERIAL VƏ METODLAR 

Tədqiqatın  materalı  Abşeron  yarımadası  ərazisində  yayılmış  Polygonum  L.  cinsi 

növlərinə  aid  toplanmış  və  AMEA  Botanika  İnstitutunun  herbari  fondunda  olan  herbari 

materalları  olmuşdur.  Bitkilərin  botaniki  növ  mənsubiyyəti  R.Y.  Rzazadə  [19]  və  İ.İ. 

Karyaginin [13] təyinat metodlarından istifadə edərək müəyyən edilmişdir.  


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

NƏTICƏLƏR VƏ ONUN MÜZAKIRƏSI 

AMEA  Botanika  İnstitutunun  herbari  fondunda  olan  və  topladığımız  herbari 

nümunələrinin  araşdırılması  nəticəsində  müəyyən  olunmuşdur  ki,  Abşeron  yarımadası 

ərazisində Qırxbuğum cinsinin 5 növü: Xəzər qırxbuğumu (P. caspica (Kom.) Tzvel.), Mayili 

qırxbuğum    (P.  patulum  Bieb.),  Gümüşü  qırxbuğum  (P.  argyrocoleum  Stend.),  Sarmaşan 

qırxbuğum  (P. convolvulus L.) və Quş qırxbuğumu (P. aviculare L.) yayılmışdır. Bunlardan 

axırıncı növ Abşeron ərazisində ilk dəfə müəyyən edilib. 

Xəzər  qırxbuğumu  növü  respublikanın  yalnız,  Abşeronun  -  Xocahəsən,  Zabrat, 

Sabunçu, Novxanı kəndləri və Sulutəpə massivində də rast gəlinir. R.Rzazadənin [19] verdiyi 

məlumata  əsasən  çoxillik  və  ya  ikiillik  ot  bitkisidir.  Kök  boğazından  budaqlanan  bir  neçə 

sürünən gövdəlidir. Gövdələri 40-60 sm uzunluqda olur. Yarpaqları ağımtıl olub, alt tərəfdən 

görünən damarlı, üst tərəfdən eninə qırışlı dərivaridir. Çiçəkləri yarpaq qoltuğunda tək-tək və 

ya iki-iki olur, kiçik saplaqlıdır. Çiçək yanlığı ensiz yaşıl, kənarlardan çəhrayı rənglidir. Çiçək 

yanlığı  yarpaqdan  iki  dəfə  qısadır.  Həyatyanı  sahələrdə,  arx  kənarında,  alaq  otları  arasında 

rast gəlinir.  

Mayil  qırxbuğum    növü  respublikanın  bütün  botaniki-coğrafi  rayonlarında 

yayılmışdır. Abşeronda su kənarı cəngəlliklərdə, suvarma arxlarının ətrafında, zibilli yerlərdə 

bitir. Birillik ot bitkisi olub, yerüstü hissəyə yaxın budaqlanan, hündürlüyü 50-70 sm möhkəm 

gövdəyə  malikdir.  Buğumüstü  yarım-şəffaf,  qısadır.  Yarpaqlar  gövdəyə  bitişmiş,  itiucludur. 

Aşağı yarpaqlar köndələn-neştərşəkilli, yuxarı yarpaqlar isə neştər və ya xəttvaridir. Çiçəkləri 

yarpaq qoltuğunda uzun barmaqvaridir, çətirdədir. Çiçəyi qırmızıdır. Çiçəkyanlığı boruşəkilli, 

bəzi hissəsi qırmızımtıldır. 

Gümüşü  qırxbuğum  növü  respublikanın  Kür-Araz  ovalığı,  Naxçıvan,  Şimali  Kiçik 

Qafqazın düzən hissələri, Lənkəran ovalığı, Xəzər sahillərində, Abşeronda Bilgəh, Nardaran, 

Hövsan kəndləri ərazisində  yayılmışdır. Bitkiyə həyətyanı,  alaqbasmış sahələrdə tez-tez rast 

gəlinir. Birillik ot bitkisi olub, 30-90 sm hündürlükdə, düzduran, möhkəm gövdəyə malikdir. 

Buğum  araları  uzundur.  Əsasından  tünd-qonur  olan  yarpaqaltlığı  qısadır.  Yarpaqları  tək 

damarlı  1-4  sm  uzunluğunda  və  3-8  mm  enində,  itiuclu,  neştər  şəkillidir.  Çiçək  qrupu  1-3 

çiçəkdən olan, qısa saplaqlı, yarpaqsız çubuq şəklindədir. Çiçəkyanlığı zəngvari olub, 2 mm 

uzunluğunda parlaq ağ və ya çəhrayı rəngdədir.  

Quş qırxbuğumu növü Azərbaycanın Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın 

Mərkəzi,  Naxçıvanın  dağlıq,  Lənkəranın  düzən,  Qobustan,  Abşeron,  botaniki-coğrafi 

rayonlarının düzənlik, dağətəyi və dağ qurşaqlarında rast gəlinir. Abşeronda Xırdalan, Saray, 

Xocahəsən və başqa kəndlərdə yolətrafı, həyətyanı sahələr, daşlı yamaclarda, zibilli yerlərdə 

bitir.  Birillik  ot  bitkisidir.  Gövdəsi  20-45  sm  hündürlükdə  düzqalxan  və  ya  sərilən  sıx 

yarpaqlıdır.  Yarpaqları  enlikürəkvari,  enli  elleptik  və  ya  əks  köndələn-ovalşəkillidir.  Gövdə 

və budaqlardakı  yarpaqlar bir-birindən az fərqlənir. Yarpaq qoltuğunda  yerləşən sümbülvari 

çiçək  qrupu  1-5  çiçəkdən  ibarətdir.  Çiçəkyanlığı  ortaya  kimi  ayrıdır,  bölümləri  yaşılımtıl, 

kənarlardan ağ və ya çəhrayıdır. 

Sarmaşan  qırxbuğum  növü  Azərbaycanın  bütün  botaniki-coğrafi  rayonlarında 

düzənlikdən  orta  dağ  qurşağına  kimi  geniş  ərazidə  yayılmışdır.  Adətən  alaqlı  yerlərdə,  əkin 

sahələrində, çəmənlərdə və bəzi hallarda kolluqlarda rast gəlinir. Abşeronun bütün ərazisində, 

yol kənarlarında, əkilməmiş sahələrdə, həyətyanı sahələrdə rast gəlinir. Birillik ot bitkisi olub, 

1 m hündürlüyündə sarmaşan gövdəyə malikdir. Yarpaqları uzun saplaqlı yumurta şəkilli, iti 

uclu,  əsasından  ürəkvari-nizəşəkilli,  təpə  yarpaqları  uzun-itiucludur.  Çiçək  qrupu  salxımdır, 

yarpaq  qoltuğunda  olub  2-6  ədəddir,  qısa  saplaqlıdır.  Çiçək  yanlığı  2-2.5  mm,  kənarlardan 

yaşıl, ağ və ya çəhrayı haşiyələnmiş pərdəvari bölümlərdən ibarətdir.  

Qırxbuğum  cinsinə  daxil  olan  növlərin  əksəriyyəti  aşı  maddəsi  ilə  zəngindir.  Aşı 

maddəsi ilə ən zəngin orqan, onların köküdür. Növ mənsubiyyətindən asılı olaraq, kökdə aşı 

maddəsinin  miqdarı  5-36%,  bəzi  növlərdə  P.  coriarium  40-55%  təşkil  edir.  P.  alpinum  All. 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

növünün  yerüstü  hissəsində  də  aşı  maddəsinin  miqdarı  bitdiyi  yerdən  asılı  olaraq  3.3-36%, 

gövdəsində 7.9-10.5% arasında dəyişilir [11, 14, 17, 22]. Çiçəklərində 18.8% aşı maddəsi olur 

(18). Qırxbuğum növlərində sintez olunan aşı maddəsinin aşılama qabiliyyəti 85-90% təşkil 

edir [11, 17]. 

Qırxbuğum  növləri  katexinlər,  flavanoidlər,  antosianlar,  üzvi  turşular,  vitaminlər  və 

digər  bioloji  fəal  maddələrlə  zəngindir  [15,  16,  21].  Flavanoidlərin  ən  çox  toplandığı  orqan 

çiçək  qrupudur  [5].  Çiçək  salxımında  flavanoidlərin  miqdarı  9.8-16.3%,  çiçəklərdə  18.90% 

olur  [15,  23,  25,  26].  Flavanoidlər  –  kempferol,  kversetin  və  mirisetin  aqlikonlarının 

törəmələridir. [5, 15, 21]. Yerüstü hissədə  flavanoidlərin miqdarı 1.3-3.5% arasında dəyişir. 

Qırxbuğum  növləri  vitaminlərlə  də  zəngindir  [10].  Tərkibində  1%-dən  artıq  flavanoid 

saxlayan bitki flavanoid preparatı almaq üçün xammal mənbəyi heasb olunur. Qeyd olunanlar 

sübut  edir  ki,  qırxbuğum  növlərinin  hamısı  flavanoidli  bitki  hesab  oluna  bilər  və  müxtəlif 

məqsədlərə istifadə edilən flavanoid preparatları, dərman vasitələri və s. almaq üçün istifadə 

edilə bilər.  

Qırxbuğum  növlərinin  elmi  və  xalq  təbabətində  müxtəlif  xəstəliklərin  müalicəsində 

istifadə  edilməsi  məhz  onların  tərkibindəki  polifenol  birləşmələrinin  kəmiyyət  və  keyfiyyət 

tərkibindən  asılıdır.  Qırxbuğum  növlərinin  müxtəlif  orqanlarından  alınmış  çıxarışların  qan 

kəsici, mədə yarasının müalicəsi, antihipertonik, antiskleriz, diuretik xüsusiyyətlərinin səbəbi 

alınmış  çıxarışların  tanninlər,  flavanoidlər,  C  vitamini  və  b.  bioloji  fəal  maddələrlə  zəngin 

olmasıdır [10, 15, 28].  

Qırxbuğum  kökündən  alınmış  çıxarış  podaqra,  revmatizm,  əsəb  və  endokrin  sistem 

xəstəliklərində  də  istifadə  edilir  [24].  P.  corvarium  növündən  alınmış  “Taranalbin”, 

“Taranaform”  preparatları  kəskin  və  xroniki  dizenteriyada  [1,  2],  stomatitdə,  paradontozda 

[15,  24],  ginekoloji  təcrübədə  [24]  və  s.  geniş  istifadə  edilir.  Elmi  təbabətdə  büzücü, 

orqanizmi  möhkəmləndirici,  diuretik  vasitə  kimi  [24],  xalq  təbabətində  müxtəlif  mənşəli 

qanaxmalarda  qan  dayandırıcı,  dizenteriya  əleyhinə,  malariya  və  bəzi  bəd  xassəli  şişlərin 

müalicəsində istifadə edilir [1, 2, 4, 10, 18]. 

Qırxbuğum növlərinin tərkibində yüksək miqdarda tanninlər, katexinlər, flavanoidlər, 

antosianlar, vitaminlər və digər bioloji fəal maddələrin olması onlardan gön-dəri sənayesində 

dərilərin  aşılanması,  toxuculuq  sənayesində  yun  və  pambıq  sapların  boyanmasında,  tibbdə 

qankəsici,  diuretik,  antidiabetik,  antibakterial,  P  vitamin  fəallığına  malik  tibbi  preparatların 

alınmasında  istifadə  edilməsi  mümkünlüyünü  göstərir.  Bütün  bu  deyilənlər,  bu  bitkilərin 

öyrənilməsinin perspektivli olduğunu göstərir. 



 

 

ЛИТЕРАТУРА  

 

1.



 

Абакумова Л.Ф.  Лечебные препараты тарана. – Тр. Алма-Атинского зовет. Ин-та, 

1956, т. 9, с. 256-257. 

2.

 



Абакумова  Л.Ф.,  Беклемишев  И.П.,  Мизякина  В.А.  К  вопросу  о  лечебных 

свойствах таранальбина. – Тр. Алма-Атинского зовет. Ин-та, 1963, т. 13, с. 168-170. 

3.

 

Алляров И. Полезные дикорастущие растения Северо-Западного Узбекистана. Кн.: 



Распространение и природные запасы полезных растений Узбекистана. Ташкент, 1974, 

вып. 1, с. 76-162. 

4.

 

Верещагин  В.И.,    Соболевская  К.А.,  Якубова  А.И.    Полезные  растения  Западной 



Сибири. М.; Л., 1959, 347 с.  

5.

 



Высочина Г.И. Об агликонах флаваноидных соединений некоторых евроазиатских 

видов Polygonum L. Кн.: Актуальные вопросы ботанического ресурсоведения в Сибири. 

Новосибирск, 1976, с. 180-189. 

6.

 



Глухов М.М. Медоносные растения. М., 1974, 298 с. 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

7.

 



Гроссгейм А.А. Растительные богатства Кавказа. М. 1952., 613 с. 

8.

 



Дробов В.П., Чеврениди С.Х. Таран и его культура. – Изв. АН УзССР, 1952, №5, с. 

107-110. 

9.

 

Закордонец А.И. Результаты изучения и введения в культуры тарана дубильного на 



Украине. Кн.: Вопросы изучения и использования дубильных растений в СССР. М.-Л. 

1963 


10.

 

Иванов  В.Ф.  Исследование  некоторых  видов  из  семейства  Гречишных  на 



содержание витаминов. Кн.: Вопросы фармакогнозии. Л. 1961, вып. 1, с. 179-184. 

11.


 

Икрамов  М.М.,  Чукавина  А.П.,  Трофимова  Е.П.  Химическая  характеристика 

некоторых  представителей  сем.  Гречишных,  произрастающих  в  Таджикистане.  – 

Растит. ресурсы, 1971, т. 7, вып. 2, с. 161-169. 

12.

 

Ипатьев А.Н. Видовое разнообразие овощных растений. – Тр. Белорус. с.-х. акад., 



Минск. 1957, т. 24, вып. 2, с. 45-76. 

13.


 

Карягин И.И. Флора Апшерона, 1952., c. 121-122. 

14.

 

Колесников  Б.П.  Дубильные  растения  юга  Дальнего  Востока.  –  Тр.  Дальневост. 



фил. АН СССР. Сер. бот., 1956, т. 3 (5), с. 80-82. 

15.


 

Кукенов  М.К.,  Михаилов  В.П.  О  флавоноидности  некоторых  растений  флоры 

Казахстана. Вест. АН КазССР, 1974, № 12, с. 31-36. 

16.


 

Махкамова  Х.Ф.,  Бандюкова  В.А.,  Халматова  Х.Х.  Изучение  полифенольных 

соединений Polygonum amphibium и P. scabrum. ХПС., 1970, № 5, с. 647. 

17.


 

Первухин Ф.С. Дубильные растения и введение их в культуру. Новосибирск., 1963, 

191 с. 

18.


 

Приступа А.А. Основные сырьевые растения и их использование. Л.: Наука., 1973, 

412 с. 

19.


 

Рзазаде Р.Я. Род  Polygonum L. флора Азербайджана, Баку, 1952, с. 166-190.  

20.

 

Роллов  А.Х.    Красильные  растения  Кавказа.  –  Вестн.  Тифлис.  ботан.  сада,  1908, 



вып. 10, с. 41-58. 

21.


 

Соболевская  К.А.,  Высочина  Г.И.  К  изучению  флавоноидов  у  Алтайских 

представителей рода Polygonum L. Раст. рес. 1965, т. 1, вып. 3, с. 367-369. 

22.


 

Соколов  П.Д.  Таран  дубильный  как  дубитель  важнейшие  задачи  его  изучение  и 

внедрения. Раст. рес. 1969, т. 1, в.1,  

23.


 

Хворост  П.П., Комисаренко Н.Ф. Флаваноиды Polygonum aviculare. ХПС., 1980, № 

6, с. 840. 

24.


 

Шретер А.И. Лекарственная флора советского Дальнего Востока. М. 1975, 327 с. 

25.

 

Haverland F. Polygonum aviculare L. Pharmazic. 1963, Jahrg. 18, N 1, p. 59-87. 



26.

 

Jsobe T., Fukushige T., Ju Noda. A new flavonoid glycoside from Polygonum nodosum. 



Chem. Lett. 1979, N 1, p. 27-30. 

27.


 

Şirəliyeva  R.Ş.  Naxçıvan  MR  florasında  qırxbuğumkimilər  (Polygonaceae  Juss.) 

fəsiləsinin  bioekoloji  xüsusiyyətləri,  ehtiyatı  və  istifadə  yollarının  elmi  əsasları.  Bakı,  2009, 

22 c. 


 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

РЕЗЮМЕ 

ВИДЫ РОДА ГОРЕЧЬ POLYGONUM L. ВО ФЛОРЕ 

АБШЕРОНА И ПЕРСПЕКТИВЫ ИХ ИЗУЧЕНИЯ 

 

 



Джафарова Е.Е. 

Институт Генетических Ресурсов НАНА, 

АZ 1106, Баку, Пр. Азадлыг, 155. 

 

При  обработки  гербарного  фонда  Института  Ботаники  и  собственного  сборов 



установлено,  что  на  территории  Апшерона  и  близких  ему  районах  произрастают  9 

видов  горечи  Polygonum.  Из  них  5  видов:  P.  caspica,  P.  patulum,  P.  aviculare,  P. 



argyrocoleum,  P.  convrevulus  встречаются  на  территории  Апшерона.  На  основании 

химического соcтава и области применения видов рода Polygonum L., произрастающих 

в других регионах, обосновывается перспективность всестороннего исследования выше 

перечисленных видов на Абшероне и в целом в Азербайджане.   

 

Ключевые слова: Polygonum L., вид, распространение, перспектива 



 

 

SUMMARY 

SPECIES OF POLYGONUM L. GENUS IN THE FLORA  

OF ABSHERON AND PROSPECTS OF THEIR STUDY 

 

Jafarova E.E.  



Genetic Resources Institute of Azerbaijan NAS, 

155- Azadlyg Pr., Baku, АZ1106 

 

Herbarium  fund  of  the  Institute  of  Botany  and  their  own  collection  established  that  the 



territory of Absheron and areas close to him grow nine species of Polygonum at processing. 5 

species of these: P. caspica, P. patulum, P. aviculare, P. argyrocoleum, P. convolvulus have 

been found in the  Apsheron area. On the basis of chemical structure and  area application of 

the  genus  Polygonum  L.  growing  in  other  regions  gives  justification  of  prospects  of 

comprehensive investigation of species growing on Absheron and in the whole Azerbaijan. 

 

Key words: Polygonum L., species, spread, prospect  



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

UOT:581.5 

 

AZƏRBAYCANIN NADİR AĞAC VƏ KOL BİTKİLƏRİNƏ ANTROPOGEN AMİLİN 

TƏSİRİNİN TƏHLİLİ 

 



İsgəndər E.O., 

2

Məmmədov T.S., 



3

Əfəndiyev

 

P.M., 


4

Vəliyeva


 

L.İ. 


1,4

AMEA Mərkəzi Nəbatat Bağı, Email: acae55@hotmail.com 

2  

AMEA Mərdəkan Dendrarisi 



 Bakı Dövlət Universiteti Botanika kafedrası 

 

Məqalədə Azərbaycanın təbii florasında yayılmış nadir və nəsli kəsilməkdə olan ağac-

kol  bitkilərinə antropogen amilin təsiri araşdırılaraq  onun  təhlili verilmişdir. Tədqiq olunan 

bitkilərə  insan  fəaliyyəti  ilə  bağlı   təsirlər  öyrənilmiş  və  bunun  nadir  bitkilərin  areallarının 

kiçilməsində əsas həlledici amil  olduğu bir daha təsdiqlənmişdir. 

 

Açar sözlər: nadir, antropogen, flora, relikt, endemik, ağac, kol   



 

 

 Müasir dövrdə Azərbaycanın təbii florasında yayılmış nadir və nəsli kəsilməkdə olan 

bitki növlərinin bəziləri məhv olmuş, bəzilərinin isə nəsli təhlükə ilə qarşı-qarşıya gəlmişdir 

[1].  


Məlum  olduğu  kimi  ölkəmizin  coğrafi  durumu,  topoqrafiyasi  və  iqlimi  baxımından 

çox zəngin bir bitki örtüyü formalaşmışdır. Flora və bitki örtüyü baxımından Azərbaycanda 

müxtəlif  fitocoğrafi  bölgə  bitkilərinin  olmasını,  burada  baş  vermiş  iqlim  dəyişmələrinin  bir 

nəticəsi kimi hesab etmək olar. Yer kürəsində meydana gələn soyuq iqlim şəraitinin təsiri ilə 

Azərbaycanın dağlıq hissələrində Avropa-Sibir mənşəli bitkilər yerləşmişdir. Əsas etibarı ilə 

dəniz  səviyyəsindən  asılı  olaraq  bitki  örtüyündə  suksessiyalar  (sıralı  yerdəyişmələr)  baş 

vermiş  və  bəzi  nadir  bitki  növləri  öz  münasib  yerlərini  burada  tapa  bilmişlər.  Sonradan 

meydana gələn iqlim dəyişmələri davamlı olaraq bitki örtüyündə yerdəyişmələrə səbəb olmuş 

Avropa-Sibir,  Aralıq  dənizi  və  İran-Turan  fitocoğrafi  bölgələrinə  aid  bitkilər  bir-birləri  ilə 

rəqabət  apararaq  öz  inkişaflarını  davam  etdirmişlər.  Beləliklə,  Azərbaycanda  keçmiş 

zamanlardan  bu  günə  qədər  yaşayan  relikt  və  nadir  bitkilər  ortaya  çıxmışdır.  Azərbaycanın 

təbii florasında olan ağac və kol bitkilərinin təxminən 25%-ə qədəri relikt və nadir bitkilərdir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   

İnsan    fəaliyyətinin  təsiri  nəticəsində  bitki  örtüyü  üzərində  gördüyü  işlər  klimaks 

növləri azaldaraq bu bölgədə olan meşə və kolluqlar aradan çıxmış və antropogen  bozqırlar 

meydana gəlmişdir.Beləliklə bu kimi işlər nəticəsində bir qisim bitki növlərinin nəsli kəsilmiş 

və digərlərinin nəsli kəsilmək üzrədir [6]. 

Ölkəmizin florasında olan nadir bitkilərin areallarının kiçilməsinə, onların nəsillərinin 

təhlükə  qarşısında  qalmasına  səbəb  olan  bir  sıra  amillər  vardır  ki,  bu  amillərin  içində    əsas 

təsiredici gücə maliki insandır. 

 İnsanlar  əkin  sahələrini  və  heyvandarlığı  inkişaf  etdirməklə  yanaşı,  meşələri  yox 

etməklə  çölləşmə  prosesini  sürətləndirirlər.  Meşə  ehtiyatlarının  azalması  yalnız  quraq  iqlim 

şəraiti  olmasında  deyil,  müxtəlif  iqlim  qurşağı  olan  bölgələrdə  də  torpağın  məhsuldarlığını 

azaldır və insanların normal yaşamasına mənfi təsir edir. Meşə olmayan yerlərdə yağan yağış 

torpağın  üst  səthini  yuyaraq  müxtəlif  yerlərə  aparmaqla  onun  kasıblaşmasına  səbəb  olur 

[11,12]. 

Dünya ökələri içərisində Azərbaycan öz ərazisinə görə meşə sahəsi baxımından geridə 

qalan  ölkələrdəndir.  Meşə  sahəsi  Azərbaycan  ərazisinin  təxminən  8-11%-ni  təşkil  edir. 

Ölkəmizdə olan meşə sahələrinin 95%-i dağlıq bölgələrdədir. Düzənlikdə olan meşə sahəsi isə 

təxminən 5 % təşkil edir. 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Aparılan  müşahidələr  və  ədəbiyyat  məlumatlarına  əsasən  əvvəlki  illərlə  müqayisədə 

Azərbaycanın meşə sahəsi azda olmuş olsa bu proses azalmaqda davam edir [5]. 

Ətraf mühitin çirklənməsi də bitkilər aləminə, o cümlədən nadir və nəsli kəsilməkdə 

olan bitkilərin böyümə və inkişafına mənfi təsir edən amillərdən olub, bu kimi problemlər 20-

ci əsrin əvvəllərində bioloqların diqqətini çəkmişdir [2,11]. 

Ölkəmizdə  su,  hava  çirklənməsi  kimi  problemlər  ətraf  mühitin    çirklənməsinin  bitki 

örtüyü üzərində rolunu anlamaq üçün əvvəlcə çirklənmənin çeşidlərinin bilinməsi vacibdir. 

Hava  çirklənməsi  sənayenin  inkişafı  nəticəsində  ətraf  mühitin    dəyişikliyə  uğraması 

kimi başa düşülür [11,12].  Bu hadisə tüstü borularında çıxan hissəciklər, radioaktiv və digər 

maddələr  tərəfindən  həyata  keçirilir.  Bu  çirkləndirici  birləşmələrdən  kükürd  oksidləri,  azot 

oksidləri, ozon, peroksiasetilnitrat və qurğuşun kimi maddələrdir [2, 3, 8, 9]. 

Tədqiqatçılardan  Münir  A.,Özcan  S.  [3]  öz  əsərlərində  qeyd  edirlər  ki,  hər  bir 

çirkləndirici maddə digər bir maddəni əmələ gətirir.Belə ki, avtomobil borularından çıxan 2 

birləşə bilən kimyəvi birləşmə günəş işığı altında yeni və çox zəhərli fotokimyəvi duman kimi 

bilinən  maddəni  əmələ  gətirmək  üçün  bir-biri  ilə  birləşirlər  və  nəticədə  peroksiasetilnitrat 

adlanan  göz yaşardıcı xüsusiyyətə malik  kimyəvi bir duman şəkilli maddə əmələ gəlir. Bu 

maddə bitkilərdə fotosintez prosesinə mənfi təsir edərək qida maddələrin sintezini durdurur və 

bu yolla bitkilərin ölməsinə səbəb olur [3].  

Havada  olan  digər  birləşmələrdən  biri  də  SO

2

-dir.  Tədqiqat  işlərindən  məlum 



olmuşdur  ki,  SO

-nin  təsiri  bitki  yarpaqlarının  rəng  dəyişməsinə  səbəb  olur,  yəni  yarpaq 



damarlarında  ağ  ləkələr  meydana  gəlir  və  yarpaqlar  ağ  rəng  alır,  enliyarpaq  bitkilərdə 

xlorozun əmələ gəlməsinə, iynəyarpaqlılarda isə  yarpaqların  su itirməsinə və  yarpaqların  uc 

hissəsinin qurumasına səbəb olur. [3].                                                                                                    

M.R.Qurbanov  [2]  və  M.R.Qurbanov  və  R.A.Həsənovanın  [9]  apardığı  tədqiqat 

işlərinə  əsasən  müəyyən  etmişlər  ki,  işıqsevən  ağac  və  kol  bitkiləri,  kölgədə  bitən  bitkilərə 

nisbətən  SO

2

-yə  qarşı  daha  davamlıdırlar.  Eyni  növ  bitkilərin  tinglərinin,  yaşlı  bitkilərə 



nisbətən SO

2

-yə qarşı davamlı olduğu qeyd edilmişdir. 



Ölkəmizdə  qorunacaq  bitki  növlərinin  təyin  edilməsi  və  siyahılarının  dəqiq 

hazırlanması mühüm əhəmiyyətə malikdir. İlk öncə bu bitkilərin nadir bitki kateqoriyalarına 

girmə  səbəblərini  öyrənmək,  insan  amilinin  bu  prosesdə  rolunu  müəyyənləşdirmək  və 

mühafizə  strategiyasını  hazırlamaq  tədqiqatçıların  qarşısında  duran  ən  vacib  məsələlərdən 

biridir. 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin