Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 153 nin 299-cu maddəsi ilə cəzalandırılır. Azyaşıları fahişəliyə
cəlb etmə CM-nin 215-ci, 16 yaşınadək şəxslə cinsi əlaqədə
olma 111-ci maddələrlə cəzalandırılır. 2 və ya daha çox ar-
vad saxlamaq CM-nin 130-cu, qadını zorla qaçırma 129-cu,
qorxutma və zorla məcburi nikaha sövq etmə 128-ci mad-
dələrlə tənzim olunur.
1996-cı ilin mayında Azərbaycan da “İnsanlarla ti-
carət və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarı-
na qarşı mübarizə haqqında” konvensiyaya qoşulmuşdur.
Qadına qarşı zorakılıq, fiziki təzyiq onun psixikasına və
əxlaqi-mənəvi simasına, dünyagörüşünə zərbə vurur, onu
mənəvi və fiziki cəhətdən şikəst edir.
Zorakılığın hər bir forması bütün qadınların seçim qa-
biliyyətini məhdudlaşdırır və onlar üçün təhlükə yaradır.
Seksual akt ləzzət və ünsiyyətin adi və düzgün mənbəyi
olduğu üçün xüsusilə çox məkrlidir. Zorakılığın qurbanı
olan qadına və hətta bütün cəmiyyətə bir şey aydın deyil ki,
seksual zorlama zorakılıqdanmı, yoxsa seksual istəkdənmi
irəli gəlir? Bu motivlərin fərqli olub-olmaması da bəlli de-
yil, çünki zorlamanın özü seksual və ya erotik görünə bilir.
Son dövrlərdə artıq beynəlxalq miqyasda qadınlar zo-
rakılığa qarşı mübarizə aparır, müxtəlif beynəlxalq təşki-
latlarla birləşib dünyanın ən inkişaf etmiş ölkələrində belə
gizli saxlanan zorakılıq formalarının aşkar edilməsi, dövlət
səviyyəsində və beynəlxalq miqyasda bu problemin həlli
istiqamətində irəliləyişlərə nail olurlar.
Kişinin qadına qarşı zorakılığı fərdi psixoloji durum-
dan, seksual sarsıntıdan, həyatın dözülməz təzyiqindən və
digər səbəblərdən irəli gəlir. Tarixən yaranmış ənənəyə görə
kişilər həmişə özlərini qadından üstün tutduqlarına, başçı,