Qrup: Bi1701 Fənn: Beynəlxalq biznes


Beynəlxalq əməliyyatlarda qiymətlərin müxtəlif növündən istifadə və xərclərər əsaslanan qimyət metodları



Yüklə 132,58 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü132,58 Kb.
#44865
1   2   3   4
1 Beynəlxalq biznesdə qiymət əmələgəlməsi

2. Beynəlxalq əməliyyatlarda qiymətlərin müxtəlif növündən istifadə və xərclərər əsaslanan qimyət metodları

Beynəlxalq biznesdə qiymətlərin formalaşmasında iki əmtəə qrupu dəqiq ayrılır:

1. Xammal məhsulları.

2. Hazır məhsul. Birinci qrupa enerji daşıyıcıları, material və kənd təsərrüfatı xammalı, habelə ərzaq məhsullarının bəzi növləri, meşə məhsulları, kənd təsərrüfatı gübrələri və s. aiuddir. İkinci qrupa təcrübü olaraq yerdə qalan məhsulların hamısı emal sənayesi məhsulları, maşınqayırma məhsulları və s. Metallar isə hər iki qrupun xüsusiyyətlərini özündə birləşdirir.

İlkin xammal üzrə qiymətlər spesifik xüsusiyyətlərə malikdir:

1. Xammal məhsulları hazır məhsullara nisbətən müqayisədə informasiya baxımından daha ―açıq‖dır. Bu onunla bağlıdır ki, kəmiyyət xarakyteristikaları və onların müvafiq qiymət nisbətləri müqayisələr üçün daha şəffafdır.

2. Burada istehsalçıların qiyməətlərlə manevr etməsi üçün imkanlar, hazır məhsullarla ticarətdəkindən daha azdır və qiymət rəqabətindən az istifadə olunur.

3. Xammal məhsulları bütövlükdə istər əmtəələrin öz əvəzedicilərinin, istərsə də malgöndərənlərin seçilməsində daha standart və qarşılıqlı əvəzolunandır. Xammal əmtəələrinin beynəlxalq ticarətində əmtəə birjalarından geniş istifadə olunur ki, bu sektorda qiymətlərin müəyyən edilməsi qaydası uzun illər cilalanmış və ciddi qaydalara tabe edilmişdir. Emal sənayesi məhsullarının qiymətlərinin spesifik xüsusiyyəti ona əsaslanmışdır ki, konkret əmtəə üzrə orta statistik səviyyəni hesablamaq son dərəcə çətindir. Bu hər şeydən əvvəl, emal sənayesinin özünün məhsullarının spesifik xüsusiyyətləri ilə bağlıdır. Onun əsas əlamətlərinə isə aşağıdakılar aiddir:

1. Emal sənayesi məhsullarının növləri, yarımnövləri, tipik növləri və digər göstəriciləri.

2. Bir çox maşın və avadanlıqların mürəkkəb keyfiyyət xarakteristikalarının müqayisəsində çətinliklərin olması.

3. Keyfiyyət xarakteristikalarının dinamik olması, yəni yeni texnologiyaların, yeni keyfiyyət dəyişmələri yaratmaşı.

4. Beynəlxalq ticarətin inkişafı bazarlarda yeni əmtəələrin və əmtəə çeşidlərinin teztez dəyişməsi.

5. İdxalçı ölkədə avadanlığın istismarı ilə bağlı ehtiyat hissələri və xidmətlərinə uzunmüddətli ehtiyacın yaranması.

6. İnvestisiya qoyuluşları nəticəsində yeni əmtəələr meydana gəldikdə idxalçı ölkələr üçün yeni əmtəələrin formalaşması qiymətlərə təsir göstərir və s. Xammal və hazır məhsullar üzrə qiymətlərin əmələ gəlməsinin qeyd edilən xüsusiyyətləri ona gətirib çıxarır ki, makrosəviyyədə, dövlətlərarası səviyyədə tez-tez birbirindən xarici ticarətin xarakteri və məzmunu ilə kəskin fərqlənən sənayecə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında problemlər yaradır. Nəticədə əmtəə qrupu üzrə qiymətlərin nisbəti dinamikası mərkəzləşdirilməklə ölkələrin ―ticarət şərtləri‖ndə (terms of trade) öz ifadəsini tapmış olur.

Qiymətqoyma qərarlarına təsir edən amillər 2 yerə bölünür:

1) Daxili amillər.

2) Xarici amillər.

Daxili amillərə aiddir: - marketinqin məqsədləri; - marketinq kompleksinin strategiyaları; - xərclər; - təşkilati məsələlər; Xarici amillərə aiddir: - bazarın və tələbin təbiəti; - rəqabət; - digər ətraf mühit amilləri (iqtisadiyyat, vasitəçilər, hökumət, sosial qayğılar). Qiymət tələb asılılığının təhlili şirkət tərəfindən təyin olunmuş qiymət tələbin müxtəlif səviyyələrinə uyğun olur. Təyin olunmuş qiymətin və onun nəticəsi olaraq tələbin səviyyəsi arasında olan asılılıq tələb əyrisi adlanır. Tələb əyrisi bazarda müəyyən vaxt ərzində müxtəlif qiymətə alına biləcək məhsulun miqdarını göstərən əyridir. Normal hallarda tələb və qiymət tərs mütənasib olur, yəni qiymət yuxarı olduqda tələb aşağı olur. Xərclərə əsaslanan qiymətqoyma metodları. Bu metod qiymətqoymanın ən geniş yayılmış və sadə formasıdır. Xərclərə əsaslanan qiymətqoyma metodunun mahiyyəti ondan ibarətdir ki, məhsula çəkilən xərclərin üzərinə mənfəət norması və yaxud əldə edilməsi nəzərdə tutulan mənfəəti təmin etməli olan qiymət artımı əlavə edilir və o, məhsulun qiyməti kimi götürülür. Bu qiymətqoyma metodunun müxtəlif formaları: tam xərclərə (maya dəyərə) görə qiymətqoyma metodu; birbaşa xərclərə görə qiymətqoyma metodu; investisiyanın rentabelliyi normasına görə qiymətqoyma metodu və xərclərin rentabelliyi normasına görə qiymətqoyma metodu mövcuddur.

Tam xərclərə əsaslanan qiymətqoyma metodunda qiymətqoymanın iki üsuldan: a) məhsulun tam xərclərin (maya dəyərin) məbləğinin üzərinə mənfəət normasının (qiymət əlavəsi və ya ticarət əlavəsi də adlandırılır) əlavə edilməsi və b.) məhsulun maya dəyərinin (satınalma qiymətinin) üzərinə satış qiymətinə görə müəyyən edilmiş mənfəət normasının (bəzi ədəbiyyatda ticarət güzəşti, məhsulun satış qiymətinə əlavə adlandırlır) əlavə edilməsi üsulundan istifadə edilir.


Yüklə 132,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin