Qrup: Bi1701 Fənn: Beynəlxalq biznes


Beynəlxalq biznesdə qiymətəmələgəlmə və əsas qiymətqoyma üsulları



Yüklə 132,58 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü132,58 Kb.
#44865
1   2   3   4
1 Beynəlxalq biznesdə qiymət əmələgəlməsi

3. Beynəlxalq biznesdə qiymətəmələgəlmə və əsas qiymətqoyma üsulları

Beynəlxalq biznesin əsasını beynəlxalq sazış, yəni müəyyən miqdarda əmtəə vahidlərinin göndərişi və xidmətlərin göstərilməsi üzrə müxtəlif ölkələrdə olan iki və ya bir neçə tərəf arasında sazış əşkil edir. Beynəlxalq biznesi xarakterizə edən amillər beynəlxalq əmək bölgüsü və çoxvalyutalı mühitin mövcudluğudur. Beynəlxalq ticarətdə xammal və hazır məhsullar üzrə qiymətlərin əmələ gəlməsinin qeyd edilən xüsusiyyətləri ona gətirib çıxarır ki, makro səviyyədə dövlətlərarası ticarətdə ticarətin xarkteri və məzmunu ilə kəskin fərqlənən sənayecə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında problemlər yaranır. Burada birincilərin ixracında hazır məhsulların, ikincilər ixracında isə xammalın üstünlük təşkil etməsi bu problemin ətrafında bu iki böyük əmtəələr üzrə qrupu üzrə qiymətlərin nisbəti dinamikasının mərkəzləşməsinə səbəb olmuşdur.

Beynəlxalq əməliyyatlarda istifadə olunan qiymətlər əsasən aşağıdakılardır:

1. Bazis qiymətləri – bir qayda olaraq, müxtəlif rəsmi sorğu kitab zalarında (sorğu qiymətləri) və preskurantlarda nəşr olunan qiymətlərdir. Onlar adətən, ötən dövr ərzində qiymətlərin dinamikasının ümumi istiqamətini əks etdirir, onlardan kiçik əmtəə partiyalarının müddətli göndərişi üzrə müqavilələrin bağlanması zamanı istifadə etmək olar.

2. Alış qiymətləri – dövlət, kooperativ və özəl kənd təsərrüfatı müəssisələrindən kənd təsərrüfatı məhsullarının alışının bir sıra ölkələrdə həyata keçirilən topdansatış qiymət növüdür.

3. Birja qiymətləri (yaxud katirovkalar) – birjalarda əmtəə üzrə müəyyən olunan qiymətlərdir.

4. Kataloq (prospekt) qiymətləri – məhsul istehsal edən müəssisələr tərəfindən istehsal başlanğıc mərhələsində müəyyən edilir və əsasən əmtəənin istehsalı və satışı üzrə xərclərə istiqamətlənir.

5. İstehlakçıların qiymətləri – mahiyyətcə kataloq qiymətləri ilə eynidir və adətən bazar qiymətlərindən aşağı olur. Dünya əmtəə bazarlarında qiymətəmələgəlmə ilə bağlı prosesləri təhlil edərkn qiymətlərin əmələ gəlməsinə istər ümumi qaydada, istərsə də sırf tətbiqi olaraq təsir göstərən bütün amilləri diqqətlə öyrənmək lazımdır.

Təsirin xarakteri, səviyyəsi və sferalarına görə qiymətəmələgətirən amilləri beş qrupa ayırmaq olar:

1. Ümumiqtisadi amillər – məhsul növündən və onun konkret istehsalı və satışı şəraitindən asılı olmayaraq fəaliyyət göstərənlər: - İqtisadi tsikl; - Məcmu tələb və təklifin vəziyyəti; - İnflyasiya;

2. Konkret iqtisadi amillər – verilmiş məhsulun xüsusiyyətləri, onun istehsalı və satışı şərtləri ilə müəyyən olunanlar: - xərclər; - mənfəət; - vergilər və yığımlar; - konkret qarşılıqlı əvəz edilə bilən əmtəələr üzrə tələb və təklif; - istehlak xüsusiyyəti: keyfiyyət, etibarlılıq, xarici görünüş, nüfuz;

3. Spesifik amillər – yalnız bir neçə əmtəə və xidmət növünə münasibətdə fəaliyyət göstərənlər: - mövsümilik; - istismar xərcləri; - komplekslilik; - zəmanətlər və servis şərtləri;

4. Xüsusi amillər – xüsusi mexanizm və iqtisadi alətlərin fəaliyyəti ilə bağlı olanlar: - dövlət tənzimlənməsi; - valyuta məzənnəsi;

5. Kənar iqtisadi amillər: - siyasi; - hərbi; - dini; - etnik ; və s




Yüklə 132,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin