Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə126/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   122   123   124   125   126   127   128   129   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
154
idarə edən, nəzarətçi hesab etdiklərinə görə bu vəziyyəti da-
ima öz əllərində saxlamaq üçün zorakılığa əl atırlar. Onla-
rın fikrincə, zorakılıq ciddi nəzarət etmə, münaqişələri həll 
etmə və qəzəbi ifadə etmə metodudur. Bəzi patriarxal xa-
rakterli kişilər maskulinliyin sübutu kimi zorakı vasitələr-
dən istifadə edirlər. 
Rəhbər işçi tabeliyində olan qadını seksual məqsədlə ələ 
ala bilməyəndə, ilk növbədə onu işdə sıxışdırmaqla və çox 
işləməyə məcbur etməklə qəzəbini soyudur. Ailədə ər öz ar-
vadı ilə dava edib onu döyəndə evdə oturmaqla cəzalandırır, 
dostlarını görməkdən, evdən xaric həyatdan təcrid edir. 
Kişi qadına qarşı zorakılıq törədəndə bu, onun “gücü-
nün” ifadəsi kimi qiymətləndirilir. Fakt odur ki, ayrı-ayrı 
fərd halında kişi öz sarsıntı və ya qəzəbini zorakılıqla bü-
ruzə verərkən qadınlar da çox vaxt bunu onların üstünlüyü 
kimi qəbul edirlər. 
Həyatda saysız-hesabsız zorakılıq aktları elə qorxu və 
gücsüzlük mühiti yaradır ki, bu, qadının azadlıq aksiyasını 
məhdudlaşdırır və onların fəaliyyət dairəsinə nəzarət edir. 
Kişi zorakılığı hələ də qadınları ənənəvi rolları xaricində 
addım atmağa qoymur və onların canında, bu, qorxu-xof 
olaraq qalır. Zorakılıq və zorakılıq xofu qadınlara öz “yer-
lərini göstərir”.
Tədqiqatçılar qeyd edirlər ki, “əldə olunan məlumat-
lar məişət zorakılığının üstünlük təşkil etdiyini göstərir. 
Bu da öz növbəsində ailədaxili münasibətlərdə gərginliyin 
göstəricisidir. Qorxu hissi, qadınların həyat perspektivləri-
nin məhdudlaşması bir tərəfdən, onların bərabərlik və inki-
şaf cəhdlərinin qarşısını alır, digər tərəfdən isə, davranışın 
neqativ sosial streotiplərini formalaşdıraraq uşaqların tər-
biyəsi üçün normal şərait yaradılmasına mane olur” (96: 7).



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin