Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 156 kı məmur öz müştərisi ilə, həkim xəstəsi ilə, polis öz işçisi
olan qadınla, müəllim tələbəsi ilə seksual təngəgətirməyə
yol verə bilər. Bu kimi təngəgətirmələr, iş yerində seksual
təngəgətirmə törədən şef, supervizor, müştəri və s. ola bilər.
M.Vintersin qeyd etdiyi kimi, aparılan tədqiqatlara görə
qadınların 50 %-80 %-i ya təhsil zamanı, ya da iş vaxtı sek-
sual təngəgətirmələrə məruz qalırlar. Buna etiraz edərkən,
bir sıra çətinliklərlə üz-üzə gəlirlər. Ümumiyyətlə, seksual
təngəgətirmə kişilərə qadınları nəzarət altında saxlamağa
imkanlar açır. Çox vaxt seksual təngəgətirmək istəyi olan
kişiyə etinasızlıq, rədd cavabı qadın-qızın öz işini tərk et-
məsi ilə nəticələnir.
Bəzi iş yerlərində, xüsusilə də məktəblərdə seksual tən-
gəgətirmə halları ciddi nəzarətə alınmışdır. Belə narahatçılıq
qadınların səhhətlərinə pis təsir edə bilər, baş ağrısı, sinirlən-
mə və s. törədə bilər. Bəzən qadınlar öz hərəkət və davranış-
larında, danışıqlarında inamsız olurlar. Hər şeydə özünü qı-
namağa alışan qadınlar belə məsələlərdə də diqqətli olmağa
çalışır, nəyə “hə”, nəyə “yox” deməyə tərəddüd edirlər.
M.Vinters seksual təngəgətirmənin müxtəlif formaları-
nı göstərmişdir. O qadının seçdiyi strategiyanın bir çox fak-
torlardan asılı olduğunu bildirir və onlara müraciət edərək
deyir: Sən nə dərəcədə işini itirməyə hazırsan, iş yoldaşla-
rın səni nə dərəcədə dəstəkləyə bilər, ailən səni nə dərəcədə
müdafiə edə bilər və s. (329).
Betti A.Reardon zorakılıq və gender ədalətsizliyinin
qarşılıqlı əlaqədə olduğunu qeyd etməklə zorakılığın 4 mü-
hüm və başlıca qlobal problemlərini əhatə edən əsas forma-
ları ilə qadın münasibətlərinin bəzi xüsusiyyətlərini açıqla-
yır. Bu qlobal problemlərə ətraf mühitin korlanmasını, aclıq