Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 140 Ailənin intim həyatında seksual münasibətlərin taraz-
lığı mühüm rol oynayır. Seksual uğursuzluqların çoxu isə
müvəqqəti xarakter daşıyır. Bu uğursuzluqlar cinsi əlaqədə
uzun müddətli aravermələrdən, emosional qıcıqlardan, hə-
yati və seksual təcrübənin kifayət dərəcədə olmamasından
irəli gəlir. Lakin cinsi qabiliyyətin pozğunluqlarına şəx-
siyyətin reaksiyası fərqli ola bilər. Bir tərəf belə halı kiçik
bir təsadüf kimi qəbul edər və o buna əhəmiyyət verməyə
bilər. Bir başqası üçün bu, fəlakət, arzularının və həyati
planlarının puç olması deməkdir. Bəzən bir dəfəlik seksual
uğursuzluğun ailə həyatını pozması halları mütəxəssislərə
yaxşı məlumdur. Cinsi əlaqə uğursuzluğuna müqabil tərəfin
neqativ münasibəti, ailə həyatının uzun yolunda, ərin və ya
arvadın psixikaşında sağalmaz bir yara əmələ gətirər. Ailə-
də cinsi əlaqə zəifliyi və ya soyuqluğu haqqında tənə, ey-
ham, sistem şəklinə keçərsə, tərəflərdən birində nevroz və-
ziyyəti yaranar və bu da öz-özlüyündə daha böyük seksual
fəsadların əmələ gəlməsinə səbəb olar. Buna görə ailədəki
psixoloji iqlimə və xəstənin psixiki vəziyyətinə mütəxəssis-
lər xüsusi diqqətlə yanaşırlar.
Qərb alimlərinin fikrincə, intimliyin müasir modeli ailə
tərəflərinin bərabərliyinə əsaslanmalıdır. İntimliyin zəif
bəndləri o vaxt üzülə bilər ki, bu bərabərlik pozulmuş olsun.
Elmi araşdırmalara görə seksuallıq məsələsində özü-
nün seksual imkanlarına inamın çox böyük rolu var. Bu
hətta uzun müddət bəzi, çox güclü endokrin çatışmazlığının
da öhdəsindən gəlib, normal cinsi əlaqəyə şərait yaradar.
Əskinə, çox vaxt cinsiyyət sisteminin normal vəziyyətində
belə heç bir əsası olmayan qorxu, şübhə, inamsızlıq seksual
uğursuzluğa səbəb olur. Bununla əlaqədar, ər-arvadın (xü-