MATERİAL VƏ METODLAR
Tədqiqatın materialını Azərbaycanın təbii florasında yayılmış nadir ağac və kol
bitkiləri təşkil etmişdir. Tədqiqat işinin əsas məqsədi ölkəmizin təbii florasında yayılmş nadir
və nəsli kəsilməkdə olan oduncaqlı bitki növlərinə insan fəaliyyəti ilə bağlı olan amillərin
təsiri ilə əlaqədar həmin bikilərin bu günkü dövrdə vəziyyətləri və onun təhlili olmuşdur.
Tədqiqat işini yerinə yetirərkən tədqiq olunan nadir bitki növlərinin təbi şəraitdə öyrənilməsi
üçün Q.P.Semenova [14], Zaytsev Q.N. [7],W.T.William, J.M.Lanbert [17] metodikaları və
ƏMBMİ 3.1 (2001) versiyası əsas götrülmüşdür. [16].
MÜZAKİRƏ VƏ NƏTİCƏLƏR
Azərbaycan meşələrində 450-dən çox növ, ağac və kol bitkisi olduğu qeyd edilir [5].
Bu bitki növləri içərisində 100-dən artıq növün nadir və nəsli kəsilməkdə olan bitki olduğu
tərəfimizdən müəyyənləşmişdir.
Talış zonasında, xüsusilə Lənkəran rayonu ərazisində aşağı dağlıq qurşağında
dəmirağac, şabalıdyarpaq palıd və digər palıd növləri dominant-edifikator rolunu oynayan
növlərdəndir [12]. Bu meşəliklərdə azad ağacı, Qafqaz xurması, Xəzər şeytanağacı, Lənkəran
akasiyası və s. növlərə rast gəlmək mümkündür. Ümumiyyətlə, Talış zonasında aşağı dağ
qurşağında meşələr 3-cü dövrə aid relikt və endemik bitkilər baxımından zəngindir [4, 5].
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Apardığımız müşahidələr nəticəsində məlum olmuşdur ki, Lənkəran meşələrində rast gəlinən
bəzi nadir bitkilərə Azərbaycanın digər rayonlarında da (İsmayıllı, Qəbələ, Zaqatala, Balakən)
rast gəlmək mümkündür. Bu onu göstərir ki, keçmişdə Azərbaycanın bir çox əraziləri Hirkan
florasına xas bitkilərlə örtülü olmuşdur, sonradan iqlimin dəyişməsi ilə bitkilərin növ
tərkibində yerdəyişmələr əmələ gəlmişdir. Lənkəran rayon ərazisində aparılan müşahidələrə
əsasən demək mümkündür ki, yuxarıda dağ qurşağında ağac bitkilərinin məhv edilməsinə
daha çox təsadüf edilir. Bu yerlərdə əvvəllər şərq palıdı daha çox yayılmışdır, lakin bu
bitkinin yayılma sahəsi xeyli azalmış hazırda çox nadir hallarda ona rast gəlmək (Viləşçayın
yuxarı hissəsi) mümkündür. Dərələrdə, çay kənarlarında Qafqaz xurmasına, ürəkvariyarpaq
qızılağaca, qanadmeyvə yalanqoza və digər nadir növlərə rast gəlinir.
Ümumiyyətlə, Azərbaycanın dağlıq bölgələrində olan meşə sahələri demək olar ki,
insan fəaliyyəti ilə əlaqədar məhv edilməkdə davam edir. Yuxarıda qeyd etdiyimiz kimi bu
hal ən çox yuxarı dağ qurşağında olan meşə sahələrində baş verir.Belə meşələrdə nadir ağac
və kol növləri ilə birlikdə Şuşa vələsi, şərq fıstığı, ağcaqayın, Qafqaz vələsi, şabalıdyarpaq
palıd, çöl ağcaqayını, kol bitkilərindən isə Hirkan pirkalı, yemişan, quşarmudu və s növlər
vardır.
Tərəfimizdən aparılan müşahidələr göstərir ki, yaşayış məntəqələrinə yaxın yerlərdə
yanacaq və tikinti materialları üçün ağac və kol bitkiləri kəsilir və bitki qruplarının növ tərkibi
azalır. Mütəmadi olaraq bu proses davam etdikcə bu bitki qruplaşmasında olan nadir bitkilər
zaman keçdikcə nəsli azalmaqda davam edir .
Nadir bitkilərdən olan şabalıdyarpaq palıdın Talış meşələrinin 40%-ni təşkil etdiyi və
50 min hektara yaxın sahə tutduğu qeyd edilmişdir [13].
Müşahidələrə əsasən demək olar ki, insanların bu nadir bitkini özbaşına kəsməsi və
aşırı mal-qara otarması nəticəsində şabalıdyarpaq palıdın cavan nümunələri məhv edilir.
Nəticədə bu bitkinin yerinə digər bitki növləri əmələ gəlir. İnsan fəaliyyəti ilə əlaqədar Talış
bölgəsində dəniz səviyyəsindən 1400-1700 m yüksəklikər arasında palıdın sistematik olaraq
məhv edilməsi nəticəsində şabalıdyarpaq palıdın təbii arealı daralmış və bu bitki növü VU
(nəsli azlan) kateqoriyasına daxil olmuşdur.
Aparılan müşahidələr nəticəsində demək mümkündür ki, antropogen təsirlərin güclü
olduğu yerlərdə meşə yerinə kol bitki örtüyü ilə əvəz olunur.
Azərbaycanın cənub bölgəsində arealı çox kiçilən bitkilərdən biri də Qafqaz
xurmasıdır. Əvvəllər bu bölgədə adi xurma meşələri geniş ərazini əhatə etmişdir. Müşahidələr
və sorğular nəticəsində məlum olmuşdur ki, insanlar məkik düzəltmək üçün bu nadir bitki
növünü kəsərək onun kötüklərindən istifadə edirlər. Adi xurmanın arealının kiçilməsinə səbəb
olan amillərdən biri də bitkinin meyvəsini asan toplamaq məqsədilə onun budaqlarının
kəsilməsi prosesidir. Bu kimi təsirlər adi xurmanın yayılma sahəsinin daralmasına və nadir
bitki növünün azalmasına və bu növün EN (nəsli təhlükədə olan) kateqoriyasına girməsinə
səbəb olmuşdur.
Oduncağının bərk və davamlı olaraq rəngli olması, baxımından insanların diqqətini
çəkən nadir bitkilərdən biri də ayı fındığıdır. Əvvəllər Talış bölgəsində geniş areala malik
olan bu bitki növü hal-hazırda dar bir areala sahibdir. Aparılan birbaşa müşahidələr
nəticəsində məlum olmuşdur ki, mebel sənayesində yeri əvəzsiz olan ayı fındığı hal-hazırda
qanunsuz kəsilməkdə davam etdirilir və nəticədə bu növ CR (kritik vəziyyətdə olan) təhlükə
kateqoriyasına daxil olmuşdur.
Talış bölgəsində əhali sayının artması ilə əlaqədar yeni yaşayış məskənlərinin
salınması düzən və aşağı dağ qurşağında olan dəmirağacı meşəliklərinin kiçilməsinə səbəb
olmuşdur. Dəmir ağac meşəliklərinin kiçik bir sahəsi Hirkan Milli parkında az-çox qalmışdır.
Əkin sahələrinin artırılması və həmin bitkinin gövdəsindən müxtəlif məqsədlər üçün istifadə
edilməsi dəmirağacın nəslini təhlükə qarşısında qoymuş və takson NT (təhlükəyə yaxın
vəziyyətdə olan) kateqoriyasına daxil olmuşdur.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Ermənistanın Azərbacan ərazilərinin 20%-ni işğal etmələri nəticəsində oralardan
qaçqın düşən vətəndaşlarımızın yeni ərazilərdə o cümlədən Bakı ətrafında məskunlaşması,
dəniz kənarı bölgələrdə bağ evlərinin genişmiqyaslı tikintisi Calligonum aphyllum (Pall.)
Guerke, Calligonum bakuense Litv. kimi nadir bitki növlərinin CR (kritik vəziyyətdə olan)
təhlükə kateqoriyasına daxil olmasına səbəb olmuşdur.
Bu gün də ölkəmizdə meşə sahələrinin çox bir hissəsi insanlar tərəfindən öz
məqsədləri üçün istifadə edilməkdədir və nəticədə bu sahələrdə olan bir sıra nadir ağac və kol
bitkiləri məhv edilir. İnsan amilinin təsiri ilə əlaqədar olaraq, birbaşa müşahidələr və onlardan
alınan nəticələrin təhlillərinə əsasən məlum olmusdur ki, tədqiq olunan Azərbaycanın
florasında olan 43 növ ağac və kol bitkisinin 63%-i CR (kritik vəziyyətdə olan) və EN (nəsli
təhlükədə olan) təhlükə kateqoriyalarına daxil olmuşdur.
Ümumiyyətlə, apardığımız müşahidələr göstərmişdir ki, Azərbaycan ərazisində
yayılmış nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin insanlar tərəfindən icazəsiz
kəsilməsi və istifadəsi, aşırı otarılmalar və s. işlər nəticəsində bu bitki növlərinin arealları
kiçilir və bu taksonlar daha təhlükəli kateqoriyalara daxil olmağa məruz qalırlar.
Azərbaycanda insan fəaliyyəti ilə bağlı hava çirklənməsinin önəmli mərkəzlərindən
biri də zavodlar tərəfindən atmosferə buraxılan kimyavi birləşmələr və (partikullar)
hissəciklərdir. Bunlar çox sayda və zəif olması baxımından uzun bir vaxt atmosferdə qala
bilirlər.Buna misal olaraq Abşeron yarımadasında bu tip hava çirkləndirən mərkəzlərdən biri
də Qaradağ sement zavodudur. O bölgədə Calligonum bakuense bitkisi üzərində aparılan
müşahidələr göstərmişdir ki, digər sahədə olan bitkilərlə müqayisədə morfoloji görünüşdə
fərqlər əmələ gəlmiş, boy kiçilmiş, yaşıl rəngin azalmaları müşahidə edilmişdir. Yəqin ki,
çirklənmiş bölgədə olan bitkilərin anatomik quruluşunda da dəyişkənliklərin baş verməsini
ehtimal etmək olar. Digər bir tərəfdən sement hissəcikləri bitkilərdə normal fizioloji
proseslərin getməsinə mənfi təsir edir. Eyni zamanda sement hissəcikləri torpaq
xüsusiyyətlərinin dəyişməsinə, o cümlədən üzvü maddələrin və nəmlik miqdarının
azalmasına, duzluluğun artmasına və nəticədə burada bitən cuzğun növlərinin areallarının
daralmasına və daha təhlükəli kateqoriyaya girməsinə səbəb olur.
Yuxarıda qeyd etdiyimiz kimi aparılan birbaşa müşahidələr nəticəsində bir daha aydın
olmuşdur ki, Azərbaycanın nadir incilərinin nəslini təhlükə qarşısında qoyan əsas amil
insandır. İnsanların ağacları qanunsuz kəsməsi, aşırı mal-qara ilə otarması, əkin sahələrinin
genişləndirilməsi, yeni yaşayış məskənlərinin salınması, yanğınlar və s. kimi əməlləri bu
bitkilərin bəzilərinin nəslinin kəsilməsinə səbəb olmuş və bitkilərin müxtəlif təhlükə
kateqoriyalarına girməsinə səbəb olmuşdur. Bu məsələ ilə əlaqədar ölkəmizin hakimiyyət
strukturları ilə yanaşı tədqiqatçıların da öhdəsinə müəyyən məsuliyyətlər düşür. Həmin
tədqiqatçılar tədqiq etdikləri bölgələrdə sadə insanları ətraf mühitin mühafizəsi baxımından
bilikləndirməlidirlər.
Beləliklə, tədqiq olunan bitkilərin antropogen amillərə qarşı münasibətini öyrənərkən
aşağıda qeyd olunan nəticələr çıxarılmışdır:
1. Aparılan tədqiqatlar bir daha sübut etmişdir ki, bitkilərin areallarının kiçilməsinə səbəb
olan əsas amil insandır.
2. Texnogen çirklənmə şəraiti, bu ərazidə olan nadir bitkilərin normal böyüyüb inkişaf
etməsinə mənfi təsir edir.
ƏDƏBİYYAT
1.
Hacıyev B., Musayev S. Azərbaycanın “Qırmızı və yaşıl kitabları”na tövsiyyə olunan
bitki və bitki formasiyaları. Bakı: Elm, 1996, 40 s.
2.
Qurbanov M.R. Texnogen landşaftlarda bitən bitkilərin genorativ orqanlarının
biomorfoloji dəyişkənlikləri // AMEA-nın Xəbərləri, biologiya elmləri seriyası, 2005, c.60,
№5-6, s.52-63
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
3.
Münir A.Ö., Özcan S. Bitki ekolojisi. Ege Üniversitesi Fen Fakültesi Yayınları. 1999,
Yayın №141, 238 s.
4.
İsgəndərov E.O. Qafqaz florasının bəzi nadir və nəsli kəsilməkdə olan oduncaqlı
bitkilərinin tədqiq edilməsi // Azərbaycan florası: Bitkiçiliyin istifadəsi və qorunması Bakı:
Elm, 1999, s. 369-371
5.
İsgəndər E.O. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin
mühafizəsi və onun vəziyyətinin təhlili (icmal) // Azərbaycan Botaniklər cəmiyyətinin
Əsərləri, 2010, I c., s.23-43
6.
Talıbov T. Naxçıvan Muxtar Respublikasının flora müxtəlifliyi və onun nadir növlərinin
qorunması. Bakı: Elm, 2001, 192 s.
7.
Зайцев Г.Н. Фенология древесных растений. М.: Наука, 1981, с. 119
8.
Искендер Э.О. Ритм сезонного развития некоторых редких видов Азербайджана в
условиях in situ / Сборник Материалов Международной научно-практической
конференции «Актуальные проблемы биоекологии». М.: 2008, с. 32-34
9.
Комендар В.И., Павлючок О.В. Влияние антропогенного фактора на современное
состояние олиготрофных болот Закарпатской области и меры по их охране // Науч.
вестн. Ужгор. Ун-та, сер. биол., 2006, №19, с. 51-54
10.
Курбанов М.Р., Гасанова Р.А. Особенности изучения онтогенеза в экстремалных
условиях / Изучение онтогенеза интродуцированных видов природных флор в
Ботанических садах. Киев: ЦБС АН Украины, 1992, с. 84-85
11.
Куприянов А.Н. Флора и растительность антропогенно нарушенных территорий //
Сборник научных трудов Кемеровского отделения Русского ботанического общества,
2005, вып. 1, 81 с.
12.
Миркин Б. Антропогенная эволюция растительности // Природа, 1990, №1, с. 45-54
13.
Прилипко Л.И., Гогина Е.Е. Редкие виды природной флоры Талыша,
заслуживающие охраны // Бюлл. ГБС АН СССР, 1978, №107, с. 62-68
14.
Сафаров И.С. Редкие и исчезающие виды дендрофлоры Восточного Закавказья и их
охрана // Ботан. Ж., 1986, т. 71, №1, с. 102-107
15.
Семенова Г.П. Программа и методика изучения редких и исчезающих видов флоры
Сибири // Вестн. экол., лесоведения и ландшафтоведения (Ин-т Пробл. Освоения
Севера СО РАН), 2001, №2, с. 27-36
16.
IUCN 2001. IUCN Red List Categories and Criteria: Version 3.1. IUCN Species Survival
Commission.IUCN, Gland, Switzerland and Cambridge, 2001, ii+30pp.
17.
William W.T., Lanbert J.M. Multivariate methods in plant ecology. I. Association
Analysis in plant Communities // J. Ecol., 1959, No 47 p.83- 101
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
АНАЛИЗ ВЛИЯНИЯ АНТРОПОГЕННЫХ ФАКТОРОВ
НА РЕДКИЕ ДРЕВЕСНЫЕ И КУСТАРНИКОВЫЕ РАСТЕНИЯ
АЗЕРБАЙДЖАНА
Искендер Э.О., Мамедов Т.С., Эфендиев П.М., Велиева Л.И.
В статье изучено влияние антропогенных факторов и приводится анализ
редких и исчезающих древесно-кустарниковых растений естественной флоры
Азербайджана. Изучение факторов, связанных с влиянием человеческой деятельности
на исследуемых растениях, еще раз подтверждает, что антропогенный фактор является
основной причиной уменьшения ареала редких растений.
Ключевые слова: редкий, антропогенный фактор, флора, реликт, эндемик,
деревья, кустарники
SUMMARY
ANALYSIS OF IMPACT OF ANTHROPOGENIC FACTORS ON RARE TREE AND
SHRUBBY PLANTS IN AZERBAIJAN
Iskender E.O., Mamedov T.S., Efendiyev P.M., Veliyeva L.I.
Impact of anthropogenic factors on rare and endangered tree & shrubby plants in the flora of
Azerbaijan has been stuided and provided their analysis in the article. The study of the factors
related to human activity in the investigated plants again approve that anthropogenic factors
are the main cause of decreasing of areal of rare plants.
Key words: rare, anthropogenic factor, flora, relict, endemic, tree, shrubby
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT 581.9.586: 627
ALAZAN - AĞRIÇAY VADİSİNİN ALP BİTKİLİYİNİN FİTOSENOLOJİ
XÜSUSİYYƏTLƏRİ VƏ ONUN EKOSİSTEMİNİN QORUNMASI
Məmmədova Z.C.
Bakı Dövlət Universiteti, email:Zulfiyya_m@rambler.ru
Tədqiqat zamanı Alazan-Ağrıçay vadisinin alp bitkiliyinin fitosenoloji xüsusiyyətləri
araşdırılmış, fitosenozun tərkibində rast gələn endemik, nadir və nəsli kəsilməkdə olan
növlərin əmələ gətirdiyi formasiyalar müəyyənləşdirilmiş və onlardan səmərəli istifadə etmə,
ekosistemin qorunmasına aid tədbirlərin hazırlanması, ərazinin relyef, torpaq və iqlim
şəraitinə əsasən həmin tədbirlərin elmi əsaslarla həyata keçirilməsi töfsiyyə edilmişdir.
Açar sözlər: ekosistem, fitosenoz, formasiya, dominant, subdominant, kserofit, mezofit,
mezokserofit, endemiklər, reliktlər
“Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və
səhralaşmanın qarşısının alınmasına dair Dövlət proqramı”nda ölkəmizin yay otlaqlarında
geobotaniki tədqiqatların aparılmasının aktual məsələlərdən biri olduğu qeyd edilmişdir.
Ölkə Prezidenti 2001-ci ildə biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə dair
sərəncam vermiş, 2006-cı ildən Milli Strategiya və Fəaliyyət Planı təsdiq edilmişdir.
Elmi tədqiqat işi Böyük Qafqaz sıra dağlarının cənub yamacının qərb hissəsində
yerləşən Alazan-Ağrıçay vadisinin yay otlaqlarında 2007-2008-ci illərin iyul-avqust
aylarında aparılmışdır. Bu zaman ən səciyyəvi fitosenozda senotik xüsusiyyətlər
müəyyənləşdirilmiş, eləcə də tədqiqat obyektlərində otlaq sahələrində yerinə yetirilmiş
geobotaniki araşdırmalara əsaslanmaqla otlaqların ekosisteminin qorunması üzrə tövsiyyələr
işlənilmişdir.
MATERİAL VƏ METODİKA
Aparılan tədqiqat işi zamanı bitki örtüyünün fitosenoloji xüsusiyyətləri Rabotnova
[10], yay otlaqlarının növ tərkibi, onların məhsuldarlığı, qorunması və yaxşılaşdırılma
tədbirləri Prilipko [9], Hacıyev [4], Hətəmov [5] və Qurbanova [8], ekoloji analiz
A.R.Şennikova [12] görə öyrənilmişdir. Toplanmış bitkilər «Флора Азербайджана» [11]
əsasən təyin edilmiş, Çerepanova [13] görə dəqiqləşdirilmiş, nadir və nəsli kəsilməkdə olan
bitkilərin araşdırılmasında «Эндемы флоры Азербайджана» [6] və «Azərbaycanın Qırmızı
Kitabı»ndan [3] istifadə olunmuşdur.
EKSPERİMENTAL HİSSƏ
Müəyyən edilmişdir ki, alp bitkiliyində formalaşmış üçyarpaq yoncalı-ağbığlıq
formasiyaları geniş arealda yayılmışdır. Bununla bağlı Böyük Qafqaz sıra dağlarının cənub
yamaclarında (Alazan-Ağrıçay vadisinin yay otlaqlaq sahələrində) xarakterik formasiyalardan
seçilmiş Trifolieta-Alchemilletum-Poaosum formasiyasının tərkibi və fitosenoloji quruluşu
tədqiq olunmuşdur (cədvəl1).
Apardığımız çöl tədqiqatlarının nəticələrinə əsasən bitkiliyin müasir təsnifatı hazır-
lanmış, habelə fitosenozun məhsuldarlığı, qidalılığı və otlaq tutumu [1, 2, 4, 5, 7] müəy-
yənləşdirilmişdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Cədvəl 1
Üçyarpaq yoncalı-şehduranlı- dişəlik (Trifolieta-Alchemilletum-Poaosum) formasiyasının
növ tərkibi və quruluşu (Poa badensis Hanke dominantlığı ilə). Alazan-Ağrıçay vadisinin 2, 5,
6, 7 və 9 №-li yay otlaq sahələri 15 iyul 2008-ci il tarixində qeydə alınmışdır.
S/s
Biomorf növlər
Ekoloji
qruplar
Bolluğu
(bal ilə)
Mərtəbəlilik və
hündürlük (sm-lə)
Fenoloji
fazalar
Çoxillik otlar
1.
Poa badensis Haenke
mezofit
3-4
II (25)
Çiç.
2.
Alchemilla sericeae Willd.
kserofit
2-3
III (30)
Çiç.
3.
Trfolium repens (L.) C.Presl.
mezofit
2
II (35)
çiç.
paxla
yet.-ə
4.
Amoria caucasicum Tausch
kserofit
1-2
III (20)
paxla
yet.-ə
5.
Trifolium alpestre L.
mezofit
1-2
III (45)
çiç.
6.
Festuca picta Kit.
kserofit
1-2
II (40)
çiç.
7.
Poa pratensis Huds.
mezofit
1-2
III (10)
çiç.
8.
Chrysaspis elizabethae Roskov
mezo-
kserofit
1-2
III (5)
çiç.
9.
Bromopsis variegata (Bieb.)
Holub.
kserofit
1
I (90)
çiç.
10.
Amoria ambigua (Bieb.)
Soyak.
Mezzo-
kserofit
1
I (80)
paxla
yet.-ə
11.
Cephalaria gigantea (Lebed.)
Bobr.
mezofit
1
II (70)
çiç.
12.
Koeleria albovi Domin
kserofit
1
II (65)
çiç.
13.
Elytrigia caucasicum
(C.Kooch.) Grossh.
kserofit
1
III (60)
çiç.
14.
Nardus stricta L.
mezofit
1
II (50)
çiç.
15.
Plantago saxatilis Bieb.
kserofit
1
II (45)
çiç.
16.
Centaurea fischeri Schlecht.
kserofit
1
III (30)
çiç.
17.
Achillea millefolium L.
mezo-
kserofit
1
III (25)
çiç.
18.
Lotus gebelia Vent.
kserofit
1
III (20)
çiç.
19.
Cirsium rhizocephalum
C.A.Mey.
mezofit
1
III (15)
çiç.
20.
Scabioza caucasica Bieb.
Mezzo-
kserofit
1
III (12)
veg.
21.
İnula grandiflora Willd.
mezofit
1
III (10)
veg.
22.
Taraxacum stevenii Spreng.
(DC.)
mezofit
1
III (8)
çiç.
23.
Myosotis
alpestris
F.
W.Shmidt
mezofit
1
III (5)
çiç.
Layihə örtüyü 60-80%-ə bərabərdir.
Dostları ilə paylaş: |