Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
131
məqbul sayır. Sədaqətli qadınlar yorulmaz qayğıları və bü-
tün qüvvələri ilə öz ərlərinə bağlı olurlar (214: 155).
Cinslərarası məhəbbət ən diqqəti cəlb edən aspektlər-
dən biridir. D.Yuma görə əsl məhəbbət xoş hisslər, əldə olu-
nan gözəllik, artıma fiziki meyl və xeyirxahlıq sayəsində
meydana gəlir (214: 128).
Cəmiyyətin aparıcı qüvvəsi olan ailə, onun siyasi, əx-
laqi, estetik problemləri hamını düşündürür. Ailə yalnız ərlə
arvaddan ibarət deyildir. Ailənin ən başlıca funksiyası cə-
miyyət üçün vətəndaş yetişdirməkdən ibarətdir. R.H. Məm-
mədzadənin qeyd etdiyi kimi, ailə uşaqlara nəinki ailənin
üzvü olmağa kömək edir, o eyni zamanda uşağı əhatə edən
cəmiyyət, onun mahiyyəti ilə tanış edir (177: 68).
Ailə iqtisadiyyatı, təsərrüfatı, fiziki və mənəvi tərbiyə
kimi ciddi əhəmiyyət kəsb edən məsələlər indi geniş şəkil-
də öyrənilir. Bu problemlər sırasında ər və arvad arasında
intim münasibətlər və cinsi tərbiyə məsələləri də böyük
yer tutur. İntim münasibətlər və cinsi tərbiyə məsələlərinə
uzun müddət az əhəmiyyət verildiyinə görə bir sıra anlaşıl-
mazlıqlar meydana çıxır, bəzən adi təcrübəsizlik sağlam bir
ailənin məhvinə gətirib çıxarır.
Əlbəttə ailədə mənəvi tərbiyə də əsas yer tutur. Keçmiş-
də Azərbaycan ailəsində mənəvi tərbiyə əsrlər boyu cilalan-
mış adət və qanunların məcmusu olan xalq pedaqogikasına
uyğun idi. Xalq pedaqogikası ailədə doğruçulluq, insaf,
vicdanlılıq, əməksevərlik, ədalətlilik, ata-anaya, yaşlılara
hörmət, halallıq tərbiyə edirdi.
Ailədə ağsaqqala, ağbirçəyə, qonağa, qonşuya hörmət
hissi aşılanırdı. Ata Allahdan sonra ailədə böyük hesab edi-
lirdi. Qonaq Allah adamı sayılırdı.
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
132
Ailənin mənəvi tərbiyəsində nəslin ağsaqqalları da iş-
tirak edirdi.
N.Tusinin fikrincə, arvadın ən yaxşısı odur ki, ağlı, də-
yanəti, iffəti, həyası, qisməti, riqqəti və nəzakəti olsun, üzü-
yolalıqda, ərinin sözünə baxmaqda, fədakarlıqda, dostluqda
misli olmaya. Qohum əqrəbaları arasında vüqarlı, hörmətli,
hümmətli hesab edilə, tərbiyə verməkdə mahirlik göstərə,
qayğıkeşliyi, mehribanlığı, şux təbiəti, xoş xasiyyəti ilə
ərinin kölnünü açmağa, dərdini dağıtmağa səbəb ola (151:
152). Ailə daxilində qadın-kişi münasibətlərini təhlil edən,
feodal dövründə yaşayan dahi mütəfəkkir N.Tüsi ailədə bir-
mənalı şəkildə qadının kişiyə xidmət etməsi prinsipini əsas
götürür. Heç hazırkı dövrdə də Azərbaycan cəmiyyətində
bu münasibətlərdə o qədər çox şey dəyişməmişdir.
N.Tusiyə görə ailə tərbiyəsinin məqsədi uşaqların tə-
biətini nəzərə almaqla, əxlaqı saflaşdırmaqdan ibarət olma-
lıdır. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə,
xüsusilə ağıla, şüura, idraka təsir edərək, başa salmaq yolu
ilə tərbiyə etmək lazımdır.
Bundan sonra adət-ənənə, davranış qaydaları, dini və-
zifələri öyrənmək, xeyirli işləri onun yanında tərifləmək,
zərərli şeyləri pisləmək məsləhətdir. Ondan yaxşı bir hərəkət
baş verdikdə həvəsləndirib artırmaq, kiçik bir nöqsan gör-
dükdə danlayıb qarşısını almaq, pis adətlərə, bəd əməllərə
nifrət yaratmaq, az danışmağı, susmağı, soruşanda cavab
verməyi, böyüklərə qulaq asmağı, nəlayiq sözlər, söyüşlər,
yersiz kəlmələr işlətməkdən utandırmalı, ... özünə, müəlli-
minə, özündən yaşca böyük olanlara hörmət və xidmət et-
məyi öyrətmək lazımdır.
Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-iç-
mələri, geyim-keçimləri ilə lovğalanmağa icazə veril-
|