ƏDƏBIYYAT
1.
Cəfərov R. M. Buzovların neoaskarıdozuna qarşı yeni anthelmint preparatlar və dərman
bitkilərinin müqayisəli səmərəliliyinin öyrənilməsi və tətbiqi: baytarlıq elm. namiz. dis.
avtoreferatı, AMEA Zoologiya İnstitutu. - Bakı, 2009.
2.
İ.Dəmirov, C.Şükürov “Azərbaycanın dərman bitkiləri”, Bakı, 1976
3.
Qurbanov E.M. Dərman bitkiləri. Bakı Universiteti; Bakı, 2009 360 s.
4.
Kərimov Y.B., Süleymanov T.A., İsayev C.İ., Xəlilov C.S. Farmakoqnoziya: Dərslik,
Bakı, “Herba Flora” 2010, 741 səh.
5.
Городя И.И. Лекарственные растения эффективный компонент комплексной
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
терапии телят при диспепсии // Профилактика и лечение заболеваний
сельскохозяйственных животных и птицы. - Одесса. - 1988. - С.67-75
6.
Которков Н.И., Бакраков Е.А., Лекарственные травы в профилактике болезней
новорожденных телят//Ветеринария. 1988. -№ 1. - С. 14
7.
Липницкий С.С. Зеленая аптека в ветеринарии. Минск: Ураджай. -1987.-288 с.
8.
Рабинович А. Лекарственные травы и рецепты древних времен. М., 1991.
РЕЗЮМЕ
ЭТНОБИОЛОГИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ СЕМЕЙСТВА
ASTERACEA В ВЕТЕРИНАРИИ
Агаева Э.З.
Азербайджанский Государственный Аграрный Университет
В результате этнобиологических исследований народной ветеринарной практики
выяснилось, что виды относящиеся к семейству астроцветных составляют
большинство. Эти растения не образуют ареалы и встречаются почти во всех районах
Азербайджана. Наши предки, не имея научного образования, на основании
повседневнего опыта применения изучили их полезные свойства, лечебное воздействие
и создали арсенал лечебных средств для ветеринарии.
По
терапевтическому
воздействию
представители
семейства
распределены следующим образом:Растения, применяемые для воздействия на
центральную нервную систему – 2 вида; Растения, применяемые при заболеваниях
органов дыхания - 3 вида; Растения, применяемые при заболеваниях органов
пищеварения – 21 вид; Растения, используемые для профилактики и лечения
авитаминозов -5 видов; Растения, применяемые при гельминтозах – 16 видов
Лекарственные растения, применяемые при заболеваниях печени, желчных
путей, почек, мочевыводящих путей и при кровотечениях – 4 вида
Ключевые слова: этнобиология, народная ветеринария, астроцветные,
лекарственные растения
SUMMARY
ETHNOBIOLOGICAL RESEARCH OF ASTERACEA FAMILY IN
VETERINARY
Agayeva E. Z.
Azerbaijan State Agrarian University
As a result of practice of the ethnobiological researches of folk veterinary it was found out
that species concerning to the Asteraceae Family are the majority. These plants do not form
areal and are met almost in all regions of Azerbaijan. Our ancestors not having any scientific
education on the basis of daily application experience have studied their useful properties and
medical influence as well as have created an arsenal of medical means for veterinary science.
Representatives of the family were distributed according to therapeutic effect as
follows:The plants used to influence on the central nervous system – 2species;The plants
used at diseases of respiratory apparatus – 3species; The plants used at diseases of digestive
apparatus – 21species; The plants used for preventive maintenance and treatment of
avitaminosises– 5species; The plants used at helminthiasis – 16species;
The herbs used at diseases of liver, biliary tracts, kidneys, urinary tracts and at
bleeding – 4species.
Keywords: Ethnobiology, folk veterinary, Asteraceae, medicinal herbs
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
GEOBOTANİKA
UOT 581.9.581
ASTARA RAYONUNUN YAY OTLAQLARI ƏRAZİSİNDƏ BİTKİ
ÖRTÜYÜNÜN FİTOSENOLOJİ XÜSUSİYYƏTLƏRİ
Qurbanov E.M., Aslanova S.Ş.
Bakı Dövlət Universiteti, email: elshad_g@rambler.ru
Astara rayonun yay otlaqlarının bitki örtüyünün fitosenoloji quruluşu öyrənilmiş,
onların növ tərkibi müəyyənləşdirilmiş, bitkiliyin taksonomik quruluşu aşkarlanmış və
ərazinin məhsuldarlığı öyrənilmişdir. Regionun yay otlaqlarının bitkili 2 tipə mənsub olan 3
formasiyadan və 7 assosiasiyadan təşkil olunmuşdur. Bu assosiasiyadan birinin Thymuseta-
trautvetteri-Vicaetum fannonica-Festucosum ruficola-nın ərazi üçün yeni olduğu müəyyən
edilmişdir.
Açar sözlər: ekosistem, biosenoz, fitosenoz, dominant, subdominant, kserofit, yarus
Zəngin flora və bitkiliyə malik olan Lənkəranın dağlıq hissəsində olan Astara
royonunun yay otlaqlarının fitosenoloji tərkibini öyrənmək, rast gələn bitkilik tipini müasir
təsnifata uyğun analiz etmək, heyvandarlığın inkişaf etdirilməsiindəki onların rolunu
müəyyənləşdirmək və həmin ərazinin növ tərkibinin yaxşılaşdırılması haqda tövsiyələr
vermək aktual məsələlərdən biridir.
Azərbaycan Respublikasının Dövlət torpaq Kadastrı, torpaqların monitorinqi və yer-
quruluşu haqqında» Qanunun tələblərinə, həmçinin «Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət proqramında geobotanik tədqiqatların
aparılması ilə yanaşı köçəri qoyunçuluğun təbii yem mənbəyi sayılan yay otlaqlarında
bitkiliyin bərpası, yaxşılaşdırılması və səmərəli istifadəsi qarşıya məqsəd kimi
qoyulmuşdur».
Belə aktual problemlərin həyata keçirilməsi üçün Lənkəranın dağlıq hissəsinin bota-
niki-coğrafi rayonunda yerləşən Astara rayonun yay otlaqlarında fitosenoloji tədqiqatların
aparılması xüsusi əhəmiyyət kəsb edir.
MATERIAL VƏ METOD
Ədəbiyyat məlumatlarına və 2009-2011-ci illərdə apardığımız ekoloji profildə fitose-
noloji tədqiqatların nəticələrinə əsasən Astara rayonun ərazisindəki yay otlaqlarında dağ –
kserofit və meşəyanı çəmən bitkiliyinin yayılmasını müəyyən etmişik. Bu fitosenozların
Talışın dağlıq hissəsində rast gəlinməsi barədə L.İ.Prilipko, V.C.Hacıyev, X.Q.Quliyeva,
Z.V.Vahabov, E.M.Qurbanov. M.T.Cabbarov və başqaları tərəfindən tədbiq olunmuşdur [8,
7, 2, 11]
Tərəfimizdən araşdırılan Astara rayonun yay otlaq sahələri (8№-li-Türkəsoba, 6№-li –
Meclə, 7№-li –Qalaporqo, 1№-li – Doropoyataq, 2№-li – Külələyi, 3№-li –Nöqasa, 9№-li –
Biy, 10№-li – Şeytan-Çala, 5№-li – Leyl 1 və 4№-li – Leyl 2) 5 hissədən ibarətdir.
Yaylaqların ərazisində başlıca su mənbələri – Vaiməbi, Əvüərid, Apitaxti çaylara və
bulaqlara rast gəlinir ki, bunların vasitəsilə kiçikbuynuzlu mal-qara sürüləri su ilə təmin edilir.
Burada bitki örtüyünün müasir ekoloji-fitosenoloji təsnifatı tiplər, formasiyalar və
assosiasiyalar səviyyəsində verilir [7, 4, 11]. Bundan öncə çöl tədqiqatları zamanı toplanmış
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
(əsas dominant, subdominant və naməlum) herbarilər təyin edilmiş [9], habelə qeydə alınmış
geobotaniki təsvirlər təhlili olunmaqla bütün sistematik taksonlar S.K.Çerepanova görə fəsilə,
cins və növlər səviyyəsində latınca adlandırılmışdır [10].
NƏTICƏ VƏ MÜZAKIRƏLƏR
Prilipko [8], V.C.Hacıyev [4] və M.T.Cabbarova [2] istinad etməklə və apardığımız
tədqiqatların nəticələri Astara rayonunun bitki örtüyünün təsnifatına zəmin yaratmışdır. Bu
mənada Astara rayonunun yay otlaqlarının bitkiliyi 2 tipə mənsub olan 3 formasiyadan və 7
assosiasiyadan təşkil olunmuşdur (cədvəl 1).
Cədvəl 1
Yay otlaq sahələrinin bitki örtüyünün təsnifatı
Təsnifatı
indeksi
Tip və formasiyaların adı
Örüşün növü
Sahəsi
ha-la
%-lə
I.Dağ şabalıdı torpaqda formalaşan dağ-kserofit bitkiliyi
A-III-19
Kserofit kollu-taxıllı-müxtəlifotluq
kollu
446,0
20,7
A-IV-4
Kəklikotlu-lərqəli-topallıq
daşlı
622,0
28,8
II.Dağ-çəmən meşə torpaqda inkişaf edən meşəyanı çəmən bitkiliyi
A-IV-6
Taxıllı-müxtəlifotluq
təmiz
602,2
27,9
Tədqiq olunan sahə:
1670,2
77,4
Tədqiq olunmayan sahə:
489,8
22,6
Ümumi sahə:
2160,0
100,0
Astara rayonun yay otlaqlarının bitki örtüyü əsasən dağ-şabalıdı və dağ-çəmən-meşə
torpaqlarında inkişaf etmişdir. Burada yayılan fitosenozların zənginliyi relyef müxtəlifliyi,
torpaq-iqlim şəraiti və s. ekoloji amillərin təsirindən asılıdır. Belə ki, həmin tipə uyğun gələn
bitkilik qruplaşmaları dəniz səviyyəsindən 1700 m-dən 2400 metrə qədər yüksəklikdə (Talış
dağlarının şimal-qərb istiqaməti) yamaclarda qeydə alınmışdır. Ərazidə bitki örtüyü 3
formasiyadan təşkil olunmaqla 1670,2 hektar sahəni əhatə edir. Bundan kserofit kollu-taxıllı-
müxtəlifotluq 446 ha (20,7%), kəklikotlu-lərqəli-topallıq 622 ha (28,8%) və taxıllı-
müxtəlifotluq isə 602,2 ha (27,9%) yararlı otlaq sahələrinə aiddir.
Regionun yay otlaqlarının bitki örtüyünün növ tərkibi, quruluşu, məhsuldarlığı, eləcə
də bioekoloji xüsusiyyətləri relyef və torpaqlardan [7] asılı olaraq iqlim amili ilə şərtlənir [8].
Astara rayonunun iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra, quru-çöl tipinə
aiddir; havanın orta illik temperaturu 10-14
0
C, yağıntının illik miqdarı 1400-1600 m-ə çatır
[3]. Bürada yay fəslinin quraq keçməsi ilə əlaqədar olaraq regionun ekosistemində
(fitosenozlarında) kserofit bitkilərin geniş yayılmasına səbəb olur.
Aşağıda tədqiq edilən kəklikotlu-lərgəli-topallıq formasiyası onun uyğun
assosiasiyası, növ tərkibi və quruluşunun (geobotaniki təsvir) verilir.
Geobotaniki təsvir 1
Astara rayonu ərazisində Dağ-kserofit bitkiliyinin Trautvetter kəklikotulu – Kəsik lərgəli –
sırımlı topallıq (Thymuseta trautvetteri-Viciaetum pannonica – Festucasum rupicola) (8№-li –
Türkəsoba yay-otlağı Dağ-şabalılı torpaqdda, 1700 m.DSH), 10 iyun 2010-cu il
№
Biomorf növlər
Ekoloji
qruplar
Bolluğa
(bal ilə)
Mərtəbəlilik və
hündürlük (sm-lə)
Fenoloji
fazalar
Kollar
1.
Juniperus pygmaea C.Koch.
kserofit
1-2
I (100-120)
veq.
2.
Astracantha aurea (Willd.)
Podlich.
kserofit
1-2
III (15-25)
çiç.
3.
Acantholimon hohenackeri
kserofit
1
III (10-20)
çiç.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
(Jaub. et. Spach.) Boiss.
Yarımkolcuqlar
4.
Thymus trautvetteri Klok. et
Shost
kserofit
2
III (15-30)
çiç.
5.
Achillea vermicularim Trin.
kserofit
1-2
II (30-40)
çiç.
Çoxillik otlar
6.
Festuca rupicola Heuff.
(F.valeciaca Gaudon.)
kserofit
3-4
II (30-50)
çiç.
7.
Koeleria cristata (L.) Pers.
kserofit
1-2
II (40-60)
çiç.
8.
Poa pratensis L.
mezo-
kserofit
1-2
II (30-40)
çiç.
9.
Phleum phloides (L.) Karst.
kserofit
1-2
III (20-30)
çiç.
10. Stipa holocericea Trin. et
Rupr.
kserofit
1
II (45-65)
çiç.
11. Trifolium
talyschensis
(Chalilov)
Roskov.
kserofit
1
III (15-30)
paxla
yet.-ə
12. Onobrychis transcaucasica
Grossh.
mezofit
1
II (40-60)
paxla
yet.-ə
13. Lotus corniculatus L.
kserofit
1
III (20-30)
paxla
yet.-ə
14. Teucrium orientale L.
kserofit
1
III (15-25)
çiç.
15. Cirsium aduncum Fisch. et
S.A.Mey.
kserofit
1
III (15-25)
çiç.
16. Phlomus orientalis Mill.
mezo-
kserofit
1
III (10-20)
çiç.
17. Carex pallascens L.
mezo-
kserofit
1
III (10-15)
veq.
18. Plantago saxatilis Bieb.
mezo-
kserofit
1
III (5-15)
veq.
19. Galium rotundifolium L.
mezofit
1
III (5-10)
veq.
İkiillik ot
20. Verbascum
songarium
Schrienk.
kserofit
1-2
II (40-70)
çiç.
Birillik otlar
21. Vicia pannonica Crantz.
mezo-
kserofit
2-3
II (40-60)
paxla
yet.-ə
22. Lolium persicum Boiss.
et Hohen.
kserofit
1-2
III (20-30)
çiç.
23. Bromus brizaformis Fisch. et
C.A.Mey
kserofit
1-2
III (15-20)
çiç.
24. Euphorbia
hyrcana
A.
Grossh.
kserofit
1
III (10-15)
çiç.
Layihə örtüyü 50-70%-ə bərabərdir
Təsvirdə qeyd olunduğu kimi Trautvetter kəklikotlu-kəsik lərgəli-şırımlı topallıq
( Thymuseta trautvetteri-Vicaetum pannonica-Festucosum rupicola) assosiasiyasının növ
tərkibində rast gəlinmiş 24 növdən həyatı formalarrına görə 3 növ (12,5%) kollar, 2 növ
(8,3%) yarımkolcuqlar, 14 növ (58,3%) çoxillik otlar, 1 növ (4,2%) ikiillik ot və 4 növ
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
(16,7%) birillik otlardır. Eyni tərkibdə (24 növdən ibarətdir) olan növlərdən ekoloji qruplara
görə 17 növ (70,9%) kserofitlər, 5 növ (20,8%) mezokserofitlər və 2 növ (8,3%) mezofitlər
rast gəlinir.
Bitki örtüyünün fitosenoloji quruluşu üzrə (I mərtəbəsində yaxud yarusunda) – Alçaq
boylu ardıc (Juniperus pygmaea C. Kosh.) kolu, 2-ci mərtəbəsində şırımlı topal (Festuca
rupicola Heuff.), 3-cü mərtəbəsində Trautvetter kəklikotu ( Th. trautvetteri) və s. növlər
təsadüf edilir. Burada qeydə alınmış kserofit növlərin daha geniş yayılması torpaqların
eroziyaya uğraması, deqradasiyasının və səhralaşmanın intensivləşməsini bildirir.
Bu fitosenozun dominantı şırımlı topal (F.rupicola Neuff.) bollüğü 3-4 bal,
subdominantı kəsik lərgəsi (Vicia pannonica Grantz.) bolluğu – 2-3 bal və Trauvetter
kəklikotu (Thymus trautvetteri Klok et Shost.) bolluğu 2 bal ilə qiymətləndirilir.
Layihə örtüyü isə 50-70%-ə uyğundur.
Assosiasiyanın növ tərkibində yalnız 3 növ – Thymus trautvetteri, Trifolium
talyschensis və Euphorbia hyrcana Azərbaycanın endemik bitkillərinə aiddir [9]. Həmin
növlərin bitki örtüyündə qorunması aktuallıq kəsb edir.
Onu da əlavə edək ki, tədqiq olunan Lənkəranın dağlıq hissəsində formalaşan dağ-
kserofit bitkiliyi dəniz səviyyəsindən 1400-2200 metr yükəkliyində müxtəlif ekspozisiyalı
yamaclarda yayılır.
Kəklikotlu-lərgəli-topallıq formasiyasının sahəsi 622,0 hektar, otarılma müddəti 90
gün məhsuldarlığı (quru kütlədə) 10,2 sent/ha, yem vahidi 56,4 kq (100 kq quru yemdə) və
qoyunun gündəlik yem normasını 1,3 yem vahidi ilə nəzərə almaqla hektarda 4,9 baş davar,
ümumi sahədə isə otlaq tutumu 3048 baş kiçik buynuzlu mal-qara otarmaq mümkündür.
Beləliklə, apardığımız tədqiqatlardan nəticəyə gəlirik ki, Astara rayonunun yay
otlaqlarının 35-40% səmərəsiz istifadə olunması, tutumundan artıq otarılması səbəbinə görə
bitki örtüyünün növ tərkibi azalmış, məhsuldarlığı aşağı düşmüş, eləcədə fitosenozun
kəmiyyət göstəriciləri diqressiyaya məruz qalmışdır. Odur ki, burada torpaq-bitki örtüyünün
qorunması və məhsuldarlığın artırılması üçün tədbirlər kompleksinin elmi əsaslarla
hazırlanması ekoloji və iqtisadi yönümdən mühüm əhəmiyyətə malikdir.
Aparılan elmi-tədqiqat işinin nəticəsi onu göstərir ki, yuxarıda qeyd edilən bütün
tədbirlərin kompleks şəkildə tətbiqi respublikanın digər dağlıq rayonları ərazisində yerləşən
yay otlaqlarında biomüxtəlifliyinin və onun ekosisteminin qorunmasına zəmin yaradacaqdır.
ƏDƏBİYYAT
1.
Azərbaycanın bitki örtüyü xəritəsi. M.: 1:600000. Bakı. Azərbaycan Respublikasının Döv-
lət Torpaq və Xəritəçəkmə Komitəsi. 2007.
2.
Cabbarov M.T. Talışın dağ-kserofit bitkiliyi. Biol.elm namizədi alimlik dərəcəsi almaq
üçün disser…avtoreferatı. Bakı. 2000, 27 s.
3.
Hacıyev Q.Ə., Rəhimov V.Ə. Azərbaycan SSR inzibati rayonlarının iqlim səciyyəsi. Bakı.
Elm. 1977, 269 s.
4.
Hacıyev V.C., Hətəmov V.V., Qurbanov E.M. Təbii yem sahələrinin geobotaniki tədqiqat
metodikası. Bakı, Universitet nəşr.-ı, 1995, 52 s.
5.
Məmmədov Q.Ş. Lənkəran təbii iqtisadi-coğrafi bölgəsi.// Azərbaycanın torpaq
ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. Bakı, Elm, 2007, s.364-
434.
6.
Məmmədov Q.Ş., Yaqubov Q.Ş. Azərbaycan Respublikasının təbii yem sahələrinin iri
miqyaslı geobotaniki tədqiqatına dair Təlimat. Bakı, Maarif, 2002, 144 s.
7.
Гаджиев В.Д., Кулиев Х.Г., Вагабов З.В. Флора и растительность высокогорий Та-
лыша. Баку, Элм, 1979, 150 с.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
8.
Прилипко Л.И. Растительный покров Азербайджана. Баку, Элм, 1970, 170 с.
9.
Флора Азербайджана. Баку: Изд.АН Азерб. ССР, тт.I-VIII, 1950-1961.
10.
Cerepanov S.K. Vascular Plants of Rusia and Agrocent states the forner USSR. North
American Branch. Cambridge Branch. Cambridge University. Press. 1995, 992 p.
11.
Qurbanov E.M. The Phytosocociological and Phytoekological characteristics of
ekosistems of mauntain of Tallish region of Azerbaijan. VI Plant life in Southwest Asia
Symposium 10-14 june 2002. Yüzüncü yıl University VAN Turkey Tübitak, p.49.
РЕЗЮМЕ
ФИТОЦЕНОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ РАСТИТЕЛЬНОГО ПОКРОВА
ТЕРРИТОРИИ ЛЕТНИХ ПАСТБИЩ АСТАРИНСКОГО РАЙОНА
Гурбанов Э.М., Асланова С.Ш.
Бакинский Государственный Университет, email: elshad_g@rambler.ru
В статье обсуждаются фитоценологические особенности летних пастбищ
данного региона. Приводятся выделенные 2 типа, 3 формации и 7 ассоциаций, из
которых 1 ассоциация выявлена впервые и является чабрецево-висково-овсянициовой;
определен видовой состав и структура растительности летних пастбищ Астаринского
района и закономерности их взаимосвязи с экстремально-экологическими условиями
среды.
Ключевые слова: экосистемы, биоценозы, фитоценоз, доминант, субдоминант,
ксерофит, ярусы
SUMMARY
PHYTOCENOLOGAL FEATURES OF VEGETATIVE COVER
OF THE AREA OF SUMMER PASTURES OF ASTARA REGION
Gurbanov E.M., Aslanova S.Sh.
Baku State University, email:elshad_g@rambler.ru
Phytocenologal features of summer pasture of the given region is discussed in the article. The
underlined 7 associations 1 of which is also ascertained for the first time; is Thymuseto-
Vicaetum-Festucosum as well as their species content structure of the summer pastures of
Astara Region; regulations of their interaction with experimental & ecological environmental
conditions.
Keywords: ecosystem, biocenosis, phytocenosis, dominants, subdominants, xerophyte, layer
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT 581.9
Dostları ilə paylaş: |