Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild


KİÇİK QAFQAZIN  ŞİMAL - ŞƏRQ HİSSƏSİNİN  QAYA VƏ  TÖKÜNTÜLƏRİNİN



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

 

KİÇİK QAFQAZIN  ŞİMAL - ŞƏRQ HİSSƏSİNİN  QAYA VƏ  TÖKÜNTÜLƏRİNİN 

FLORA BİOMÜXTƏLİFLİYİ 

 

Novruzov V.S., Aslanova Y.A. 

Gəncə Dövlət Universiteti 

 

Kiçik  Qafqazın  şimal  -  şərq  hissəsinin  qaya  və  töküntü  bitkiliyinin  ilk  dəfə  planlı 

tədqiq  aparılmışdır.  Ədəbiyyat  materialları  və  çöl  tədqiqat  materiallarının  işlənməsi 

nəticəsində  Kiçik  Qafqazın  şimal-şərq  hissəsinin  qaya  və  töküntülərinin  flora 

biomüxtəlifliyinin 32 fəsilə, 104 cins, 180 növdən ibarət olması aşkar olunmuşdur. 

 

 

Açar sözlər: qaya, töküntü, ekosistem, fəsilə, cins, növ 

 

 



 

Qaya və töküntü ekosistemi Kiçik Qafqazda, o cümlədən şimal-şərq hissəsində böyük 

fəza  əmələ  gətirir.  A.A.Qrossheym  “Qafqazın  bitki  örtüyü”  əsərində  [4]  yazır:  “Qafqazda 

xüsusilə  onun  mərkəz  hissəsində  qaya  töküntü  landşafı  çox  böyük  inkişaf  mərhələsinə 

çatmışdır.”V.C.Hacıyevin əsərlərində [1,2,6]  Böyük və Kiçik Qafqazın yüksək dağlğın  qaya 

və töküntü bitkiliyini  haqqında müəyyən məlumat verilmişdir. Azərbaycanın yüksək dağlığı 

üçün  problemin  planlı  tədqiqi  indiyə  qədər  aparılmamışdır.  Problemin  həll  olunmamasının 

səbəbi qaya və töküntülərin rast gəlindiyi yerlərin il boyu əlçatmaz olmasıdır. Bu  problemin 

həlli sitogenez qanunauyğunluqlarını dərk etmək, nadir endemik və relik növləri aşkar etmək, 

ekologiyasını öyrənmək, son nəticədə səmərəli istifadə etmə yollarını müəyyən etməyə imkan 

verir. 

MATERIAL VƏ METODLAR 

Tədqiqatlar  2010-2012-cü  illərdə  Kiçik  Qafqazın  şimal-şərq  hissəsində  Qoşqar  dağ 

(3361m),  Hinal  dağ  (3367),  Kəpəz  dağ  (3065m)  sistemlərində  aparılmışdır.  Tədqiqatların 

aparılmasında  marşurut  stasionar  və  kameral    metodlardan  istifadə  olunmuşdur.  Eyni 

zamanda  Botanikada  istifadə  olunan  floristik,  floristik-sistematik,  areoloji,  botaniki-coğrafi, 

fitosenoloji,  statistik  metodlar  nəzərə  alınmışdır  [1,2,3,4,5,7,8,9].  Marşurutlar  orta  dağ 

qurşağından başlayıb subnival və nival qurşaqlarına qədər dağ suxurları, yarğanları, çılpaq və 

eroziyaya uğramış suxurları və töküntüləri əhatə etmişdir. 

 

EKSPERIMENTAL HISSƏ 

Ədəbiyyat  materialları  və  çöl  tədqiqat  materiallarının  işlənməsi  nəticəsində  Kiçik 

Qafqazın şimal-şərq hissəsinin qaya və töküntülərinin flora biomüxtəlifliyinin 32 fəsilə, 104 

cins, 180 növdən ibarət olması aşkar olunmuşdur (Cədvəl 1).  

     Cədvəl 1 

Qaya və töküntü bitkiliyinin sistematik strukturu  

Fəsilələrin adı 

Cinslərin miqdarı 

Növlərin  miqdarı 

Polypodiaceae 



Athyriaceae 



Selaginellaceae 



Cupressaceae 



Poaceae 



13 

23 


Cyperaceae 



Juncaceae 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Qaya və töküntü bitkiliyinin 11 fəsilə 128 növü əhatə edərək, floranın 71%-ini təşkil 

edir. Bu bitkiliyin formalaşmasında Poaceae (23 növ), Caryophyllaceae (21 növ),  Asteraceae 

(17 növ), Brassicaceae (12 növ), Fabaceae (12 növ), Campanulaceae (10 növ)  fəsilələri əsas 

yer tutur. Florada fəsilədə olan növlərin orta sıxlığı 5,6 cinslərin orta sıxlığı isə 1,7-dir. 

Florada əsas yer tutan aparıcı fəsilələr 2 №-li cədvəldə verilir. 

Cədvəl 2 

Əsas aparıcı fəsilələr   

  

 

 

 

 



 

 

 



 

Alliaceae 



Hyacinthaceae 



Caryophyllaceae 



21 


Ranunculaceae 



Papaveraceae 



Brassicaceae 

12 



Crassulaceae 



Saxifragaceae 



Rosaceae 



Fabaceae 

12 



Rhamnaceae 



Violaceae 



Apiaceae 



Anacardiaceae 



Primulaceae 



Plumbaginaceae 



Gentianaceae 



Boraginaceae 



Lamiaceae 



Scrophulariaceae 



Rubiaceae 



Valerianaceae 



Campanulaceae 

10 



Asteraceae 

13 


17 

Juncaginaceae 



Cəmi: 32 



104 

180 


Fəsilələrin adı 

Cinslərin miqdar 

Növlər  miqdar 

Poaceae 


13 

23 


Caryophyllaceae 

21 



Asteraceae 

13 


17 

Brassicaceae 

12 


Fabaceae 

12 



Campanulaceae 

10 



Crassulaceae 



Lamiaceae 



Saxifragaceae 



Ranunculaceae 

                 6 



  Scrophulariaceae 



Cəmi: 

                 66 

128 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Cinslərdə növlərin sayı da qeyri bərabər paylanmışdır. Belə ki, 7 cins 41 növlə təmsil 

olunaraq floranın 22,1%-ini təşkil edir (Cədvəl 3) 

Cədvəl 3 

Əsas aparıcı cinslər  

 

 

 

 

 

 

 

 



 

 

 



 

Qaya  və  töküntülüyün  sərt  eksterimal  şəraiti  fəsilə  və  cinslərə  daxil  olan  növlərin 

spektrdə yüksək mövqe tuta bilməsinə səbəb olmuşdur. 

Campanulaceae  fəsiləsinin  arealı  Avroasiya,  Afrika,  Şimali  və  Cənubi  Amerika  və 

Avstraliyanı  əhatə  edir.  Növ  paleogendə  əmələ  gəlmişdir.  Paleoendemik  kimi  Qoşqar  dağ 

sistemində  qayalıqlar  arasında  tez-tez  rast  gəlməsi  növün  əcdadlarının  dağ  sistemləri  ilə 

əlaqədar olmasını göstərir. Tədqiqat ərazisində bütün dağ sistemlərində Campanula cinsi (10 

növ) dominantlıq təşkil edir. Qaya və töküntü florasının 5,5 %-i Campanula cinsinin payına 

düşür. 


Qaya  və  töküntü  bitkiliyinin  dəniz  səviyyəsindən  hündürlüyündən,  yamacın 

mailliyindən,  daş  suxurlarının  fiziki  və  kimyəvi  xüsusiyyətlərindən,  töküntülərin  mexaniki 

yerləşməsindən asılı olaraq bitki örtüyü eyni deyildir. Tədqiqatlar nəticəsində aşkar oldu ki, 

bitkinin formalaşmasında əsasən aşağıdakı amillər əsas rol oynayır. 

1. Yamacın dikliyi və mailliyi 

2. Su, eroziya və parçalanma prosesi 

3. Torpaq əmələgəlmə prosesi 

Yamacın dikliyi 20-30º-yə şatdıqda ümumi örtük 60-70 %-ə çatır. Taxılların (siyav və 

tonqalotu)  fitosenozda  inkişafı  azalır.  Şırımlı  topalın  (Festuca  varia  Haenke  in  Yacquin 

Collect.)  edifikatorluğu  azalır  və  nahamar  nazikbaldır  (Koeleria  cristata  (L.)  Pers.) 

subdominant  rolunu  oynayır.  Rütubətli  yerlərdə  Carex  tristis  Bieb.,  quru  yüksəkliklərdə 



Allium  oreophilum  C.A.Mey.  formalaşmışdır.  Töküntülü  yamaclarda  isə  bitki  örtüyü  çox 

zəifdir.  Proyektiv  örtüyü    25-30%-dir,  torpaq  örtüyü  isə  çınqıllıdır.  Bitki  örtüyündə  yarım-

kolcuqlarda  Agropyron imbricatum Roem.et.Schult.,  Allium oreophilum C.A.Mey., Koeleria 

cristata  (L.)Pers.,    Scrophularia  olympica  Boiss.,  Veronica  minuta  C.A.Mey.  və  s. 

formalaşmışdır. 

Qaya və töküntü florasının coğrafi areal tiplərinə görə təhlili 4 saylı cədvəldə verilir. 

 

Cədvəl 4 



 Qaya və töküntü florasının coğrafi areal tiplərinə görə təhlili 

Areal tipi 

Növlərin 

miqdarı 


Qədim 


15 

8,3 


Boreal 

104 


57,8 

Kserofit 

14 

7,8 


Cinslərin adı 

Növlər  miqdar 

       Campanula 

10 


       Minuartia 

       Sedum 



       Saxifraga 

       Alopecurus 



       Astragalus 

       Draba 



                         Cəmi: 

41 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Səhra 


2,8 


Qafqaz 

30 


16,7 

Kosmopolit 

2,2 


Məlum olmayan 

4,4 



 

Qaya  və  töküntü  bitkiliyinin  florasının  biomorfoloji  qruplara  görə  təhlili  göstərir  ki, 

floranın  əsasını  ot  bitkiləri  təşkil  edir.  Ot  bitkiləri  175  növdür.  Rosa  brotherorum  Chrshan

Astragalus  beckerianus  Trautv,  Juniperus  sabina  L,    Juniperus  pygmaea  C.Koch  kol,  

Asperula alpina Bieb. isə yarım koldur (Cədvəl 5). 

Cədvəl 5 

Floranın biomorfoloji qruplara görə təhlili 

Biomorfoloji qruplar 

Növlərin 

miqdarı 

Birillik 



4,44 


İkiillik 

10 


5,56 

Çoxillik 

157 

87,22 


Yarım kol 

0,56 



Kol 

2,22 



 

Fitosenoloji  analiz  göstərir  ki,  qaya  və  töküntü  bitkiliyinin  əsasını  petrofitlər  təşkil 

edir. 112 növ tipik qaya, 19 növ töküntü, 49 növ isə qaya və töküntülərdə yayılmışdır. Bitmə 

yerlərində  Rhytidiadeiphus  triquetrus,  Rhytidium  rugosum  (Hedw.)  Kindb.,  Dicranum 



spadiceum  Lett.  kimi  mamır,  Rhizocarpon,  geographicum,  Lecanora  polytropa,  Acpicilia 

cupreoatra,  Lecidea  goniophila,  L.  Lapicida,  L.cinereoatra  və  s.  kimi  şibyə  növləri 

dominantlıq edir. 

Alınmış  nəticələr  Kiçik  Qafqazın    şimal-şərq  hissəsinin  qaya  və  töküntü  bitkiliyinin 

flora və bitkiliyinin inventralizasiyası üçün əsas hesab oluna bilər. Çılpaq qayaların üzərində 

bitki  örtüyünün  formalaşmasının  təsviri  Qafqazın  qaya  və  töküntü  bitkiliyinin  səmərəli 

istifadə olunması və tədqiqində istifadə oluna bilər. 



 

 

ƏDƏBİYYAT 

 

1.  Гаджиев  В.Д.  Высокогорная  растительность  Большого  Кавказа.  (в  пределах 

Азербайджана) и ее хозяйственное значение.  Баку: Элм, 1970, 282с.  

2. Гаджиев В.Д. Анализ флоры высокогорий Малого Кавказа.  Баку, 1971 

3.  Гурбанов    Е.А.  Флора  и  растительности  Атропатанской  провинции.Автореферат   

докт.     дисс., Баку.2004, 59 с. 

4.  Гроссгейм  А.А.  Растительный  покров  Кавказа.  Изд.  Моск.  об-ва  испыт.  природы, 

1948,   с.15-264 

5. Əsgərov A.M. Azərbaycan florasının konspekti.Bakı, 2010. 183 s. 

6. Hacıyev V.C. Azərbaycanın yüksək dağlıq bitkiliyinin ekosistemi. Bakı, 2004, 97s. 

7. Новрузов В.С. Флорогенетический анализ лишайников Большого Кавказа и вопросы 

их охраны. Ваку: Элм 1990. 321с. 

8. Novruzov V.S. Fitosenologiyanın  əsasları (geobotanika). Bakı:Elm 2010.306s. 

9.  Шхагопсоев  С.Х.,  Волкович  В.Б.  Растительный  покров  Кабардино-Балкарии  и  его  

охрана. Налчик,Елбрус,  2002. 

10. Флора Азербайджана. Т.I-VIII. Баку, 1950-1961. 



 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

РЕЗЮМЕ 

ФЛОРИСТИЧЕСКИЕ БИОРАЗНООБРАЗИЯ СКАЛЬНО-ОСЫПНОЙ 

РАСТИТЕЛЬНОСТИ СЕВЕРО-ВОСТОЧНОЙ ЧАСТИ МАЛОГО КАВКАЗА 

 

Новрузов В.С.,  Асланова Е.А. 



 

На основании имеющихся литературных данных, а также собственных сборов из 

различных  горных  систем  высокогорий  Малого  Кавказа  установлено  180  видов, 

относящихся  к  32  семействам  и  104  родам  скальной  и  осыпной  растительности.  В 

статье  приводится  систематический,  биоэкологический,  географический  анализы 

флоры. 

 

Ключевые слова: скала, осыпь, экосистема, семейство, род, вид 



 

 

SUMMARY 



FLORISTIC BIODIVERSITY OF ROCKY TALUS VEGETATION OF THE NORTH-

EASTERN PART OF THE MINOR CAUCASUS  

 

Novruzov V.S., Aslanova Y.A. 



                                

Based on the available reference information as well as personal collections from the various 

mountains  ranges  of    highlands  of  the  Minor  Caucasus  for  rocky  and  talus  vegetation 

180species  belonging  to  32families  and  104genera  have  been  established.  A  systematic, 

biological, ecological and geographical analyses of the flora are carried out in the article. 

 

Key words: rock, ecosystem, family, genus, species 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

UOT  622. 342: 581.525  

 

ŞİRVANIN  DÜZÜNÜN QARAĞANLIQ (SALSOLETA DENDROİDES)  

FORMASİYASININ BİOEKOLOJİ XÜSUSIYYƏTLƏRI   

 

Mövsümova F. Q. 



Azərbaycan MEA Botanika İnstitutu 

 

Məqalədə Kür-Araz ovalığının Şirvan səhralığının edifikatorlarından olan qarağanın 



bioekologiyasının  öyrənilməsi  üzrə  2010-2011-ci  illərdə  aparılmış  fitosenoloji  tədqiqatların 

nəticələrindən bəhs edilir. Tədqiqat işində qarağanlıq formasiyasının (Salsoleta dendroides) 

müasir şəraitdə flora tərkibi, təsnifatı və qış otlağında rolu müəyyənləşdirilmiş, biotoplarda  

deqredasiya əleyhinə əməli təklifər verilmişdir. 

 

Açar  sözlər:  Şirvan  düzü,  şorangəlik  səhrası,  Salsola  dendroides,  edifikator, 

formasiya, bioekologiya 

 

 



Böyük  Qafqaz  sıra  dağlarının  şimal-şərq  hissəsində  Kür-Araz  ovalığında  səhra 

birkiliyinin  landşaft  əmələ  gətirdiyi  ərazilərindən  biri  də  Şirvan  düzüdür.  Müasir  ekoloji 

şəraitdə gedən qlobal dəyişiklərlə əlaqədar olaraq, 60-70 il əvvəl Şirvan düzünün bitkiliyində 

interzonallıq  edən  və  mozaika  şəklində  rast  gələn  halofit  bitkiliyi  hazırda  tərəkimilər 

(Chenopodiaceae Vent.) fəsiləsinin nümayəndələrinin üstünlüyü ilə zonallıq təşkil edir. 

Illərlə  davam  edən  güclü  şoranlaşma  prosesi  nəticəsində  müəyyənləşdirilmişdir  ki, 

minerallaşmış  qrunt  sulu  və  güclü  duzlaşmış  torpaqlarda,  xüsusiilədə  Şirvanın  cənub-şərq 

hissəsindəki  ərazilərdə-Şirvan,  Kürdəmir,  Ucar,  Ağdaş,  Ağcabədi  rayonları  ətrafındakı 

bitkilikdə  geniş  yayılan  və  xarakterik  fitosenozlarından  biri  də  qarağanlıqdır  (Salsoleta 

dendroides).  Əvvəllər  Şirvanın  bitki  örtüyündə  fraqment  halında  rast  gələn  Salsola 

dendroides  yarımkolcuğu  hazırda  fitosenozlarda  edifikatorluq  edərək,  geniş  areal  əmələ 

gətirir.  Qarağan  ovalıqlardan  başlayaraq  dağətəyi  hissələrə  qədər  şoran  və  zəif  duzlaşmış 

biotoplarda bozumtul- yaşıl aspekt əmələ gətirir.  

Qarağan    və  ya  ağacvari  şorəngə  Salsola  dendroides  Pall.  tərəkimilər 

(Chenopodiaceae) fəsiləsinin şorəngə (Salsola L.) cinsinə aiddir, o  səhra və yarımsəhralarda 

olduqca böyük ərazilərdə təbii landşaft əmələ gətirir. A.A.Qrossheym [7] qarağanı İran-Turan 

coğrafi areal tipinə aid etmişdir. 

 

MATERİAL VƏ METODLAR 

Tədqiqat  işinin  materiallarını  2010-2011-cu  illərdə  Kür-Araz  ovalığının  Şirvan 

düzənliyinin  müxtəlif  ərazilərində  marşrut,  yarımstasionar  qaydada  aparlmış  geobotaniki 

təsvirlərdən  alınan  məlumatlar  və  ərazidən  toplanılan  300-ə  yaxın  herbari  nüsxələri  təşkil 

etmişdir.  Herbarilər taksonlar üzrə təyin edilərək, sistemləşdirilmiş və S.K. Çerepanova [14] 

görə  dəqiqləşdirilərək,  adlandırılmışdır.  Tədqiqat  obyekti  olan  Şirvan  düzünün  qarağanlıq 

formasiyasının  bioekoloji  xarakteristikasını  məyyənləşdirilməsi  məqsədilə  ümumi  qəbul 

olunmuş  geobotaniki  metodlardan  [4,5,8,10,11,13]  istifadə  edilmiş,  bu  istiqamədə  alimlərin 

apardığı  tədqiqat ışlərinə [1, 2,3,8, 9]  istinad olunmuşdur.  

 

MÜZAKİRƏ  VƏ NƏTİCƏLƏR 

Qarağan  kolunun  quruluşunun  öyrənilməsinə  həsr  olunmuş  ədəbiyyatlara,  E.M. 

Raçkovskini  [12]  istisna  etməklə  demək  olar  ki,  rast  gəlinmir.  Yarımkolcuq  qarağanın 

quruluşunu analiz etmək  üçün Şirvan düzünün müxtəlif tədqiq olunan ərazilərindən müxtəlif 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

yaş dövrlərində olan 50 nüsxə qarağan  toplanmış, həmçinin AMEA Botanika İnstitutununnn 

Mərkəzi herbari fonduna baxış keçirilmişdir. 

Qarağanın vegetasiya müddəti 240-250 günü əhatə edir. Qarağanın cücərtiləri Şirvan 

düzənliyində  mayın  ortalarından  görünməyə  başlayır.  Bu  dövrdə  qarağan  5-7  tüklü  ilk 

yarpaqcıqdan ibarət kiçik yumaqcıq şəklində olur və aydın seçilən kök boğazının üzərindəki 

təpə tumurcuğundan  cücərtilər inkişaf etməyə başlayır. Cücərtilərin  hündürlüyü 5 mm-2 sm 

olur. Qarağanın vegetasiyası payza qədər davam edir. Cücərtilər iyunun ortalarında 3-6 sm-ə 

çatır.  Yayda  güclü  istilər  başlayanda  vegetasiya  dayanır,  qarağan  dinclik  dövrünə  kecir. 

Qarağanın sonrakı vegetativ inkişafı payızda sürətlə gedir. Qarağanın birillik zoğlarının bazal 

hissəsindən  bərpa  və  yatmış  tumurcuqlar  inkişaf  edir.  Onun  coxillik  əsası  birillik  zoğlarla 

birlikdə coxillik quruluşunu formalaşdırır. Qarağan  kaudeksi, zoğlar və yatmış tumurcuqlar 

hesabına  hər  il  yoğunlaşır.  O,  vegetativ  inkişafın  4-5-ci  ilində    generativ  fazaya  geçərək  – 

generativ illik zoğlar əmələ  gətirir. Yaxşı inkişaf etmiş kollarda bu zoğların hündürlüyü 60 

sm-ə çatır. Ikinci ili budaqcıqlar, tək-tək çiçəklər görünür.  

Qarağanın bütün cavan budaqlarını 3 kateqoriyaya ayırmaq olar: güclü inkişaf edənlər, 

orta  inkişaf  edənlər  və  zəif  inkişaf  edənlər.  Qarağanın  cavan  budaqları  məhv  olma 

hüdudlarına görə  müxtəlifdirlər. Zəif və orta inkişaflı zoğlar kolun əsasından məhv olamağa 

başlayırlar.  Güclü  inkişaflı  zoğlar  isə  kök  boğazının  5-6  sm  yerləşən  birincili  həyat 

qabiliyyətli  tumurcuqlarında  öz  inkişafını  başa  çatırır.  Beləliklə,  qarağanın  illik  zoğlarının 

quruluşu və inkişafı olduqca sadədir. Qarağanın kök sistemi başlıca olaraq əsas kök üzərində 

horizontal istiqamətdə inkişaf edir və tünd qara rəngdədir.  

Qarağan istilik sevən bitkidir. Onun inkişafı 8-10 

0

C temperaturda başlayıb, 12-16 



0

temperaturda  başa  çatır.  Qarağan  vegetativ  inkişafa  aprelin  əvvələrində,  çiçəkləməyə 



sentyabrın əvvəlində - oktyabrın axırında başlayır. T.N. Vitoviçə [6] görə qarağanın çiçəkləri 

ikicinsli  olub,  tək-tək  yuxarı  yarpaqların  qoltuğunada  yerləşir.  Çiçəkləri  külək  vasitəsilə 

tozlanır. Meyvələməyə oktyabr aylından başlayır. Qarağan toxumla coxalır və məhsuldarlığı 

olduqca yüksəkdir.  

Qarağan  Şirvan  düzündə  xlorid-sulfat  tipli  duzların  zəngin  olduğu  biotoplarda  daha 

çox rast gəlir. Beləliklə, qarağanın biologiyası və ekologiyasına aid yuxarıda qeyd olunanları 

nəzərə  alaraq  belə  nəticəyə  gəlmək    olar  ki,  qarağan  özünə  məxsus  həyat  formalı 

yarımkolcuqdur.  

Qarağanlıq  assosiasiyaları  digər  şorangəlik  qruplaşmaları  ilə  müqayisədə  çoxluq  və 

üstünlük  təskil  edir.  O  gilli,  həmçinin  ağır  gilli  torpaqlarda  normal  inkişafa    malik  tipik 

yerüstü kolcuqdur.  

Şirvanın  şorangəlik  səhraları  üçün  xarakterik  olan    qarağanın  edifikatorluğu  ilə 

yaranan  qarağanlıq  formasiyasının  (Salsoleta  dendroides)  flora  tərkibi  75  bitki  növündən 

təşkil  olunmuşdur.  Onun  əsas  tərkıb  hissəsini  Chenopodiceae,  Asteraceae,  Rozaceae, 



Solanaceae  fəsilələrinin  nümayəndələri  təşkil  edir.  Qarağanlıq  səhralarının  florasında  səhra, 

kserofit və qafqaz areal tiplərinin səhra, turan və şərqi Zaqafqaziya qrupları üstünlük edir. 

Qarağan  formasiyasının  florasında  Orta  Asiya    florası  ilə  ümumilik  təşkil  edən 

bitkilərə  rast  gəlinir.  Qarağanın  flora  tərkibində  ardıcıl  olaraq  müşahidə  olunan    növlər 

aşağıdakılardır: Artemisia lerchiana, Suaeda microphylla, Alhangi pseudalhagiClimacoptera 

crossa,  Petrosimonia  brachiata,  Hordeum  leporinum,  Bromus  yaponicus,  Poa  bulbosa  və  s. 

qeyd etmək olar. Suksessiya nəticəsində qarağan ardıcıl olaraq yovşanla bir-birini əvəz edərək 

bitkilikdə taxıllarla və müxtəlifotlarla qarışıq qruplaşmalar əmələ gətirir.  

Qarağan fitosenozlarda çoxilliklərlə, yaz – payız birillikləri, efemer və efemeroidlərlə, 

həmçinin ibtidai bitkilərlə sinizuya əmələ gətirir. 

Şirvan  düzənliyinin  müxtəlif  relyef  xüsusiyyətlərinə,  qrunt  suları  və  onların 

minerallaşma  dərəcəsinə,  torpağın  duzlaşma  dərəcəsinə,  həmçinin  floristik  tərkibinə,  həyat 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

formalarina görə qarağanlıq formasiyası tərkibində 4 qrup assosiasiya və 20 assosiasiya ayırd 

edilərək, aşağıdakı  kimi təsnif edilmişdir:  

A.- I.  Formasiya; Qarağanlıq (Salsoleta dendroides

A.- I.-1. + Qarağanın birillik şorangələrlə (trixohidrofitlər) assosiasiya qrupu

A.- I.-1. Assosiasiyalar: a) qışotulu-qarağanlıq (Salsola dendroides + Petrosimonia  



              brachiata

A.- I.-1.-b) klimakopteralı-qışotlu-qarağanlıq (Salsola dendroides Climacoptera  

                  Crassa + Petrosimonia brachiata)  

A.- I.-1.-c) bitişikçiçəkli-qarağanlıq (Salsola dendroides + Gamanthus pilosus

A.- I.-1.-d) bitişikçiçəkli–klimakopteralı–qarağanlıq (Salsola dendroides + Gamanhus  

                 Pilosus + Climacoptera crassa

A. - I. - 2. ++ Qarağanın kollar, kolcuqlar və çoxillik  otlarla (freatofitlər) assosiasiya  

                    qrupu

A.-I. - 2.  Assosiasiyalar: a) şahsevdili-qarağanlıq (Salsola dendroides Halostachys                

               belangeriana

A. - I. - 2.-b) yulğunlu-qarağanlıq (Salsola dendroides Tamarix ramosissima) 

A. - I. - 2.-c) çərənli-qarağanlıq (Salsola dendroides Suaeda micropyhylla

A. - I. - 2.- d) kövrəkşorangəli-qarağanlıq (Salsola dendroides + Salsola ericoides

A. - I. - 2.-e) gəngizli-qarağanlıq (Salsola dendroides + Salsola nodulosa) 

A. – I. – 2 - f) öldürgənli- qarağanlıq (Salsola dendroides + Anabasis aphulla) 

A. - I. - 2.-g) sarıbaşlı- qarağanlıq (Salsola dendroides + Kalidium kaspicum) 

A. -I. - 2. -h) dəvətikanlı-qarağanlıq (Salsola dendroides + Alhagi pseudoalhagi

A. - I.- 2. -i) küsdümotlu- qarağanlıq (Salsola dendroides +Lagonychium farctum

A. -I. - 2. -j) qamışlı-qarağanlıq (Salsola dendroides + Pragmites comminus

A.-I. - 3. +++ Qarağanın yarımkolçuq və birillik şorangələrlə  assosiasiya qrupu; 

A.-I.-  3.Assosiasiyalar:a)  yovşanlı-qarağanlıq  (Salsola  dendroides  +  Artemisia 



lerchiana)  

A.- I.-3.- b) bitişikçiçəkli-yovşanlı-qarağanlıq (Salsola dendroides Artemisia     

                  lerchiana + Gamanthus pilosus)    

A.- I.-3.- c) qışotlu-yovşanlı-qarağanlıq (Salsola dendroides Artemisia                     

                    lerchiana Petrosimonia brachiata)  

A.- I.- 3.- d) yovşanlı-sürünənayrıqlı-qarağanlıq (Salsola dendroides Artemisia      

                    lerchiana + Aeluropus repens) 

A.- I.- 4.++++ Qarağanın efemer və efemeroidlərlə (ombrofitlər) assosiasiya qrupu; 

A.- I.- 4. Assosiasiyalar: a) tonqalotulu-anisantalı-qarağanlıq (Salsola dendroides +  

             Anisantha rubens + Bromus  yaponicus

A.- I.- 4.- b) qırtıclı-qarağanlıq (Salsola dendroides + Poa bulbosa) 

 

Assosiasiyalardan;  bitişikçiçəkli-klimakopteralı-qarağanlıq  (Salsola  dendroides  + 



Gamanhus  pilosus  +  Climacoptera  crassa)  və  qamışlı-qarağanlıq  (Salsola  dendroides  + 

Pragmites 

comminus

qruplaşmaları  Şirvanın  səhra  bitkiliyi    üçün  ilk  dəfə 

müəyyənləşdirilmişdir.  Hər  bir  assosiasiya  subedifikatorların  müxtəlifliyi  və  fitosenozun 

quruluşu, həmçinin biotopun tərkibi ilə xarakterizə olunur. 

Qarağan  Şirvan  düzünün  səhra  bitkiliyində  qış  otlaqlarının  unikal    tərkib  hissəsini 

təşkil  edir.  O,  yağıntılardan  sonra  duzlardan  yuyulularaq,  yeyilmək  üçün  yararlı  hala  gəlir. 

Qışda bu bitki kiçik və iribuynuzlu  heyvanlar tərəfindən həvəslə yeyilir.  

Müəyyənləşdirilmişdir  ki,  qarağan  Şirvanın  qış  otlaqlarında  5,  5  –  7,  8  t  /hek.  quru 

yarpaq  kütləsi  verir.  Lakin,  son  illərdə  müxtəlif  səbəblərdən  (antopogen,  texnogen  və  s.)  ot 

örtüyündə    baş  verən  deqredasiya  prosesləri  ilə  əlaqədar    olaraq,  ot  örtüyü  seyrəkləşməyə 

başlamış, nəticədə məhsuldarlıq aşağı düşmüşdür. Müasir dövrdə ərzaq proqramının müvafiq 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

şərtlərinə  uyğun  olaraq,  qış  otlaqlarının  qiymətlı  yem  bitkisi  olan  qarağanın  edifikatorluq 

etdiyi  fitosenozların xarakterik ərazilərdə bərpasına, otlaqlardan səmərəli istifadəyə və əsaslı 

aqrobotaniki yaxşılaşdırılma tədbirlərinin həyata keçirilməsinə  ciddi riayət edilməlidir.  



Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin