ƏDƏBIYYAT
1.
L.İ.Prilipko, İ.S.Səfərov – Azərbaycanın meşə sərvətləri, - Bakı – 1962, 40 səh.
2.
Мирзоев О.Г., Фаталиев Р.А. – Новый вид березы – Betula microlepis для флоры
Азербайджана, Докл.АН Аз.ССР, т.44, 1988, №4, с.64-66.
3.
Мирзоев О.Г. – Новый вид березы - Betula alba для флоры Азербайджана, Докл. АН
Аз.ССР, №1, 1998, с. 81-82.
4.
Qərib Məmmədov, Mahmud Xəlilov – Azərbaycanın meşələri, Bakı – “Elm” – 2002, 468
səh.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
СОПОСТАВИТЕЛЬНОЕ ИССЛЕДОВАНИЕ СОСТОЯНИЯ ЛЕСОВ
АЗЕРБАЙДЖАНА В ПРОШЛОМ И В НАСТОЯЩЕМ
Мирзоев О.Г.
В статье представлены сравнительные данные и интересные сведения о
состоянии лесов в прошлом и в настоящем. Также рассматривается история
образования лесов.
Ключевые слова: растение, геология, география, гидрология, тропические леса.
SUMMARY
COMPARATIVE INVESTIGATION OF FORESTS CONDITION OF AZERBAIJAN
IN THE PAST AND PRESENT
Mirzayev O.H.
Comparative data and interesting information on forests condition in the past and present are
described in the article. The history of formation of forests is also considered.
Key words: plant, geology, geography, hydrology, tropical forests
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT.581.9
XAÇMAZ RAYONU ƏRAZISININ QIŞ OTLAQLARININ MÜASIR VƏZIYYƏTI
Xəlilov V.S.
AMEA Botanika İnstitutu
Respublikamızda xırda və iri buynuzlu mal-qara əsasən təbii otlaqların
məhsuldarlığına əsaslanır. Ona görə də, bu təbii otlaq və biçənəklərin bitki örtüyünü vaxtaşırı
öyrənmək, botaniki tərkibini yaxşı yem otları ilə zənginləşdirmək, onların məhsuldarlığını
yüksəltmək və onlardan səmərəli istifadə yollarını tapmaq lazımdır. Bunlardan əlavə, az
məhsuldar çəmən və otlaqlarda yem otlarını əkməklə süni biçənək və otlaqlar yaratmaq
lazımdır.
Açar sözləri: otlaq, fitosenoz, formasiya, assosiasiya, subdominant
Son zamanlarda əhalinin sürətlə artması nəticəsində maldarlıq məhsullarına (ətə, südə,
yağa, pendirə, yumurtaya, yuna, dəriyə və s.) olan tələbatı da artmışdır.
Maldarlıq Respublikamızda xalq təsərrüfatının əsas sahələrindən biridir. Ona görə də
iri və xırda buynuzlu mal-qaranı, quşçuluğu artırmaq fermerlərin qarşısında vacib məsələ
kimi qoyulmuşdur.
Təbiidir ki, heyvandarlığı inkişaf etdirmək üçün möhkəm yem bazasını yaratmaq
lazımdır. Xırda və iri buynuzlu mal-qara əsasən təbii otlaqların məhsuldarlığına əsaslanır.
Buna görə də Respublikamızda otlaqların məhsuldarlığını yüksəltmək, səmərəli istifadə
etmək, az məhsuldar çəmən və otlaqlarda yem otlarını əkmək, səthi və əsaslı yaxşılaşdırma
işləri aparmaq, süni biçənək və otlaq sahələri yaratmaq məqsədəuyğundur.
Xaçmaz rayonu ərazisinin qış otlaqlarının az məhsuldar yararsız, şoran, kolluqlu,
daşlıqlı və bitkisiz torpaqları hazırki elm və texnikanın nailiyyətlərindən istifadə edərək otlaq
bitkilərinin inkişafı üçün yararlı hala salmaq, otlaqların tipini və yükünü düzgün
müəyyənləşdirmək lazımdır (4).
Azərbaycanın qış otlaqlarının bitki örtüyünün təsnifatı ətraflı olaraq Y.M.İsayev
(1952-1957) tərəfindən öyrənilmişdir (6).
METODIKA
Metodiki cəhətdən geobotaniki tədqiqat işlərinin görülməsi zamanı, otlaqlarda bitki
formasiyaları üzrə məhsuldarlığı təyin edərək 5-10 müxtəlif sahələrdən (hərəsi 1x2m
2
)
biçilmiş yerüstü yaşıl ot kütləsi qoyunlar tərəfindən yeyilən və yeyilməyən hissələrə ayrılır
və çəkiləri müəyyənləşdirilir. Yerüstü hissə otların keyfiyyətlərinə görə taxılotlulara,
paxlalılara və müxtəlif otlulara ayrılıb çəkiləri bir-birinə nisbətən təyin edilir. Beləliklə
otlağın ot örtüyünün formasiyalar üzrə məhsuldarlığı yaş və quru çəkidə müəyyənləşdirilir.
EKSPERIMENTAL HISSƏ
Geobotaniki tədqiqatlar apardığımız Xaçmaz rayonunun qış otlaqları artıq rayonun
ərazisində örüşlərlə əvəz olunub, otlaqlar isə əkin sahələrinə çevrilib, rayonun qoyunçuluqla
məşqul olan fermerləri qoyun sürülərini Cənubi Qobustanın qış otlaqlarında saxlayırlar.
Bu otlaq sahəsi Umbakı qəsəbəsindən Bakı-Şamaxı şosse yolu üzərindəki
Ceyrankeçməz çay körpüsü nahiyyəsinə kimi, yəni Umbakı qəsəbəsindən şimala doğru 20-25
km-ə kimi uzanır.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Tədqiqat apardığımız Xaçmaz rayonu qışlaqlarında boz və qonur tipli torpaqlar
yayılmışdır.
Bu otlaqların torpağı həddindən artıq duzlu, iqlimi isə çox isti və quraqdır. Buna görə
də otlaqlarda xüsusən şorangə, yovşan və onların efemerlərlə əmələ gətirdiyi bitki
formasiyaları inkişaf etmişdir. Yağmurun yaz və yay fəsillərinə nisbətən, payız və qış
fəsillərində çox düşməsidir. Ona görə də bu otlaq sahələrində şoran, şorangə, çərən, iyli
yovşan və bunların efermerlərlə əmələ gətirdiyi formasiyalar inkişaf tapmışdır.
Təbii ki, əgər üst qatı şoran və şorakətli olan geniş torpaq sahələrini meliorativ
üsullarla düzsuzlaşdıraraq yem bitkilərinin inkişafı üçün yararlı ekoloji şəraitə salınsa yüksək
məhsuldar otlaq və biçənək sahələri yaratmaq olar. Bununla otlaqların məhsuldarlığını 5-6
dəfə artırmaq olar.
Məlumdur ki mal-qara (xüsusən xırda buynuzlu heyvanlar) həmişə paxlalı və taxılotlu
bitkiləri, xüsusən onların yaşıl cücərtilərini başqa bitkilərə nisbətən daha yaxşı yeyirlər. Lakin
qarlı qış günlərində bu otlar qarla örtülür, iyli yovşan və çoxillik şorangə və birillik şoran
bitkiləri isə qar örtüyündən üstə qalır. Heyvanlar ac qaldıqda bu bitkilərin şaxta vurmuş
budaqlarını (zoğlarını) yeməyə məcbur olurlar (3).
Xaçmaz rayonunun cənubi Qobustan qış otlaqlarının üst qatı orta və kəskin dərəcədə
şoran olan torplaqlarda dominantlığı ağacvari çərən, əzgən və kövrək şorangə: üst qatı zəif
şoran və şorakətli olan torpaqlarda kəngiz və iyli yovşan; üst qatı zəif şorakətli və duzlu
olmayan torpaq sahələrində isə iyli yovşan, müxtəlif efemerlər və çoxillik taxılotlu bitkilər ot
örtüyündə dominantlıq təşkil edirlər.
Bir sözlə cənubi Qobustanın qış otlaqları az məhsuldardır.
Qış otlaqları ərazisində 6 bitki formasiyası aşkar edilmişdir;
1.
Əzgənli – çərən formasiyası
2.
Yovşanlı – kövrək şorangə formasiyası
3.
Yovşanlı – kəngiz formasiyası
4.
Kəngiz formasiyası
5.
Yovşanlı – efemer formasiyası
6.
Yovşanlı – taxılotlular (çoxilliklər) formasiyası
Xaçmaz rayonunun otlaqları sahələrində 176 növ ali bitki qeyd olunmuşdur.
Bunlardan 10 növü kol bitkiləridir. 166 növü birillik və çoxillik ot bitkiləridir. Ot bitkilərinin
36 növü taxılotlu, 13 növü paxlalı, 111 növü isə müxtəlifotlu ot qruplarına aiddir (1).
Ümumiyyətlə, bitkilər ot durumunda müxtəlifotlu çoxillik bitkilər (xüsusən şoran
bitkiləri və iyli yovşan) əsas yer tutur. Bitki formasiyalarında ikinci mərtəbəli (sinuziyanı)
birillik müxtəlifotlular (birillik şoranotları) və taxılotlular (efemerlər) təşkil edirlər.
Formasiyalarda paxlalı bitkilər çox vaxt otluğun ikinci mərtəbəsinə daxil olaraq ot durumunda
çox az rol oynayırlar. Çoxiilik taxılotlular formasiyasına 50-60 sm dərinliyinə kimi üst qatda
duzları tamamilə yuyulmuş torpaqlarda rast gəlirik.
Indi də, Xaçmaz rayonunun qış otlaqlarındakı bitki formasiyasının dominanat və
yarımdominanat bitkilərilə, əsas yem əhəmiyyətli bitkilərlə, alaq otları və zəhərli bitkilərin
bioekologiyası ilə tanış olaq.
Xaçmaz rayonu qış otlaqlarında geniş yayılmış taxılotlulardan şərq bozağını, yapon
tonqalotunu, qoşasünbül qısaayağını, soğanaqlı qırtıcı, yatıq qırtıcı, bərk quramiti, tüklü
vələmiri, silindirik, qızaran tonqalotunu, sürünən ayrıcı, daraqlı ayrıcı, dovşan arpasını,şoviç
şiyavını, qoyun topalını, pişik-sünbül nazikbaldırı və başqalarını göstərmək olar.
Şərq bozağı (Eromopyrum orientale) – birillik, 10-15 (20) sm hündürlükdə çoxgövdəli
efemer bitkidir. Sünbülləri yastı ikitərəfli silindir formadadır. Toxumları ilə çoxalır. Payızda
və bəzən də qışda cücərti verir və erkən yazda sürətlə inkişaf edir, mayda sünbülləri yetişir.
Cənubi Qobustanda şorakətli gillicəli yamaclarda, nadir hallada şoran torpaqlardakı
kollarətrafı qum təpəliklərində bitir. Şorakətli və üst qatı 10-15 sm-ə kimi duzlardan yuylmuş
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
torpaqlarda şərq bozağı təmiz assosasiya əmələ gətirir. Əksəriyyət hallarda şərq bozağı
Qaracanlı – yovşan; efemerli-yovşan bəzən də Çərənli-yovşan, Çərənli-əzgən
formasiyalarının ikinci mərtəbəsində aktiv iştirak edir.
Yem əhəmiyyətli bitkidir. Erkən yazda və qışda, ümumiyyətlə, sünbülləmə dövrünə
kimi bütün növ heyvanlar tərəfindən yaxşı yeyilir.
Yapon tonqalotu (Bromus japonicus) – 20-50 sm hündürlüyə kimi qalxan birillik
efemer, azacıq tüklü bitkidir. Yalnız toxumları vasitəsilə çoxalır.
Yapon tonqalotu keyfiyyətli yem dəyərliyinə malikdir, cavan yarpaqları vegetasiyanın
sünbülləmə dövrünə kimi bütün növ heyvanlar tərəfindən yaxşı yeyilir.
Bu bitki əkinlərdə bağlarda alaq otu hesab olunur. Qış otlaqlarında yapon tonqalotu
efemer bitki kimi səhra və yarımsəhra bitki formasiyalarının botaniki tərkibində iştirak edir.
Ot durumunda müəyyən bir kütləni təşkil edir. Demək olar ki, iyli yovşan bitkisinin əmələ
gətirdiyi bütün formasiyaların botaniki tərkibində yapon tonqalotuna rast gəlmək olur. Az
mailli yamaclarda yağış yağdırıcı cihazların köməyilə bu bitkini hər il becərmək olar və ondan
biçənək kimi də istifadə etmək olar.
Qoşasünbül qısaayaq (Brachypodium distachyum) – 5-10 sm hündürlükdə efemer
bitkidir. Şimal yamaclarının gilli və gillicəli torpaqlarında, xüsusən Daşdayan, Yovşanlı –
gəngiz və nadir hallarda Efemerli-yovşan və Çərənli-yovşan formasiyalarının botaniki
tərkibində geniş yayılmışdır. Toxumları vasitəsilə çoxalır. Otlaqların yem balansında
müəyyən dərəcədə rol oynayır.
Qoşasünbül qısaayaq vegetasiyasının ilk dövründə xırda buynuzlu mal-qara
tərəfindən yaxşı yeyilir. Sonralar bu bitkinin yerüstü kütləsi kobudlaşdığından yeyilmir.
Soğanaqlı qırtıc (Poa bulbosa) – çoxillik efemeroid bitki olub soğanaqları vasitəsilə
çoxalır. Köklərində soğanvari yumru (soğanaq) olur. Toxumların bəziləri sümbüldə cücərərək
soğanaqvari yumruya çevrilərək yerə düşür və torpaqda inkişafını davam etdirir.
Soğanaqlı qırtıc yem əhəmiyyətli otlaq bitkisidir. Hər növ mal-qara tərəfindən yeyilir.
Payızda başqa efemer bitkiləri kimi yaşıl yerüstü kütlə verir. Qışda inkişaf bir qədər
yavaşıyır. Erkən yazda yenə güclü vegetasiyaya başlayaraq aprel-mayda çiçəkləyib toxum
verir və eyni zamanda yerüstü kütləsi quruyur. Sıx ot örtüyü olan təmiz soğanaqlı qırtıc
assosiasiyası 3-8sent/ha yüksək keyfiyyətli yerüstü quru ot kütləsi verir.
Soğanaqlı qırtıc bitkisinə səhra və yarımsəhra bitki formasiyalarının əksəriyyətinin
botaniki tərkibində rast gəlmək olur. Efemerli-yovşan, yovşanlı-kəngiz və təmiz efemer
formasiyalarında bu bitki daha geniş yayılmışdır.
Yatıq qırtıc (Colpodium humile) – kökləri çim əmələ gətirən, soğanağa bənzər
yumruya malik 10-15 (20) sm hündürlükdə, yatıb-qalxan, gövdəli efemer bitkidir. Yarpaqları
qınlarından bir qədər tüklü, 1-2 mm enində olur. Gövdəsi aşağı hissədəki düyünlərdə
bənövşəyi rəngdədir. sünbülləri 4-7 (9) sm uzunluqda və 4-7(9) sm enində olur. Sünbülcükləri
horizental durmuş saplaqlarda yerləşir. Toxumları və soğanaq tumurcuqları vasitəsilə çoxalır.
Aprel-may aylarında sümbülləyir və toxum verir. Yatıq qırtıc soğanaqlı qırtıc kimi yüksək
yem keyfiyyətinə malik qış otlağı bitkisidir. Xüsusən xırdabuynuzlu mal-qara tərəfindən
sümbüllərin çiçəkləmə mərhələsinə kimi yaxşı yeyilir.
Yatıq qırtıc düzənlikdən orta dağ qurşağına kimi quru, gilli və daşlı yamaclarda,
yarımsəhra bitki formasiyalarının botaniki tərkibində bitir.
Cənubi Qobustanda iyli yovşan bitkisinin şorakətli zəif şoran və üst qatı heç duzlu
olmayan yamaclarda efemerlərlə, kəngizlə və bəzi başqa şorangə bitkilərlə əmələ gətirdiyi
assosiasiyaların botaniki tərkibində çox tez-tez yatıq qırtıca rast gəlirik.
Bərk quramit (Lolium rigidum) – biriilik efemer bitki olub toxumları ilə çoxalır. 20-25
sm hündürlüyə kimi qalxır.
Əkinlərdə, bağlarda bərk quramit alaq otu hesab olunur. Iri buynuzlu, bəzən də xırda
buynuzlu mal-qara və atlar tərəfindən kafi dərəcədə yeyilir. Xüsusilə dincə buraxılmış
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
sahələrdə bərk quramit sıxotlu təmiz assosiasiya əmələ gətirir.belə assosiasiya 10-15 sent/ha
quru ot verir.
Bərk quramitə iyli yovşanın düzənlik və alçaq dağlıq sahələrdə əmələ gətirdiyi bütün
assosiasiyalarının botaniki tərkibində az və ya çox rast gəlmək olur, Cənubi Qobustanın
alçaq dağlıq və təpəliklərində yayılmış assosiasiyalarında, xüsusən efemerli-yovşan, yovşanlı-
kəngiz assosiasiyaların efemer sinuziyalarında iştirak edir, hündür dağlıqların qərb və şimal
yamaclarında bərk quramit bəzən cəngəllik əmələ gətirir.
Bərk quramitin toxumlarını erkən yazda iyli yovşanın əmələ gətirdiyi formasiya
sahələrində səpməklə otluğun efemer sinuziyasının məhsuldarlığını, yəni, heyvanlar
tərəfindən yeyilən hissəsinin məhsuldarlığını artırmaq olar.
Bərk quramit (Lolium rigidum)
Tüklü vələmir (Avena pilosa) – birillik, yarpaqlarının qını dağınıq tüklü, 25-40 (70)
sm, hündürlükdə bitkidir. Sümbüldə sünbülcükləri birtərəflidir. Toxumları ilə çoxalır.
Vegetasiyanın sünbülləmə fazasına kimi yarpaqları xırda və iri buynuzlu mal-qara tərəfindən
yaxşı yeyilir.
Tüklü vələmir dağlıq və təpəliklərdəki və bəzən də düzənliklərdəki iyli yovşan
formasiyasının assosiasiyalarında geniş yayılmışdır. Xüsusən, assosiasiyaların efemer
sinuziyasında tək-tək və yaxud geniş yayılmış olur. Tüklü vələmir yolların kənarlarında, su
basan sahələrdə də bitir. Iqlim şəraitindən asılı olaraq bəzi illərdə efemer formasiyasında
dominantlıq təşkil edərək təmiz tüklü vələmir assosiasiyası əmələ gətirir.
Dovşan arpası (Hordeum leporinum) – birillik, əsasından çoxgövdəli, dirsəkvari
yatıb-qalxan, 10-40 sm hündürlükdə bitkidir. Sünbülləri sıx sünbülcüklərdən təşkil olub, 4-5
sm uzunluqdadır. Qılçıqları tinlərindən uzun kiprikli olur. Toxumları ilə çoxalır.
Dovşan arpası alaq otu hesab olunur. Lakin, səhra və yarımsəhra bitki
formasiyalarının efemer sinuziyasında iştirak edir. Düzənlik bitki formasiyalarının botaniki
tərkibində az, dağətəyi və alçaq dağlıq zonaların bitki formasiyalarının tərkibində isə çox
yayılmışdır.
Dovşan arpası öz inkişafının sünbülləmə fazasına qədər hər növ mal-qara tərəfindən
kafi dərəcədə yeyilir. Bu fazadan sonra bitkinin yarpaqları kobudlaşdığından yeyilmir.
Cənubi Qobustandakı iyli yovşan bitkisinin başqa bitkilərlə əmələ gətirdiyi
assosiasiyaların efemer sinuziyasında çox tez-tez rast gəlmək olur. Bundan başqa
Ceyrankeçməz çayı vadisində, Şor-dərə, Pir-dərə və başqa qobuların vadilərindəki adacıqlarda
və dəngə yerlərdə dovşan arpasının kiçik cəngəlliklərinə rast gəlirik. Xüsusən, həddindən
artıq otarılmış otlaq sahələrində daha geniş yayılmışdır.
Silindrik buğdayıot (Aegilops cylindrica) – birillik, 15-40 sm hündürlükdə, topalanmış
çoxgövdəli, efemer bitkidir. Yarpaqları 2-4 mm enində, hər iki tərəfdən kələkötür, uzun
tüklüdür. Yarpaqların kənarları kipriklidir. Sünbülləri uzun (5-12 sm) qılçıqsız, 3-4 mm
enində, 4-9 sünbülcükdən ibarətdir. Apreldə sünbül verir, mayda çiçəkləyir və iyunda toxum
yetişir. Orta dağ qurşağına kimi bu bitkiyə rast gəlmək olur.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Əkinlərdə, bağlarda, bostanlarda və çöllərdə alaq otu sayılır. Səhra və yarımsəhra
bitkilərin botaniki tərkibinə daxildir.
Silindrik buğdayıot iri və xırda buynuzlu mal-qara tərəfindən, sünbülləmə mərhələsinə
kimi kafi dərəcədə yeyilir. Sonra yarpaqları kobudlaşır və heyvanlar tərəfindən yeyilmir.
Qızaran tonqalotu (Zerna rubens) – birillik, əsasından çoxşaxəli, 5-40 sm hündürlüyə
qalxan bitkidir. Yarpaqları və gövdələri xırda tüklüdür. Yarpaqları 2-4 mm enində olur.
Sünbülləri 5-10 sm uzunluqda sıx və tona sünbülcükdən ibarətdir. Mart ayının axırında
sünbülləyir və iyunda toxumları yetişir.
Qızaran tonqalotu düzən, dağətəyi zonalarda və alçaq dağlıq sahələrindəki yarımsəhra
bitki formasiyaların efemer sinuziyasına daxil olur. Alaq otu kimi yaşayış yerlərinin ətrafında
və yolların kənarlarında da qızaran tonqalotuna rast gəlmək olur. Bəzən qızaran tonqalotu
efemer formasiyalarında dominant və ya sodominant bitki kimi özünü göstərir.
Qızaran tonqalotu mal-qara tərəfindən yalnız vegetasiyanın ilk dövrlərində yeyilir.
Pişiksünbül nazikbaldır (Kocleria phleoides) – birillik, 5-50 sm hündürlükdə, saçaqlı
kökə malik bitkidir. Gövdələri aşağı hissədən tüklüdür. Yarpaqları yastı yumşaq tüklüdür.
Sünbülləri xırda və yastıdır. Apreldə sünbülləyir, iyunda toxumları yetişir.
Pişiksünbül nazikbaldır düzən, dağətəyi və nadir hallarda orta dağ qurşağında bitir. Bu
bitkiyə yarımsəhra və bozqır bitkilərin assosiasiyalarının botaniki tərkibində rast gəlmək olur.
Əkin sahələrində, bağlarda və bəzi mədəni əkinlərdə alaq otu sayılır. əsas etibarilə qış
otlaqlarında iyli yovşan və iyli yovşanın şorangə bitkilərlə əmələ gətirdiyi formasiyaların
efemer sinuziyasının botaniki tərkibində daha yaxşı inkişaf edir.
Pişiksünbül nazikbaldır yaxşı otlaq bitkisidir.
Sürünən ayrıq (Agropyrum repens) – çoxillik, sürünən kökümsov gövdəyə malik, 50-
150 sm hündürlükdə bitkidir. Gövdələri hamar, yaşıl və ya boz rəngdə bir neçə ədəd olur.
Yarpaqları yastı və yaxud bükük, 3-10 mm enində, alt hissəsi hamar, üst hissəsi isə kələ-
kötürdür. Sünbülləri 7-15 sm uzunluqda, sıx, tinlərindən kiprikli qılçıqlıdır. Sünbülcükləri
sünbül oxundan bir qədər aralanmış və bəzən oraq şəklində əyilmiş olurlar. Iyun ayında
sünbülləyir və avqustda toxumları yetişir.
Sürünən ayrıqca düzənlikdən subalp çəmənlərinə kimi rast gəlmək olur. Çəmənlərdə,
daşlıqlarda, arxların kənarlarında, bəzən də şoran olmayan sahələrdə bitir.
Sürünən ayrığın çoxlu yarım növləri vardır. Sürünən ayrıq bütün növ mal-qara
tərəfindən kafi dərəcədə yeyildiyindən yaxşı yem bitkisi sayılır.
Sürünən ayrıq (Agropyrum repens)
Daraqlı ayrıq (Agropyrum eristatum) – çoxillik, sürünən kökümsov gövdəyə malik 15-
75 sm hündürlükdə bitkidir. Gövdələri aşağı hissədən dirsəkvariəyilmiş, bəzən yumşaq
tüklüdür. Yarpaqları sərt, qabarıq şəklində, ensiz, 1,5-5 mm olub hər iki tərəfdən tüklüdür.
Sünbülləri sıx, sünbülcükləri daraq şəklində düzülmüş, yastıdır. Sünbülləri 1,5-5 sm
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
uzunluqdadır. Aşağı çiçək pulcuğu 5-7 mm uzunluqda olub, 4-5 mm uzunluqda qılçığa
malikdir. Mayda sünbülləyir və iyul-avqustda toxumu yetişir.
Daraqlı ayrığa düzənlikdən orta dağ qurşağına kimi rast gəlmək olur. Quru gilli,
çınqıllı, daşlı və qayalıqlı yerlərdə bitir.
Daraqlı ayrıq yaş və quru ot halında mal-qara üçün qiymətli yemdir. Bütün növ mal-
qara tərəfindən kafi dərəcədə yeyilir. Sünbülləşmə fazasına kimi otlaq bitkisi və çiçəkləmə
dövründə biçiləndə isə quru otu yüksək yem keyfiyyətinə malik olur.
Bu bitki duzluğa, quraqlığa davamlı olub, torpağın münbitliyini də artırır.
Bir sözlə, Qobustanda daraqlı ayrıq bitkisinin, dəmyə yerlərdə suvarma şəraitində,
otlaq və biçənək sahələrini yaratmaq lazımdır.
Şoviç şiyavı (Stipa szovitsiana) – çoxillik, seyrək çim əmələ gətirən, 30-70 sm
hündürlükdə bitkidir. Aşağı yarpaqları qınlarından tüklüdür. Yarpaqları ensiz, bükülmüş, alt
tərəfdən kələkötürdür. Toxumların qılçığı nazik, 10-18 sm uzunluqda, iki dəfə dirsəkvari
aşağı hissədən burulmuş, yuxarı hissədən isə əyilmiş, bütün boyu uzunu 1-3 mm uzunluqda
tükcüklərlə örtülüdür.
Şoviç şiyavı aşağı dağ meşə qurşağına kimi yayılmışdır. Əsas etibarilə quru daşlı və
çınqıllı yerlərdə bitir. Yarımsəhra bitkiliyin, iyli yovşan və yarım bozqırların qandayandırıcı
daşdayan bitkisinin assosiasiyalarının botaniki tərkibində şoviç şiyavına rast gəlmək olur.
Bozqır sahələrdə cəngəllik əmələ gətirir.
Şoviç şiyavını vegetasiyanın ilk mərhələsində bütün növ mal-qara kafi dərəcədə
yeyir. Sonralar bu bitkinin yarpaqları və gövdəsi kobudlaşır və heyvanlar tərəfindən yeyilmir.
Şoviç şiyavının toxumunu Qobustanın daşlı və çınqıllı sahələrində otluğa əlavə
səpməklə otluğun yeyilən hissəsinin məhsuldarlığını artırmaq olar.
Qoyun topalı (Festuca ovina) – çoxillik, sıx çimli, kökə malik, 30-60 sm hündürlükdə
bitkidir. Gövdələri yuxarı hissədə üçtinli, kələkötür və yaxud hamar olur. Yarpaqları
bükülmüş nazik, 0,4-0,5 mm enində (diametrində) olur. Sünbül uzunsov, seyrək, dağınıq
budaqlıdır. Sünbülcükləri ellips formada, uzunsov, 4-6 mm olur.
Aşağı çiçək pulcuğu 3-4 mm uzunluqda, 1-2 mm boyda qılçıqla qurtarır. Mayda
sünbül verir, avqustda toxumları yetişir.
Qoyun topalı bitkisinə Azərbaycanın bütün dağ rayonlarında, otlaqların quru gilli və
gilli-daşlıqlı sahələrində rast gəlmək olur. 2011-2012-ci illərdə Qobustanda apardığımız
tədqiqatlar göstərir ki, bu bitki İlandağda xüsusi assosiasiya təşkil edir.
Qoyun topalı xırda buynuzlu mal-qara üçün yaxşı otlaq bitkisi hesab olunur.
Sünbülləmə mərhələsinə kimi heyvanlar tərəfindən kafi dərəcədə yeyilir.
Deməli, Qobustanın qış otlaqlarında dəmyə yerlərdə suvarma şəraitində qoyun
topalının mədəni sahələrini yaratmaq olar.
Xaçmaz rayonu Qobustandakı qış otlaqlarındakı bəzi bitki assosiasiyalarının botaniki
tərkibində cəmi iki növ paxlalı geniş yayılmışdır ki, bunlardan da balaca qarayoncanı və ərəb
qarayoncanı göstərmək olar. Bunlardan başqa tək-tək girdəpaxla qarayoncayə birillik və
çoxillik gövdələrə də rast gəlmək olar.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Dostları ilə paylaş: |