Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
132
Ailənin mənəvi tərbiyəsində nəslin ağsaqqalları da iş-
tirak edirdi.
N.Tusinin fikrincə, arvadın ən yaxşısı odur ki, ağlı, də-
yanəti, iffəti, həyası, qisməti, riqqəti və nəzakəti olsun, üzü-
yolalıqda, ərinin sözünə baxmaqda, fədakarlıqda, dostluqda
misli olmaya. Qohum əqrəbaları arasında vüqarlı, hörmətli,
hümmətli hesab edilə, tərbiyə verməkdə mahirlik göstərə,
qayğıkeşliyi, mehribanlığı, şux təbiəti,
xoş xasiyyəti ilə
ərinin kölnünü açmağa, dərdini dağıtmağa səbəb ola (151:
152). Ailə daxilində qadın-kişi münasibətlərini təhlil edən,
feodal dövründə yaşayan dahi mütəfəkkir N.Tüsi ailədə bir-
mənalı şəkildə qadının kişiyə xidmət etməsi prinsipini əsas
götürür. Heç hazırkı dövrdə də Azərbaycan cəmiyyətində
bu münasibətlərdə o qədər çox şey dəyişməmişdir.
N.Tusiyə görə ailə tərbiyəsinin məqsədi uşaqların tə-
biətini nəzərə almaqla, əxlaqı saflaşdırmaqdan ibarət olma-
lıdır. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə,
xüsusilə ağıla, şüura, idraka təsir edərək, başa salmaq yolu
ilə tərbiyə etmək lazımdır.
Bundan sonra adət-ənənə, davranış qaydaları, dini və-
zifələri öyrənmək, xeyirli işləri onun yanında tərifləmək,
zərərli şeyləri pisləmək məsləhətdir. Ondan yaxşı bir hərəkət
baş verdikdə həvəsləndirib artırmaq, kiçik bir nöqsan gör-
dükdə danlayıb qarşısını almaq, pis adətlərə, bəd əməllərə
nifrət
yaratmaq, az danışmağı, susmağı, soruşanda cavab
verməyi, böyüklərə qulaq asmağı, nəlayiq sözlər, söyüşlər,
yersiz kəlmələr işlətməkdən utandırmalı, ... özünə, müəlli-
minə, özündən yaşca böyük olanlara hörmət və xidmət et-
məyi öyrətmək lazımdır.
Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-iç-
mələri, geyim-keçimləri ilə
lovğalanmağa icazə veril-