AMEA Botanika İnstitutunun
elmi əsərləri, 2012- ci il, XXXII cild
Növbəti nömrədən etibarən məqalələr aşağıdakı qaydalara uyğun formada qəbul
ediləcəkdir.
AMEA Botanika Institutunun Elmi Əsərləri ISSN 2223-1617, 20l2-ci il, XXXII cild
MÜƏLLIFLƏR ÜÇÜN TƏLIMAT
Botanika Institutunun elmi əsərləri bitkilər və göbələklər aləminin müxtəlif aspektlərinə:
morfologiya, sistematika, ekologiya, patologiya, fiziologiya, biokimya, hüceyrə biokimyası,
ultrastruktur, genetika, molekulyar biologiya, tekamül, tətbiqi aspektlər ve yeni metodlara dair
məqalələri dərc edir. Institutun elmi əsərlərində (l) orijinal tədqiqat işini əks etdirən, (2) yeni
metodun tətbiqi baradə məlumat vərən, (3) sifarişlə yazılan məqalələr, (4) xülasə və ya icmal tipli
məqalələr çap olunacaqdır. Xülasə və ya icmal tipli məqalələr göndərilməzdən əvvəl redaktorla
məsləhətləşmək vacibdir.
Məqalələr cədvəl və şəkillər də daxil olmaqla l0 vərəqdən çox olmamalıdır. Məqalə A4
vərəqdə 12 ölçülü TIMES NEW ROMAN şirifti ilə yazılmalıdır.
Məqalələr qəbul edildikdən sonra rəy üçün mütəxəssisləre təqdim edilə bilər. Çap üçün
təsdiq edildikdən sonra her sehifə üçün ... AZN ödəniş nəzərdə tutulur. Lakin, ödəmə məqalənin
çap olunması üçün şərt deyil.
MƏQALƏNİN GÖNDƏRİLMƏSİ
Web site. - Məqalələr http://www.bolany.az intemet sehifesine daxil olmaqla elektron
yolla göndərilə bilər. Sehifədə müvafiq qaydalara uyğun qeydiyyatdan keçdikdən sonra məqaləni
yerləşdirə bilərsiniz. Məqalə e-mail vasitəsi ilə sayyarajamshid@yahoo.com ünvanına gödndərilə
bilər.
Elektron mətinlər Microsoft Office Word və ya PDF formatda göndərilə bilər. Şəkillər
JPEG, TIFF, GIF ve PDF formatlarda qəbul edilir. Ilk təqdimat zamanı şəkillərin yüksək
keyfiyyətdə olması tələb olunmur, lakin məqalə çap üçün təsdiqləndiyi halda şəkilin keyfiyyəti
600 dpi olmalıdır.
ÜMUMİ TƏLƏBLƏR
Məqalələr azarbaycan, ingilis ve rus dillərində qəbul edilir. Məqalə yazilarkən orfoqrafik
qaydalar nəzər alınmalıdır. Səliqə ilə çap edilmiş təmiz nüsxə tələb olunur. Məqalələrin
yoxlanılması işini asanlaşdırmaq məqsədilə mətnin sol tərəfində sıra nömrəsi göstəricisindən
istiadə edilməlidir.
Vərəqin (A4) hər kənarından 2.5 sm sərhəd saxlanılmalıdır. Məqalənin birinci
səhifəsindən başqa bütün səhifələrində yuxan sağ tərəfdə müəllifin və ya birinci müəllifin adı və
səhifə nömrəsi göstərilməlidir. Vərəqlər arasında "vərəq kəsmə" (page break) əməliyyatından
istifadə edilməməlidir.
Abzas üçün buraxılan məsafə mətn boyu eyni olmalıdır, bunun üçün klaviaturanın “Tab"
düyməsindən istifadə əlverişlidir.
Təqdim edilən məqalələrdə yoxlama prosesini nəzərə alaraq sətirarası məsafə 1.5
olmalıdır. Çap üçün təsdiq edilmiş variantda sətirarası məsafə 1 olacaqdır.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il,
XXXII cild
"Yağlı", "Kursiv", "Altını cizmək" işarələrindən istifadə edilə bilər.
Yazarkən yaxı olar ki, minus, tire ve defis işarələrini fərqləndirəsiniz. Kompyuterdə hər
biri üçün istifadə ediləcək işarə vardır. Defis sözləri birləşdirmək üçün istifadə edilir. Tire say və
ya əlifba sırası üçünn istifadə edilməlidir. Defis ve minus işarələrini qarışdırmayın.
Cədvəl və Şəkil sözləri üçün böyük hərflərin kiçik variantından (small caps) istifadə edin
(Şəkil; Cədvəl). Hər bir cədvəl ve şəkil ərəb rəqəmləri ilə nömrələnməlidir. Şəkillərin sayı ikidən
çox olmamalıdır.
Istifadə edilmiş herbari kolleksiyaları və herbari nümunaləri barədə etraflı məlumat (məs.,
AMEA Botanika Institutunun Mərkəzi herbarisi, herbari № 8765) verilməlidir.
DNT ardıcıllıqları ilə aparılan işlərdə həmin ardıcıllıqların depozit edildiyi ünvanın
göstərilməsi (məs. TreeBASE ve ya oxşar məlumat bazaları) məqsədəuyğun olardı.
Mətində istifadə edilmiş ədəbiyyat siyahısı məqalənin sonunda əlifba ardıcıllığı ilə
nömrələnərək verilməlidir. Ədəbiyyatın mətndə rast gəlmə yeri nömrə ilə göstərilməlidir.
Ədəbiyyat siyahısında son 5-10 ilin elmi əsərlərinə üstünlük verilməlidir.
Dərc olunduğu dildən başqa məqalənin iki dildə xülasəsi (məs., məqalə azərbaycan
dilində yazılmışdırsa xülasələr ingilis və rus dillərində) verilməlidir. Xülasələrin mətnləri bir-
birinin eyni
olmalıdır. Məqalənin derc olunması ilə əlaqədar müəllif(lər)in razılığı və onun əvvəllər dərc
olunmamasını təsdiq edən müşaiyətedici anket olmalıdır.
Məqaləyə rəyçi tərəfindən göstərilən iradlar və təkliflər nəzərə alınmalıdır, onlara dair
məlumatlar yazılı şəkildə cavablandırılmalıdır. Məqalənin son variantı Microsoft Word sənədi
kimi təqdim edilməlidir.
TƏFSILAT
Məqalənin adı. -- Ad qısa, lakin məlumatları olmalıdır. Taksaların müəlliflərinin adlarını
və taksonomik kateqoriyaları (filium, sıra, fəsilə və s.) göstərmək lazm deyildir. Bu məlumatı
mətndə qeyd etmək olar. Məqalənin adında qısaltmalara yol vermək olmaz.
Müəlliflər. – Hər bir müəllifin adı və ünvanı barədə məlumat təzə sətirdən göstərilməlidir.
Bir neçə müəllifin eyni bir ünvanı olduğu halda ünvan sonuncu müəllifdən sonra bir dəfə qeyd
edilməlidir.
Xülasə. – Bütün məqalələrdə xülasə (abstrakt) olmalıdır. Xülasə tək bir paraqraf kimi
yazılmalı və məqalənin səciyyəvi mahiyyətini ifadə etməlidir. Burada ədəbiyyata istinad
edilməməlidir.
Açar sözlər.—Hər bir məqalə bir neça (5-8) açar sözlə müşayiət olunmalıdır. Onlar
məqalənin adındakı sözləri və ifadələri dəstəkləməli, lakin təkrarlamamalıdır. Sözlər əlifba sırası
ilə düzülməlidir.
Başlıqlar.—Əsasən GİRİŞ, MATERİALLAR VƏ METODLAR, NƏTİCƏLƏR,
MÜZAKİRƏ, MİNNƏTDARLIQ və İSTİNAD (istifadə edilmiş ədəbiyyatlar) qeyd edilir.
Məqalənin mahiyyətindən aslı olaraq TAKSONOMIYA vəya TAKSONOMIK ANALIZ kimi
başlıq əlavə edilə bilər.
Qısaltmalar. -- Il, ay, həftə, gün, saat kimi sözlər və ilin ayları qısaldılmadan
göstərilməlidir. Həcm qısaldılaraq l (litr), ml (millilitr), məsafə qısaldılaraq m, km, sm, mm, nm
kimi, konsentrasiya molyar olaraq - M, mM, nM, pM kimi, molekulyar kəmiyyət isə mol, mmol,
pmol kimi göstərilə bilər. Temperatura
o
C kimi, məsələn 25
0
C kimi
göstərilməlidir.
Işarələr və simvollar.-- Qövsvari və kvadrat mötərizələrdən istifadə etmek olar. Yaxşı olar
ki, mətn ilə əlaqədar izahatlar qövsvari mötərizədə, ədəbiyyat məlumatlarına dair istinadlar isə
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
kvadrat mötərizədə göstərilsin. DNT ardıcıllıqlarında 5' və ya 3' ucları göstərərkən vergül
işarəsindən deyil, xüsusi simvoldan istifadə edilməlidir.
Latın. -- Yalnız cins (yarımcins, seksiya), növ və yarımnöv latın adlarını kursivlə yazmalı.
Taksonomik məqalələrdə nomenklatur müəllifləri göstərmək zəruruidir. Digər məqalələrdə
nomenklatur müəllifləri göstərmək olar, lakin bu zəruri deyildir. Elmi ad mətn üzrə ilk rast
gəlinən yerdə nomenklatur müəllif(lər) göstərilməklə qeyd edilməli və sonra təkar edilməməlidir.
Yeni taksalar, açarlar və təsvirlər.—Yeni taksonun adı "yağlı” şriftlə, kursiv istifadə
edilmədən sol tərəfdən yazılır və ardınca statusu göstərilir (məs., sp. nov., stat. nov.).
Təzə sətirdən qısa, latın dilində diaqnoz qeyd edilməlidir, bu bütün yeni taksalar üçün
vacibdir. Latın diaqnozu latın dili üzrə mütəxəssislə rəsmi və ya qeyri-rəsmi razılaşdırılmalıdır.
Latın dilindəki təsvirin ardınca eyni təsvir məqalənin yazıldığı dildə verilməlidir.
Yeni təsvir edilmiş taksalar barədə məlumat məqalə çap edilməzdən əvvəl təsdiq üçün
müvafiq yerə göndərilməlidir.
Kolleksiyalara istinad.- Aşağıdakı standart tətbiq edilməlidir:
Yoxlanılmış nümunə: ÖLKƏ, İNZİBATİ BÖLGÜ VAHİDİ: şəhər/lokalitet, xəritə koordinatları,
hündürlük, substrat, tarix (məs., 10.09.1995 və ya 10/09/1995), kolleksiya nömrəsi, kollektorun
adı.
Holotip, izotip və s. istifadə edilmişdirsə bu barədə qeyd edilməlidir.
Cədvəllər.-- Çox və uzun olmamalıdır. Mətndə ona istinad edilməli və izaht verilməlidir.
Cədvəlin adı qısa, lakin aydın olmalıdır. Cədvəli izah etmək üçün cədvəl altında qeydlər
göstərmək olar. Cədvəlin üffiqi xəttlərini götürməli. Mətni qarışdırmamaq üçün şaquli xəttlər
saxlanıla bilər. Bir məqalədə 2 və müstəsna halda 3 cədvəl verilə bilər.
Istinad.-- Məqalədə ədəbiyyatlara istinad Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının tətbiq etdiyi qaydalara uyğun verilməlidir.