ƏDƏBİYYAT
1. Mövsümova F.Q. Kür-Araz ovalığı səhra bitkiliyinin bioloji müxtəlifliyi. “İnsan və
biosfer” Azərbaycan Milli Komitəsinin əsərləri, buraxılış 2. Bakı, 2003, s. 163-174.
2. Mövsümova F.Q. Azərbaycanın şorangəli səhra bitkiliyinin biomüxtəlifliyi və onun
ekosistemimnin qorunması. AMEA Botanika İnstititunun Elmi əsərləri. Bakı, Elm,
2004, XXV cild, с. 302-304.
3. Məlıkov R. K., Qurbanova F.Q. Qarağanlıq qruplaşmalarının bioekoloji xüsusiyətləri.
AMEA Botanika İnstititunun Elmi əsərləri. Bakı, Elm, 2004. XXV cild. s. 317-320.
4. Алехин В.В. Методика полевого изучения растительности и флоры. М.,
Наркомпресс, 1938, 108 с.
5. Александрова В. Д. Методы выделения растительных ассоциаций. Л.: Наука, 971,
256 с.
6. Витович Т.Н. Материалы к изучения цветения и плодоношения солянок.
Тр.Ботан.инст. Азерб.отд. Закавказк. фил. АН ССР, т.V. Баку, 1934, с. 20-35.
7. Гроссгейм А.А. Введение в геоботанические обследование зимних пастбищ
ССР Азербайджана. Тр. по геобот. обслед. пастбищ ССР Азербайджана, серия А,
зимние пастбища, вып. 1, Наркомзема, Баку, 1929, с. 107.
8. Гроссгейм А. А. Растительные богатства Кавказа // Материалы к познанию фауны и
флоры СССР, новая серия, вып. 7, (XV), МОИП. М., 1952, 250 с.
9. Колаковский А.А. Очерк растительности Ширванской степи. Тр. Геобот. обслед.
пастбищ ССР Азербайджана. Серия А, зимные пастбища, вып. 10. Наркомзема Баку,
1933. с. 81- 95.
8. Лавренко Е.М. Основные закономерности растительных сообществ и пути их
изучения. Полевая геоботаника. М.- Л: Наука, 1959, т. 1, с. 13-78.
10. Лавренко Е.М. Краткая общая программа изучения биогеоценозов. Ботан. Журн. т.
53, № 2, Л: Наука, 1968, с. 40-51.
11. Раменский Л.Г. Избранные работы, Проблемы и методы изучения растительного
покрова. Л.: Наука, 1971, 333 с.
12. Рачковская Е.М. К биологии пустынных полукустарничков // Тр. Ботан. инст.
АН СССР, М.- Л.: сер. 3 (геоботаника), вып. 2, 1957, с. 5-87.
13. Работнов Т.А. Экспериментальная фитоценология. М.: МГУ, 1987, 160 с.
14. Черепанов С.К. Сосудистые растения России сопредельных государств. СП. б.:
Мир и семья. 1995. 992 с.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
БИОЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ КАРАГАННЫХ (SALSOLETA
DENDROIDES) ФОРМАЦИЙ ШИРВАНСКОЙ РАВНИНЫ
Мовсумова Ф. Г.
Институт Ботаники НАНА
В статье обсуждаются результаты фитоценологических исследований,
проведенных в 2010-2011 гг. в Ширванской равнине по изучению биоэкологии
Salsoleta dendroides. Было установлено, 4 групп ассоциаций и 20 ассоциаций и их
флористический состав, из которых 2 ассоциации (Salsola dendroides + Gamanthus
pilosus + Climacoptera crassa), ( Salsola dendroides + Pragmites comminus) выявлены
впервые. Приводятся практические рекомендации по улучшению растительности
пустынь Ширванской равнины Кура-Араксинской низменности Азербайджана.
Ключевые слова: Ширванская равнина, солянковые пустыни, Salsola dendroides,
эдификатор, формация, биоэкология
SUMMARY
BIOECOLOGIAL FEATURES OF CARAGAN (SALSOLETA DENDROIDES)
FORMATIONS OF SHIRVAN PLAIN
Movsumova F. G.
Institute of Botany ANAS
Results of phytocenological researches spent in 2010 to 2011 in Shirvan Plain on study of
bioecology of Salsoleta dendroides. 4 groups of associations and 20 associations as well as
their floristic structure have been established. 2 associations (Salsola dendroides+Gamanthus
pilosus+ Climacoptera crassa), ( Salsola dendroides+Pragmites comminus) of them were
revealed for the first time. Practical recommendations of improvement ways of desert
vegetation of Shirvan Plain of the Kur-Araz Lowland of Azerbaijan have been indicated.
Key words: Shirvan Plain, saltwort deserts, Salsola dendroides, edificators, formation,
bioecology
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
CARPESİUM CERNUUM L. (ASTERACEAE DUMORT.) BITKISININ
NAXÇIVAN MUXTAR RESPUBLIKASI ƏRAZISINDƏ YAYILMASI VƏ TİBBİ
ƏHƏMİYYƏTİ
İbrahimov Ə.Ş., Nəbiyeva F.X., Piriyev M.Z.
AMEA Naxçıvan Bölməsi
Məqalədə Naxçıvan MR florası üçün tibbi əhəmiyyəti olan yeni taksonların aşkar
olunduğu göstərilir. Bildirilir ki, çöl tədqiqatları zamanı bu vaxta qədər regionun ərazisində
məlum olmayan yeni cins Carpesium L. - Karpezium və yeni növ Carpesium cernuum L. -
Əyilən karpezium 15-20. VII. 2011-ci il tarixlərdə Şahbuz rayonu yaxınlığındakı Rüstəm
meşəsindən, 18-25.VIII.2011-ci il tarixlərdə isə bu rayonun Kənd Şahbuz, Qarababa və
Mahmudoba kəndləri ətrafından toplanmışdır. Əyilən karpezium Naxçıvan MR-in perspektivli
dərman bitkiləri sıyahısına daxil edilməklə, ətraflı öyrənilməyə layiq olduğu qeyd olunur.
Açar sözlər: flora, yeni növ, Carpesium, yeni yayılma yeri, dərman bitkisi
Naxçıvan Muxtar Respublikasının əlverişli relyef şəraiti, özünəməxsus torpaq-iqlim
xüsusiyyətləri, günəşli günlərin çoxluğu burada zəngin floraya malik bitki örtüyünün
yaranmasına və inkişafına səbəb olmuşdur. Hazırda ərazidə 170 fəsiləyə, 874 cinsə daxil olan
2835 növ ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilərin yayıldığı məlum olmuşdur [1].
Buradakı faydalı bitki ehtiyatları içərisində dərman bitkiləri xüsusi əhəmiyyət kəsb edir.
Ərazidə üstünlük nəşkil edən quru, kontinental və kəskin kontinental iqlim şəraiti kserofit tipli
bitkilərin gur inkişafını, onlarda bir sıra fizioloji, biokimyəvi proseslərin güclənməsini və
kimyəvi tərkiblərinin bioloji fəal maddələrlə zənginləşməsini şərtləndirmişdir. Ərazi
florasında elmi təbabətdə və xalq təbabətində geniş istifadə olunan 1000-dən artıq dərman
bitkiləri vardır. Onlardan 150-si müxtəlif illərdə Dövlət Farmakopeyasına daxil edilmiş rəsmi
(ofisial) dərman bitkiləridir. Regionda geniş yayılmış sənaye əhəmiyyətli, təbii ehtiyatı bol
olan dərman bitkiləri çoxdur. Onlara: Achillea millefolium L. - Adi boymadərən, Thymus
kotschyanus Boiss. - Koçi kəklikotu, T.collinus Bieb. - Təpəlik kəklikotu, Hypericum
scabrum L. - Kələkötür dazı, H. perforatum L. - Zəif dazı, Origanum vulgare L. - Adi
qaraqınıq, Agrimonia eupatoria L. - Aptek gücotu, Cephalaria procera Fisch. - Hündür
qantəpər, Equisetum arvense L. - Tarla qatırquyruğu, Fumaria schleicheri Soy. - Şleyxer
şahtərəsi, Peganum harmala L. - Adi üzərrik, Anabasis aphylla L. - Yarpaqsız öldürgən,
Satureja hortensis L. - Çöl nanəsi, Salvia hydrangea DC. ex Benth. - İlanbaş sürvə və b.
daxildir. Regionun zəngin dərman bitki sərvətlərindən səmərəli istifadə etməklə bir sıra
sənaye sahələrini (yeyinti, tibbi, likyor-araq, kosmetik və s.) təmin etməklə yanaşı, vacib
dərman preparatları istehsal etmək və bir çox xəstəlikləri də (ürək-damar, qan təzyiqi, mədə-
bağırsaq, şəkərli diabet, qaraciyər, öd yolları, böyrək daşları və s.) sağaltmaq mümkündür.
Regionda müxtəlif dərman preparatları (mürəkkəb tərkibli yığıntılar, cövhərlər, sulu
dəmləmələr, briketlər, tozlar, məlhəmlər, lasyonlar, şampunlar, kosmetik preparatlar,
biokremlər, pastalar, yağlar, həblər və s.) istehsal edən müəssisələr yaratmaqla dərmana olan
ehtiyacı aradan qaldırmaq, əhalinin sağlamlığını qorumaq və dövlət büdcəsinə əlavə pul
vəsaiti ğətirmək olar. Bunun üçün reğionda kifayət qədər dərman bitki xammalı tədarük
etməyə imkan vardır. Təbii ehtiyatı bol olan Crataegus pentagina Waldst. - Beşyuvalı
yemişandan «Kratemon» və «Kardiovalen», Vinca minor L. - Kiçik qıfotundan «Vinkapan»
və «Devinkan», Datura stramonium L. - Adi dəlibəngdən "Asmatol", Helichrysum plicatum
DC. - Qatlı solmazçiçəkdən (ödotu, süpürgəgülü) "Flamin" və «Arenarin», İnula helenium L.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
- Hündür andızdan «Alanton», Thymus L. - Kəklikotu cincinin növlərindən (7 növ)
«Pertussin», Althaea officinalis L. - Dərman bəlğəmotundan «Mukaltin», Rubia tinctorum L. -
Gürcü boyaqotundan «Sistenal», Leonurus cardiaca L. - Ürək damotundan "Leonurin»,
Astracantha microcephala Podlech -Xırdabaşlıqlı astrakantadan qiymətli gəvən yapışqanı
(kitrə), Polygonum aviculare L. - Quş qızılcığından "Aviculyarın", Glycyrrhiza glabra L. -
Çılpaq şirinbiyandan "Qlisiram", «Qlisirenat», «Bioqastron», «Bioqastron-duedonal»,
«Likviriton» və «Flakarbin», Ephedra aurantiaca Takht et Pachom - Çəhrayı acılıqotundan
"Efedrin", Salvia hydrangea DC. ex Benth. - İlanbaş sürvədən - "Kamfora" istehsal etmək
olar.
Hər il sistemli səkildə apardığımız çöl tədqiqatları zamanı Naxçıvan Muxtar
Respublikasının müxtəlif guşələrindən aşkar etdiyimiz yeni floristik və geobotaniki tapıntılar
bu regionun daha böyük potensial imkanlara malik olduğunu subut edir. “Naxçıvan Muxtar
Respublikası Florasının Taksonomik Spektri” kitabının nəşrindən sonra bir neçə dərman
bitkisi yeni aşkar edilmişdir [1]. Solanum sisimbrifolium L. - Şüvənyarpaq qaragilə, Humulus
lupulus L. - Adi xamırmaya və digərləri buna misal ola bilər [2, 4, 5]. Məlumdur ki, hər bir
bitki növü xarici görünüşünə, kimyəvi tərkibinə, faydalı xüsusiyyətlərinə (qida, yem,
efiryağlı, dərman və s.) görə özünəməxsus, müəyyən əhəmiyyətə malik olmaqla yanaşı, flora
və bitkilik tiplərinin sayca, keyfiyyətcə yaxşılaşmasına, zənginləşməsinə müsbət təsir göstərir.
Buna görə də, çöl tədqiqatlarında ərazi florası və bitkiliyinin yeni xüsusiyyətlərinin
öyrənilməsinə xüsusi diqqətlə yanaşırıq. Deyilənlərə misal olaraq 2011-ci ilin iyul- avqust
aylarında Şahbuz rayonunun ərazisində keçirdiyimiz yerli ekispedisiya zamanı topladığımız
herbari materiallarının kameral işlənməsi və təyini zamanı heç rast gəlmədiyimiz,
tanımadığımız bitki nümunəsi diqqətimizi cəlb etdi. Ədəbiyyat materiallarından, internet
səhifəsindən əldə etdiyimiz məlumatlar və səxsi təcrübəmiz əsasında həmin bitkini tam
dəqiqliklə təyin etməyə və onun Naxçıvan MR florası üçün yeni olduğunu müəyyən etməyə
müvəffəq olduq. Araşdırmalar göstərir ki, topladığımız bitki növü Asteraceae Dumort. -
Asterkimilər fəsiləsinin Carpesium L. - Karpezium cinsinə mənsub olan Carpesium cernuum
L. - Əyilən karpezium növüdür. Bu bitki növü 1753-cü ildə Karl Linney tərəfindən təsvir
edilmişdir. Sonralar Boissiyer, A.A. Qrossheym, 1959-cu ildə B.F. Qolubkova və başqaları
tərəfindən öyrənilmişdir [3]. Bir çox xarici ölkə alimlərinin işlərində də Carpesium cernuum
L. növünün yayılması, bioloji xüsusiyyətləri, ekologiyası, sistematikası və əhəmiyyəti barədə
məlumatlar verilmişdir [8, 10].
Azərbaycan florasının VIII-ci cildində Carpesium L. cinsi F.Q. Axundov tərəfindən
[9] işlənmişdir. Ancaq, qeyd olunan alimlərin heç biri əyilən karpezium bitkisinin Naxçıvan
MR-də yayılmasını göstərməmişdir. Əyilən Karpezium Naxçıvan MR ərazisində ilk dəfə
bizim tərəfimizdən aşkar edilərək toplanmışdır. Bu növ Şahbuz rayonunun ərazisində yerləşən
Rüstəm meşəsi adı ilə adlanan qoruyucu meşə sahəsindən birinci dəfə 15-20. V11. 2011-ci
ildə aşkar edilmişdir. Daha sonra, 10-25.V111-2011-ci il tarixlərdə isə bu rayonun Kənd
şahbuz, Qarababa və Mahmudoba kəndləri ərazisindən yığılmışdır. Rüstəm meşəsi Şahbuz
rayonunun 1,5-2 km-də cənub-şərq istiqamətində Naxçıvançayın sağ sahilində yerləşir.
Meşənin sahəsi çox da böyük deyildir, eni 100-150 m və uzunluğu 1-1,5 km-ə qədər olub, çay
boyu zolaq şəklində uzanır. Rüstəm meşəsində birinci mərtəbəni hündür ağaclar, ikinci
mərtəbəni alçaqboy ağac və kollar tutur. Ücüncü mərtəbəni əhatə edən otluğun layihə örtüyü
95-100% təşkil edir. Suvarılaraq qulluq edildiyindən yaxşı inkişaf edən hündürboylu ot örtüyü
çalınaraq yem kimi mal-qara üçün tədarük olunur. Meşədəki əsas ağac və kollara: Clematis
orientalis L., Carpinus betulus L., C. orientalis Mill., Juglans regia L., Diospyros kaki
Thunb., Tamarix ramosissima Ledeb., T. oktandra Bunge, T. meyeri Boiss., Berberis vulgaris
L., Populus alba L., P. gracilis Grossh., P. х canescens (Ait.) Smith (P. hybrida Bieb.), P.
nigra L., P. tremula L., P. deltoides Marsh., Salix purpurea L., S. alba L., S. wilhelmsiana
Bieb., S. triandra L., S. babylonica L., Ulmus minor Mill., U. glabra Huds., U. scabra Mill.,
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Morus alba L., M. nigra L., M. rubra L., Amygdalus communis L., Armeniaca vulgaris Lam.,
Cerasus avium (L.) Moench, C. microcarpa (C.A. Mey.) Boiss., Crataegus monogyna Jacq.,
Cydonia oblonga Mill., Malus domestica Borkh., Mespilus germanica L., Prunus divaricata
Ledeb., P. domestica L. və b.aiddir. Onlardan: Populus tremula - Titrək qovaq, P. nigra -
Qara q., P. gracialis - Qələmə q., Salix alba - Ağ söyüd, S.wilhelmsiana -Vilhelm söyüdü
(civir), Carpinus orientalis - Şərq vələsi, Gleditschia triacanthos - Üçtikanlı şeytanağacı,
Prunus divarirata - Dağınıq alça, Crataegus monogyna - Biryuvalı yemişan, C. orientalis -
Şərq y., Tamarix Meieri - Meyer yulğunu dominant və edifikator rolu oynayırlar.
Meşənin ot örtüyü zəngindir. Növ tərkibində taxıl, paxlalı və müxtəlif ot nümunələri
iştirak edir. Bəzi yerlərdə hündür andız, uzunyarpaq yarpız, ürək damotu, kiçik qaytarma,
ikievli gicitkan, artıq nəmli yerlərdə enliyarpaq ciyən cəngəllikləri diqqəti cəlb edir.
Ümumiyyətlə, əyilən karpezium bitdiyi yerlərdə 75-80 növ müxtəlif həyat formalı ot bitkisi
qeyd olunmuşdur. Onlardan daha səciyyəvi olanları aşağıdakılardıan: Carpesium cernuum L.,
Epipactis palustris (L.) Grantz., Orchis mascula (L.) L., Gladiolus atroviolaceus Boiss.,
İxiolirion tataricum (Pall.) Herb., Ornithogalum ponticum Zahar., Bellevalia caucasicum
(Griseb.) Baker, Asparagus verticillatus L., Juncus littoralis C.A. Mey., Typha laxmannii
Lepech., T. latifolia L., Elytrigia repens (L.) Nevski, Aegilops cylindrica Host, Hordeum
leporinum Link., Deschampsia caespitosa (L.) Beauv., Calamagrostis epigeios (L.) Roth.,
Loliolum rigida (L.) Griseb., Poa bulbosa L., Dactylis glomerata L., Butomus umbellatus L.,
Alisma lanceolatum With., Ranunculus arvensis L., R. repens L., Thalictrum minus L.,
Amaranthus albus L., A. blitoides Wats., Atriplex tatarica L., Chenopodium botrys L.,
Persicaria hydropiper (L.) Spach, P. maculata (Rafin.) A. et D. Löve, Polygonum aviculare
L., Rumex acetosa L., Hypericum perforatum L., Viola odorata L., Reumuria cistoides
Adams, Datisca cannabina L., Alliaria petiolata (Bieb.) Cavara et Grande.,Capsella bursa-
pastoris (L.) Medik., Nasturtium offisinale R.Br., Sisymbrium loeselii L., Abutilon theophrasti
Medk., Malva neglecta Wallr., M. sylvestris L.,Urtica dioica L., U.urens L., Chrozophora
tinctoria (L.) Adr. Juss., Euphorbia seguieriana Neck., Agrimonia eupatoria L., Potentilla
recta L., P. reptans L., P. supina L., Tribulus terrestris L., Zygophyllum fabago L., Achillea
millefolium L., A. setacea Waldst. et Kit., Acroptilon repens (L.) DC., Arctium lappa L., A.
tomentosum Mill., Artemisia abrotanum L., A. absinthium L., A. vulgaris L., Bidens tripartita
L., Centaurea solstitialis L., Chondrilla juncea L., Cichorium intybus L., Cirsium arvense
(L.) Scop., Erigeron caucasicus Stev., Eupatorium cannabinum L., Inula helenium L.,
Lactuca serriola L., Sonchus arvensis L., Taraxacum officinale Wigg., Tragopogon
graminifolius DC., Xanthium spinosum L., X. strumarium L., Galium aparine L., Rubia
tinctorum L., Centaurium pulchellum (Sw.) Druce, C. meyeri (Bunge) Druce, Datura
stramonium L., Hyoscyamus niger L., Solanum dulcamara L., Convolvulus arvensis L.,
Cuscuta europaea L., Asperugo procumbens L., Heliotropium ellipticum Ledeb.,
Lithospermum officinale L., Lycopsis orientalis L., Veronica anagallis-aguatica L., Plantago
lanceolata L., P. major L., Catalpa bignonioides Walt., Campsis radians (L.) Seem., Verbena
officinalis L., Ballota nigra L. və digərlərindən ibarətdir.
Əyilən karpezium sıx cəngəllik əmələ gətirmir. O tək-tək, bir neçəsi bir yerdə və kiçik
qruplarla, digər bitkilərlə qarışıq halda inkişaf etmişdir. Bir çox müəlliflər Azərbaycan
florasında, Qafqaz florasında, keçmiş SSRİ florasında bitkinin 30-60 sm hündürlükdə
olduğunu qeyd edirlər [3, 5, 6, 7, 8]. Bizim fikrimizcə ayrı-ayrı ölkə və vilayətlərdə, müxtəlif
ekoloji şəraitdə onların hamısı dəqiq 30-60 sm hündürlükdə ola bilməz. Yapon, Çin və
Koreya botanikləri isə bitkinin 80-100 sm hündürlükdə olduğunu bildirirlər [11, 12]. Rüstəm
meşəsindən topladığımız herbari nümunələrinin və birbaşa təbiətin özündən götürdüyümüz
ölçülərdə əyilmiş karpeziumun hündürlüyü 60-75 sm və 90-110 sm hündürlüklər arasında
dəyişilmişdir. Bəzi əlverişli yerlərdə isə onun hündürlüyü 115 sm təşkil edir. Əyilən
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
karpezium bitkisi haqqında bir çox botaniklər məlumat almaq istədiklərinə görə onun
yayılması, bioloji xüsusiyyətləri və əhəmiyyəti barədə bir qədər ətraflı məlumat veririk.
Yer kürəsində cinsin neçə növünün yayılması da dəqiq verilmir. V.F. Qolubkova 9
növ [8]. Q.F. Axundov 20 növ [9]. Xarici ölkə alimləri isə 100 növün olduğunu bildirirlər [11,
12]. A.A. Orossheym Qafqazda və o cümlədən Azərbaycanda Karpezium cinsinin 2 növünün
olduğunu göstərir. Onun qeydinə görə Qafqazda: C. cernuum və C. abratonoides L. növləri
yayılmışdır [3]. Q.F. Axundov da 1960-cı ildə həmin növləri Azərbaycan florası üçün
vermişdir. Hər iki növ xarici görünüşünə görə oxşar olduğundan onların oxşar və fərqli
əlamətlərini faktik materiala və ədəbiyyat mənbələrində olan məlumatlarla müqayisə etdikdən
sonra bizim topladığımız növün məhz C. cerruum olduğunu dəqiqləşdirmişik. Belə ki, əyilən
karpeziumun səbəti daha iri olub, 12-18 mm. enə malikdir, budaqların sonunda tək-tək
yerləşir və əyiləndir. C. abratonoiofes növündə isə əksinə çiçək səbəti ondan kiçik olmaqla
yanaşı, yarpaqların qoltuğunda 2-3 ədəd yerləşir, eyni zamanda əyilən deyildir.
Əyilən karpezium Azərbaycanda Böyük Qafqazın Quba və Lənkəran rayonlarının
ərazilərində meşə ekosistemində, açıq otlu sahələrdə və tarlalarda əsasən aşağı və orta dağ
qurşaqlarında nadir halda rast gəlinir. Azərbaycandan kənarda Uzaq Şərqdə, Orta Asiyada,
Orta Avropada, Hindistanda, Pakistanda, Tibetdə, Yaponiyada, Koreyada, Çində, İtaliyada
yayılmışdır. İlk dəfə İtaliyadan təsvir olunmuşdur. Bu növün nümunəsi Berlində saxlanılır.
Digər müəlliflərdən fərqli olaraq A.A. Qrossheym onun Çerkesiyada, Kaxetiyada və Talışda
da olduğunu göstərir [3].
Sistematik cəhətdən Carpezium cernuum növü Magnoliophyta şöbəsinə,
Magnoliopsida sinfinə, Asterales sırasına, Asteraceae Dumort fəsiləsinə, Carpesium L.
cinsinə, Conyzoides DC. seksiyasına daxildir. Carpesium cernuum adı yunan dilindən
götürülmüşdür. Karpesion sözü küləş, saman mənasında işlənir. Belə ki, onun sarğısının
daxili yarpaqları quru və sarıdır.
Çoxillik bitkidir, bəzi mənbələrdə ikiillik olduğu güman edilir. Gövdəsi düzdür, bu və
ya digər dərəcədə dağınıq budaqlanır. Hündürlüyü yuxarıda qeyd olunduğu kimi 30-60 sm
deyil, 85-110 və 90-115 sm arasında dəyişir. Yarpaqları nazik olub, uzunsov-kürəşəkillidir, 9-
25 sm uzunluqda, 4-6 (7-8) sm. enindədir, ellipsvari-lansetşəkill və ya uzunsov rombvaridir,
iti yaxud qısa sivriləşmişdir, oyuqlu və az dişciklidir. Aşağıdakı yarpaqları qısa saplağa
doğru, yuxarıdakı yarpaqları isə ensiz pazvari daralmışdır. Çiçək səbətləri tək-tək budaqların
sonunda yerləşmişdir, əyiləndir, qatlanmış uzun çiçəkaltlığı yarpaqcıqları ilə əhatə
olunmuşdur. Sarğısı enli zəngvari olub, 2-18 mm enindədir Onun xarici yarpaqları oxvaridir,
uzunsovdur, kütdür, dağınıqdır, daxildəkilər bir qədər dərivaridir, sıxdır, çiçəkləri sarıdır.
Toxumcaları üçtilli kəndirvaridir, təqribən 4 mm uzunluqdadır, ensiz uzunsovdur, buruncuqla
birlikdə şırımlıdır. Səbəti 1,5-2,5 sm diametrindədir. Toxumcası xətvaridir, 4,5-5 x 1 mm-dir.
İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir (şək.).
Şəkil. Carpesium cernuum L.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Əyilən karpeziumun yaxşı dərman bitkisi olduğu xarici ədəbiyyat mənbələrindən
məlum olmuşdur. Tərkibində vacib bioloji fəal maddələr vardır. Bitkidən iki yeni
seskviterpen laktonu müxtəlif quruluş tipli 22 məlum seskviterpenoidlərlə birlikdə alınmış və
Carpesium cernuum növündən təcrid edilmişdir. Bundan başqa Carpesium cernuum
növündən alınmış Carpesides preparatı, iki yeni: 8-0-4-(1-6)-B-D-qlükopiranozid, bir yeni
monoterpenoid diqlükozidi 10 məlum qlükozid birləşmələri ilə birlikdə Carpesium cernuum
bitkisinin yerüstü hissəsindən ayrılmışdır. Yeni qlükozidlərin quruluşu spektroskopik
kimyəvi analiz metodlarının köməyi ilə müəyyən edilmişdir [11, 12].
Carpesium cernuum kimyəvi tərkibindən də göründüyü kimi qiymətli dərman bitkisi
olmaqla mühüm əhəmiyyəti vardır [7, 11, 12]. Xarici ölkələrdə dərman məqsədi ilə bitkinin
yerüstü hissəsi (Herba), daha doğrusu gövdəsi, yarpaqları və çiçəyi istifadı olunur. Xalq
təbabətində onun sulu dəmləməsi yüksək temperatura ilə soyuqdəymələrdə müşayət olunan
diş ağrısında, kəskin enteritdə, dizenteriyada, sidik yolları üzvlərinin infeksiyalı
xəstəliklərində və limfatik böyüməsində istifadə olunur.
Əyilən karpeziumun qeyd olunan qiymətli cəhətlərini nəzərə alaraq, onun
Respublikamızın biokimyaçıları tərəfindən daha ətraflı öyrənilməsini, elmi təbabətdə və xalq
təbabətində istifadə olunmasını təklif edirik.
Beləliklə, Naxçıvan MR-nin florası və bitkiliyinin sistematik şəkildə tədqiq olunması
və yeni faydalı xüsusiyyətlərinin öyrənilməsi zamanı Şahbuz rayonu ərazisində bu vaxta
qədər regionun florası üçün göstərilməmiş yeni taksonlar: cins Carpesium L. və növ
Carpesium cernuum L. tərəfimizdən 15-20 V11 2011-ci il tarixlərdə Rüstəm müşəsindən, 18-
25.VIII.2011-ci il tarixlərdə isə Kənd Şahbuz, Qarababa və Mahmudoba kəndləri ətrafından
yığılaraq ərazi florasına əlavə edilmişdir. Yeni aşkar edilmiş tapıntı həm də ərazinin bitki
örtüyündə onun üstün olduğu yeni bitki senozlarını müəyyənləşdirməyə imkan vermişdir.
Əyilən karpezium Naxçıvan MR-in faydalı bitki sərvətlərinə yeni dərman bitkisi kimi daxil
edilmişdir.
Dostları ilə paylaş: |