Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
161
İnsan təcavüzkarlığının mənəvi baxımdan qanuniləş-
miş növü olan müharibə və hərbi münaqişələrdə, bir qay-
da olaraq, zorakılıqdan hərbi taktika kimi istifadə edilir və
onun ən iyrənc formalarını nümayiş etdirilir. Zorakılıqdan
dinc əhalinin məhvi kimi istifadə olunur, hələ lap qədimlər-
dən bunu ən çox yaşlılar, qadınlar və uşaqlar, o cümlədən
də yetkinlik yaşına çatmamış qızlar hiss edirdilər.
Hərbi münaqişə zonalarında olan qadınlara qarşı törə-
dilən zorakılıq aktları, o cümlədən sistematik zorlama, gi-
rov götürmə, cinsi əsarət və məcburi hamiləlik halları qa-
dının bir insan kimi hüquqlarının pozulması, bir şəxsiyyət
kimi ləyaqətinin tapdalanmasıdır. Hərbi münaqişə zonala-
rında yaşayan dinc əhali arasında
kişilər də, qadınlar da,
uşaqlar da girov ola bilərlər. Azərbaycan da belə ölkələr-
dəndir. Hərbi əsirlər və girovlar üzrə komissiyanın verdiyi
son məlumata görə, hal-hazırda erməni tərəfində Azərbay-
can vətəndaşı olan 335 qadın və 71 uşaq girov saxlanılır,
lakin reallıqda bu rəqəm daha böyükdür. Təkcə Xocalıda
dinc əhaliyə qarşı törədilən soyqrım buna ən bariz misaldır.
Onların axtarışına, müəyyənləşdirilməsinə
və qayta-
rılmasına yönəldilmiş
fəal işlərə baxmayaraq,
bu sahə-
də çox az irəliləyiş əldə olunmuşdur. BMT-nin qadınların
statusu üzrə Komissiyasının 39-cu sessiyasında Azərbay-
canın təşəbbüsü ilə “Hərbi münaqişə zonalarında
girov
götürülmüş qadın və uşaqların azad edilməsi haqqında
qətnamə”nin qəbul edilməsinə nail olunmuşdur. Bunun da-
vamı olaraq, IV Ümumdünya Qadınlar Konfransının əsas
sənədi olan Pekin Fəaliyyət Platformasında da Azərbayca-
nın təşəbbüsü ilə qadınların girov götürülməsi zorakılığın
bir nöcü kimi qiymətləndirilərək 116-cı
bənddə öz əksi-