Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə113/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   109   110   111   112   113   114   115   116   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
137
nəsil artırmaq və ya həzz almaq. Mütəxəssislər qeyd edirlər 
ki, bir-birini sevən adamlar arasında intim əlaqə həddən ar-
tıq müsbət psixoemosional vəziyyət yaradaraq orqanizmin 
həyati qüvvələrini stimullaşdırır və bununla da insan həyatı 
üçün xüsusi əhəmiyyət kəsb edir. 
Araşdırmalara görə bütün ailələrdə bu belə olmur, çün-
ki intim əlaqənin bəzi ailələrdə, ər-arvad münasibətlərində-
ki rolu o qədər də böyük olmur. Belə ailələrdə bir ildə yal-
nız bir neçə dəfə cinsi əlaqə olmasına baxmayaraq, ər-arvad 
arasında münasibət yaxşı olur və onlar özlərini bədbəxt he-
sab etmirlər. Yəqin ki, belə ailələrdə cinsi əlaqə komponen-
ti başqa maraqlı məsələlərlə, incəsənət, ədəbiyyat, musiqi, 
idman və digər sahələrə olan həvəslə əvəz olunur.
Bu məsələyə müxtəlif ailələrdə fərqli yanaşmalar olur. 
Tədqiqatçıların fikrincə, elə ailələr də var ki, orada hə-
yatın seksual cəhəti, yəni cinsi əlaqə birinci yerdə durur
daha doğrusu ər-arvad münasibətlərində cinsi əlaqə ən əsas 
məsələ hesab edilir. Belə ailələrin möhkəmliyi həmişə təh-
lükə qarşısında olur, belə ki, tərəflərdən birində cinsi fəal-
lıq, hətta müvəqqəti də olsa zəiflədikcə, müqabil tərəf öz 
narazılığını bildirir və bu narazılıq çox vaxt özünü yalnız 
sözdə deyil, işdə də göstərir. Bu tipli ailələrdə kişi və qadın 
bir-birlərini, adətən ər-arvad deyil, yalnız seks üzrə müqa-
bil tərəflər hesab edirlər. 
Göstərilən bu iki ailə tipinə, adətən çox az rast gəlinir. 
Belə ailələr iki qütbü xatırladırlar ki, onların arasında da 
nikahda seksual fəallığa görə orta vəziyyətdə olan ailələr 
dururlar. 
Görəsən nə səbəbə görə bir-birilərini sevən ər-arvadda 
bəzən cinsi əlaqədən razı olmaq hissləri itir? Mütəxəssilərin 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin