Amea botanika İnstitutunun elmi əsərləri, 2012- ci IL, XXXII cild



Yüklə 7,48 Mb.
Pdf görüntüsü
səhifə31/64
tarix14.01.2017
ölçüsü7,48 Mb.
#5478
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

 

EKSPERİMENTAL HİSSƏ 

 Qoruq  Milli  Parka  çevrilməklə  ərazisi  6  min  739  hektardan  12  min  577  hektara 

çatdırılıb. Xüsusi mühafizə olunan sahəsi 6739 ha, dövlət meşə fondu 1577 ha, dövlət ehtiyat 

torpaq  fondu  4439  ha-dır.  Milli  parkın  əsas  hissəsinin  3524  hektarı  (52,3%)  meşə  sahəsidir.  

Azərbaycaanın  qərb bölgəsinin bitki  örtüyünə dair ədəbiyyatlarda  [3,6,7,8,13,14 ] bölgənin 

xüsusi mühafizə olunan təbiət ərazilərinə dair məlumatlara da rast gəlinir.  

2006-2012-ci  illərdə  apardığımız  tədqiqatlar,  meşə  ekosistemlərinin  bitki  örtüyünün 

müasir vəziyyətini aaydınlaşdırmağa imkan vermişdir [1,2,5,9,10,11,12]. 

Göy-göl Milli Parkının meşələri əsasən 3 hissəyə ayrılır [7,8]. 

1.Dağ  çəmən  meşələri  (1800-2200)    seyrək  olub,  şərq  palıdı,  tozağacı,  qarmaqvari  

şam və s. ağac doqquzdon, itburnu, ardıc və s. kollardan ibarətdir. Tək-tək ağaclar 2500m-ə 

qədər yüksəkliyə qalxır. Hündürlüyə qalxdıqca tozağacı üstünlük təşkil edir. 

2. Yuxarı dağ meşələri (1600-1800m) əsasən şərq fıstığı, Qafqaz vələsi meşələrindən 

ibarətdir. Vələs qarışıq fıstıq meşələrı şimal, şimal-şərq, şərq-qərb yamaclarında yaxşı inkişaf 

edir.Cənub  yamacında  isə  fıstıq,  fələs  vasıtəsılə  sıxışdırılır.  Dağ  meşə-çəmən  meşələrinə 

getdikcə fıstıq və vələs meşələrı şərq palıdı meşələri ilə əvəz olunur. 

3.Orta dağ- meşələri (1100-1600 (1770) m) yuxarı dağ meşə yarımqurşağına nisbətən 

vələsin  üstünlüyü  aşağı  sərhəddə  fıstığın  azlığı  ilə  fərqlənir.  Qoruq  ərazisinin  70%  -dən 

çoxunu  antropogen  anomaliyaların  təsirinə  məruz  qalmış  iynəyarpaqlı  giləmeyvə  qaracöhrə 

(Taxus  bacata  L.),  qarmaqvari  şam  (P.kochiana  Klotzch  in  C.Koch),  şərq  fıstığı  (Fagus 

orientalis  Lipsky),  Qafqaz  vələsi  (Carpinus  betulus  L.(=  C.caucasica  Grossh.)),  şərq  palıdı 

(Quercus  macranthera  Fisch.et.  C.A.Mey.ex  Hohen.),  Qafqaz  cökəsi  (Tilia  begoniifolia  Stev 



(=T.caucasica  Rupr.)),  dağ  qarağacı  (Ulmus  scabra  Mill),  ağcaqayın  (Acer  platanoides  L.) 

ibarət meşələr, 1800-2000 m yüksəklikdə park tipli subalp meşələrində Qafqaz cökəsi (Tilia 

begoniifolia  Stev.),  litvinov  tozağacı  (Betula  litwinowii  Doluch.),  pulcuqlu  tozağacı 

(B.verrucoza), çöl ağcaqayını ( Acer campestre L.), adi göyrüş (Fraxinus excelsior L.) yayılır.  

Meşələrdə Qafqaz rodedondronu (Rhododendron caucasium Pall.), ardıc  (Juniperus oblonga  

Bieb.), itburnu (Rosa canina L.), adı fındığ (Corylus avellana L.), adi zirinc (Berberis vulgaris 

L),  əzgil  (Mespilus  germanica  L.),  Qafqaz  quşarmudu  (Sorbus  caucasica  Zinseri.),  Qafqaz 

yemişanı (Grataegus caucasica C. Koch.) və digər kol bitkiləri yayılır. 

Mili  Parkda  ağac  cinsləri  arasında  birinci  yeri  fıstıq  tutur  (1270  ha).  Əsasən  1400-

2000 m hündürlükdə yayılıb, ən çox şimal, şimal-qərb və şimal- şərq yamaclarda inkişaf edir, 

vələs, ağcaqayın, cökə, palıd kimi ağaclar ilə qarışıqdır. Vələs meşələri sahəsinə görə ikinci 

yeri tutur (1020 ha). Bütün hündürlüklərdə inkişaf edir. Təmiz vələs meşələri  yoxdur, lakin 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

çox  işıqlandırılmış  cənub  yamacda  və  1200-1600  m  hündürlüklərdə  daha  çox  yayılmışdır. 

Fıstıq, palıd, göyrüş, ağcaqayın və s. ağaclarla qarışıq meşələr əmələ gətirir. 

Palıd  meşələri  fıstıq  və  vələs  meşələrinə  nisbətən    az  sahəni  tutur  (400  ha).  Ən  çox 

qoruğun qərb hissəsində yayılıb, cənub yamaclarda üstünlük təşkil edir. Təmiz palıdlıq azdır, 

əsasən fıstıq, vələs, ağcaqayınla qarışıq olur. 

Qarmaqvari  şam  ən  çox  Göy-göl  Milli  Parkı    ərazisində  (149  ha)  1500-2200  m 

hündürlüklərdə inkişaf edir, təmiz fıstıq, vələs, palıd, tozağacı və s. ilə birlikdə qarışıq meşə 

əmələ  gətirir.  Göy-Göl  qoruğunda  meşə  ilə  örtülü  ərazilərin  ağac  cinslərin  üzrə  sahəsi: 

Ağcaqayın 39 ha (1,3%), tozağacı 27 ha (0,9%), göyrüş 7 ha (0,9%), cökə 1 ha  təşkil edir. 

Trautvetter  ağcaqayını  (Acer  trautvetteri  Medw.),  Nizami  dərgili  (Rosa  nizami  Sosn.), 

Azərbaycan dərgili  (Rosa pulverulenta Bieb.(= R.azerbaidzhanica Novopokr.et Rzazade).  

Yuxarı  meşə  sərhəddinə  ot  örtüyü  arasında  üçüncü  dövr  reliktlərindən  Qafqaz 

rododendronu  (Rhododendron  caucasium  Pall.)  cəngəlliyi,  Vaccinium  myrtillus  L. 

Maralgölünə xususi gözəllik verir [10] . 

Giləmeyvəli  qaracöhrə,  Nizami  ağgülü,  Azərbaycan  ağgülü,  Qaya  dovşanalması, 

Qarmaqvari şam Göy-göl Milli Parkının nadir relikt və endemləridir. 

 

Müəyyən edilmişdir ki, ərazidə  27 növ ağac, 54 növ kol, 6 növ yarımkol yayılmışdır. 



Göy-göl  Milli  Parkında  rast  gələn  əsas  meşə  formasiyalarına-  Qarmaqvari  şamdan  ibarət 

iynəyarpaqlı meşələr; Ardıc seyrək meşəlikləri Şərq fıstığından ibarət fıstıq meşələri; Palıd 

meşə  formasiyaları;  Tozağacı  və  ağcaqayından  ibarət  park  tipli  seyrək  meşəliklər    daxildir. 

Meşələrin  tərkibcə  müxtəlif  olmasına  baxmayaraq,  enliyarpaqlı  meşələri  əsasən  fıstıq,  palıd 

və vələs cinsləri əmələ gətirir. Meşə ilə örtülü ərazinin 85,5%-i bu üç cinsin payına düşür. 

Milli  parkın  meşələrində  eroziya  qismən  az  inkişaf  edir.Meşə  bitkiliyi  məhv  olmuş 

yerlərdə eroziya prosesi güclənir. Maral göl ətrafında bu proseslər o qədər güclü deyil, qoruq 

rejimi otluqun çirklənməsinin qarşısını alır. Lakin, vaxtaşırı əsən güclü küləklər iri ağacların 

kəsilməsinə səbəb olur ki, bu da eroziyaların başlanmasına şərait yaradır.  Nəticədə, qoruqda 

eroziyalar  ildən-ilə  artır.  2005-ci  ildə  qoruq  ərazisindən  keçən  güclü  qasırğa  zolaq  boyu  

böyük bir ərazinin nəhəng  ağaclarını  yerə  yıxmışdır. 7 il keçməsinə baxmayaraq qasırğanın 

nəticələri  aradan  qaldırılmamışdır.  Beləliklə  qarşısıalınmaz  suksessiyalar  üçün    şərait 

yaranmışdır.  

Kürün  Azərbaycan  Respublikası  ərazisində  uzunluğu  900  km  olduğunu  nəzərə  alsaq 

Kür  boyunca  700-800  km-dən  artıq  meşəsiz  sahənin  qalması  məlum  olur.  Hazırda  Kür 

qırağında mövcud olan lokal meşəlikləri bütövlükdə götürdükdə, Kür sahili boyunca cəmi 90-

180 km uzana bilər [12]. Lakin bu  meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, 

otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, 

ağacların cins tərkibi xeyli dəyişilmişdir. Qarayazı Dövlət Təbiət qoruğunun  ərazisinin 9658 

hektara çatdırılması Kür sahili tuqay meşələrinin bərpası və qorunmasında rolu çox ola bilər. 

Bununla əlaqədar ağac və kol bitkilərinin senopopulyasiyaları üzərində daimi nəzarətin təşkili 

vacibdir.    Hazırda  Kür  sahili  Tuqay  meşələrinin  əsas  meşə  əmələgətirən    cinslərdən  qovaq 

(Populus  canescens  (Ait.)  Smith  (=P.hybrida  Bieb.)),  söyüd  (Salix  aegyptiaca  L.(=S. 

phlomoides  Bieb.p.p.)),  qarağac(Ulmus  minor  Mill.(=U.foliaceae  Gilii.)),  saqqız  (  Pistacia  

mutica  Fisch.  et  C.A.Mey.),  kol  bitkiləri  nar    (Punica  granatum  L.),  yulğun  (Tamarix 

ramosissima Ledeb.), zirinc (Berberis vulgaris  L),  yemişan (Grataegus pentagyna  Waldst.et 

Kit.),  qaratikan  (Paliurus  spina-christi  Mill.),  quş  üzüm  (Vitis  silvestris  C.Gmel.),  ot 

bitkilərindən    Solanum  nigrum  L.,  Lepidium  latifolium  L.,  Galium  humifusum  Bieb.

Tragopon  graminifolium  DC.,  Bromus  japonicus  Thunb.,    Xanthium  strumarium  L., 

Alopecurus  arundinaceus Poir. və s. bitkilər tam örtük  əmələ  gətirmir. Ağac və kol  bitkiləri 

lokal  sahələrdə  tək-tək  yayılır.  Bunun  nəticəsində  torpaqlarda  şoranlaşma,  bataqliqlaşma  və 

bozqırlaşma  baş  verir.  Tədqiqatlar  nəticəsində  aşkar  olunmuşdur  ki,  hazırda  Qarayazı 

Dövlət Təbiət qoruğunda 3 növ ağac, 48 növ kol və 2 növ yarımkol yayılmışdır. 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Müəyyən edilmişdir ki, III  dövr buzlaşmasına məruz qalmayan Eldar şamlığı Dövlət 

Təbiət  qoruğunda    saqqız    ağacı    (Pistacia    mutica),    dağdağan    (Celtis  caucasica  Willd.),  

sağan  (Cotinus  coggygria Scop.),  murdarça  (Rhamnus pallasii Fisch. et  C.A.Mey.)  və  s.  

üçüncü  dövr    qalığı    olan    seyrək    Eldar    şamlığı    (Pinus    eldarica    Medw.  in  Acta.)  

meşəliyindən  ibarət  kserofit  tipli  meşələr  saxlanılmışdır .Çayları  boyu  tərkibində  qovaq 

(Populus    canescens  (Ait.)  Smith  (=P.hybrida  Bieb.)),    söyüd    (Salix    alba  L.),    qarağac  

(Ulmus    minor  Mill.  (=U.foliaceae  Gilii.)),    yulğun    (Tamarix    ramosissima  Ledeb),    nar  

(Punica    granatum  L)    kimi    ağac    və    kollardan    ibarət    lokal    formalı        meşələri  

yerləşmişdir.  Qazax ardıcı (Juniperus sabina L.), Uzunsov ardıc (J. oblonga  Bieb.), Cırtdan 

ardıc  (J.  pygmaea  C.Koch),  Qırmızı  ardıc  (J.  polycarpos  C.  Koch.)  və  s.  seyrək  meşələrin 

tərkib hissəsidir. Quru daşlı yamaclarında acılıq (Ephedraceae Dumort.) fəsiləsindən  2 növü 

– Ephedra distachya L, E. procera Fisch. et C.A.Mey. .yayılmışdır. Qoruqda  Şam meşəsi 121 

ha, ardıc meşəsi 170 ha, saqqız ağacı meşəsi 37 ha, digər cinslərdən təşkil olunmuş meşələr 

isə  52  ha  ərazini  əhatə  edir.  Əsas  meşə  əmələ  gətirən  növlər:    Eldar  şamı  (Pinus  eldarica 

Medw.)  Üçüncü  dövrün  qalığı  olan  eldar  şamı  dünyada  təbii  halda  yalnız  Azərbaycan  və 

Gürcüstan  Respublikaları  sərhəddində  Eldar  Şamlığı  Dövlət  təbiət  qoruğunda  bitir.  Saqqız 

ağacı  (Pistacia  mutica  F.et  M.)-  püstə  cinsinin  Azərbaycanda  yabanı  halda  yayılmış  növü 

olub, ən qiymətli relikt ağaclardan biridir.  Respublikamızda saqqız ağacı meşəlikləri az sahə 

tutsa da, coğrafi arealı genişdir. Azərbaycanın qərb bölgəsində bu növə Eldar şamlığı Dövlət 

təbiət  qoruğunda    rast  gəlinir.  Qaraçöhrə  (Taxus  baccata  L.)-Üçüncü  dövrün  qiymətli  relikt 

növlərindən  biri  olub  Göy-göl  Milli  Parkı  və    Eldar  şamlığı  Dövlət  təbiət  qoruğunda    rast 

gəlinir [13,14].  

Korçay Dövlət Təbiət Qoruğunun  bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki 

qruplarından,  çay  yataqlarının  bitki  kompleksindən  ibarətdir.  Ərazidə  efemerlər  də  yaxşı 

inkişaf edir. Qoruqda cəmi 6 növ ağac, 43 növ kol və 5 növ yarımkol yayılmışdır.  

 

NƏTİCƏ VƏ MÜZAKİRƏLƏR 

Azərbaycanın  qərb  bölgəsində  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  dövlət 

səviyyəsində  statusu  dəyişildikdən    sonra  ilk  dəfə  meşə  bitkiliyinin  inventarizasiyası 

aparılmışdır.   Müəyyən edilmişdir  ki, hazırda Göy-göl Milli Parkında 27 növ ağac, 54 növ 

kol,  6  növ  yarımkol,  Qarayazı  Dövlət  Təbiət  qoruğunda  3  növ  ağac,  48  növ  kol,  2  növ 

yarımkol, Korçay Dövlət Təbiət Qoruğunda  6 növ ağac, 43 növ kol və 5 növ yarımkol, Eldar 

şamlığı  Dövlət  Təbiət  qoruğunda  18  növ  ağac,  54  növ  kol,  8  növ  yarımkol    yayılmışdır. 

Ümumiyyətlə    Pinus  eldarica,    Pyrus  eldarica,  Juniperus  pygmaea,  J.sabina,  P.kochiana, 

Taxus  baccata,  Acer  trautvetteri,  Rhododendron  caucasicum,  və  s.    xüsusi  mühafizə  olunan 

təbiət  ərazilərinin    nadir  və  məhv  olma  təhlükəsində  qalan  bitkilərdir.  Qoruq  rejimini 

gücləndirməklə  yanaşı  nadir  növlərin  populyasiyaları  üzərində  daimi  nəzarətin  təşkili 

vacibdir. 

 

ƏDƏBİYYAT 

1. Bayramova A.A. Qarayazı Dövlət Təbiət Qoruğunun flora biomüxtəlifliyi. Gəncə  

Dövlət Universitetinin Elmi Xəbərləri.2, Gəncə, 2010, s. 4-47 

2. Bayramova A.A. Korçay Dövlət Təbiət Qoruğunun bitkiliyi. AMEA GREM 

Xəbərlər məcmuəsi. 39, Gəncə, 2010, s. 29-33 

3.  Hacıyev  V.C.,  Musayev  S.H.,  Əkpərov  Z.İ.,  İbadullayeva  S.C.  Azərbaycan  florasının  ali 

bitkilərinin biomüxtəlifliyinə dair. AMEA Botanika  İnstitunun Elmi əsərləri:XXV, Bakı,Elm, 

2004, s.88-93.  

4.  Əli-zadə  V.M.  Azərbaycanın  bioloji  müxtəlifliyi,  öyrənilməsi,  qorunması  və  zənginləşdi-

rilməsi.AMEA Botanika İnstitunun Elmi əsələri, XXXI, Bakı, 2011, s.3-16. 

5. Əsgərov A.M. Azərbaycan florasının konspekti. Bakı, Elm, 2011, 202.s. 



                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

6. Гаджиев В.Д. Анализ флоры высокогорий Малого Кавказа.Баку: Элм 1971 

7.  Гаджиев  В.Д.  Материалы  к  растительности  окрестности  озера  Маралгел  Малаго 

Кавказа. Баку: 1971, 75 s. 

8. Quliyev V.Ş., F.M. Səfərli və b. Göy-göl –Hacıkənd ərazisinin hadir və kökü kəsilməkdə 

olan bitkiləri və onların mühafizəsi. “Ana Kür”. Gəncə, 2003, s.24-26 

9.İbadullayeva  S.C.,Məmmədova  S.Ə.  Xalq  təbabətində  istifadə    edilən  ağac  və 

kollar.//Biokimyəvi  nəzəriyyələrin  aktual  problemləri  II  Beynəlxalq  konfransın 

materialları.Gəncə,2011,s.42-47 

10. İsmayılova Z.M. Göy-göl Milli Parkı göllər ekosisteminin flora biomüxtəlifliyi //AMEA 

Botanika institunun elmi əsərləri XXIX cild Bakı, 2009. s. 329-333 

11.Конспект 

флоры 

Кавказа.т.I-III, 



2003,2006,2010,Санкт-Петербург,2003,2006, 

2010,950 c. 

12.Novruzov V.S., İsmayılova Z.M., Bayramova A.A. Azərbaycanın qərb bölgəsində xüsusi 

mühafizə olunan təbiət ərazilərinin (Göy-göl, Eldar şamlığı, Qarayazı) flora biomüxtəlifliyi və 

genofondun mühafizəsi. Azərbaycanın  Botanika Cəmiyyətinin Elmi əsərləri, Bakı, 2010 

13.Novruzov  V.S.,  İsmayılova  Z.M.,Bayramova  A.A.  Göy-göl  Milli  Parkının  çəmən 

ekosisteminin flora və bitkiliyi. AMEA Botanika İnstitutunun Elmi Əsərləri, XXXi cild, 2011 

14.Прилипко Л.И.Леса Азербайджанской ССР. В.кн. Леса СССР. М,1996. т.3.с.314-358. 

15.  Сафаров  И.С.  Важнейшие  третичные  реликты  Азербайджана.  Баку,  Изд-во  АН  

Азерб.ССР,1962, 311 с. 

 16.  Сафаров  И.С.Элъдарская  сосна  (Pinus  eldarica  M.)/  Биолого-экологическая 

особенность /Лесной журнал №2,1965,с.34-38. 



 

РЕЗЮМЕ 

ФЛОРА И РАСТИТЕЛЬНОСТЬ ЛЕСНЫХ ЭКОСИСТЕМАХ ОСОБО 

ОХРАНЯЕМЫХ ТЕРРИТОРИИ ЗАПАДНЫХ РЕГИОНОВ АЗЕРБАЙДЖАНА 

 

Байрамова А.А. 



 

После  изменения  статуса  особо  охраняемых  территории  западных  регионов 

Азербайджана проведена инвентаризация деревьев и кустарников лесных экосистем. В 

результате исследований выявлен флористический состав и дана классификации лесов 

Гей-гельского  Национального  Парка,  Караязинского,  Корчайского  и  Елдарского 

заповедников. 

 

Ключевые слова: флора, растительность, лес, экосистем, реликт, эндем 



 

SUMMARY 

FLORA AND VEGETATION OF THE FOREST ECOSYSTEMS OF SPECIALLY 

PROTECTED AREAS OF THE WESTERN REGIONS OF AZERBAIJAN 

 

Bayramova A.A. 



 

Forest (trees and shrubs) ecosystems inventory have been carried out after changing the status 

of the extreamly  protected  area  of the  western regions of  Azerbaijan for the first  time.  As a 

result a floristic content of forest Goy-Gel National Park, Garayazy, Korchay, Eldar Reserves 

identified and given their classification.  

 

Key words: flora, vegatation, forest, ecosystem, relict, endemic 



 

                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

 

UOT 634.01.634.0.351. 

 

MEŞƏLƏRDƏN ISTIFADƏNIN MÜXTƏLIF ASPEKTLƏRI 

 

Əsədov K.S., Xəlilov V.S. 

Mərkəzi Nəbatat bağı, Botanika İnstitutu 

 

 



Ot    bitkiləri  heyvanların  əsas  yemini  təşkil  edir.  Buna  baxmayaraq  bəzən  ağac 

bitkilərindən  də  mal-qaranın  yemləndirilməsi  üçün  də  istifadə  edilir.  Bu  ağaclar  sırasında 

Palıd,  fıstıq,  vələs,  ağcaqayın,  doqquzdon,  göyrüş,  alma,  armud,  yemişan,  topulqa, 

dovşanalması, qovaq, söyüd, tozağacı, cökə, azot ağacı və s. Məqalədə vegetasiyanın müxtəlif 

mərhələlərində heyvanlar tərəfindən yeyilməsindən bəhs edilir. Bu bitkilərin yem əhəmiyyəti 

təsvir edilmişdir. 

 

Açar  sözlər:  Meşə,  əlavə  istifadə,  təbii  bərpa,  yeniyetmələr,  qorunma  malqara, 



davarlar, otarma 

 

 

METODIKA 

Meşədən əlavə istifadə (yabanı meyvə, göbələk, dərman bitkiləri, şirə və s. tədarüki) 

istiqamətində  aparılan  tədqiqat  materiallarına  əsasən  davarların,  mal-qaranın  müxtəlif 

mövsümlərdə (yarpaqlar tökülərkən, xəzəl  quruduqda, erkən  yazda pururlar əmələ  gəldikdə, 

budaq  yemi  və  s.)  mal-qaranın  otarılması  vaxtı  müşahidələr  aparılır,  hansı  növ  ağacın  

budaqları,  yarpaq və xəzəllərin daha intensiv  yeyilməsi, xəzəlin toplanıb qışa saxlanması və 

duzlu su ilə isladılıb heyvanların  yemlənməsində  istifadə olunması üzərində nəzarət etməklə 

müəyyən edilir. Budaq yemi meşələrdə xidmət işləri aparılarkən  kəsilmiş ağac və kollardan 

hazırlanır (3;6). 

 

 

EKSPERIMENTAL HISSƏ 



Ağac və kolların heyvanlar tərəfindən istifadəsi aşağıda izah edilmişdir. 

Palıd  (Quercus),  fıstıqkimilər  (Fagaceae)  fəsiləsinə  daxildir.  Həmişə  yaşıl  və  ya 

yarpağını  tökən  növləri  vardır.  Azərbaycanın  təbii  florasında  palıdın  9  növü  bitir.  Bunlar 

Şabalıdyarpaq palıdı (Q.castaneifolia), Şərq palıdı (Q.macranthera), Araz palıdı (Q.araxına), 

uzunsaplaq (Q.lengipes), Gürcü palıdı (Q.iberica), Qızılı palıd (Q.hypochrus), Qumral palıdı 

(Q.crispata), Kövrək palıdı (Q.erucifolia) və boz palıdı (Q.anatolica) növləridir. Bütün palıd 

növlərinin təzə xəzəli və qozası başqa yemlər qıt olduqda heyvanlar tərəfindən həvəslə yeyilir. 

Palıd qozaları xüsusən ev və çöl donuzları tərəfindən daha yaxşı yeyilir. Qış ayları mülayim 

keçdikdə  qar  örtüyü  az  olduqda  çöl  donuzları  (qabanlar)  palıd  qozalarını  tam  məhv  edir  və 

palıdın təbii bərpasına  kəskin mənfi təsir göstərir. Bununla yanaşı donuzlar palıd qozalarını 

axtararkən  torpağı  burunları  ilə  eşib  yumşaldır,  beləliklə  də  digər  xırda  toxumlu  ağacların 

cücərməsinə və bərpa olunmasına şərait yaradırlar. (2). 

Fıstıq (Fagus) fıstıqkimilər (Fagaceae) fəsiləsindəndir. Azərbaycanın təbii florasında 

şərq  fıstığı  (F.orientalis)  növü  bitir.  Dağ  meşələrinin  əsas  edifikator  bitkisi  olmaqla  yüksək 

bonitekli meşələr əmələ gətirir. Fıstğın saralmış təzə xəzəlləri və meyvəsi heyvanlar, xüsusən 

qoyun və keçilər tərəfindən həvəslə yeyilir. (4) 

Bəzən  fıstıq  xəzəli  maldarlar  tərəfindən  toplanaraq  qışa  tədarük  görülür  və  tövlə 

şəraitində isti və duzlu su ilə isladılaraq başqa yemlə qarışıq heyvanlara verilir. Belə qarışıq 

(xəzəl ot) yem heyvanlar tərəfindən yaxşı yeyilir. 

Vələs  (Carpinus)Tozağacıkimilər  (Betulaceae)  fəsiləsindəndir.Azərbaycanın  təbii 

florasında  vələsin  6  növü  bitir.  Bunlar  Qafqaz  vələsi  (C.caucasica),  Sivriyarpaq  vələsi 


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

(C.oxycarpa),  Şuşa  vələsi  (C.schuschaensis),  Göyçay  vələsi  (C.geoktschaica),  şərq  vələsi 

(buna  bəzən  dəmirqara  da  deyilir)  (C.orientalis),  irimeyvəli  vələsi  (C.macrocarpa),  vələs 

növlərinin  meyvələri  xırdadır  və  yalnız  quşlar,  xüsusən  qaratoyuqlar  tərəfindən  həvəslə 

dənlənir. 

Təzə yarpaqları buzovlar və kalcalar üçün yaxşı yemdir. Xəzəlləri malqara və davarlar 

tərəfindən  həvəslə  yeyilir.  Bəzən  heyvan  sahibləri  tərəfindən  fıstıq-vələs  qarşıqlı  xəzəllər 

toplanır və qışa tədarük edilir. Qışda duzlu su ilə isladılır və başqa yemlə qarışıq  heyvanlara 

verilir. Vələsin təzə xəzəli çöl heyvanları tərəfindən də həvəslə yeyilir. Yaz aylarında çöldə-

çəməndə  ot  qıt  olduqda  və    qışa  tədarük  edilən  yem  ehtiyatı  azaldıqda  vələsin  puçurundan 

kəsib heyvanlara verilir və heyvanlar bu parçaları olduqca həvəslə yeyirlər. 

Çöl  heyvanları  da  vələs  yarpaqlarını,  xəzəlini  və  ağızları  çatan  hissədə,  xüsusən 

yeniyetmələrin puçurlarını (təzə zoğların) yeyirlər. (3) 

Ağcaqayın  (Acer)  Ağcaqayınkimiləri  (Aceraceae)  fəsiləsindəndir.  Dünyanın  təbii 

florasında ağcaqayının 120 növü məlumdur. Azərbaycanın təbii florasında bu cinsin 7 növü 

bitir. Bunlar çöl ağcaqayını (A.campestre), nəhəng və ya məxməri ağcaqayını (A.velutinum), 

gözəl  ağcaqayını  (A.leufum),  trantfetter  ağcaqayını  (A.traytvettery),  yalançı  çinaryarpaq 

ağcaqayını  (A.pseudoplatanus),  Hirkan  ağcaqayını  (A.hyrcanum),  Gürcü  ağcaqayını 

(A.ibericum) və çinaryarpaq ağcaqayını (A.platanoides). 

Ağcaqayınların  yarpaqları  gobud  və  dairəvari  olduğundan    bütün  növ  heyvanlar 

tərəfindən  yeyilmir,  lakin  çöl  ağcaqayının,  gözəl  ağcaqayını  və  yalançı  çinaryarpaq 

ağcaqayının  yarpaqları  nisbətən  zərif  olduqları  üçün  heyvanlar  tərəfindən  yaxşı  yeyilir.  Çöl 

heyvanları yarpaqlarla birlikdə cavan cücərtiləri də həvəslə yeyirlər.  

Doqquzdon  (Lonicera)  Doqquzdonkimilər  (Caprifoliaceae)  fəsiləsindəndir.  Dünyada 

bu  fəsiləyə  daxil  olan  15  cinsin  400-dən  artıq  növləri  vardır.  Azərbaycanın  təbii  florasında 

doqquzdon  cinsinin  5  növü  vardır.  Bunlar  adi  meşə  doqquzdonu  (L.Xylosteum),  keçi 

doqquzdonu  (L.caprifolium),  gürcü  doqquzdonu  (L.İberica),  Qafqaz  doqquzdonu 

(L.caucasica) və s. Yarpaqlarını və zoğları çöl heyvanları tərəfindən işdahla yeyilir. Xüsusən 

yem  qıt    olduqda  və  qış  qarlı  keçdikdə  cavan  zoğları  daha  çox  yeyilir.  Yaxşı  balverən 

bitkilərdir. 1 ha-dan çiçək vaxtı arılar 8 kq bal götürür.  

Göyrüş  (Fraxinus)  buna  vəndə  deyilir.  Zeytunkimilər  (Oleaceae)  fəsiləsindəndir. 

Dünya  florasında  fəsiləyə  20  cins  və  400  növ  daxildir.  Göyrüş  cinsinə  isə  60  növ  daxildir. 

Azərbaycan meşələrində göyrüşün 4 növü bitir. Bunlar adi göyrüş (F.excelsior), sumaqyarpaq 

göyrüş  (F.coriarifolia),  şiş  meyvə  göyrüş    (F.oxycarpa)  və  ensizyarpaq  göyrüş 

(F.angustifolia).  Yarpaqları  lələkvari  olub,  payızda  saralır  və  çox  dekorativ  görkəmli  olur. 

Yarpağı qoyun və keçilər tərəfindən həvəslə yeyilir. Kiçik Qafqazda və Naxçıvanda orta dağ 

qurşağı meşələrində qarışıq halda bitirlər. (5) 

Alma  (Malus)  alma  yarımfəsilinə  (pomoideae)  daxildir.  Alma  (Malus)  cinsinə  60-a 

yaxın  növ  daxildir.  Azərbaycanın  təbii  florasında  şərq  alması  (M.orientalis)  və  qızılı  alma 

(M.niedzwetzkyana) növləridir. Almanın birçox növ və sortları bağlarda becərilir. Meyvəsi və 

yarpağı heyvanlar tərəfindən yeyilir. Yaxşı balverən bitkilərdir. 

Yabanı  alma  növü  mədəni  almaların  çoxaldılmasında  calaqaltı  olaraq  geniş  istifadə 

olunur. 

Alma bağlarının hər hektarından arılar 9,3 kq hektar götürür.  

Armud (Pyrus) Armud cinsinə 60-a yaxın növ daxildir. Azərbaycanın təbii florasında 

armudun  aşağıdakı  növləri  daha  geniş  yayılıb.  Qafqaz  armudu  (P.caucasica),  Buassye 

armudu  (P.boissieriana),  Hirkan    armudu  (P.hyrcana),  Eldar  armudu  (P.eldarica), 

söyüdyarpaq  armud  (P.salicifolia),  Vsevolod  armudu  (P.vsevolodi),  Qrossheym  armudu 

(P.grossheimii),  Gürcü  armudu  (P.georgica),  Medvedyev  armudu  (P.medvedevii),  Sallaq 

armud (P.nutans), Suriya armudu (P. suriaca) və s. Armud  növlərinin əksəriyyətinin  yarpaq 

və  meyvələri  heyvanlar  tərəfindən  yeyilir.  Xüsusən  armudun  yetişmiş  meyvələri  ayılar  


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

tərəfindən  həvəslə  yeyilir.  Atalar  sözündə  deyilir;  “Meşədə    armudun  yaxşısını  ayı  yeyir.” 

Başqa  heyvan  və  donuzlar  da    armud  meyvələrini  yaxşı  yeyirlər.  Saralıb  yerə  tökülən  təzə  

yarpaqları  (xəzəli)  heyvan  və  qoyunlar  tərəfindən  yaxşı  yeyirlər.  Qafqaz  armudunun  xəzəli 

daha çox sevilir və  yeyilir. Armud  meşəsinin 1 ha-dan  arılar 7,4 kq bal  götürür (Ə.Quliyev 

1979). 


Yemişan  (Crataegus)  Gülçiçəkkimilər  (Rosaceae)  fəsiləsindəndir.  Dünya  yemişan 

cinsinə  1250  növ  daxildir.  Azərbaycanın  təbii  florasında  18  növ  yemişan  qeydə  alınıb. 

Bunlardan 9 növü son illərdə tapılıb təsvir edilmişdir. Yemişan bəzən xırda sahələrdə təmiz 

kolluq  yaradır  və  ya  kolluğun  tərkibində  edifikator  mövqe  tutur.  Saralıb  yerə  tökülən 

yarpaqları və yetişmiş meyvələri heyvanlar tərəfindən yeyilir. Meyvələri  isə quşlar tərəfindən 

dənlənir. Çöldə - çəməndə yem qıt olanda yemişan yarpaqları (xəzəlləri) və cücərtiləri vəhşi 

heyvanların köməyinə çatır.  

Yemişan meyvələri dərman kimi də tibdə istifadə olunur. Bütün növləri yaxşı nektar 

verən bitkilərdir.  

Topulqa  (Spiraca)  Gülçiçəkkimilər  (Rosaceae)  fəsiləsinin    topulqa  yarımfəsiləsinə 

(Spiracoideae)  daxildir.  Bu  cinsə  dünyada  100-dən  artıq  növ  daxildir.  Azərbaycanın  təbii 

florasında  topulqanın  5  növü  qeydə  alınıb.  Yarpaqları  və  cavan  zoğu  heyvanlar,  xüsusən 

keçilər    tərəfindən  həvəslə  yeyilir.  Bal    (nektar)  verən  bitkidir.  Azərbaycanda  ən  geniş 

yayılmış  topulqa  Dazıyarpaq  (S.hypericifolia)  və  dişli  (S.cerenata)  növləridir.  Sərt 

qayalıqlarda bitir, olduqca dekorativ bitkidir.  

Dovşanalması  (Coteneaster)  Gülçiçəkkimilər  (Rosaceae)  fəsiləsindəndir.  Bu  cinsin 

60-a yaxın növü məlumdur. Azərbaycanın təbii florasında 5 növü yayılıb. Bunlardan 3 növü 

daha  geniş  ərazidə  yayılıb.  Bunlar  qarameyvəli  dovşanalması  (C.melanocarpa),  Çoxçiçək 

dovşanalması  (C.multiflora)  və  Salxımçiçək  dovşanalması  (C.racemiflora).  Hər  üç    növ  

qayalıq  yerlərdə,  sərt  dağ  yamaclarında  bitir.  Yarpaq  və  zoğları  vəhşi    heyvanların,  xüsusən 

keçilərin yem mənbəyidir. Meyvəsi quşlar tərəfindən yeyilir. 

Qovaq  (Populus)  Söyüdkimilər  (Solicaceae)  fəsiləsindəndir.    Cinsin  120-yə  yaxın 

növü  məlumdur.  Azərbaycanın  təbii  florasında  qovaqın  11  növü  qeydə  alınıb.  Bunlardan 

turanqa  qovaqı (P.transcaucasia), titrək qovaq (P.tremula), qələmə qovaqı (P.gracilis), qara 

qovaq  (P.nigra)  və  s.  daha  çox  yayılıb.  Qovaqların  yarpaqları  töküldükdən  sonra  heyvanlar 

tərəfindən  yeyilir. Qış aylarında xəzəl  və  yeniyetmələrin,  zoğları  vəhşi  heyvanlar tərəfindən 

yeyilir. 

Söyüd  (Salix)  Söyüdkimilər  (Salicaceae)  fəsiləsindəndir.  Söyüd  cinsinin  dünya 

florasında  600-dən  artıq  növü  məlumdur.  Azərbaycanın  təbii  florasında  15  növü  bitir. 

Bunlardan  geniş  ərazidə  bitənləri  keçi  söyüdü  (S.caprea),  ağçubuq  söyüd  (S.triandra),  Ağ 

söyüd  (S.alba),  Qafqaz  söyüdü  (S.caucasica),  xəzər  söyüdü  (S.caspica)  və  s.  növləridir. 

Söyüdlərin  xəzəli  və  cavan  yeniyetmələri  heyvanlar  tərəfindən  həvəslə  yeyilir.  Xüsusən 

yağışdan sonra islanmış xəzəlini qoyun və keçilər işdahla yeyirlər. (6) 

Tozağacı  (Betula)  Tozağacıkimilər  (Betulaceae)  fəsiləsindəndir.  Bu  cinsə  dünya 

florasında 120 növ daxildir. Azərbaycanın  təbii  florasında 3 növü meşələrdə  yayılıb.  Radde 

tozağacı (B.raddeana), ziyilli tozağacı (B.verrucosa) və Litvinov tozağacı (B.litvinowii). Hər 

üç növ yuxarı dağ meşə və subalp  qurşaqlarında bitir və təmiz tərkibdə meşələr təşkil edir. 

Yarpaq və zoğları payız aylarında vəhşi heyvanların yem bazasından biri hesab olunur. (5) 

Cökə  (Tilia)  Cökəkimilər  (Tiliaceae)  fəsiləsindəndir.  Bu  cinsin  95  növü  məlumdur. 

Azərbaycanın  təbii  florasında  cökə  cinsinin  4  növü  məlumdur.  Bunlardan  meşələrdə  geniş 

ərazi  tutanı  Qafqaz  cökəsidir  (T.caucasica)  zərif  yarpaqları  vardır.  Azərbaycanda  cökə 

yarpaqından  dolma  bükürlər  və  çox  dadlı  olur.  Saralmış  yarpaqları  xəzəl  şəkilində  yerə 

tökülür  və  payız  aylarında  qoyun  və  keçilərin  yemindən  biri  hesab  olunur.  Yaxşı  nektarlı 

bitkidir.  Cökə  meşəsinin  1  hektarından  çiçəklədiyi  vaxtda  arılar  253-802  kq  nektar  götürür 

(Ə.Quliyev1979).  


                                       AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild 

 

 



 

Azat  (Nil)  ağacı  (Zelkowa)  Qarağackimilər  (Ulmaceae)  fəsiləsindəndir.  Cinsin 

dünyada  6  növü  məlumdur.  Azərbaycan  meşələrində  geniş  yayılan  vələsyarpaq  azat  (Nil

növüdür. Dəniz səviyyəsindən  1700 m yüksəkliyə kimi meşələrin tərkibində bitir. Yarpaq  və 

zoğlarını  malqara  həvəslə  otlayır.  Örüş  yerlərində    ot  bol  olsa  da  orada  bitən  Azat  ağacını 

malqara  daima  otladığı  üçün  ağaclar  şarvari    və  ya  konusvari  forma  alır.  Zoğları  qırpılmış 

(yeyilmiş) hissədən ağac yenidən təzələnir və təkrarən malqaranın  otlamasına məruz qalır. 

 

 



Yüklə 7,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin