Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə119/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   115   116   117   118   119   120   121   122   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
144
qeyd edir ki, cəmiyyətin inkişaf və dəyərlərin yeniləşməsi, 
burada baş verən sosial, iqtisadi, demoqrafik, mənəvi, siya-
si hadisələr və proseslər ailənin strukturuna, ailə üzvlərinin 
qarşılıqlı münasibətlərinə, ailənin davamlılığına birbaşa tə-
sir göstərir (144: 94-95).
Əsrlər boyu Azərbaycanda formalaşmış milli mentali-
tet, azərbaycanlı ailə üzvlərinin mənsub olduğu millətə ta-
rixən və müasir dövr üçün xas olan dünyagörüş, ona uyğun 
əxlaq və davranış prinsipləri bütün dövrlərdə ailələrimizin 
mənəvi təməlini qoruyub saxlamış və bu günə çatdırmışdır.
N.Salmanova ailənin funksiyaları arasında mənəvi tər-
biyə funksiyasına xüsusi diqqət yetirir: 1) cəmiyyətdə in-
san nəslinin davam etdirilməsi və onun inkişaf etdirilmə-
sinin təmin edilməsi, uşaqların doğulması, sağlam olması 
tərbiyə edilməsi; 2) ailə quran tərəflərə (ər-arvad) və 
ailə üzvlərinə əvəzedilməz xoşbəxtlik bəxş etməsi; 3) ailə 
təsərrüfatının yaradılması nəticəsində ailə üzvlərinin maddi 
və mənəvi tələbatının ödənilməsi; 4) təbii əmək bölgüsünə 
(cinsə, yaşa və fiziki sağlamlığa, qüvvəyə, bacarığa və s.) 
görə ailə üzlərinin ictimai-hərəkət və münasibətinin, davra-
nış və fəaliyyətinin müstəqil və şüurlu tənzim etməsinə nail 
olmaq (145: 13).
Məhz bütün funksiyaların, o cümlədən mənəvi tərbiyə 
funksiyası nəticəsində Azərbaycan ailəsinin tarixən forma-
laşmış strukturunu, mürəkkəb sosial sistem və milli dəyər-
lərini, adət və ənənələrini qoruyub saxlamaq mümkün ol-
muşdur.
Keçid dövründə stabil, möhkəm, mənəvi birliyə ma-
lik ailələrin yaradılmasına dəstək, hökumət və dövlətimiz 
qarşısında aktual milli vəzifə kimi durur. Bu zaman müa-


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
145
sir dövr üçün səciyyəvi olan yeni-yeni problemlər mey-
dana çıxır ki, bunlar ailənin mənəvi tərbiyəsinə təsir edən 
amillərdəndir: 1) yeni ailənin təməlinin iqtisadi stabilliyi; 
2) yeni evlənənlərin maddi baxımdan öz valdieynlərindən 
asılılığı şəraitində psixoloji cəhətdən mövcud vəziyyətə 
uyğunlaşması; 3) yeni ailənin maddi və mənəvi çətinliklər 
şəraitində nəsil artımı problemi (61: 72-73).
Azərbaycanda müasir qloballaşma və keçmiş mil-
li mənəvi dəyərlərin dirçəldilməsi şəraitində müasir milli 
mentalitetin ziddiyyətli cəhətləri üzə çıxır. Azərbaycan 
ailələrində keçmiş milli-mənəvi dəyərlərə, ənənəvi Şərq 
dəyərlərinə və Qərb mənəvi dəyərlərinə münasibətdə tə-
bəqələşmə yaranır. Bəzi ailələr isə Şərq və Qərb dəyərləri 
arasında tərəddüd edir. Qərbə meyli təmin edən amil kimi 
Azərbaycan dövlətinin dünyəviliyi, onun Konstitusiyasının 
demokratiyaya əsaslanması və ölkənin kişilərlə bərabər qa-
dınların da hüquq və azadlıqlarını qoruyan beynəlxalq kon-
vensiyalara qoşulması göstərilir. 
Yuxarıda qeyd etdiyimiz kimi ailədə mənəvi tərbiyə-
nin tərkib hissələrindən biri cinsi tərbiyədir. Cinsi tərbiyə-
nin məqsəd və vəzifələri tamamilə cəmiyyətin maraqları ilə 
müəyyən edilir. Düzgün cinsi tərbiyə ailədə harmonik ər-ar-
vad münasibətləri, yüksək mənəvi sağlamlıq üçün olduqca 
zəruridir. 
Rus tədqiqatçısı D.V.Kolesov cinsi tərbiyənin əsas və-
zifələrini aşağıdakı kimi müəyyənləşdirmişdir: 1) belə bir 
inam tərbiyə olunmalıdır ki, digər cinsdən olan nümayən-
dələrlə ən intim münasibətlər sahəsində də insan cəmiy-
yətdən asılı olmur, insanda uşağa, yeniyetməyə, gənclərə 
öz davranışına görə sosial məsuliyyət hissi tərbiyə edilir; 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin