Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə118/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   114   115   116   117   118   119   120   121   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
142
zam-intizama riayət etməyə alışdırır. O, valideynlərin öv-
ladlarla mehriban yoldaşlıq münasibəti bəsləməsinə üstün-
lük verir: “Həqiqi dostluq münasibətləri bütün ailə üzvləri-
nin bir-birlərinə qarşılıqlı hörmət bəsləmələrinə əsaslanır” 
(165: 493).
Məşhur rus pedaqoqu V.A.Suxomlinski ailədə mənə-
vi-əxlaqi dəyərlərin tərbiyə edilməsinə və cinsi tərbiyəyə 
yüksək qiymət verərək göstərirdi ki, əsl vətəndaş, yüksək 
ideallar uğrunda mətin mübariz yalnız o adam olur ki, o, 
uşaqlıq və yeniyetməlik illərində insaniyyətin yüksək sənə-
tinə yiyələnir, öz valideynlərinin sadiq oğlu, sadiq qızı ol-
mağı öyrənir. Sədaqət dinməz-söyləməz itaətkarlıq deyil, 
ailədə nəcibləşdirici qarşılıqlı münasibət, ana-ata üçün se-
vinc yaratmaqdır. 
İsmətli olmaq - təmiz, nəcib məhəbbətin əxlaqi ilkin 
şərtidir. O, oğlanla qız, kişi ilə qadın arasında münasibət-
lərdə nəcibliyə üstünlük verərək bildirir ki, nəciblik “dərin 
köklərlə insan ləyaqətindən, şərəfdən, insanlara və özünə 
olan hörmətdən, pisliyə, çirkinliyə, insan ləyaqətinin alça-
dılmasına qarşı barışmazlıqdan qidalanır”.
V.A.Suxomlinski ailənin mənəvi tərbiyəsində ataya nis-
bətən ananın daha çox məsuliyyət daşıdığını xüsusi nəzərə 
çatdırır və qeyd edir ki, bəşəri analıq, bu təkcə nəslin sax-
lanması haqqında qayğı deyil, bu min illər ərzində yaranmış 
çox böyük əxlaqi zənginlikdir. O, qüdrətli mənəvi qüvvə 
olub oğlanda ər və ata tərbiyə edir. Təbiət və cəmiyyət ana 
üzərinə yüksək vəzifə, uşaqlarda özünü və sevdiyi adamı 
təkrar etmək, bəşəriyyətin yaratdığı yaxşı nə varsa, onu 
uşaqlara vermək vəzifəsi qoymuşdur. Qadın kişidən müd-
rikdir. İnsan nəslinin davam etdirilməsi, bəşəriyyətin mənə-


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
143
vi zənginliklərinin saxlanılması və artırılması işində təbiət 
onun üzərinə kişiyə nisbətən müqayisəyəgəlməz dərəcədə 
böyük məsuliyyət qoymuşdur (149: 56).
Tədqiqatçılar ailə üzvlərinin qohumluq münasibətlərin-
dən başqa mənəvi, əxlaqi münasibətlərin də əsas amil oldu-
ğunu, ailənin quruluşunun onun üzvləri arasında mənəvi, 
əxlaqi, nüfuz və hakimiyyət və s. münasibətlərin cəmindən 
ibarət olduğunu göstərirlər. Bildirilir ki, ailədə arvadın ki-
şiyə, uşaqların valideynlərə münasibəti ailə üzvlərinin və-
zifə rolları ənənəyə görə deyil, şəxsi keyfiyyətlərə və baca-
rıqlara görə bölünür. Ailə tərbiyəsində, uşaqların tərbiyəsin-
də məcburiyyət deyil, könüllülük, şüurluluq əsas götürülür. 
Ailənin qarşılıqlı münasibətlərinə, ailə üzvlərinin bir-birinə 
qarşı davranış normalarının kompleksi ənənəvi və müasir 
ailələrdə özünəməxsus xüsusiyyətləri ilə xarakterizə olu-
nur. Belə ki, qadının təkcə uşaq doğub tərbiyə verdiyi, ev 
işləri ilə məşğul olduğu, kişinin isə birmənalı şəkildə ailə 
rəhbəri olub mülkiyyət təminatçılığı dövrü artıq keçmişdə 
qalmışdır. İndi qadınların əksəriyyəti istehsalatda, ailənin 
iqtisadi təminatında kişilərlə birgə iştirak edir. 
N.Salmanovanın fikrincə ailəyə təsir edən üç cür: 1) əha-
linin artımı ilə əlaqədar olan proses; 2) ailədə baş verən mad-
di və mənəvi dəyərləri təmsil edən proses; 3) ailədən kənarda 
baş verən proseslər mövcuddur. Müəllif birinci qrupa uşağın 
doğulması, ailə həyat tərzinin statistik cəhətdən dəyişməsi 
ilə əlaqədar olan prosesləri, ikinci qrupa – ailənin daxilində 
baş verən prosesləri, yəni uşaqların fiziki və mənəvi tər-
biyəsini, işdənkənar vaxtın düzgün təşkilini, üçüncü qrupa 
isə ailənin sosial təsisatına təsir edən və insanların ictimai 
fəaliyyəti ilə əlaqədar olan prosesləri daxil edir. Müəllif 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin