Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild


РЕЗЮМЕ  ВЛИЯНИЕ УСЛОВИЙ ЗАСУХИ НА СОДЕРЖАНИЕ ПРОЛИНА И УГЛЕВОДОВ



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

РЕЗЮМЕ 

ВЛИЯНИЕ УСЛОВИЙ ЗАСУХИ НА СОДЕРЖАНИЕ ПРОЛИНА И УГЛЕВОДОВ 

В РАЗЛИЧНЫХ СОРТАХ ЯБЛОНЕВЫХ ДЕРЕВЬЕВ 

* Ализадех А., **Али-заде В., **Халилова Х. 

*Центр сельскохозяйственных исследований Западного Азербайджана Иранской 

Исламской Республики 

**Институт Ботаники Азербайдджанской Национальной Академии Наук 

 

Исследовано действие засухи на содержание пролина и растворимых углеводов 

в листьях и побегах карликовых яблонь Иранских (Gami Alması, Azayiş) и зарубежных 

(Мalling 9, Мalling Merton106) сортов, а также контрольных растений, выращенных из 

семян. Результаты показывают повышение содержания пролина и углеводов в листьях 

всех сортов при средней и сильной засухе, особенно в черенках, выращенных из семян 

сортов Gami alması, Мalling 9. 

 

Ключевые  слова:  засуха,  стресс,  яблоня,  карликовые  яблоневые  сорта,  пролин, 



углеводы 

 

SUMMARY 

EFFECT OF DROUGHT STRESS ON PROLINE AND CARBOHYDRATES 

CONTENT OF DIFFERENT KINDS OF APPLE TREES 

* Alizadeh A., **Ali-zade V., **Khalilova Kh. 

*West Azerbaijan Agriculture research center of Iran  

**Institute of Botany of ANAS 

 

The  effect  of  drought  stress  on  proline  and  soluble  carbohydrates  content  in  apple  dwarf 



rootstocks  of  Iranian  (Gami  Alması,  Azayiş)  and  foreign  (Мalling  9,  Мalling  Merton106) 

kinds,  and  also  in  leaves  and  shoots  of  ones  kinds,  growing  up  from  seeds,  were  studied.  It 

was concluded that among  experinced plants the seedlings,  growing up from seeds of  Gami 

Alması and Мalling 9 kinds are most resistant. 



 

Keywords: drought, stress, apple, dwarf rootstocks, proline, carbohydrates 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

UOT 581. 19 



 

NA-IZOKATIONLU DUZ MƏHLULLARININ BUĞDA TOXUMLARININ 

CÜCƏRMƏSI,   KÖKLƏRININ BÖYÜMƏSI VƏ SITOPLAZMATIK QLÜKOZO-6-

FOSFATDEHIDROGENAZA FERMENTININ AKTIVLIYINƏ TƏSIRI 

 

Məmmədov Z.M., Abdiyev V.B.,  Mirzəyeva B.Q.  



Bakı Dövlət Universiteti 

 

Na-izokationlu  duz  məhlullarının  buğda  bitkisi  (Triticum  aestivum,  sort  bərəkətli) 

toxumlarının  cücərməsinə,  köklərinin  inkişafına  və  bununla  əlaqədar,  hüceyrələrin 

reduksiyaedici potensialının formalaşmasında  və bitkilərdə mühitin ekstremal şəraitinə qarşı 

uyğunlaşması və müdafiəsində mühüm rol oynayan, pentozofosfat siklinin əsas və requlyator 

fermenti sayılan qlükozo-6-fosfatdehirogenazanın (G6PDH) aktivlik dinamikasında baş verən 

dəyişikliklər  öyrənilmişdir.  Müəyyən  edilmişdir  ki,    Na-izokationlu  duz  məhlulları  buğda 

toxumlarının cücərməsi və köklərinin inkişafına neqativ təsir göstərir. Duzların bu proseslərə 

təsir  effekti  onların  anion  təbiətlərindən  asılı  olaraq  duzların  NaCI<  Na

2

SO

4

<  NaHCO

3



Na

2

CO

3

  ardıcıllığına  uyğun  şəkildə  güclənmişdir.  Duz  məhlullarının  kiçik  qatılıqları  ilə 

yaradılan  mülayim  stress  şəraiti  sitoplazmatik  G6PDH  fermentinin  aktivliyi  əhəmiyyətli 

dərəcədə pozitiv, yüksək qatılıqları ilə yaradılan kəskin stress şəraiti isə neqativ stimulyasiya 

etmişdir.  G6PDH  fermentin  aktivliyinin  artmasının  cücərtilərin  stress  faktoruna 

uyğunlaşması  və  ekstremal  şəraitin  yaratdığı    fəsadlarının    aradan  qaldırılmasına  yönələn 

müdafiə reaksiyası ilə  bağlı olduğu haqda mülahizələr irəli sürülür. 

 

Açar sözlər: duzluluq stressi, buğda cücərtiləri, qlükozo-6-fosfatdehidrogenaza. 

 

 



Bitkilərin  normal  böyümə  və  inkişafına  kəskin  təsir  göstərən  əsas  ekstremal 

faktorlardan  biri  ətraf  mühitin  duzluluğu  nəticəsində  yaradılan  stress  şəraitidir.  Dünya 

miqyasında  şoranlaşmış  torpaq  sahələri  kənd  təsərrüfatı  üçün  istifadə  olunan  torpaq 

sahələrinin əhəmiyyətli dərəcədə böyük bir hissəsini təşkil edir və onun  payına düşən hissə 

ildən ilə artır, bu isə,  yüksək və keyfiyyətli məhsul almaqda ciddi problemlər yaradır (1). 

Duz  ionlarının  normadan  artıq  olması  bitki  hüceyrələrinə  zədələyici  və  toksiki  təsir 

göstərir.  Duzların  təsir  effekti  bitkilərdə  bir  çox  fizioloji  və  biokimyəvi  proseslərin  həyata 

keçirilməsinin çətinləşməsində və onların normal gedişinin pozulmasında özünü büruzə verir 

(2). Digər stress vəziyyətlərində olduğu kimi, bu halda da ətraf mühitin ekstremal faktorlarına 

qarşı təkamül prosesinin gedişində yaranmış müdafiə sistemi işə  düşür və bitki orqanizminə 

bu  faktorların  neqativ  təsirinə  qarşı  mübarizə  aparılır.  Son  illərdə  aparılan  tədqiqatlar 

nəticəsində  müəyyənləşdirilmişdir  ki,  stressyaradıcı  faktorların  təbiətindən  asılı  olmayaraq 

bitkilərin ekstremal şəraitə uyğunlaşması və ya onun təsirinin aradan qaldırılması orqanizmin 

müdafiə  sisteminin  müəyyən  komponentlərinin  aktivləşməsinə  gətirib  çıxarır  (3)  və  bu 

sistemin öz funksiyasını yerinə yetirməsi hüceyrənin reduksiyaedici potensialının əsas tərkib 

hissəsi  sayılın  NADPH-ın  istifadə  olunması  ilə  müşayiət  edilir.  Bitki  və  heyvan 

orqanizmlərdə reduksiyaedici potensialın formalaşmasında mühüm rol oynayan fermentlərdən 

biri qlükozo-6-fosfatdehidrogenaza (Q6PDH, EC 1.1.1.49)  fermenti sayılır (4).              

Q6PDH  fermenti  canlı  aləmdə,  o  cümlədən  də,  bitkilərdə  geniş  yayılmış  fermentlər 

sırasına  daxildir.  O  qlükozanın  parçalanmasının  ən  qədim  yollarından  biri  kimi  fəaliyyət 

göstərən  pentozofosfat  (PF)    siklinin  əsas  və  tənzimləyici  fermenti  hesab  olunur  (5).  Onun 

katalitik  təsiri  sayəsində  qlükozo-6-fosfat  oksidləşərək  6-fosfoqlükonolaktona  çevrilir  və 

reaksiyanın  gedişində  NADPH  formalaşır.  Reaksiya  nəticəsində  əmələ  gəlmiş    6-


 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

fosfoqlükonolaktona  siklin  sonrakı  mərhələsində  6-fosfoqlükonolaktonatdehidrogenaza 



fermentinin  katalitik  təsirinə  məruz  qalaraq  yenidən  oksidləşir  və  ikinci  bir  NADPH 

molekulunu əmələ gətirir. Yəni, hər bir qlükoza molekulunun PF siklində oksidləşməsindən 

iki  molekul  NADPH  alınır.  PF  siklinin  oksidləşdirici  mərhələsinin  komponentlərini  təşkil 

edən fermentlər sırasında Q6PDH  həlledici rol oynayır və ümumiyyətlə siklin işləmə sürəti 

onun fəaliyyəti ilə müəyyən olunur. 

Ali  bitkilərdə    Q6PDH    fermenti  hüceyrənin  iki  kopartmentində-  sitozolda  və 

plastidlərdə  lokalizə  olunmuşdur  (6).  Sitozol  formanın  aktivliyi  plastid  formanın  aktivliyinə 

nisbətən  daha  yüksək  olub  hüceyrənin  reduksiyaedici  potensialının  formalaşmasında  daha 

mühüm  rol  oynayır  (7,8).  Təqdim  olunmuş  tədqiqat  işi  NaCl,  Na

2

SO



4

,  NaHCO


3

  və


 

NaCO


3

 

duzlarının  müxtəlif  qatılıqlarının  buğda  toxumlarında  cücərmə,  kök  sisteminin  inkişafı  və 



bununla  əlaqədar,  Q6PDH    fermentinin  sitozol  formasının  aktivlik  dinamikasına  təsirinin 

araşdırılmasına  həsr  olunmuşdur.  Tədqiqatlarda  əsas  məqsəd  bu  duzlar  tərəfindən  yaradılan 

stress  vəziyyətində  fermentin  katalitik  fəaliyyətini  izləmək  və  onun  bu  prosesin  neqativ 

təsirinin aradan qaldırılmasında iştirakı haqda müəyyən informasiyalar əldə etməkdən ibarət 

olmuşdur. 

TƏDQIQATIN MATERIAL VƏ METODLARI 

Təcrübələr buğda (Triticum aestivum, sort bərəkətli) toxumları  üzərində aparılmışdır. 

Toxumlar 24 saat müddətində duz məhlullarında isladıldıqdan sonra xüsusi kamerada, normal 

aerasiya  şəraitində,  25

o

  C-də  Hoqland  məhlulunda  becərilmişdir.  Təcrübi  variantlara  lazım 



olan  qatılıqları  almaq  üçün  müvafiq  duzlar  əlavə  edilmişdir.  Q6PDH  preparatını  Esposito 

tərəfindən  istifadə  edilmiş  metoda  uyğun  olaraq  hazırlanmış  (8),  onun  aktivliyi  isə 

təmizlənməmiş  ekstraktda  spektrofotometrik  yolla,  340  nm  dalğa  uzunluğunda,  NADP-in 

reduksiya olunma sürətinə əsasən təyin edilmişdir (8). Aktivliyin ölçülməsi tərkibində 1 mM 

MgCl

2

,  0,2  mM  qlükoza-6-fosfat,  0,1  mM  NADPH  və  pH-ı  8,1  olan  Tris-HCl  buferində 



aparılmışdır.  Fermentin  aktivliyi  nmol  NADPH/dəq/mq  zülal-la  ifadə  olunmuş,  zülalın 

miqdarı  Bredforda  görə  təyin  edilmişdir  (9).  Alınmış  nəticələr  statistik  cəhətdən  işlənmiş, 

onların  dəqiqlik  göstəricisi  3  %-dən  çox  olmamışdır.  Nəticələrin  təqdimatını  sadələşdirmək 

məqsədi ilə cədvəldə kənarlaşmaların qiymətləri göstərilməmişdir. 



 

NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI 

Aşağıda  təqdim  olunmuş  cədvəldə  NaCl,  Na

2

SO

4



,

 

NaHCO



3

  və  Na


2

CO

3



  izokation 

duzlarının  müxtəlif  qatılıqlarının  7  günlük  inkubasiya  müddətində    buğda  toxumlarının 

cücərməsi,      köklərinin  böyüməsi  və  onların  G6PDH  fermentinin  sitoplazmatik  formasının 

aktivliyinə təsiri göstərilmişdir. 

24 saatlıq bir müddət ərzində müxtəlif məhlullarda  isladılmış buğda toxumları şişmə 

prosesinə  məruz  qaldıqdan  sonra  eksperimentlərin  ikinci  günündən  başlayaraq    cücərməyə 

başlamışdır.  Müxtəlif  duz  məhlulları  bu  prosesin  gedişinə  özlərinin  təbiətindən  və 

qatılıqlarından asılı olaraq müxtəlif dərəcədə neqativ təsir göstərmişdir (cədvəl 1). 

Cədvəl 1 

NaCI, Na


2

SO

4



, Na

2

HCO



3

 və Na


2

CO

3



 məhlullarının buğda toxumlarının cücərməsi,   

köklərinin böyüməsi və sitoplazmatik G6PDH fermentinin aktivliyinə təsiri 

Variantlar 

 

Cücərmə 



Faizi 

Köklərin inkişafı (sm-lə) 

G6PDH aktivliyi 

4 gün 


5 gün  6 gün  7 gün 

4 gün  5 gün  6 gün  7 gün 

Kontrol 

85 


3.1 

4.3 


7.6 

10.1 


163 

150 


138 

137 


NaCI 

25 mM 


50 mM 

75 mM 


100 mM 

 

72 



67 

48 


29 

 

2.2 



1.7 

1.2 


0.9 

 

3.5 



3.1 

1.7 


1.3 

 

6.9 



4.2 

2.6 


1.4 

 

8.7 



4.6 

2.9 


1.5 

 

186 



211 

240 


238 

 

170 



210 

208 


181 

 

164 



183 

180 


156 

 

161 



156 

131 


104 

 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

Na



2

SO

4



 

25 mM 


50 mM 

75 mM 


 

75 


71 

32 


 

2.0 


1.5 

1.0 


 

3.2 


2.9 

1.8 


 

6.3 


3.9 

2.3 


 

8.3 


4.2 

2.6 


 

190 


221 

156 


 

177 


222 

133 


 

167 


170 

113 


 

163 


159 

101 


NaHCO

3

 



25 mM 

50 mM 


75 mM 

 

68 



49 

22 


 

1.8 


1.3 

0.9 


 

2.9 


2.2 

1.3 


 

5.0 


2.8 

1.5 


 

6.7 


3.3 

1.6 


 

191 


176 

155 


 

160 


141 

114 


 

161 


110 

  97 


 

151 


  92 

  88 


Na

2

CO



3

 

25 mM 



50 mM 

75 mM 


 

62 


41 

11 


 

1.6 


1.1 

0.7 


 

2.7 


1.7 

0.9 


 

4.6 


2.1 

1.0 


 

6.1 


2.5 

1.1 


 

188 


138 

130 


 

165 


125 

102 


 

159 


  91 

  83 


 

156 


  82 

  71 


* Dəqiqlik göstəricisi 3 %-dən aşağı olmuşdur 

 

Bir  qayda  olaraq,  cücərmə  faizi  ilə  duz  məhlullarının  qatılıqları  arasında  əks 



korrelyativ  asılılıq  müşahidə  olunmuşdur.  Sınaqdan  çıxarılan  duz  məhlulları  arasında 

toxumların  cücərməsi  prosesinə  ekvimolyar  qatılıqda  nisbətən  zəif  ingibirləşdirici  təsir 

göstərəni NaCI, daha kəskin təsir göstərəni isə Na

2

CO3 duzu olmuşdur. Bundan əlavə, NaCI 



duzu məhlulunun yüksək qatılığında (100 mM) toxumların cücərmə faizinin kəskin azalaraq 

kontrola nisbətən üç dəfədən də bir az çox aşağı düşməsinə baxmayaraq, toxumların bir qismi 

öz  həyatilik  qabiliyyətini  saxlayaraq  cücərmiş,  lakin  digər  duz  məhlullarının  analoji 

qatılıqlarında  bu  prosesi  müşahidə  etmək  mümkün  olmamışdır.  Duz  stressi  şəraitində  bəzi 

toxumların cücərmək qabiliyyətini saxlaya bilməsi, digərlərinin isə onu itirməsi, görünür ki, 

toxumların  yetişməsi  dövründə  onların  ekstremal  şəraitə  qarşı  müdafiə  sisteminin 

komponentlərinin  formalaşmasındakı  fərqlə  bağlıdır.  Müdafiə  sistemləri  daha  təkmil  olan 

toxumlar həyatilik qabiliyyətini nisbətən mülayim ekstremal şəraitdə saxlaya bildikləri halda, 

müdafiə sistemləri zəif olanlar məhv olurlar.  

Duz  məhlulları  buğda  cücərtilərinin  kök  sisteminin  inkişafına  da  mənfi  təsir 

göstərmişlər. Cücərmə prosesində olduğu kimi, bu halda da,  birincisi, tətbiq edilən duzların 

qatılıqları  ilə  köklərin  böyümə  intensivliyi  arasında  tərs  mütənasiblik  müşahidə  edilmiş, 

ikincisi,  duzların  köklərin  böyümə  surətinə  təsir  dərəcəsinin  xarakteri  onların  cücərmə 

prosesinə təsir xarakteri ilə faktiki olaraq üst-üstə düşmüşdür.   

NaCI  və  Na

2

SO



4

  duz  məhlulları  buğda  cücərtilərinin  kök  sisteminin  inkişafına  təsir 

göstərdikləri  effektə  görə,  demək  olar  ki,  bir-birinə  müqayisə  olunacaq  dərəcədə  yaxın 

olmuşlar.  Na

2

SO



duzu  məlulunun  buğda  cücərtilərinin  əsas  kökün  böyümə  surətinə 

ingibirləşdirici  təsirinin  NaCI  duzu  məhluluna  nisbətən  daha  güclü  olmasına  baxmayaraq, 

onların  müvafiq  qatlıqlarının  bu  göstəriciyə  olan  təsir  effektləri  arasındakı  fərq  4  %-dən 

yüksək olmamışdır. Məsələn, əgər 25 mM qatılıqda NaCI  duzunun köklərin inkişaf surətinə 

ləngidici təsiri 7 günlük inkubasiya müddətindən sonra kontrol varianta nisbətən 13.9 %, 75 

mM qatılıqda isə 71.3 % təşkil etmişsə, Na

2

SO

4



   variantında bu rəqəmlər müvafiq olaraq 17.8 

% və 74.3 %-ə bərabər olmuşdur. 

Buğda  cücərtiləri  köklərinin  inkişafına  neqativ  təsirin  göstərməsinə  görə  sınaqdan 

çıxarılmış duz məhlulları içərisində NaHCO

3

 və Na


2

CO

3



 duzları xüsusilə fərqlənmişlər. Özü 

də, ekvimolyar qatılıqlarda Na

2

CO

3



  duzunun toksikilik dərəcəsi  NaHCO

duzunun toksikilik 



dərəcəsindən nəzərəçarpacaq dərəcədə yüksək olmuşdur. 

Duz  məhlullarının  buğda  toxumlarının  cücərmə  və  inkişafına  təsiri  özünü 

oksidləşdirici pentozofosfat siklinin əsas və requlyator fermenti sayılan Q6PDH fermentinin 

aktivliyi  səviyyəsində  də  büruzə  vermişdir.  Duzlar  tərəfindən  yaradılan  nisbətən  mülayim 

stress şəraitində fermentin aktivliyi nəzərəçarpacaq dərəcədə pozitiv, kəskin stress şəraitində 

isə neqativ stimulyasiyaya məruz qalmışdır. 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

Kontrol  variantda  Q6PDH  fermentinin  aktivliyi  becərilmə  müddəti  ilə  əlaqədar 



tədricən azalmağa doğru meylliliklə xarakterizə olunmuş, 7 günlük cücərtilərin köklərində 4 

günlük  cücərtilərin  köklərindəki  aktivlikdən  faktiki  olaraq  85.9  %-i  qalmışdır.  NaCI  duzu 

cücərmə  prosesinin  4-6  günlərində  bütün  qatılıqlarda  fermentin  aktivliyini  kontrol  variantın 

müvafiq  günlərinə  nisbətən  əhəmiyyətli  dərəcədə  stimulyasiya  etmişdir.  Ən  yüksək 

stimulyasiya  effekti  becərmənin  4-cü  günü  müşahidə  edilmişdir.  7  günlük  cücərtilərdə  duz 

məhlulunun aşağı qatılıqları (25, 50 mM) stimulyasiya effekti, yuxarı qatılıqları (75, 100 mM) 

isə ingibirləşdirilmə effekti ilə müşayiət olunmuşdur.  

Na

2



SO

4

      duzunun  aşağı  qatılıqları  (25,  50  mM)  Q6PDH  fermentinin  aktivliyini 



becərilmə  müddətinin  bütün  dövrlərində  stimulyasiya  etmiş  və  onun  stimulyasiya  effekti 

becərilmənin ilk dövrlərində NaCI duzunun stimulyasiya effektinə nəzərən, az da olsa, güclü 

olmuşdur.  Na

2

SO



4

      duzunun  nisbətən  yüksək  qatılığı  (75  mM)  isə    Q6PDH  fermentinin 

aktivliyinə  inkubasiyanın  bütün  dövrlərində  nəzərəçarpacaq  dərəcədə  ingibirləşdirici  təsir 

göstərmişdir.  Məsələn,  7  günlük  cücərtilərdə  bu  fərq  kontrol  variantla  müqayisədə  25.7  % 

təşkil etmişdir.   

NaHCO


və  Na


2

CO

3



 duzlarının məhlulları Q6PDH fermentin aktivliyini yalnız aşağı 

(25  mM)  qatılıqda  stimullaşdırmış,  digər  qatılıqlarda  (50,  75  mM)  isə,  əksinə, 

ingibirləşdirmişdir.  Analoji  qatılıqlarda  onların  fermentin  aktivliyini  ingibirləşdirmə  effekti  

Na

2



CO

3

 duzu məhlulunda NaHCO



3  

duzu məhluluna nisbətən daha yüksək olmuşdur. 

Beləliklə,  NaCI,  Na

2

SO



4

,  NaHCO


3

  və  Na


2

CO

3



  izokationlu  duz  məhlulları  buğda 

toxumlarının cücərməsi və köklərinin inkişafına neqativ təsir göstərir. Sadalanan duzların bu 

proseslərə  təsir  effektinin  intensivliyi  onların  anion  təbiətlərindən  asılı  olaraq  duzların 

yuxarıda  təqdim  olunmuş  sırasında    NaCI  duzundan  Na

2

CO

3



  duzuna  doğru  keçidə  uyğun 

olaraq  güclənir.  Duz  məhlullarının  nisbətən  kiçik  qatılıqları  ilə  yaradılan  mülayim  stress 

şəraiti  sitoplazmatik  G6PDH  fermentinin  aktivliyini  əhəmiyyətli  dərəcədə  pozitiv 

stimulyasiya edir, kəskin stress şəraiti isə ingibirləşdirilir. Ola bilsin ki, fermentin aktivliyinin 

artması cücərtilərin stress faktoruna uyğunlaşması və ekstremal şəraitin yaratdığı  fəsadlarının  

aradan qaldırılmasına yönələn müdafiə reaksiyası ilə bağlıdır. 



 

 

ƏDƏBIYYAT 

 

1. Bohnert, H.J. and Jensen, R.G. Metabolic engineering for increased salt tolerance: the next 

step. Aust. J. Plant Physiol., 1996, 23: 661–667. 

2. Gosset, D.R., Banks, S.W., Millhollon, E.P. and Lucas, M.C. Antioxidant response to NaCl 

stress  in  a  control  and  an  NaCl-tolerant  cotton  cell  line  grown  in  the  presence  of  paraquat, 

buthionine sulfoximine, and exogenous glutathione. Plant Physiol., 1996, 112: 803–809. 

3.  Savoureґ  ,  A.,  Thorin,  D.,  Davey,  M.,  Hua,  X.J.,  Mauro,  S.,  Van,  M.M.,  Inzeґ  ,  D.  and 

Verbruggen, N. NaCl and CuSO

4

 treatments trigger distinct oxidative defense mechanism in 



Nicotiana plumbaginifolia L. Plant Cell Environ., 1999, 22: 387–396. 

4.  Liu    Y.,  Wu  R.,  Wan  Q.,  Xie  G.,  Bi  Y.  Glucose-6-Phosphate  Dehydrogenase  Plays  a 

Pivotal Role in Nitric Oxide-Involved Defense Against Oxidative Stress Under Salt Stress in 

Red Kidney Bean Roots. Plant Cell Physiol., 2007, 48(3): 511–522 

5.  Мамедов  З.М.  Регуляция  активности  глюкозо-6-фосфатдегидрогеназы  растений  // 

Вестник  Бакинского  Государственного  Университета,  серия  естественных  наук,  2008, 

№ 4, с. 91-99 

6.  Мамедов  З.М.,  Кулиев  А.А.,  Гюльахмедов  С.Г.,  Салькова  Е.Г.  Внутриклеточная 

локализация и молекулярные формы глюкозо-6-фосфатдегидрогеназы плодов яблони // 

Прикладная биохимия и микробиология, 1993, том 29, № 3, с. 449-454 



 

 

 



AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

7. Heerden P., Villiers M., Staden J., Kruger G. Dark chilling increases glucose-6-phosphate 



dehydrogenase activity in soybean leaves. Physiologia Plantarum, 2003, 119: 221-230 

8. Esposito S, Guerriero G, Vona V, Di Martino Rigano V, Carfagna S, Rigano C. Glucose-6-

phosphate dehydrogenase in barley roots: kinetic properties and localisation of the isoforms. 

Planta., 2006, 223(4):796-804.  

9.  Bradford  M.  A  rapid  sensitive  method  for  the  quantitation  of  microgram  quantities  of 

protein utilizing the principle of protein-dye binding // Anal. Biochem., 1976, 72: 248-254.        



 

 

РЕЗЮМЕ 

ВЛИЯНИЕ РАСТВОРОВ ИЗОКАТИОН NA НА ПРОРАСТАНИЕ, РОСТ КОРНЕЙ 

И  АКТИВНОСТЬ ГЛЮКОЗО-6-ФОСФАТДЕГИДРОГЕНАЗЫ СЕМЯН 

ПШЕНИЦЫ 

 

Мамедов З.М., Абдуев В.Б., Мирзоева Б.Г. 

Бакинский Государственный Университет 

 

Изучено  влияние изокатионов  Na на прорастание, рост корней семян пшеницы 

(Triticum  aestivum),  а  также  на  изменение  динамики  активности  глюкозо-6-

фосфатдегидрогеназы  (Г6ФДГ),  которая  считается  основным  и  регуляторным 

ферментом  пентозофосфатного  цикла.  Этот  фермент  играет  важную  роль  в 

формировании  восстановительного  потенциала  клеток,  в  приспособлении  и    защите 

растений  от  влияния  экстремальных  условий  окружающей  среды.  Установлено,  что 

растворы  изокатионов    Na  отрицательно  влияют  на  рост  и  развитие  корней  семян 

пшеницы.  Влияние  солей  Na  на  эти  процессы  зависит  от  их  анионной  природы  и 

увеличивается  в  следующем  порядке:  NaCI<  Na

2

SO

4



<  NaHCO

3

<  Na

2

CO

3



.  Умеренное 

стрессовое  состояние,    вызванное  относительно  низкими    концентрациями  солей 

сопровождался  позитивной  стимуляцией  Г6ФДГ,  а  высокий  стресс,  созданный 

высокими  концентрациями  солей,  подавлял  ее  активность.  Высказывается  мнение  о 

том,  что  увеличение  активности  фермента  связано  приспособлением  проростков  к 

стрессовому  фактору  и  их    защитной  реакцией,  направленной  на    преодоление 

осложнений, вызванных стрессовой ситуацией. 

 

Ключевые  слова:  солевой  стресс,  проростки  пшеницы,  глюкозо-6-



фосфатдегидрогеназа 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin