ƏDƏBIYYAT
1.
Гроссгейм А.А. Определитель растении Кавказа. Сов. Наука. Москва 1948
2.
Черепанов С.К. 1995. Сосудистые растения сопредельных государств. Санкт-
Петербург, «Мир и семья-95»
3.
Флора Азербайджана, т. 3-7, Издательство Академии Наук Аз. ССР
4.
Cotton C. M.: Ethnobotany. Principles and applications. Wiley, Chichester 1997
5.
Vagn Jorgensen Brøndegaard: Ethnobotanik. Pflanzen im Brauchtum, in der Geschichte
und Volksmedizin (Beiträge zur Ethnomedizin, Ethnobotanik und Ethnozoologie; Bd. 6).
Verlag Mensch & Leben, Berlin 1985
6.
Əliyev N. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. BAKI- “Elm” 1996
7.
Azərbaycan etnoqrafiyası (1988) Bakı, Elm: s.279
8.
Гасымов Г.З., Кулиев В.Б., Ибадуллаева С.Д. Дикорастушие пищевые растения в
Нахичеванской
Автономной
Республике
Азербайджана
по
материалам
этноботанических исследований. Растительные ресурсы, Изд. Наука т. 45, вып. 2. 2009,
стр. 110-116
9.
Şükürov E.S. Azərbaycanın şimal-şərq rayonlarının florası, bitki örtüyü,
biomüxtəlifliyinin qorunması və səmərəli istifadə edilməsi. Biol. elm. üzrə nam... dis. Baki,
2003.
sclarea L.
sürvə
və spirtsiz içkilər
hazırlanır. Konditer
sənayesində istifadə
olunur.
xəstəliyində,
revmatizmdə,
taxikardiyada və
s.
Melissa
officinalis
L.
Dərman
bədrənci
VI-VIII Yarpağı, cavan
zoğu,
Çiy və qurudulmuş
halda isti və soyuq
yeməklərdə,
marinadlaşmada,
likor
istehsalında
istifadə olunur.
Spazmolitik,
hipotenziv
Origanum
vulgare L.
Adi
qaraqınıq
VI-VII
otu
Ədva kimi ət
məhsullarına qatılır.
Spirtli
içkilərin
istehsalında istifadə
olunur.
Bəlğəmgətirici,
həzmi
yaxşılaşdırıcı,
sedativ
Viburnaceae Rafin.
Viburnum
opulus L.
Adi
başınağacı
IX-X
Meyvələri
Sərinlədirici içkilər
alınır,
marinadlaşdırılır,
konditer sənayesində
istifadə olunur.
Qankəsici
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
198
РЕЗЮМЕ
ЭТНОБОТАНИЧЕСКИЙ АНАЛИЗ НЕКОТОРЫХ ВИДОВ ДИКОРАСТУЩИХ
РАСТЕНИЙ, ПРИМЕНЯЕМЫХ ДРЕВНИМИ АЗЕРБАЙДЖАНЦАМИ В
СЕВЕРО-ВОСТОЧНЫХ РЕГИОНАХ
Алиева Ш.Г.
Институт Ботаники НАНА
С целью этноботанического опроса были организованы экспедиции в северо-
восточные регионы Азербайджанской Республики (Худат, Хачмас, Куба, Кусары,
Шабран, Сиазань, Хызы, северная часть Сумгаита). Были собраны сведения о полезных
растениях, используемых населением с древних времен в народной медицине и
повседневной жизни в качестве продовольствия и напитков, а также была составлена
таблица по этим сведениям. Было выявлено, что наиболее используемые виды (12
видов) относятся к семейству Rosaceae;, а представители других семейств (в
количестве 1 или 2) помещены в таблице.
Ключевые слова: этноботаника, народная медицина, методы использования
SUMMARY
ETHNOBOTANICAL ANALYSIS OF SOME WILD PLANT SPECIES
USED BY ANCIENT AZERBAIJANIES IN THE NORTH-EASTERN REGIONS
Aliyeva Sh.G.
Institute of Botany of the ANAS
Scientific trips have been arranged to the North-Eastern regions of the Azerbaijan Republic
as: Khudat, Khachmaz, Guba, Gusar, Shabran, Siyazan, Khyzy and Northern part of Sumgait
and ethno-botanical inquiries were held among the people. Data on the useful plants used by
the people in medicine as well as food and beverage have been acquired and a table was
compiled. It was realized that the most used species (12sp-s) concerned to the Rosaceae
Family; one or two representatives of the other families were placed into the table.
Key words: ethnobotany, traditional medicine, methods of use
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
199
UOT 577.58
BƏZI DƏRMAN ƏHƏMİYYƏTLİ AĞAC VƏ KOL BITKILƏRININ
ISTIFADƏSI HAQQINDA
Qəhrəmanova M.C.
Məqalədə Azərbaycan florasında yayılan və xalq təbabətində geniş istifadə ediən
dərman əhəmiyyətli ağac və kol bitkiləri haqqında məlumat verilmişdir. Bitkilərin dərman
kimi istifadə edilən orqanları və fazaları dəqiqləşdirilmiş, onların bioekoloji və müalicəvi
xüsusiyyətləri müəyyən edilmişdir.
Açar sözlər: dərman bitkiləri, fitoterapiya, bioekologiya
İnsanlar ta qədim zamanlardan baş verən xəstəliklərin müalicəsi üçün təbiətdən, başqa
sözlə bitkilər aləmindən geniş istifadə etmişdir. İnsanlar bitki aləmi ilə təmasda olduqca
onların faydalı cəhətlərini öyrənmiş və tətbiq etmişdir. Dünya xalqlarının minillərlə apardığı
belə müşahidələr nəticəsində yüzlərlə bitkilərin müalicəvi və digər faydalı xüsusyiiətləri
öyrənilmişdir. Hər bir vilayətdə ara həkimləri fitoterapiya ilə insanları müalicə etmişdir. Orta
əsr Azərbaycan təbabətində 387 bitki növündən istifadə olunduğu halda, təəssüf ki, müasir
Azərbaycan təbabətində onların 252 növü (69%) farmokapeyaya daxil edilməmiş, cəmi 135
növü rəsmi dərman bitkisi kimi qəbul olunmuşdur. Azərbaycan florasının 150 fəsilə, 1000
cinsə, 5000-ə yaxın bitki növündən, 300-ə qədəri hazırda xalq təbabətində istifadə edilir.
Lakin, bu bitkilərin bəziləri barədə ədəbiyyatlarda indiyədək məlumatlar yoxdur.
Azərbaycanda dərman bitkilərinin öyrənilməsi istiqamətində mütəxəssislər tədqiqatlar
aparmışdırlar: Y. Rzazadə (1942), İ. Dəmirov (1970-1998), Y. Kərimov (1988-2008),
Ş.Qədimov (1984-1997), N. Əliyev (1998), S. İbadullayevavə (2001-2011) s. Xalq və elmi
təbabət ilə bağlı kitablar nəşr edilmiş, onlarla dərman bitkilərinə aid monoqrafiyalar
yazılmasına baxmayaraq dərc edilmiş əsərlərdə floramızda yayılan bəzi dərman bitkilərinin
əhəmiyyəti barədə məlumatlar tam verilməmişdir.
MATERIALLAR VƏ METODIKALAR
Dərman bitkilərinin öyrənilməsində klassik və müasir metodikalardan istifadə
edilmişdir [2, 8]. Bitklərin həyat formaları öyrənilmiş [6, 10] və istifadə sahələri
araşdırılmışdır [1, 4, 5, 7, 9].
EKSPERİMENTAL HİSSƏ
2008-2012-ci ildə Azərbaycan florasının dərman, qida, aromatik və ümumiyyətlə
bütün faydalı bitkilərinin etnik istifadəsinin müəyyənləşdirilməsi üçün kompleks tədqiqatlar
həyata keçirilmiş, əldə edilən məlumatlar qeydə alınmış və 70-dən cox dərman bitkisinin
istifadə imkanları həkimlərlə, eyni zamanda bölgələrdə yerli əhali ilə məsləhətləşərək ortaya
çıxarılmışdır. Aşağıda xalq təbabətində istifadə edilən bəzi dərman bitkilərinin bioekoloji və
fitoterapevtik xüsusiyyətləri barədə məlumat verilir.
Qeyd etmək lazımdır ki, ərazilərin təbii şəraitinin özünəməxsusluğu onun florasının
sistematik tərkibində əks olunduğu halda, onun ekoloji şəraitinin bircinsli olmaması bitki
örtüyündəki fitosenozların, dominantların, həyatı formalarının tərkibini təyin etməyə imkan
yaradır. Tədqiqatlar zamanı biomorfoloji nişanələr və onların təkamülünü nəzərə almaqla,
bitkilərin həyati formalarının ekoloji təsnifatı öyrənilmiş, müalicə məqsədilə istifadə edilən
orqanın toplanımması vaxtına da nəzər yetirilmişdir.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
200
Pinus sylvestris L. – Küknar. Yarpaq və tumurcuqlarından bişməcələr, bəzi dəri
xəstəlikləri, qoturluq, faringit, öskürək və raxit, əleyhinə, sidikqovucu kimi istifadə edilir. Ç.
və T. III-IV.
Juniperis communis L. – Ardıc. Meyvələri revmatizm, nevralgiya, öskürəyə qarşı,
həzmi yaxşılaşdıran, ödqovucu və sidikqovucu kimi işlədilir. Ç. və T. V-XI.
Betula pendula Roth. – Tozağacı. Çiçək qrupu, tumurcuq, yarpaqları sidik və
ödqovucu kimi, hipo və avitaminoz, kəskin və xroniki ekzemalar, revmatizm, qoturluq,
leyşmanioz, qurd xəstəlikləri, mədə ağrıları zamanı xlq arasında istifadə edilir. Ç. və T. IV-X.
Fagus orientalis Lipsky. – Fısdıq. Oduncaq və fındıqçaları yuxarı tənəffüs yollarının
katarı, ağciyər irinli-iltihablı, vərəmin ilk stadiyalarında, dərinin müxtəlif xəstəliklərində
işlədilir. Ç. və T. IV-X.
Quercus robur L. – Palıd. Qabığı və az hallarda qozası stomatit, qinqivit, xroniki
tonzillit, mədə-bağırsaq qanaxmaları, qarın işləmələrində, qarın sancısı, yanıq, dəri
xəstəlikləri zamanı işlədilir. Ç. və T. V-IX.
Morus alba L. – Tut. Meyvə, kök qabığı, gövdə yarpağı ürək və damar sistemi,
qanazlığı, skarlatina, məxmərək, angina, mədə xorası, revmatizm, qurd qovucu,
soyuqdəymələr, epilepsiya, qoturluq zamanı işlədilir. Ç. və T. IV-VI.
Berberis vulgaris L. Yarpaqları, kökü, qabığı, meyvələri raxit, qanazlığı, malyariya,
revmatizm, sarılıq, şəkərli diabet, mədə-bağırsaq xəstəlikləri, angina, öskürək və iltihab
əleyhinə, göz və öd kisəsi xəstəliklərində, ödqovucu, leyşmaniyozda, daxili qanaxmalarda və
s. işlədilir. Ç. və T. IV-IX.
Ribes nigrum L. Yarpaq və giləmeyvələri avitaminoz, böyrək xəstəlikləri,
soyuqdəymələrdə, qastrit, xolesistit, anemiya, revmatizm, infeksion, tənəffüs yolu xəstəlikləri,
dəri xəstəlikləri, duzqovucu, ürək-damar sisteminin tonuslandırıcı kimi işlədilir. Ç. və T. V-
VII.
Malus orientalis Uglitzk. –Alma. Meyvə və toxumları kəskin və xroniki ishal, kolit,
qanazlığı, revmatizm, dezinteriya, şəkərli diabet, ürək xəstəlikləri, piylənmədə və bronxitdə
istifadə edilir. Ç. və T. IV-X.
Rosa canina L. – İtburnu. Tam yetişmiş meyvələri avitaminoz, sinqa, hemorragik
diatez, xolesistit, hepatit, böyrək və sidik kisəsi, mədə-bağırsaq xəstəlikləri, yanıqlar, yaralar,
infeksiyalara qarşı işlədilir. Ç. və T. V-IX.
Sorbus caucaisgena Kom. – Quşarmudu. Meyvələri mədə-bağırsağ xəstəlikləri,
dezinteriya, şəkərli diabet, avitaminoz, sidik qovucu, işlədici, tərqovucu, qanbərpaedici
təsirləri vardır. Ç. və T. V-IX.
Crataegus pentagyna Waldst. et. Kit – Yemişan. Meyvə və çiçəkləri ürək əzələsinin
qıcıqlanmasını azaldır, yığılmasını gücləndirir, beyin və ürək qan dövranını yaxşılaşdırır,
aritmiyanı, taxikardiyanı kəsir, hipertireozda işlədilir. Ç. və T. V-IX.
Rubus caesius L. – Moruq. Meyvə, yarpaqları və kökü ishal, dezinteriya, qanazlığı,
avitaminoz, xroniki mədə-bağırsaq, ürək zəifliyi, şəkər xəstəliyi, vərəm, angina, yanıqlar,
ekzema, dəmirov, soyuqdəymələrdə işlədilər. Ç. və T. VI-IX
Filipendula ulmaria (L.) Maxim. Çiçək və kökümsovu, yerüstü hissə soyuqdəymə,
ishal, dezinteriya, müxtəlif dəri xəstəlikləri, qaşınan dəmirov, qurdqovucu, sidikqovucu,
mədə, ağciyər qanaxmaları zamanı işlədilir. Ç. və T. VI-VIII.
Rubus idaeus L. – Böyürtkən. Meyvə yarpaqları bronxit, soyuqdəymə, qanaxma,
qanbərpaedici kimi, qusma əleyhinə, iştahartırıcı, yüngül diüretik kimi işlədilir. Ç. və T. VI-
VIII.
Armenica vulgaris Lam.- Ərik. Meyvələri, çəyirdəyi, ağacın yapışqanı sinəyumşaldıcı,
bəlğəmgətirici, həzm yaxşılaşdırıcı, maddələr mübadiləsi, ürək-damar sistemi fəaliyyətinə
müsbət təsir göstərir, qurdqovucu təsirə malikdir. Ç. və T. III-VIII
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
201
Glycyrrhiza glabra L. – Biyan. Kök və kökümsovları Mədə xorası, iltihabı proseslər,
Adisson xəstəliyi, göy-öskürək, ağciyər vərəmi, quru bronxit, ət və göbələk zəhərlənmsi,
ekzema, qırmızı qurd eşənəyində istifadə olunur. Ç. və T. V-IX
Peganum harmala L. – Üzərlik. Bütün hissələri Sinir xəstəlikləri-epidemik ensefalit,
parkinsonizm; soyuqdəymə, malyariya, revmatizma, qoturluq, sidikqovucu və tərqovucu
kimi, mədə xəstəliklərində işlədilir. V-VIII.
Rhus coriaria L. Cavan yarpaq və meyvə Malyariya, qarın ağrısı, qanlı ishal,
dezinteriya, şəkərli diabet, iştahartırıcı kimi işlədilir. V-X
Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tədqiq edilən bitkilərin bir qismi
florada geniş yer alır və bunlardan bir bioloji xammal bazası kimi istifadə etmək olar. Lakin
bəzi bitkilər də vardır ki, limitsiz toplanıldığına görə itmək təhlükəsi altındadır. Bunu nəzərə
alaraq bəzi dərman bitkilərinin kolleksiyalarının yaradılması tövsiyyə olunur.
ƏDƏBIYYAT
1.
Дамиров И.А., Прилипко Л.И., Шукюров Д.З., Керимов Ю.Б. Лекарственные
растения Азербайджана. Баку: 1988, 319 с.
2.
Зайко Л.Н., Пименова М.Е., Масликов В.Ю. Обзор метода и результатов по
изучению лекарственных растений России (По маиериалом ВИЛАР). Материалы Межд.
Науч.-Прак. Конф. Современные проблемы фитодизайна. Белгород, 2007, с.148-157.
3.
Керимов Ю.Б., Исламова Н.А., Халилов Д.С., Джафарова Р.Э., Сулейманов Т.А.,
Исаев Д.И., Агаев Э.М. Перспектива использования лекарственного растительного
сырья и производства фитопрепаратов в Азербайджане. Баку: 1996, 84 с.
4.
Прилипко Л.И. и др. Лекарственно-растительные ресурсы природно-
экономических зон Азербайджанской ССР. Баку: 1965, 134 с.
5.
Российский Д.М. Отечественные лекарственные растения и их врачебное
приложение. М.: Медгиз, 1944, 90 с.
6.
Серебряков И.Г. Жизненная форма высших растений и их изучение. Полевая
геоботаника. М.: Наука. Т.З., 1964, 146-202 с.
7.
Совроменная фитотерапия / Под ред.В.Петкова, София, 1988, 976с.
8.
Соколов С.Я. Фитотерапия и фитофармакология. Москва, Мед.Инфарм.агенство,
2000, 971с.
9.
Турова А.Д., Сапожникова Э.Н. Лекарственные растения СССР и их применение.
М.: Медицина, 1984, 230 с.
10.
Флора Азербайджана. ТТ. I-VIII. Баку: 1950-1961
РЕЗЮМЕ
ИСПОЛЬЗОВАНИЕ НЕКОТОРЫХ ДЕРЕВЬЕВ И КУСТАРНИКОВ
ЛЕКАРСТВЕННОГО ЗНАЧЕНИЯ
Гахраманова М.Д.
В статье предоставляются сведения об использовании некоторых деревьев и
кустарников лекарственного значения, распространенных в Азербайджане. Были
уточнены органы и фазы растений, используемые как лекарство, а также установлены
их биоэкологические и лекарственные особенности.
Ключевые слова: лекарственные растения, фитотерапия, биоэкология
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
202
SUMMARY
USE OF SOME TREES AND BUSH PLANTS OF MEDICINAL SIGNIFICANCE.
Qahramanova M.J.
The article is provided with information about use of some tress and bush plants of medicinal
significance spread in Azerbaijan. Parts and phases of plants used as medicine were specified
and their bioecological and medicinal peculiarities have been ascertained.
Key words: medicinal plants, phytotherapy, bioecology
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT 581.9:668.53:61
AZƏRBAYCANDA SENECIO GRANDIDENTATUS LEDEB. NÖVÜNÜN EHTIYATI
VƏ MIKROBIOLOJI TƏDQİQİ
Ağayeva S.O.
Azərbaycan MEA Botanika İnstitutu, Bakı, Badamdar şossesi, 40
Məqalə Senecio grandidentatus Ledeb. növünün yayılması, ehtiyatı və antifunqal
aktivliyinin öyrənilməsinə həsr edilib.
Açar sözlər: Asteraceae, Senecio grandidentatus, bioloji ehtiyat, antifunqal aktivlik,
Trichoderma lignorum, Fusarium oxysporium, Aspergillus niger
Senecio L. – Xaçgülü cinsi Yer kürəsində Asteraceae Dumort. fəsiləsinin geniş
yayılmış və özündə 3000-ə yaxın növü cəmləşdirən cinslərindən biridir. Onun Qafqazda 32,
Azərbaycanda – 18 növünə rast gəlınır [8]. Xaçgülünün növləri əsasən bir-, iki- və coxillik
bitkilər olmaqla arandan subalp qurşağına kimi yayılmışlar [8]. Onlar dərman, bal verən, yem
əhəmiyyətli, dekorativ bitkilərdir.
Ədəbiyyat məlumatlarına görə iri dişli xaçgülünün tərkibində kauçuk [2], köklərində -
alkoloidlər (senesifillin, platifillin), poliasetilen birləşmələr [4, 5]; yerüstü hissəsində -
monoterpenoidlər, alkoloid – senesifillin, poliasetilen birləşmələr [4, 5], ali alifatik
karbohidratlar [11]; gövdə və yarpaqlarında – alkoloidlər vardır [6].
MATERIAL VƏ METODLAR
Tərəfimizdən Senecio grandidentatus Quba rayonunun Qedik, İsnov, Çiçi, Səbətlər
kəndlərindən, həmçinin Xaçmaz rayonunun Muxtadır, Niyazoba, Sabiroba, Aşağıoba kəndləri
və Nabran qəsəbəsinin müxtəlifotlu çəmənlərindən kütləvi çiçəkləmə fazasında yığılmışdır.
Ehtiyatı «Методика определения запасов лекарственных растений» [3] metodu
əsasında hesablanmışdır.
Senecio grandidentatus növünün və onun su ekstraktının antifunqal aktivliyi ümumi
qəbul olunmuş metod əsasında AMEA Mikrobiologiya İnstitutunun Muzeyində saxlanılan
Trichoderma lignorum, Fusarium oxysporium və Aspergillus niger mikroskopik
göbələklərinə qarşı yoxlanılmışdır [1].
ALINAN NƏTICƏLƏRIN MÜZAKIRƏSI
İri dişli xaçgülü çoxillik bitkidir. Gövdəsi 60-200 sm hündürlükdə, düzduran. yuxarı
hıssədə qalxanvari-süpürgəvaridir. Yarpaqları yumurtavari – uzunsov və ya uzunsov,
lirəşəkilli lələkvari və ya lələkvari yarılmış, kənarları qeyri-bərabər iri dişlidir, kök ətrafi
yarpaqları tez solan, aşagı gövdə yarpaqları qısa saplaqlı; orta və yuxarı – dərin lələkvari
bölünmüş, bəzən dilimli, oturaq, əsasında gövdəni bürüyən qulaqcıqlıdır. Səbətləri cöx sayda,
boş qalxanvari – süpürgə çiçək qrupunda toplanmışlar. Dilşəkilli çiçəkləri qızılı-sarı
rəngdədir. Toxumcaları 2 mm uzunluqda, xətti, sıx və ya seyrək tüklü; uçağanı çirkli ağ, 2-3
dəfə toxumcadan uzundur.
İyun-avqust (sentyabr) aylarında çıçəkləyir, iyul-sentyabr (oktyabr) aylarında
toxumlayır.
Senecio grandidentatus Azərbaycanın Samur-Dəvəçi ovalığında, Böyük Qafqazın
Quba sahəsində və şərqində, Kür düzündə, Kiçik Qafqazın şimal və mərkəzində, Naxçıvanın
dağlıq hissəsində və Lənkəran ovalığında yayılmışdır. O, arandan orta dağ qurşağına kimi
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
(1800 m) meşə və kolluqlarda, talalarda, çaqıl çay daşları arasında, bağlarda, tarlalarda, dəniz
sahili zolaqda rast gəlinir [4]. Mezokserofit bitkidir.
Senecio grandidentatus Quba rayonunun Qedik, İsnov, Çiçi, Səbətlər kəndlərində
Rubus anatolicus, Calamagrostis pseudophragmites Hall. fil. Koel., Urtica dioica L.,
Artemisia annua L. növləri ilə qruplaşmalar əmələ gətirir. Bu qruplaşmalarda, həmçinin,
Humulus lupulus L., Origanum vulgare L., Anthemis cotula L., Achillea nobilis L.,
Pimpinella affinis Ledeb. və c. bitkilərə rast gəlinir.
Xaçmaz rayonunda Senecio grandidentatus Muxtadır, Niyazoba, Sabiroba, Aşağıoba
kəndləri və Nabran qəsəbəsinin dəniz sahili boyunca Trachomitum sarmatiense + Lythrum
salicaria + Rubus caesius assosiasiyasinda komponent kimi iştirak edir. Burada psammofit-
littoral bitkilik tipinə aid olan nümayəndələrdən Argusia sibirica (L.) Dandy, Convolvulus
persica L., Cynanchum acutum L., Pulicaria disenterica (L.) Bernh., Daucus carota L.,
Eupatorium cannabinum L. və s. qeyd etmək olar.
Tədqiq olunan rayonlarda Senecio grandidentatus növünün yerüstü hissəsinin ehtiyatı
hesablanmışdır. Nəticələr cədvəl 1-də verilmişdir.
Cədvəl 1.
Senecio grandidentatus növünün yerüstü hissəsinin ehtiyatı
Rayon
Tutduğu
sahə, ha
1m
2
-də
bitkinin sayı
1 bitkinin
yerüstü
hissəsinin
orta çəkisi,q
Xammalın
bioloji
ehtiyatı, t
Xammalın
məhsuldarlığı,
kq/ha
Xaçmaz
10
10,6±1,2
7,5±0,8
0,80±0,12
79,5±12
Quba
12
“--------“
“---------“
0,95±0,14
“---------“
Cədvəl 1-dən göründüyü kimi, iri dişli xaçgülünün Xaçmaz rayonunda bioloji ehtiyatı
0,8 t, Quba rayonunda isə 0,95 t təşkil edir. Beləliklə, hər iki rayondan 1,75 t xammal tədarük
etmək olar.
Yuxarıda qeyd edildiyi kimi, tədqiqatımıza S. grandidentatus bitkisi və onun su
ekstraktının Trichoderma lignorum, Fusarium oxysporium və Aspergillus niger göbələklərinə
qarşı antifunqal aktivliyinin öyrənilməsi də daxil olmuşdur. Təcrübələr 2 etapda
aparılmışdır və aşağıda onların nəticələri təqdim olunur.
1. Bərk qidalı mühitdə inkişaf. Bunun üçün Senecio grandidentatus bitkisi
qurudulmuş vəziyyətdə, 0,5-1 sm ölçüdə doğranılır, axar su ilə 55-60% - ə qədər
nəmləndirilir. Substratın pH-ı 6,5 olmaqla, Petri qablarına yerləşdirilir və 1 atm. təzyiqdə
avtoklavda sterilizasiya olunur. Soyuduqdan sonra, əvvəlcədən hazırlanmış göbələklərin
biokütləsi mühitə əkilir və Petri qabları 7 günlüyə, hər 2 gündən bir yoxlamaqla, 25-27°C t-da
termostata yerləşdirilir. 7 gündən sonra, vizual baxış zamanı Petri qablarının göbələk
mitselləri ilə örtülü oldugu müşahidə olunmuşdur. Nəticələr qrafiq 1-də verilmişdir.
Qrafik 1. Bərk qidalı mühitdə göbələklərin inkişafı: absis – günlər; ordinant – inkişaf, sm; T
Dostları ilə paylaş: |