Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə129/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   125   126   127   128   129   130   131   132   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
157
və zəif inkişaf etməni, insan haqlarının pozulması və sosial 
ədalətsizliyi, müharibə və müntəzəm olaraq baş verən fiziki 
zorakılığın müxtəlif formalarını aid edir. 
Betti A.Reardon zorakılıqla bağlı söhbət açarkən göstə-
rir ki, biz bu cür geniş miqyaslı vərdişləri aşılamaq üçün 
elə bir təhsil verməliyik ki, hər hansı bir toplumda zorakı-
lığa əl atmaq zərurəti yaranmasın. Müəllif belə bir qənaətə 
gəlir ki, gənclərə, o cümlədən şagirdlərə, gender amilinin 
xüsusən iqtisadi sahənin təşkilində necə mühüm rol oyna-
dığını öyrətmək çox əhəmiyyətlidir. 
Soyqırım, işgəncə və irqi ayrı-seçkiliyi bəşəriyyətə qar-
şı ən böyük, qlobal zorakılıq hesab edən Betti A.Reardon 
bütün bu hallarda gender elementlərinin özünü büruzə ver-
diyini və qadınların insan haqlarının bir çox pozuntularının 
gender ruhlu seksual zəmində baş verdiyini göstərir: “Zor-
lama və işgəncələrin bəzi formaları bu gerçəkliyin bariz nü-
munələridir. Bioloji baxımdan bu, cinsi əlaqəyə qədər ox-
şar bir hal kimi götürülür ki, bu da düşmənçilik zəminində 
törədilmiş təcavüz aktı olmadan daha çox cinsi cinayət kimi 
nəzərdən keçirilmişdir” (40: 132).
Zorakılığın ən qəddar forması döyülmədir. Döyülmə 
əsasən ailə zorakılığı qismində olur və dünyada ən ümu-
mi və az qeydiyyata düşən cinayətlərdən biridir. Bu, ev-
lilik zamanı olur, oğul, bacı-qardaş, oğul tərəfindən, kişi 
qohumlar tərəfindən törədilə bilər. Onlar verbal-sözlə də, 
nəlayiq hərəkətlərlə də qadınları alçalda bilərlər. Bu, verbal 
və mənəvi təhqir formasında, birbaşa və ya implisit hədə 
kimi ola bilər.
Döyülmənin də çox formaları var. Döyməklə maliy-
yəyə və bir kəsin fiziki azadlığına nəzarət etmək olar. Bura 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
158
obyektlərin sındırılıb-dağılması, ev heyvanlarına ziyan ver-
mək də daxil edilir. Döyülmə qəddarcasına, tez-tez, təsa-
düfdən-təsadüfə də ola bilər. Bura sillələmək, yumruqla-
maq, təpikləmək, əldən düşənə qədər döymək və obyektlərə 
zərbə endirmək formaları daxildir. Döymək ölümlə və ya 
zorlama ilə də bitə bilər. Döyülmə ilk görüş vaxtından baş-
layıb yaşlı vaxtlara qədər davam edə bilər. Vaxt keçdikcə 
döyülmələrin intensivliyi artır və forması qəddarlaşır. 
Ailədə baş verən zorakılığa son qoymaq çox çətindir, 
çünki bunu törədənlər yad adamlar deyil, həyat yoldaşı 
kimi yaxın və intim münasibəti olan insanlardır, ovladla-
rının atalarıdır. Bu insanlara qadınlar güclü hisslərlə, lo-
yallıqla bağlıdırlar. Qadınları evdə saxlayan təkcə onların 
kişilərdən asılı olmaları deyil, onlar ümid edirlər ki, bəlkə 
gələcəkdə zorakı əxlaq dəyişə bilər.
Döyülən ona görə evdə, ailədə qalmır ki, o döyülmək-
dən ləzzət alır. Döyülən qadınlar sadəcə düşünürlər ki, ev-
dən getsələr uşaqlarını saxlaya bilməzlər. Bəzi ölkələrdə 
doyülməyə məruz qalanlar üçün sığınacaqlar (şelterlər) 
mövcuddur, amma qadınların çoxunun ya bundan xəbərlə-
ri yoxdur, ya da bu müvəqqəti şelterlərə getmək istəmirlər. 
Çətin vəziyyətə dözüb qalanlar isə mənəvi cəhətdən sarsı-
lırlar və sarsıntıdan yaxa qurtara bilmirlər. 
Ailə zorakılığının uşaqlara mənfi təsiri olur. Analarının 
təhqir olunub döyülmələrini görməyən, amma onların qiy-
yə çəkib ağlamaqlarını, onlara edilən hədə-qorxunu, yum-
ruq zərbələrinin səsləri, lənətləmələri, nəlayiq söyüşləri 
eşidən uşaqlara bunlar çox pis təsir edir ki, bu da psixoloji 
zorakılığın ən ağır növüdür.
Ailə zorakılığı şəraitində böyüyən uşaqlar daha çox 
sarsılırlar. Döyülən valideynlərin uşaqları elə bil özləri 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin