Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

 Ilk  dəfə  olaraq  Agrostis  lazica  və  Agrostis  planifolia  növlərinin  zoğlarının  strukturu 

və  vegetativ  orqanlarının  həyati  formaları  öyrənilmişdir.  Müxtəlif  həyati  formaların 

ontogenezin  xüsusiyyətləri  təsvir  olunmuşdur.  Biomorfoloji  nişanələrin  Agrostis  lazica-nın 

sistematikası  üçün  zoğların  əmələ  gəlmə  qaydası  və  vegetativ  orqanların  həyati  formalarını 

göstərmək  olar.  Bu  nişanələr  həm  növün  aydınlaşdırılması,  həm  də  təkamül  əlamətlərinin 

müəyyənləşdirilməsi kimi istifadə olunur. Zoğun əmələ gəlmə üstünlüyündən asılı olaraq sıx 

çim  əmələ  gətirən  (Agrostis  lazica)  və  yumşaq  çim  əmələ  gətirən  (Agrostis  planifolia

qruplara  ayrılmışdır.  Bunlarda  yarpağın  en  kəsikdə  formasından,  yarpağın  üst  və  alt  tərəfdə 

qabırğaların  görünməsi,  epidermis  hüceyrələrinin  forması,  trixomların  miqdarı,  qabarıq 

hüceyrələrin  olması,  mexaniki  toxumanın  inkişaf  dərəcəsi,  parenxim  və  sklerenxim 

hüceyrələrinin  miqdarı,  sklerenxim  toxumanın  əhatə  sahəsnin  rolu  sistematikada  istifadə 

oluna bilər. Agrostis planifolia növündə yarpaqda qabırğaların miqdarı azdır, sklerenxim zəif 

inkişaf etmişdir. Parenxim və sklerenximdə parenxim hüceyrələrinin miqdarı azdır. Epidermis 

hüceyrələri nazik divarlıdır. Agrostis planifolia növü özünəməxsus çiçək yanlığına malikdir. 

Aşağıdakı nişanələr taksonomik əhəmiyyət kəsb edir: çiçəyin əsas oxunun uzunluğu, çiçəyin 

yarım  rozet  şəkilli  generativ  zoğunun  nisbətən  uzun  olması,  çiçəkdə  buğumların  miqdarı, 

ikinci sıra yan budaqların miqdarı və onların çiçək oxu üzərində düzülüşü və s. 



Agrostis  planifolia  növündə  cinsin  digər  nümayəndələri  ilə  (Agrostis  lazica)  oxşar 

nişanələrin  mövcudluğu,  müxtəlif  növlərdə  paralelizm  kimi  qiymətləndirilə  bilər.  Bizim 

tərəfimizdən  həyati  formaların  təsnifatında  zoğun  əmələgəlmə  xüsusiyyətləri,  onların  boy 

artımının sürəti, buğum aralarının zoğa olan nisbəti, çiçəyin forması, həmçinin ölçü nişanələri 

və s.kriteriyalar əsas götürülmüşdür. Bu xüsusiyyətlərinə görə biz Agrostis planifolia növünün 

arkto-alp  mənşəli  olmasını  təsdiq  edirik.  Aşkar  olunmuşdur  ki,  bir  çox  növlərin 

formalaşmasında aşağıdakı ekoloji amillər mühüm rol oynayır: 

Bitmə  yerinin  rütubəti,  torpağın  qida  elementləri  ilə  zənginliyi,  bitmə  yerinin 

duzluluğu, istilik rejimi, iqlim şəraiti.  

Agrostis  planifolia  -  Kiçik  Qafqazın  şimal-şərq  hissəsinin  yüksək  dağlığında  taxıllı-

müxtəlifotlu    taxıllı  assosiasiyaların  tərkibində  rast  gəlinir.  Tədqiqatın  məqsədi  Agrostis 



planifolia  növünün  yayılmasını,  biomorfologiyasını,  ontogenezini  və  populyasiyasının 

sturukturunu  öyrənməkdən  ibarətdir.  Növün  yayıldığı  ərazilərin  bitki  örtüyü  V.Hacıyev  [4] 

tərəfindən öyrənilmişdir. 

Daşkəsən  çay  vadisində  Agrostis  planifolia  dəniz  səviyyəsindən  800-950  m 

hündürlükdə  bitir.  Cənub  yamaclarını  əhatə  edir.  Agrostis  planifoliaya  yamaclarda  qaya 

çıxıntılarında  və  daşlı-  çınqıllı  sahələrdə  taxıllı  müxtəlif  –  otlu  bitki  qruplaşmalarının 

tərkibində rast gəlinir. Qoşqar dağ sistemində dəniz səviyyəsindən 2800 m hündürlüyündə alp 

xalılarının  arasında  müşahidə  olunmuşdur.  Agrostis  planifolianın  ontogenezi  və 

populyasiyalarının quruluşu aşağıdakı bitki qruplaşmasında öyrənilmişdir.  

Yastıqyarpaq  tarlaotulu  (Agrostisetum  planifolia)  assosiasiyası.  Bu  assosiasiya  az 

Xoşbulaq  massivində  yayılmışdır.  Bitkiliyə  ləkələr  şəklində  rast  gəlinir.  Assosiasiyanın  növ 

tərkibi olduqca müxtəlifdir. Burada 25 növ ali bitki olduğu müəyyənləşdırılmışdır (Cədvəl 1). 

Botaniki  tərkibdə  əsas  mərtəbəni  bir  edifikator  kimi  yastıqyarpaq  tarlaotu  özü  yaradır  və  o 

yay dövründə qeyd edilən çəmənlikdə yaşıl aspekt yaradır, növ tərkibində Phleum phleoides 

L.Karst,  Trifolium  canescens  Willd,  Myostis  alpestris  F.W.Schmidt,  Alchemilla  sericea 

Willd.,  Scabiosa  caucasica  Bieb  və  s.  bitkilər  iştirak  edirlər.  Tərkibində  Şehduranın 

(Alchemilla) olması çəmənliyin yem keyfiyyətini pisləşdirir. Lakin buna baxmayaraq tarlaotu 

çəmənliklərindən əsasən biçənək sahəsi kimi istifadə edilir. 

 

 

 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Cədvəl 1. 

Аssosiasiyasının növ tərkibi və həyati formaları 

           Bitkilərin adları 

HF 

        Bitkilərin adları 



HF 

 Agrostis planifolia    C.Koch.    Çoxillik 



Calamagrostis  arundinacea  (L.) 

Roth 


Çoxillik 

Trifolium canescens Willd 

Çoxillik 



Dactylis glomerata L. 

Çoxillik 



Briza minor L. 

Çoxillik 



Trifolium pratense L. 

Çoxillik 



Phleum phleoides (L).Karst. 

Çoxillik 



Ranunculus oreophilus Bieb. 

Çoxillik 



Potentilla caucasica Juz. 

Çoxillik 



Poa alpina L. 

Çoxillik 



Anthyllis  variegata  Boiss  ex 

Grossh 


Çoxillik 

Campanula caucasica Bieb. 

Çoxillik 

Peducularis sibthorpii Boiss. 

Çoxillik 

Leontodon hispidus L. 

Çoxillik 

Luzula spicata (L.) DC. 

Çoxillik 

Myosotis alpestris F.W.Schmidt 

Çoxillik 



Gentiana septemfids pall. 

Çoxillik 



Alchemilla sericea Willd. 

Çoxillik 



Ajuga orientalis-L. 

Çoxillik 



Tanacetum  coccineum  (Willd.) 

Grierson 

Çoxillik 

Scabiosa caucasica Bieb. 

Çoxillik 



Veronica gentianoides Vahl. 

Çoxillik 



Primula macrocalyx Bunge. 

Çoxillik 



Pastinaca  armena  Fisch.  et 

C.A.Mey. 

Çoxillik 

Silene ruprechtii Schischk. 

Çoxillik 

 

 

 



Tarlaotuluq-yoncalıq  assosasiyası.  Xoşbulaq  massivində  yayılmışdır.  Floristik  tərkibi 

bütün  yuxarıda  göstərilən  assosiasiyaya  nisbətən  çox  yüksəkdir.  Tərkibində  55  əsil  çəmən 

bitkilərin  rast  gəldiyi  aşkar  olunmuşdur.  Bunlardan  başqa  tarlaotuluq-yoncalıq 

assosiasiyasının  növ  tərkibində  tək-tək  Hordeum  violaceum,  Prunella  vulgaris,  Stachys, 



Erigeron, Koeleria və bir çox başqa çəmən, alaq cinslərinin növlərinə  rast gəlinir. Senoz əsil 

çəmənlik adlanmaqla yanaşı, tərkibində növlərin 80-85 %-i mal-qara tərəfindən həm yaş, həm 

də quru halda yeyilir, ot məhsuldarlığı da yüksəkdir. 

Taxıllı  –müxtəlif  otlu  daşlı  bozqırlar  Toğana  kəndi  ətrafında  Göy  –  Göl  rayonu 

ərazisində  yayılır. Otluq seyrəkdir, 26 çiçəkli bitkiyə rast  gəlinir. Otluğun ümumi  proyektiv 

örtüyü 15-20 %, ot örtüyünün orta hündürlüyü 25-35 %-dir. 

Fitosenozda  Alopecurus  planifolia,  Koeleria  cristata,  Potentilla  acanlis  L,  Galium 

verum  L  və  b.  növlər  üstünlük  təşkil  edir.  Tədqiqat  apardığımız  dövrdə  bitki  qruplaşması 

antropogen təsirlərə otarılma nəticəsində az məruz qalmışdır. 



Agrostis  planifolianın  biomorfologiyası:  Hündürlüyü  20-80  sm-dir.  Gövdəsi  çılpaq 

möhkəm  düz  və  ya  əyiləndir,  yumşaq  çim  əmələ  gətirirlər.  Yarpaqları  düzdür,    gövdədən 

çıxan yarpaqların eni 1 mm, budaqlardan çıxan yarpaqların eni 2-6 mm-dir. Gövdənin yuxarı 

hissəsinin  yarpaqlarının  dilcikləri  uzunsovdur,  uzunluğu  2-4  mm-dir.    Böyük  və  kiçik 

süpürgələri  yığcamdır,  uzunluğu  5-10  sm,  eni  1-5  sm-dir.  Biz  qırışlı  budaqları  vardır. 

Sünbülcük  pulcuqları  uzunsov  lansetşəkilli,  bizvaridir.  2-2.5  mm  uzunluğundadır  rənglidir. 

Aşağı  çiçək  pulcuqları  düz  oxludur,  həmin  pulcuqlar  oxun  orta  nahiyyəsinin  kənarlarından 

çıxırlar.  Yuxarı  hissəsində  rəngli  pulcuqlar  yoxdur.  Pulcuqların  əsası  qısa  tükcüklüdür. 

Sünbülcükləri  xırdadır  bir  ədəddir,  rənglidir.  Sübbülcük  pulcuqları  2-dir,  çiçəkləri  iki 

cinslidir. Aşağı  çiçək pulcuqları qısa sünbülcüklüdür. Üst çiçək pulcuqları altındakından iki 

dəfə  qısadır.  Kök  sistemi  az  budaqlanmış  köklərdən  ibarətdir.  Köklər  kövrəkdir  liflidir.  En 

kəsikdən  kövrəkdir.  Xaricdən  açıq  qəhvəyi  qabıqla  örtülmüşdür.  Kondekslər  budaqlıdır, 

üzərində  yatmış  tumurcuqlar  və  qurumuş  yarpaqların  izləri  görünür.  Ontogenezin  sonunda 

kök  və  kondekslər  əyilir.  Zoğ  sistemi  yaraltı  və  yerüstü  zoğlardan  ibarətdir.  Yerüstü  zoğlar 

süpürgəvaridir.  Vegetativ  zoğlar  politsiklikdir,  monopodial  budaqlanır.  Yarpaqlar  sıx 

tükcüklərlə  örtülmüş  qın  yarpaq  lövhəsinə  qədər  uzanır.  Generativ  zoğlar  uzundur  (çiçək 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

daşıyan),  bərkdir,  yarpaqsızdır.  Generativ  zoğlar  2,5-3  dəfə  adi  yarpağın  uzunluğundan 

uzundur.  Açıq  tükcüklərlə  örtülüdür.  Toxum  verəndən  sonra  generativ  zoğlar  bir  müddət 

qalır.  Yaşlı  fərdlə  sistemdəki  yeraltı  zoğlar  meristem  toxumalarının  fəaliyyəti  nəticəsində 

monopodial budaqlanır və yatmış tumurcuqlardan əmələ gəlir. 

Agrostis planifolianın ontogenezi. 

Agrostis  planifolianın  ontogenezində  4  yaş  dövrü  (latent  dövrü,  generativ  dövrdən 

əvvəlki dövr, generativ dövrü, generativdən sonrakı dövr) və 9 yaş vəziyyəti (cücərti, yuvenil, 

immatur,  virginil,  cavan  generativ,  orta  generativ,  yaşlı  generativ,  subsenil  və  senil)  vardır. 

Yaş  vəziyyətini  müəyyənləşdirən  nişanələr:  meyvə  yarpağının  mövcudluğu  ümumi 

yarpaqların inkişaf səviyyəsi; miqdarı ölçüsü və yarpaqların morfologiyası; kaudeksin inkişafı 

və budaqlanma dərəcəsi; saçaqlı köklərin ölçüsü; genertiv zoğların rast  gəlinməsi və inkişaf 

dərəcəsi. 

Latent dövrü – toxumlarla xarakterizə olunur. Toxumlar çox xırdadır. Uzunluğu 0,06 

mm  eni  0,03  mm  –  dir.  Dəyirmidir,  dəriciyi  açıq  qəhvəyidən  tünd  qəhvəyi  rəngə  qədərdir. 

Meyvəsi dən meyvədir.  

Generativ  dövrdən  əvvəlki  dövr  –  cücərti,  yuvenil,    immatur  və  virginil  vəziyyətləri 

aiddir.  Cücərti (C) – uzunsov ləpə yarpaqlarından ibarətdir. Əsas kökün uzunluğu 8-12 mm – 

dir. Laboratoriya şəraitindəki cücərtidə ləpə yarpaqlarından başqa bir ədəd həqiqi tam yarpaq 

müşahidə olunur ki, iri  ölçülü olması ilə fərqlənir. Ləpə yarpağının uzunluğu 3.5 mm, eni isə 

0.2 mm – dir. Hipokotilin uzunluğu 6-9 mm – dir.  

Yuvenil -  bitkinin ölçüsü 7-18 mm olub, 3-6 yarpaqdan ibarətdir. Yarpaqları uzunsov, 

xəttvaridir. Yuvenil vəziyyətinin  sonunda kaudeks formalaşır.  Laboratoriya şəraitində 25-30 

gündən sonra 2-3 yarpaq əmələ gəldikdə fərd yuvenil vəziyyətə keçir və 42 gündən sonra 5 

həqiqi yarpaq əmələ gəlir.  

Immatur  (İM)  –  bir  zoğlu  fərd  olub,  əsas  vegetativ  zoğdan  ibarətdir.  5-10  yarpağa 

malik olur. Yarpaqlar xətvari,  hər iki tərəfdən tükcüklüdür. Paralel damarlanır. Laboratoriya 

şəraitində bitki immatur vəziyyətinə toxumun cücərməsindən sonra 55 günə çatır və ölçüləri 

təbii  şəraitdə bitən bitkilərdən 2-3 dəfə artıq olur. Yarpaq və  gövdə nisbətən  yumuşaq olur.                                                                    

 

Virginil  –  bitkidə  yan  zoğların  inkişafı  nəticəsində  yatmış  tumurcuqlar  –  kaudeks 



formalaşmağa başlayır. Fərd adətən 2 yan – l və ll cücərtilərdə düzülən zoğdan ibarətdir. Hər 

bir zoğ üzərində 6-8 yarpaq saxlayır. Laboratoriya şəraiyində fərd virgininil vəziyyətinə 75 – 

ci günündə başa çatır. Bir əsas zoğdan ibarət olur. Üzərində 10-12 yarpaq yerləşir. 

Generativ dövr – cavan, orta yaşlı və yaşlı generativ bitki ilə xarakterizə olunur. Cavan 

generativ  dövr  (g

1

)  -  əsas  və  yan  zoğlardan  ibarətdir.  Hər  bir  zoğda  bir  generativ  zoğ 



formalaşır.  Bütövlükdə cavan  generativ fərddə 4  - ə qədər  cavan  generativ zoğ əmələ  gəlir. 

Mədəni şəraitdə (laboratoriya şəraitində) ilk generativ zoğ toxumun cücərməsində 4 ay sonra 

müşahidə  olunur.  (inkişafının  l  mərhələsində  bitki  laboratoriya  şəraitində    sonrakı 

mərhələsində isə torpağa köçürülür). Orta  yaşlı vəziyyətdə fərdlər çoxlu miqdarda generativ 

zoğlar  əmələ  gətirir.  Yarpaq  kaudeksi  və  əsas  kökü  uzanır.  Yaşlı  generativ  dövr  (g

3

)  –  yan 



zoğlar qurumağa başlayır, generativ zoğların miqdarı 1 – dən 3 - ə qədər azalır. Yarpaqların 

ölçüsü isə 21 mm - ə qədər azalır. 

Generativ  dövrdən  sonrakı  dövr  –  subsenil  (SS)  və  senil  (S)  bitki  ilə  xarakterizə 

olunur. Subsenil (SS) bitki üzərində 3 – 4 yarpağı olan vegetativ zoğla   xarakterizə olunur. 

Xarici görünüşünə görə yuvenil və immatur bitkinin yarpaqlarına oxşayır. Fərddə zoğların və 

kök  sisteminin  quruması  aydın  nəzərə  çarpır.  Ontogenezin  bu  mərhələsində  köklərin  məhv 

olması nəticəsində fərdlərin miqdarı kəskin aşağı düşür. Senil (S) 3 – 4 yarpaqla xarakterizə 

olunur.  Yarpaqlar  yuvenil  bitkinin  yarpaqlarına  oxşayır.  Kaudeksdə  çoxlu  miqdarda  ölmüş 

yarpaqların  zoğları  görünür.  Bu  yaş  vəziyyətində  yerüstü  zoğların  kaudeksinin  və  kök 

sisteminin ölməsi prosesi nəzərə çarpır.  

2 saylı cədvəldə Agrostis planifolianın morfometrik nişanələri göstərilib. 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

                                                                                                     Cədvəl 2. 



Agrostis planifolianın morfometrik xarakteristikası 

    Nişanə 

                        Yaş  dövrləri 

im 



g1 


g2 

İlkin yarpaqların 

miqdarı 



 

1,4± 0,4


 

1-3


 

1,6± 0,2


 

1-2 


14,5± 1,5

 

5-18 



Rozet tipli 

yarpaqların 

miqdarı 

6± 0,4


 

4-6 


8,2± 0,5

 

5-10 



7,2± 0,6

 

5-10 



8,6± 0,5

 

5-12



 

7,7± 0,3


 

6-12 


Fərddə olan 

yarpaqların miqdarı 

6± 0,4

 

4-6 



8,2± 0,5

 

5-10 



9± 1,0

 

5-16 



15,3± 1,2

 

10-22 



105,8± 12,1

 

45-155 



Generativ zoğların 

miqdarı 


_____ 

_____ 


_____ 

1,6± 0,5


 

1-4 


46,5± 5,3

 

19-70 



Generativ zoğların 

uzunluğu (sm) 

_____ 

_____ 


_____ 

11,6± 0,4

 

12-18 


21,0± 0,6

 

1,1-2,6 



Yarpaqların uzunluğu 

(sm) 


1,0± 0,2

 

0,1-1,7 



2,4± 0,6

 

1,1-3,8 



6,7± 0,5

 

4,8-9,6 



6,5± 1,9

 

3,6-8 



12,0± 0,3

 

10,5-15 



Kaudeksin uzunluğu 

(sm) 


0,25± 0,0

 

0,1-0,3 



0,3± 0,0

 

0,2-1 



1,0± 0,0

 

0,5-1,3 



1,7± 0,2

 

1-3 



3,5± 0,5

 

3,5-5 



Əsas kökün uzunluğu 

(sm) 


3,5± 0,5

 

1,4-3,8 



3,8± 0,2

 

2-4 



6,9± 1,5

 

6-12 



18,9± 0,6

 

12-22 



30,4± 0,8

 

25-36 



 

Qeyd:   ─ həmin yaş vəziyyətində fərdlərdə nişanələrin olmaması. 

 

Bu növün senopopulyasiyasının orta sıxlığı və senoz sahəsində fərdlərinin kontageoz 



xüsusiyyəti ilə xarakterizə olunur. Kontageoz yayılma (kiçik sahədə) fərdlərdən əmələ gəlmiş 

toxumların  fərdin  yaxınlığında,  yəni  generativ  fərddən  uzağa  getməməsi  nəticəsində  əmələ 

gəlmiş fərdlər ilə xarakterizə olunur. 

Senopopulyasiyanın quruluşu və vəziyyəti iki senozda öyrənilmişdir: 

  l.senopoulyasiya  –  daşlı  yamaclarda  bitən  taxıllı  müxtəlif  otlu  senozlarda,  orta  otarılma 

şəraitidə. 

  ll. senopoulyasiya – alp xalılarında zəif otarılma şəraitində. 

Hər iki senopoulyasiya peregen (generativ mərhələdən əvvəlki) fədlər üstünlük təşkil 

edir, yəni generativ mərhələdən əvvəlki cücərtidə verginilə qədərki fərdlər təşkil edir. Bu da 

taxıllarda  çoxalmanın  effektli  olmasını  göstərir.  l  senopopulyasiyada  yuvenil  fərdlər 

maksimum, ll senopopulyasiyada cücərtilərin olmaması torpağın çim əmələ gətirən taxıllarla 

zəbt  olunmasıdır.  ll  senopopulyasiyadan  olan  toxumların  cücərməsi  cəmi  5%  təşkil  edir. 

Bunun  nəticəsində  toxumların  cücəməsi  və  cücərtinin  inkişafı  rəqabət  nəticəsində  zəifləyir. 

Hər iki senopopulyasiya cavan, normal, natamam hesab olunur.   

 

 

  



 

 

 



 

 

 



 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Agrostis planifoliyanın senopopulyasiyasının yaş spektri  

S

1



- taxıllı – müxtəlifotlu  bozqırlar; S

2

- alp xalıları 



 

Baxmayaraq ki, aşağı cücərməyə (5%) malikdir, senopopulyasiyada generativ əvvəlki 

fərdlərin miqdarının üstünlük təşkil etməsi, generativ fərdlərin xüsusilə generativ zoğda olan 

yaşlı  fərdlərin  miqdarından  çox  olması  ilə  əlaqədardır.  Agrostis  planifolia  növünün  çoxlu 

miqdarda uzanmış vegetativ zoğlarının əmələ gəlməsi, uzanmış generativ zoğların miqdarının 

artıq  olması  növün  populyasiyasının  otluqda  inkişaf  faizini  artırır.  Orta  otarılma 

senopopulyasiyanın  vəziyyətinə  mənfi  təsir  göstərmir.  Nəticədə  sərbəst  yerlər  toxumların 

cücərməsi  və  cücərtilərin  inkişafı  üçün  şərait  yaradır.  Senopopulyasiyaların  özünü  bərpa 

etməsi toxumla baş verir. Vegetativ çoxalma  Agrostis planifolia növünün özünü bərpasında 

mühüm  rol  oynamadığından  effektli  hesab  edilə  bilməz.    Agrostis  planifolia 

senopopulyasiyasının  davamlılığı  generativ  mərhələnin  dövrülüyünü  təmin  edir.  Şiddətli 

otarılma  nəticəsində  generativ  zoğlar  məhv  olur.  Toxumların  miqdarının  sayı  kəskin  azalır. 

Cücərtilər tapdalanır. Nəticədə senopopulyasiyanın inkişafına neqativ təsir göstərir.  Agrostis 

planifolia  məhdudlaşdırıcı  limit  amili  mal-  qara  tərəfindən  sistemsiz  otarılma,  yanğınlar, 

senozun yüksək çimlənməsidir. Bu növün senopopulyasiyası üzərində fasiləsiz müşahidələrin 

aparılması  məqsədə  uyğun  hesab  edilir.    Agrostis  planifolia  növünün  (Daşkəsən  rayonunun 

Xoşbulaq massivində, Göy – Göl rayonunun Toğana massivində) bitmə yerləri yerli mühafizə 

kimi  qorunması  tövsiyyə  olunur.  Hal  –  hazırda  həmin  yerlər  mal  –  qaranın  otarılmasında 

istifadə olunur. 

Kiçik  Qafqazın  yüksək  dağlığında  Alopecurus  planifolia  növünün  senopopulyasiya 

səviyyəsində  tədqiqi  nəticəsində  alınan  nəticələr  nadir  növlərin  monitorinqi,  introduksiyası,  

effektli qorunması üçün tədbirlərin həyata keçirilməsi üçün elmi baza hesab oluna bilər.  

 

ƏDƏBİYYAT 

 

1.

 



Данилова Н.С., Борисова С.З., Романова А.Ю. и др. Размножение некоторых редких 

и исчезающих растений // Вестник ЯГУ. 2005. Т. 2, №1. С. 84-90. 

2.

 

Животовский JI.А. Популяционная биометрия. М.: Наука, 1991. 271 с. 



3.

 

Животовский  Л.  А.  Онтогенетические  состояния,  эффективная  плотность  и 



классификация популяций растений // Экология. 2001, №1. С. 3-7. 

4.

 



Hacıyev V.C. Azərbaycanın yüksəkdağlıq bitkiliyinin ekosistemi, Bakı, 2004, 130 s. 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

5.

 



Исмаилова  З.М.  О  ценепопуляции  овсяницы  в  высокогорьях  восточной  части 

Большого Кавказа в пределах Азербайджана. Известия АН Азерб., сер. Биол., Баку, 

1974, № 5-6. 

6.

 



İsmayılova  Z.M.  Gəncə-Qazax  bölgəsində  yayılan  bəzi  taxılların  senopopulyasiyalarının 

biomorfoloji xüsusiyyətləri və yaş spektrləri. “Azərbaycan florası və bitkiliyinin istifadəsi, 

qorunması” toplusu. Bakı, 1998. 

7.

 



Работнов  Т.А.  Жизненный  цикл  многолетних  травянистых  растений  в  луговых 

ценозах // Тр. Ботан. Ин-та АН СССР. 1950. Сер. 3, вып. 6. С. 7-204. 

8.

 

Уранов  А.  А.  Возрастной  спектр  фитоценопопуляций  как  функция  времени  и 



энергети- ческих волновых процессов // Науч. Докл. Высш. Шк. Биол. Науки. 1975. 

№ 2. С. 7-33. 

 

РЕЗЮМЕ 

ОНТОГЕНЕЗ И ВОЗРАСТНОЙ СПЕКТР ЦЕНОПОПУЛЯЦИИ AGROSTIS 

PLANIFOLIA C. KOCH В ВЫСОКОГОРЬЯХ МАЛОГО КАВКАЗА 

Исмаилова З.М., Гулиева Р.З. 

 

Проблема  сохранения  биоразнообразия  становится  все  более  актуальной  в 



последнее  время  в  связи  с  усиливающимся  воздействием  человека  на  природу.  

Популяционно-онтогенетические методы вносят большой вклад в изучение биологии и 

экологии  растений,  так  как  позволяют  получить  информацию  о  репродуктивной 

активности, онтоморфогенезе, определить оптимальные условия для развития видов и 

их  ценопопуляций  в  фитоценозе,  выявить  степень  толерантности  и  основные 

адаптационные  механизмы  растений,  проявляющиеся  как  ответная  реакция  на 

природные и антропогенные воздействия. В качестве объектов исследований  выбрано 

редкое  растение    из  семейства  Poaceae-  Agrostis  planifolia  C.  Koch.  Разработаны 

диагнозы онтогенетических состояний и определены основные типы онтогенетических 

спектров ценопопуляций. 

 

  Ключевые слово: ценопопуляция, биоморф, фитоценоз, онтогенез 



Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin