Qrup: Bi1701 Fənn: Beynəlxalq biznes



Yüklə 132,58 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü132,58 Kb.
#44865
  1   2   3   4
1 Beynəlxalq biznesdə qiymət əmələgəlməsi


Sərbəst iş

Adi: Afiq

Soyad: Abduləhədov

Fakültə: Biznes idarəçiliyi

İxtisas: Biznesin idarə edilməsi

Qrup: Bi1701

Fənn: Beynəlxalq biznes

Müəllim: Yasəmən Abbasova

Mövzu: Beynəlxalq biznesdə qiymət əmələgəlməsi

PLAN

1. Qiymətəmələgəlmənin strateji məqsədləri



2. Beynəlxalq əməliyyatlarda qiymətlərin müxtəlif növündən istifadə və xərclərər əsaslanan qimyət metodları

3. Beynəlxalq biznesdə qiymətəmələgəlmə və əsas qiymətqoyma üsulları

4. Qiymətəmələgəlmədə dünya bazarının xüsusiyyətləri

1. Qiymətəmələgəlmənin strateji məqsədləri.

Qiymətəmələgəlmə - qiymətin çoxamilli olması səbəbindən mürəkkəb prosesi hesab olunur. Qiymətin minimum səviyyəsi məhsulun istehsalına və satışa qədər çəkilən xərclərin cəmi ilə müəyyən olunur. Əmtəənin konkret qiymətini şirkətin məqsədlərindən asılı olaraq müəyyən edirlər. Bu məqsədlər isə minimum mənfəət əldə edilməsindən, bazarda mövqeyin saxlanılmasından, bazarın mənimsənilməsindən alıcı fəallığına təsir etməkdən və s. ibarət ola bilər. Bazara yeni məhsul daxil edən firma, məhsulun uğurlu hərəkəti üçün qiymətlərin bir neçə növündən istifadə edir:

1. ―Qaymağın yığılması‖na (srim price) imkan verən qiymət – bu məhsulu almağa hazır olan istehlakçılara hesablanmış başlanğıc qiymətdir.

2. Məhsulun bazara tətbiqi qiyməti – (penetration price) – bu bazarda oxşar əmtəə üzrə müəyyən olunan qiymətdən xeyli aşağı olur.

3. ―Psixoloji‖ qiymət (psyxologikal price) – yuvarlaq məbləğdən azacıq aşağı müəyyən edilir, psixoloji olaraq alıcıya aşağı görünür.

4. Bazar və ya sahədə lider qiymət (folloü price) – bazarda əsas rəqib firma tərəfindən təklif olunan qiymətə uyğun müəyyən edilir.

5. İstənilən xərclərini ödəyən qiymət (cost-plus price) – faktiki istehsal xərcləri və bazar yaxud sahədəki orta mənfəət norması ilə müəyyən edilir.

6. Nüfuzlu qiymət (prestige price) – mükəmməl xüsusiyyətlərə malik olan yüksək keyfiyyətli məhsullar üçündür. Müəssisə rəhbərliyi yeni məhsullar üzrə bu qiymət növlərindən müəssisənin məqsədinə daha münasib olanını seçməlidir. Seçim bazarda satış payını, məhsulun tətbiq surətini, kapital qoyuluşunun ödənilməsi müddətini, rəqabətin kəskinliyini və s. kimi amillərin nəzərə alınmasını tələb edir.

Qiymətəmələgəlmə prosesinin ardıcıl mərhələlərinin məcmusu kimi təqdim etmək olar:

1. Məqsədin qoyuluşu. 2. Tələbin müəyyən edilməsi. 3. Xərclərin qiymətləndirilməsi. 4. Qiymətlərin və rəqiblərin əmtəələrinin müqayisəli təhlili. 5. Qiymətəmələgəlmə metodunun seçilməsi. 6. Son qiymətin müəyyən edilməsi.

Qiymətəmələgəlmə metodları çoxsaylıdır. Onlardan ən sadəsi ―orta xərclər üstəgəl mənfəət‖dir. ―Məqsədli mənfəətin‖ təmin edilməsi metodu arzu olunan mənfəətdən çıxış edərək qiymətlərin müəyyən edilməsindən ibarətdir. ―Əmtəənin duyulan qiymətliliyi – metodu əsasında qiymətlərin müəyyən edilməsi, əmtəənin alıcı tərəfindən alınması və qiymətləndirilməsinin əsas amili qismində qəbul olunmasını bildirir. Qiymətəmələgəmə metodunun seçilməsinə aşağıdakı amillər təsir edir:

1. Bazar tutumu, (konyunkturası).

2. Satılan məhsulun xarakteri (yenilik dərəcəsi, patent mühafizəsinin səviyyəsi və s.).

3. Firmanın sahədəki mövqeyi (maliyyə vəziyyəti, digər istehlakçılarla əlaqə və s.). Qiymət istehsal xərcindən əlavə digər xərcləri, xüsusilə daşınma xərclərini də özündə birləşdirir. Buna gpörə də coğrafi amil də qiymətəmələgəlmədə öz rolunu oynayır.

Bütün bunlardan əlavə müxtəlif qiymət formaları da mövcuddur:

1. Zona qiyməti – seçilərkən bir neçə coğrafi zona ayrılır və bu zona üçün vahiq qiymət müəyyən olunur. 2. Bazar nöqtəsi əsasında qiymətin müəyyən edilməsi. Bazis ərazi nöqtəsi müəyyən edilir. Həmin nöqtə üçün qiymət müəyyənləşir. Bu nöqtədən yaxın məsafələr üçün qiymətə daşınma xərci əlavə olunur.

3. Standart qiymətlər – uzun müddət dəyişməz qalır. İstehsal xərcləri artdıqda qablaşdırmada məhsulun miqdarı azaldılır və bu alıcıda əks reaksiya vermir.

4. Dəyişən qiymətlər – tətbiq olunanda qiymətlər xərclərə tələbə, rəqib qiymətlərinə müvafiq dəyişdirilir.

5. Vahid qiymətlər – bütün müştərilər üçün qiymət eyni təyin olunur (sim kart)

6. Çevik qiymətləri – alıcı və satıcı arasında hər dəfə qiymət haqda danışıq, razılaşma əsasında müəyyən olunur.

7. Qiymətqoyma amillərinin təhlili nəticəsində müəssisə qiymət sahəsində qarşıya qoyulan məqsədə və hər məhsul üzrə hazırlanmış marketinq strategiyasına uyğun gələn qiymət strategiyası hazırlayır. Hər bir məhsul üzrə bu strategiya müxtəlif ola bilər. Məsələn, müəssisə yeni məhsul üzrə «bazara sürətlə daxil olma», «bazara ləng daxil olma», «xamanın sürətlə yığılması» və «xamanın ləng yıxılması» strategiyası tərtib edə bilər.

8. İlkin qiymətin müəyyən edilməsi mərhələsində müəssisə qiymətqoyma metodlarını seçir və seçilmiş metodla məhsulun ilkin (bazis) qiymətini müəyyənləşdirir.

9. Müəssisə, bir qayda olaraq, müxtəlif amillərin təsiri altında alıcılara müəyyən qiymət güzəştləri (məhsul partiyasının həcminə görə güzəşt, mövsümi güzəştlər və s.) edirlər. Bununla əlaqədar olaraq qiymət güzəştlərinin müəyyənləşdirilməsi mərhələsində istehsalçı son və aralıq alıcılara ediləcək güzəştlərin növlərini və səviyyəsini müəyyənləşdirir.

10. Müəssisə son qiymətin müəyyən edilməsi mərhələsində məhsulun ilkin qiymətini və ediləcək güzəştlərin səviyyəsini nəzərə almaqla onun son qiymətini müəyyənləşdirir.

11. Nəhayət, fəaliyyətin nəticəsinin qiymətləndirilməsi mərhələsində qiymətqoymanın nəticəsi təhlil edilir, qarşıya qoyulmuş məqsəddən kənarlaşmalar və onun səbəbləri araşdırılır, əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, uğursuzluqların aradan qaldırılması üzrə tədbirlər hazırlanır.

12. Məhsulun qiymətinin müəyyən edilməsində aşağıdakı metodlardan istifadə edilir:

13. a) xərclərə əsaslanan qiymətqoyma metodundan;

14. b) rəqabətə əsaslanan qiymətqoyma metodundan;

15. c) tələbə əsaslanan qiymətqoyma metodundan; 16. ç) marketinqə əsaslanan qiymətqoyma metodundan istifadə edilir.


Yüklə 132,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin