1.
Əsgərov A.T. Ali Bitkilərin sistematikası. Bakı –Elm 2006, II cild, səh 55-56
2.
Həsənov Z.M., Əliyev C.A.“ Meyvəçilik”. Bakı: “MBM”nəşriyatı, 2007, 495 s.
3.
Березгова А.А. Дикорастущие плодовые и ягодные растения Кавказа //
Международный симпозиум / Институт биологии Коми НЦ УрО РАН / Сывтывкар:
2008-стр.23-29
4.
Михайлов И.Т. Земляника. Сельхозгиз.М.-Л.,1967 стр.32-37
5.
Паушева З.П. «Практикум по цитологии растений» Москва, Колос, 1974. 287с.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
РЕЗЮМЕ
ИЗУЧЕНИЕ НЕКОТОРЫХ ИНТРОДУЦИРОВАННЫХ
СОРТОВ ЗЕМЛЯНИКИ НА АБШЕРОНЕ
Гаджиева А.Ф., Шириева Л.А.
Институт Генетических Ресурсов НАНА, Азербайджан,
Баку, 449-91-29 E.mail: gadjieva-aynura@rambler.ru
Были изучены интродуцированные сорта земляники в условиях Абшерона. В
результате исследования фенологических, биоморфологических, технологических
особенностей сортов земляники выявлены 4 сорта, рекомендуемых для
культивирования в условиях Абшерона. Кроме того изучена фертильность пыльцевых
зерен.
Ключевые слова: земляника, генофонд, пыльцевые зерна
SUMMARY
STUDY OF SOME INTRODUSED STRAWBERRY VARIETIES IN ABSHERON
Hajieva A.F., Shiriyeva L.A.
Genetic Resources Institute of the ANAS, Azerbaijan,
Baku, 449-91-29 E.mail: gadjieva-aynura@rambler.ru
Introduced varieties of strawberry in the Absheron environment have been studied in the
article. As a result of the research phenological, biomorphological, technical features of
strawberriy varieties4 varieties have been ascertained to recommend for cultivation in the
Absheron environment. Pollen grains fertility has also been studied.
Keywords: strawberry, genepool, pollen grains
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT 635.649
KOLLEKSIYADA OLAN BAŞ SOĞAN (ALLIUM CEPA L.) NÜMUNƏLƏRININ
ABŞERON ŞƏRAITINDƏ QIYMƏTLƏNDIRILMƏSI
* Həsənov S.R., Namazova Ç.T.
AMEA Genetik Ehtiyyatlar İnstitutu. E-mail: s- hasanov 57@rambler.ru
Baş soğanın Genetik Ehtiyatlar İnstitutunun kolleksiyasında toplanmış 20-yə qədər
yerli xalq seleksiyası, elmi seleksiya və introduksiya sortları, sort-formaları Abşeron
şəraitində becərilərək qiymətləndirilmiidir. Yerli Masallı, Ordubad-2, Yerli Naxçıvan, Yerli
Xaçmaz, Yerli İmişli sortlarının bu şərait üçün daha pespektivli olduğu aşkar edilmişdir. Bu
zonada keyfiyyətli soğanaq və toxum məhsulu almağın aqrotexniki tədbirlər sxemi
müəyyənləşdirilmişdir.
Açar sözlər: aqrotexnika, sort, sort-forma, baş soğan, zoğ, tac, toxum, soğanaq
Baş soğan Allium L. cinsinə, Alliaceae J. Agardh fəsiləsinə daxildir. Hazırda bu
cinsin 870-ə qədər növü məlumdur (1). Onlardan 72-si Qafqazda yayılmışdır. Azərbaycan
florasında isə soğanların 52 növünün olduğu müəyyənləşdirilmişdir (2- 4).
Soğanlar öz təkamül mənşəyini Orta Asiyadan, Əfqanıstandan və Azərbaycandan
götürmüşdür. Soğanların aqrokulturada becərilmə tarixi 6000 ildən çoxdur. Bu bitkini hələ
qədim zamanlarda Misirdə becərirdilər (7, 8).
Dünyada becərilən tərəvəz bitkilərinin payına düşən ərazinin 9 %-i soğanlara aiddir.
Soğanlardan daha çox becəriləni baş soğandır (Allium cepa L.) ki, becərilən soğanların
ümumi əkin sahəsinin 95%-ni tutur (5, 6).
Bu çoxillik bitki özünün genetik xüsusiyyətinə uyğun olaraq ömrünün 2-ci yaxud da 3-
cü ilində toxum əmələ gətirir.
Baş soğan yüksək məhsuldar tərəvəz bitkisidir, insanlar onun həm yarpaqlarından,
həm də soğanaqlarından bütün il boyu təzə tər şəkldə, yaxud da bişirilmiş formada istifadə
edirlər. Bu bitki örtülü və açıq sahələrdə becərilir (9).
Məlumdur ki, güclü zoğlara və çoxlu toxum vermək qabiliyyətinə malik bitkilər
almaqdan ötrü əkin üçün kifayət qədər iri soğanaqlar götürülməlidir.
Azərbaycan şəraitində əkinin payizda və yazda aparılmasından asılı olmayaraq baş
soğan özünü tipik 2 illik bitki kimi aparır. Birinci il onda soğanaqlar əmələ gəlir, soğanaqların
çəkisi becərilmə şəraitindən və sortun genetik xüsusiyyətindən asılı olaraq 600 q-a qədər çata
bilir.
Azərbaycanın mülayim iqlimə malik olan bölgələrində o cümlədən Abşeronda toxum
məhsulu almaq üçün əkin payızda, digər yerlərdə isə erkən yazda aparılır.
Toxum məhsulu əldə etmək üçün soğanaqların payizda yaxud yazda əkilmə vaxtından
asılı olmayaraq bitkilər bütün inkişaf mərhələlərini tam olaraq keçirir.
Payızda əkilmiş soğanaqlar daha güclü kök sisteminə malik olduğundan bitkilər hələ
erkən yazda rütubətlə və qida maddələri ilə tam təmin olunduğundan daha tez və sürətlə
inkişafa başlayır.
Soğanlarda mart ayının əvvəlində zoğlar əmələ gəlir. Bitkilərdə zoğların sayı və
onların toxum məhsuldarlığı becərilmə şəraitindən, aqrotexniki qulluqdan, sortun genetik
xüsusiyyətindən asılıdır. Baş soğan Azərbaycanın bütün bölgələrində becərilir. Lakin baş
soğanin daha çox becərildiyi yerlər Lənkəran və Qusar rayonlarinin yerləşdikləri bölgələrdir.
Əvvəllər bu bölgələrdə baş soğanın əsasən salat sortları becərilirdi ki, onlar da bir-birlərindən
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
məhsuldarlığına və saxlanmağa davamlılığına görə çox da fərqlənmirlər. Bu isə bazar
iqtisadiyyatının hazırkı tələbinə cavab vermir. Ona görə də tərəvəzçilər bu vəziyyətdən çıxış
yolunu xarici dövlətlərdən Respublikamıza qeyri qanuni yollarla gətirilmiş, genetik
modifikasiya edilmiş ( GMO) sortların və hibridlərin becərilməsində görürlər. Bu isə yerli
genefonda çox ciddi ziyan vurur. Ona görə də bölgələrdə yüksək soğanaq və toxum məhsulu
verə biləcək baş soğan sortlarının çeşidini yerli və qanuni introduksiya sortlarının hesabına
artırmaq vacibdir.
MATERIAL VƏ METODLAR
Tədqiqat işində baş soğanın yerli xalq seleksiyası, elmi seleksiya sortlarından,
müxtəlif rayonlardan toplanmış sort-formalardan və vaxtilə Azərbaycanin ayrı-ayrı
bölgələrinə introduksiya edilmiş xarici sortlardan istifadə edilmişdir.
Tədqiqatlar Abşeronda Genetik Ehtiyatlar İnstitutunun təcrübə sahəsində 3 il
müddətində aparılmışdır. Təcrübə zamanı A. A. Kazakova və V. A. Dospexovun metodiki
göstərişlərindən istifadə edilmişdir (9, 10).
Əkin aparilmazdan əvvəl sahə şumlanmış, suvarılmış və şum altına hər hektara 40 t.
hesabilə yanmış peyin, 2 s. azot, 4 s. kalium kübrələri verilmişdir. Toxum məhsulu almaq
üçün soğanaqlar noyabrın 10-20-də, 7 sm dərinlikdə, 2,5 m
2
lik ləklərdə, 3 təkrarda,
bitkilərin qida sahəsi 60 X 15 sm olmaqla əkilmişdir.
Soğanaq məhsulu almaq üçün isə hazirlanmış sahədə səpin mart ayının 1-10-da, hər
hektara 8 kq olmaq hesabilə, 3 m
2
- lıq ləklərdə, 3 təkrarda aparılmışdır.
Bitkilərin vegetafiya müddətində 2 dəfə, toxum məhsulu almaq üçün, bitkilərin tam
inkişafa və zoğların əmələ gəlməyə başladığı vaxtlarda, soğanaq məhsulu almaq üçün isə əsas
yarpaqların formalaşmağa və bitkilərin tam inkişafa başladığı dövrlərdə əlavə yemləmə
aparılmışdır.
Əlavə yemləmə hektara 30 kq superfosfat, 60 kq azot və 60 kq kalium gübrələri
olmaq hesabilə aparılmışdır. Havanın temperaturundan asılı olaraq çox isti havalarda bitkilər
həftədə 2 dəfə suvarılmış, cərgə araları, bitkilərin ətrafı mütəmadi olaraq yumşaldılmış və
alaqdan təmizlənmişdir.
NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKIRƏSI
Kolleksiyada olan nümunələrin üç illik öyrənilməsinin nəticəsi olaraq Abşeron şəraiti
üçün daha qiymətli olanlar seçilmişdir (cədvəl 1). Bu nümunələrlə Abşeron şəraitində yüksək
toxum və soğanaq məhsulu almağın aqrotexniki üsulu da müəyyənləşdirilmişdir. Bu zona
üçün nisbətən perspektivli olan sortlar bunlardır. Yerli Masallı, Ordubad-2, Yerli İmişli, Yerli
Xaçmaz və Yerli Naxçivan. Yerli İmişli sortu yetişmə mərhələsinə standart Yerli Masallı
sortundan daha tez çatmışdir. Onun vegetasiya dövrü standartdan 6 gün qısa olmuşdur.
Məhsuldarlığına görə isə Yerli Xaçmaz və Yerli Naxçıvan sortları fərqlənmişlər. Hansı ki, hər
ləkdəki (3 m
2
) məhsuldarlıq 21,3 - 21,4 kq-a çatır.
Ordubad-2 və Yerli Naxçıvan sortlarının hər ikisində bir soğanağın orta çəkisi eyni
(169,2 q) olmuşdur. Yerli Xaçmaz (171,8 q) və Yerli İmişli (177,9 q) sortlarında isə bir
soğanağın orta çəkisi standart Yerli Masallı sortunda olduğundan 2 dəfə çox olmuşdur.
Cədvəl 1
Perspektiv baş soğan sortlarının ömürlərinin birinci ilindəki təsərrüfat göstəriciləri.
Sortlar
Cücərmədən
üç həqiqi
yarpağın
əmələ
gəlməsinə
qədərki vaxt
Cücərmədən
soğanaqların
əmələ
gəlməsinə
qədərki vaxt
Yarpaqların
həyatilik
dövrü
Cücərmədə
n məhsul
yığımına
qədərki
vaxt
Bir
ləkdən
yığılmış
məhsul
(3m
2
)
kq-la
Soğanaqlar
ın orta
hesabla
çəkisi
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Yerli
Masallı
(standart)
22
67
137
145
6,93
89,1
Ordubad-
2
22
69
130
136
12,1
169,2
Yerli
Naxçıvan
19
57
125
136
9,20
169,2
Yerli
Xaçmaz
24
61
129
136
21,3
171,8
Yerli
İmişli
21
64
132
139
21,4
177,9
Standart Yerli Masallı sortu ömrünün 2-ci ilində göstəricilərinə görə digər sortlardan
fərqlənmişdir. Baxmayaraq ki, Yerli Masallı sortu digərlərinə nisbətən 4-10 gün tez
yetişmişdir, lakin onun toxum məhsuldarlığı da onlarda olduğundan əhəmiyyətli dərəcədə
aşağı olmuşdur. Təcrübə göstərir ki, sortlarda məhsuldarlığın artması vaxt itkisini də zəruri
edir.
Cədvəl 2
Perspektiv baş soğan sortlarının ömürlərinin 2-ci ilindəki təsərrüfat göstəriciləri.
Sort
Bitkilərin uzanmağa
başlamasından
zoğların əmələ
gəlməsinə qədərki
müddət
Bitkilərin
uzanmağa
başlamasından
çiçəkləməyə
qədərki müddət
Bitkilərin uzanmağa
başlamasından
toxumun
yetişməsinə qədərki
müddət
Masallı
26
61
111
Ordubad-2
37
61
115
Yerli Naxçıvan
39
69
122
Yerli Xaçmaz
37
67
119
Yerli İmişli
38
67
121
Cədvəl 2 dən görünür ki, sortların həyatlarının ikinci dövründə fazalar arası müddətlər
bir-birindən fərqlidir. Əgər standart sortda yarpaqların uzanmağa başlamasından zoğların
əmələgəlməsinə qədər keçən dövr 26 gün olmuşdursa digərlərində isə bu müddət 11-13 gün
uzundur. Yarpaqların uzanmağa başlamasından çiçəkləməyə qədər keçən dövr Masallı və
Ordubad-2 sortlarında 61 gün olmuşdur, digər sortlarda bu müddət 67-69 gündür.
Cədvəl 3-dən görünür ki, standart sortda olan zoğların orta hesabla sayı Ordubad-2,
Yerli Xaçmaz, Yerli İmişli sortlarında olduğundan azdır. Ən az say Yerli Naxçıvan sortunda
qeydə alınmışdır. Lakin bu sortda bir çiçək tacında olan çiçəklərin sayı çox olduğundan, onun
bir bitkidəki və bir ləkdəki toxum məhsuldarlığı da digər sortlarda olduğundan yüksəkdir.
Cədvəl 3
Perspektiv baş soğan sortlarının toxum məhsuldarlığı
Sortlar
Zoğların sayı
(orta
hesabla)
Bir çiçək
tacında olan
çiçəklərin
maksimum
sayı
Bir çiçək
tacında olan
çiçəklərin
orta hesabla
sayı
Bir bitkinin
toxum
məhsuldarlığı
(q-la)
Bir ləkdən
(3 m
2
)
alınan
toxumun
çəkisi (q-la)
Masallı
3,3
422
294
11,2
349
Ordubad-2
4,7
542
337
14,0
424
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
Yerli
Naxçıvan
3,0
688
459
24,8
548
Yerli
Xaçmaz
4,1
427
300
11,4
344
Yerli İmişli
4,1
666
442
12,5
377
Təcrübələr göstərir ki, Abşeron şəraitində Yerli Naxçıvan, Ordubad-2, Yerli Xaçmaz
və Yerli İmişli sortlarını becərmək daha əlverişlidir. Bu sortlar ömürlərinin 1-ci və 2-ci
illərində yüksək bioloji-təsərrüfat göstəricilərinə görə fərqlənirlər.
ƏDƏBIYYAT
1.
www.ru.wikipedia.orq//wiki/ лук-репчатый
2.
İbrahimov Ə.Ş., Nəbiyeva F.X., Quliyeva S.Q., İbadlı O.B. Naxçıvan MR florasının
soğan növləri. Onların təbii ehtiyyat və mühafizəsi. AME-nın xəbərləri. Biologiya elimləri.
Cild 66, №2 , Bakı-Elm, 2011, s. 64-68
3.
Talıbov T.H., Quliyeva S.Q. Naxçıvan MR Florasının Alliaceae J. Agargh fəsiləsindən
olan bitkilər. AMEA Mərkəzi Nəbatat Bağının əsərləri vıı. 2007, s. 104-106
4.
Кулиева С.Г., Ибадлы О.В., Ибрагимов А.Ш., Гасанов С.Р. Состав масло семейства
луковые (Аlliaceae J.Agardn.) AMEA Genetik Ehtiyatlar İnistitunun Elmi əsərləri: II cild.
Bakı-2010, s. 284.
5.
Матвеев В.П., Рубцов М.И. Овощеводство. М. « Колос» 1978, с. 27
6.
Исмаилов И.М. Культура репчатого лука в условиях Карабахской низменности
Азербайджанской
ССР.
Всесаюзный
научно-исследовательский
институт
растеноводства. Сборник трудов аспирантов и молодых научных сотрудников.
Ленинград, 1967, с. 268-271
7.
Əliyev Ş.A. Tərəvəzcilik. Bakı Universiteti nəşriyyatı. 1997, s. 190-210
8.
Həsənov S.R.,Qafarov R.R.,Quliyev N.Ə. Naxcıvan MR-in Ordubad rayonunda becərilən
baş soğanın (Allium cepa L.) xalq seleksiya sortlarının biomorfoloji və təsərrüfat göstəriciləri.
Azərbaycan Aqrar Elmi, 6-7, 2007, s. 49-50
9.
Веселовский И.А. Селекция и семеневодство овощных культур. Изд. «Колос»,
1965, с. 68-74
10.
Казакова А.А. Сорта репчатого лука для северной зоны СССР в двулетней
культуре. Л. 1950, с. 34-42
11.
Доспехов В.А. Методика полевого опыта. М., Агропромиздат. 1985, 351 с.
РЕЗЮМЕ
ОЦЕНКА КОЛЛЕКЦИОННЫХ ОБРАЗЦОВ РЕПЧАТОГО ЛУКА (Allium cepa
L.) В УСЛОВИЯХ АЗЕРБАЙДЖАНА
* Гасанов С.Р., Намазова Ч.Т.
Институт Генетических Ресурсов НАН Азербайджана, Баку
В условиях Азербайджана была проведена оценка хозяйственных показателей 20
образцов репчатого лука включающих местные народные, научной селекции и
интродуцированные сорта и сорто-формы, собранные в коллекции Института
Генетических Ресурсов НАНА. Выявлены наиболее перспективные для этой зоны сорта
из местного Масаллы, Ордубад-2, местного Нахичевань, местного Хачмас, местного
Имишли. Была определена схема агротехнических мероприятий для получения
качественного урожая семян и луковиц.
Ключевые слов: агротехника, сорт, форма сорта, лук, корона семена, луковица
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
SUMMARY
EVALUATION OF BULB ONION (Allium cepa L) OF THE
COLLECTION ACCESSİONS IN THE ABSHERON ENVIRONMENT
*Hasanov S.R., Namazova Ch.T.
Genetic Resources Institute of the ANAS
About 20 varieties of native folk selection, scientifik selection and introduced varieties, form-
varieties of bulb onion ( Allium cepa L.) collected in the Gene Bank of the Genetic
Resources Institute of the ANAS have been evaluated in the Abseron environment. It was
ascertained that indigenous variety “Masallı”, “Ordubad-2”, indigenous variety “Naxçıvan”,
indigenonus variety “Khachmaz” and indigenous variety “Imishli” were more perspective
ones according to this envrament. A sheme of agrotechnical actions of qualitative bulbs and
seed product obtaining has been identified.
Key words: agricultural engineering, variety, form-variety, bulb onion (Allium cepa L.), stalk,
crown, seed, bulb
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
UOT 631.581.1
LOBYA GENOTİPLƏRİNİN DUZA DAVAMLILIĞI
Hüseynova T.N., Şəfizadə S.İ.
AMEA Genetik Ehtiyatlar İnstitutu
Aparılmış tədqiqat işində Azərbaycanın müxtəlif ekoloji bölgələrindən əldə edilmiş
lobya genotiplərinə duzluluq stresinin təsiri öyrənilmiş və onların içərisindən davamlılıq
dərəcələrinə görə fərqlənən nümunələr qiymətləndirilərək seçilmişdir.
Açar sözlər: paxlalı bitkilər, lobya genotipləri, duza davamlı, xlorofil (a+b, stress
depresiya dərəcəsi)
Ekoloji şəraitin gündən-günə pisləşməsi, stress amillərin artmasına, bitki genetik
ehtiyatlarının tükənməsinə, bir çox qiymətli bitkilərin məhv olmasına, digər tərəfdən isə
zərərli gen kombinasiyalarının və mutant formaların meydana gəlməsinə səbəb olmuşdur.
Ona görə də hazırda ən aktual məsələlərdən biri bitki genetik ehtiyatlarının, o cümlədən
paxlalıların, biomüxtəkifliyinin qorunub saxlanılması və səmərəli istifadə olunmasıdır
Əhalinin ərzaq təhlükəsizliyi ilə bağlı problemlərinin həlli yollarından biri də bəşəriyyətin
əsas qidalarından sayılan və bitki zülalının mühüm mənbəyi olan dənli-paxlalı bitkilərinin
artırılması və inkişaf etdirilməsidir. Bu baxımdan paxlalı bitki kolleksiyalarını
genişləndirərək, intensiv təsərrüfat tələblərinə cavab verə biləcək, dəyişən ətraf mühüt
amillərinə davamlı yeni sort və formaların yaradılması çox vacibdir. Seçilmiş ən yaxşı
genetik mənbələri bu prosesdə ətraf mühitin qiymətli əlamət və xüsusiyyət, donorları kimi
istifadə etmək lazımdır (1).
Dostları ilə paylaş: |