Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə117/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   113   114   115   116   117   118   119   120   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
141
susilə qadının) cinsi əlaqə məsələsində özünü necə aparma-
sı, seksual pozğunluğun yaranmasında və ya belə pozğun-
luğun aradan qaldırılmasında çox böyük rol oynayır. 
Belə güman etmək olar ki, seksual pozğunluqlar, cinsi 
əlaqə uyğunsuzluqları, bir-birinə həqiqi qayğıkeşlik, dərin 
məhəbbət hissləri olmayan ailələrdə olur (53: 79-80). Ailə-
də seksual uyğunsuzluq nə qədər çox davam edərsə, o qədər 
də hər bir kiçik hadisədən inciklik, kobud münasibət, əsə-
bilik halları meydana çıxar. Yaranmış vəziyyət üçün bütün 
məsuliyyət həmişə tərəflərdən birinin üzərinə atılır. Cinsi 
münasibətdə nadanlıq, ümumi mədəniyyətin olmaması, xe-
yir görmək məqsədilə evlənmə, hisslərin soyuması, nikah-
dankənar cinsi əlaqələr mənfi təsirə malikdir.
Ailədə qarşılıqlı məhəbbət və qarşılıqlı hörmət fəal 
bəşəri qüvvə kimi özünü göstərir. Məhəbbətin fəal xarak-
teri qayğıkeşlik, məsuliyyət, hörmət kimi dəyərli duyğular 
doğurur. Məhəbbət sevilənlərin həyatı və yüksəlişi haqqın-
da fəal qayğıdır. Qayğı və narahatlıq məhəbbətin digər as-
pekti olan məsuliyyəti doğurur. Sevən şəxs məsul olmalıdır. 
Məhəbbətin digər komponenti hörmətdir. Hörmət sevdiyin 
şəxsi qeyri-adi, nadir, fərdi şəxs kimi görməkdir. İnsa-
hərtərəfli, dərindən tanımadan ona hörmət etmək qey-
ri-mümkündür. 
Ailədə məhəbbət valideynlər arasında, valideynlər və 
uşaqlar, bacılar və qardaşlar arasında məhəbbət formasın-
da təzahür edir. A.Fromm valideyn məhəbbətinin aşağıda-
kı təzahür formalarını göstərir: valideynin övladı ilə daima 
fiziki ünsiyyəti olması, onun arzularına hörmət etməsi, öz 
məhəbbətini daim təzahür etməsi (105 : 243-249).
Bencamin Spok ailədə mənəvi tərbiyədə atanın xüsusi 
rol oynadığını qeyd edir. Onun fikrincə ata övladlarını ni-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin