Elminin tədqiqat obyekti olan bitkilər



Yüklə 77,12 Kb.
tarix02.01.2022
ölçüsü77,12 Kb.
#42181
Belge (3)


GİRİŞ

Canlılar aləminə aid olan qruplardan biri də bitkilərdir. Hal hazırda dünyada 350 mindən çox bitki növü var. Bitkiləri öyrənən elm Botanika adlanır. Flora — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon da olan  məcmusuna deyilir. Flora müxtəlif bitki qruplaşmalarının cəmidir. Florada növ əmələgəlmə prosesləri, bir növün digərini sıxışdırması, bitkilərin miqrasiyası və s. hadisələr səciyyəvidir. Hər hansı flora özünə məxsus müxtəlifliyi, yaş tərkibi, endemikliyi ilə fərqlənir.

Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır.

Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.

Yaşıl bitkilər torpaqdakı mineralların transformasiyasında – bəzilərinin parçalanmasında və yenilərinin sintezində, profilin kökyayılan hissəsinin strukturunun formalaşmasında, həmçinin su-hava və istilik rejiminin formalaşmasında iştirak edir. Yaşıl bitkilərin torpaqəmələgəlmədə iştirakının xüsusiyyəti bitkinin tipindən və bioloji dövranın intensivliyindən asılı olaraq müxtəlifdir.

Bitki formasiyaları haqqında təlimin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir. Bitki formasiyalarının bölünməsinin əsas meyarları kimi Vilyams tərəfindən bitki qruplaşmasının tərkibi, torpağa daxil olan üzvi qalıqların xüsusiyyətləri və onun mikroorqanizmlərin təsiri altında parçalanmasının xarakteri və aerob və anaerob proseslərin müxtəlif nisbəti götürülmüşdür. O, bu prosesləri mülayim qurşağın ağac və ot formasiyalarının timsalında ətraflı şəkildə təsvir etmişdir. Hazırda bitki senozlarının torpaqəmələgəlmədə rolunu tədqiq edərkən maddələrin bioloji dövranının xarakteri və intensivliyi, həmçinin bioloji rejimi, yəni üzvi maddələrin illik tsikldə torpağa daxil olmasının müddəti və tempi də nəzərə alınır.

Torpaq tədqiqatlarında və ümumiləşdirmələrdə aşağıdakı bitki senozları fərqləndirilir:


  1. Ağac formasiyaları qrupuna daxildir: tayqa meşələri, enliyarpaq meşələr, rütubətli subtropik meşələr və rütubətli tropik meşələr;

  2. Keçid ağac-ot formasiyaları qrupuna daxildir: kserofit meşələr, savannalar.

  3. Ot formasiyaları qrupuna daxildir: quru dərə və bataqlaşmış çəmənlər, prerilər, mülayim qurşağın bozqırları, subtropik kolluqlu bozqırlar.

Bundan başqa səhra (subborel – vegetasiyanın yay tsikli ilə, subtropik vegetasiyanın qış tsikli ilə və tropik) və şibyə-mamır (tundra, bataqlıqlar) formasiyaları xüsusi olaraq ayrılır. Adı çəkilən bitki formasiyalarından hər biri öz üzvi maddələrinin tərkibinə, onun torpağa daxil olmasına, üzvi maddələrin parçalanmasına və torpağın mineral kütləsi ilə qarşılıqlı əlaqəsinə görə bir-birindən fərqlənir. Torpaqəmələgəlmədə senozların rolunu öyrənərkən, tərkibinin, bəzən də formasiyanın yaşının səciyyəsi ilə yanaşı, maddələrin bioloji dövranının aşağıdakı göstəriciləri detal şəklində nəzərə alınır:

  • müşahidə anında yerüstü və kök (rizokütlə) hissəyə ayırmaqla bitkilər tərəfindən yaradılan ümumi fitokütlə;

  • fitokütlənin illik artımı;

  • illik töküntü;

  • küli tərkib və azotun miqdarı;

  • bioloji dövranın həcmi – fitokütlənin tərkibində kül elementlərin və azotun ümumi miqdarı və onun intensivliyi – fitokütlə artımının tərkibindəki kimyəvi elementlərin miqdarı;

  • bioloji dövranın sürəti – küli elementlərin və azotun fitokütlədəki ümumi miqdarının onların töküntüdəki miqdarına nisbəti.

Yer səthində meşə bitkiliyi öz biokütləsinə (1011 – 1012 t) görə üstünlük təşkil edir. O, tərkibi ağac, kol, ot və mamır-şibyə formasiyalarından ibarət çoxkomponentli mürəkkəb biosenoz əmələ gətirir. Meşə bitkiliyinin, onun torpaqəmələgəlmədə spesifik rolunu açan əsas xüsusiyyətləri aşağıdakılardır: çoxillik həyat tsikli, hər il biokütlənin yalnız bir hissəsinin, meşə döşənəyi (yarpaq, budaq, meyvə, qabıq) şəklində əsas hissədən kənarlaşması, güclü şəbəkələnmiş kök sistemi. Zəngin bitki tərkibinə malik Azərbaycan meşələrinin bioloji parametrləri tip xüsusiyyətlərindən (X.H.Muradov, 1970; B.B.Mirzəyev, 1969 ) asılı olaraq böyük ölçülərdə dəyişir.

Meşədə bioloji dövran üçün səciyyəvi cəhət ondan azot və küli elementlərin ağac və kol bitkilərinin tərkibində toplanmış biokütlə vasitəsilə uzun müddətə kənarlaşdırılması, meşə töküntülərinin torpaq səthində transformasiyası nəticəsində meşə döşənəyinin və tərkibinə görə müxtəlif suda həll olan üzvi və mineral məhsulların yaranmasıdır.

Sonuncuların atmosfer yağıntıları vasitəsilə yuyulması onların torpağın (süxurun) mineral hissəsi ilə fəal qarşılıqlı əlaqəsindən ötrü əlverişli şərait yaradır. Suda həll olan məhsulların tərkib və xassələri meşə senozunun, torpaq faunası və mikroflorasının tərkibindən, həmçinin atmosfer iqliminin və torpağın hidrotermik rejimindən, torpaqəmələgətirən suxurların tərkibindən asılıdır. Ona görə də müxtəlif şəraitlərdə müxtəlif meşə tipləri altında müxtəlif torpaqlar formalaşır.

FƏSİL 1. ALİ BİTKİLƏRİN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ

A
li bitkilər bizim planetimizin son dövrlərində inkişaf etmişdir. Bitki və heyvanların əmələ gəlməsi ilə əlaqədar olaraq Yer kürəsi öz örtüyünü dəyişmişdir. Bitkilərin quruya çıxması ilk dəfə paleozoy erasının silur dövrünə təsadüf edir ki, həmin dövrdə dəniz yosunlarında gedən fotosintez prosesi nəticəsində (Fotosintez prosesi Günəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr yaradır) atmosferdə oksigenin miqdarı artmış və quru canlılarının yaşaması üçün şərait yaranmışdır. Böyük ərazilərdə dağəmələgəlmə prosesi baş vermiş, Skandinaviya, Tyan-Şan və Sayan dağları əmələ gəlmiş, quru sahələrin əraziləri genişlənmişdir. Yosunların bir çoxu məhv olmuş, yalnız yeni şəraitə uyğunlaşan bəzi bitkilər inkişaf etmişdir. Bitkilərin quruluşunun sadəliyinə baxmayaraq, onlar tipik quru bitkiləri olmuşdur. Bitkilər quruya çıxarkən işığın daima olması ilə əlaqədar olaraq fotosintez prosesi aktivləşməyə başlamışdır. Bu proses bitkilərin artmasına səbəb olmuşdur. İlk quru bitkilərinin bədənləri tallom şəklində (kökləri, yarpaqları, çiçəkləri və toxumları olmur) olmuş və sonra onların formasından asılı olmayaraq fotosintez prosesini və digər mühüm funksiyaları yerinə yetirən orqan yarpaq əmələ gəlmişdir (Şəkil 1).

Şəkil 1. Bitkilərin sudan quruya çıxması



Müxtəlif bitkilərin yarpaqları ayrı-ayrı mənşədən formalaşdığı üçün terminologiyada (adlandırmada) müxtəlif cür adlanır. Mamırlar şöbəsinə aid olan bitkilərin yarpaqları fillid, plaunların yarpaqları mikrofil, qıjıların yarpaqları isə vai adlandırılır.
Yüklə 77,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin