HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
2
Ümumi redaktə və tərtibat: Sahib Məmmədov
Monitorinq
hesabatı
Vətəndaşların
Əmək
Hüquqlarını Müdafiə Liqası tərəfindən həyata
keçirilən və Hollandiya hökumətinin maliyyə vəsaiti
hesabına Avrasiya Əməkdaşlıq Fondu tərəfindən
maliyyələşdirilən “Ədalətli və əlverişli əmək şəraitinin
təmin olunması” layihəsi çərçivəsində hazırlanmışdır.
Bu hesabat, Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata
keçirilən və Niderland Xarici İşlər Nazirliyi tərəfindən
dəstəklənən Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi
Proqramı çərçivəsində hazırlanıb.
Avrasiya Əməkdaşlıq Fondu bu hesabatın məzmununa görə
məsuliyyət daşımır. Burada yerləşdirilən məlumatlar heç
bir halda Avrasiya Əməkdaşlıq Fondunun və ya proqramı
maliyyələşdirən donorun rəsmi mövqeyi kimi qəbul
edilməməlidir.
This report was created in the framework of Promoting Rule
of Law and Democratization Program realized by the Eurasia
Partnership Foundation with the financial support of the
Netherlands Ministry of Foreign Affairs.
Eurasia Partnership Foundation is not responsible for the
content of this report. The information provided here does
not necessarily reflect the position of Eurasia Partnership
Foundation or its donors.
İSBN: 978-9952-8088-0-3
©
Avrasiya Əməkdaşlıq Fondu
©
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
3
MÜNDƏRİCAT
Metodologiya ................................................................................................................. 5
Xülasə ............................................................................................................................. 5
1.İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏR VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ
NƏTİCƏSİNDƏ PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN
İCBARİ SIĞORTA
1.1.İcbari sığortanın məqsədi .......................................................................................... 7
1.2.İcbari sığorta üzrə ödənişlər ...................................................................................... 7
1.3.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar ........................................... 7
1.4.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta bağlamaq
vəzifəsi daşıyanlar (Sığortalılar) .....................................................................................8
1.5. Sığorta olunanlar və onların iqtisadi fəaliyyət növləri üzrə kateqoriya və
risk qruplarına bölünməsi .............................................................................................. 8
1.6.Məşğulluğa dair ölkə üzrə göstəricilər .................................................................... 16
1.7.Formal Əmək Sektoru üzrə göstəricilər .................................................................. 17
1.8.Ödənişlər üzrə göstəricilər ...................................................................................... 21
1.9. Qeyri Formal əmək sektoru üzrə vəziyyətin ümumi təhlili ................................... 22
1.10. İkili (qara) mühasibat sistemi və işçilərin icbari sığortası ilə bağlı olan problem ... 23
1.11. İcbari sığortaya cəlb olunmayan əsas qruplar ...................................................... 24
1.12. İcbari sığorta üzrə Qanunvericiliyin tətbiqinə mane olan səbəblər ....................... 24
1.13. Tövsiyələr ............................................................................................................ 26
2. İŞ YERLƏRİNDƏ ƏMƏYİN MÜHAFİZƏSİNİN TƏMİN OLUNMA VƏZİYYƏTİ
2.1. İş yerlərində təhlükəsizlik texnikası qaydalarına əməl olunma norma
və qaydaları üzrə aparılan müşahidələrə dair göstəricilər ............................................. 28
2.2. Müşahidələr aparılan müəssisələrin seçim kriteriyaları .........................................32
2.3. Müşahidələr aparılan müəssisələrdə vəziyyətin öyrənilməsı üçün
tətbiq olunan metodlar ...................................................................................................32
2.4. Dövlət və ictimai nəzarətin effektivliyinin artırılmasına yönələn tədbirlər ........... 32
2.5. İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəliklərinin dinamikası ......... 33
2.6. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqatı aparılmış istehsalatda
baş vermiş bədbəxt hadisələrə dair məlumat ............................................................... 33
2.7. Əməyin Mühafizəsi və istehsalat risklərinin azaldılması sahəsində dövlət siyasəti ... 34
2.8. İstehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinə şərait yaradan əsas səbəblər .... 40
2.9.Tövsiyələr ................................................................................................................ 41
3. ƏLAVƏLƏR ............................................................................................................. 44
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
4
Beynəlxalq Əmək Təşkilatının qiymətləndirməsinə görə hər il
iş yerində 2,2 milyon nəfər ölür. Bu hər 15 saniyədə istehsalatda
1 nəfərin ölməsi deməkdir. Hər gün isə istehsalatda ölənlərin
sayı 5 000 nəfəri keçir.
BƏT-in məlumatına görə istehsalatda bədbəxt hadisələrin sayı
ildə 250 000 000, peşə xəstəliklərindən əziyyət çəkənlərin sayı
isə 160 000 000 nəfərə yaxındır.
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
5
Metodologiya
Hesabat hazırlanarkən aşağıdakı metodologiya tətbiq olunmuşdur:
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqinin vəziyyətinə dair monitorinq üzrə metodologiya:
Bu istiqamətdə monitorinq aşağıdakı monitorinq alətlərinin tətbiqi yolu ilə həyata
keçiriləcəkdir:
•
Rəsmi statistikanın müqayisəli təhlili;
•
Formal əmək bazarı iştirakçılarının və rəsmi sığorta olunanların nisbətlərinin
müqayisəsi;
•
İnformasiya sorğularının verilməsi yolu rəsmi məlumatların toplanması;
•
Qanunvericiliyin analizi.
•
Ekspertlərlə intervülər.
Nəticələr əsasında hesabat və tövsiyələr hazırlanacaqdır. Hesabatın ilkin versiyası maraqlı
tərəflərlə müzakirə olunacaqdır.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasının vəziyyətinə
dair monitorinqin həyata keçirilməsi üzrə metodologiya
Monitorinqin həyata keçirilməsi üçün aşağıdakı alətlər tətbiq olunacaqdır.
•
Tədqiqat
Tədqiqat əsasən istehsal və tikinti sahələrini əhatə etmişdir. Əməyin mühafizəsi və
təhlükəsizlik texnikası qaydalarının tətbiqi, ədalətli və əlverişli əmək şəraitinin olub
olmamağı 60 indikator əsasında müşahidə olunmuşdur. Tədqiqat xüsusi sorğu vərəqi
əsasında həyata keçirilmişdir. Bu metod Beynəlxalq Əmək Təşkilatının standartlarına
(BƏT standartları) uyğun olaraq mütəxəssislər tərəfindən hazırlanmışdır.
•
Analiz
Əməyin mühafizəsini təmin edən normalar təhlil edilmişdir;
•
Ekspertlərlə intervülərin keçirilməsi;
Əməyin mühafizəsi sahəsində tanınan mütəxəsislərlə intervülər keçirilmişdir;
Xülasə
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə görə “Hər kəsin təhlükəsiz
və sağlam şəraitdə işləmək.... hüququ vardır”. Əmək Məcəlləsinin 215-ci maddəsinə görə
“Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi
normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər...”. Həmin
məcəllənin 195-ci maddəsinin c) bəndinə görə “işəgötürən tərəfindən əməyin mühafizəsi
qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək
funksiyasını yerinə yetirərkən
işçinin
sağlamlığına
və səhhətinə ziyan
vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə,
himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə” işəgötürən tam maddi
məsuliyyət daşıyır.
2011-ci ilin yanvar ayına qədər işəgötürənlər istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri
hallarına görə işçinin sağlamlığına dəyən zərərin ödənilməsini həyata keçirərkən çəkilən
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
6
xərcləri bir qayda olaraq müəssisənin vəsaiti hesabına həyata keçirirdi. İşəgötürənin
işçi qarşısında olan bu məsuliyyətini sığorta etmək hüququ olsa belə bu hüquqdan nadir
hallarda istifadə olunurdu və belə sığortalama ilə bağlı müvafiq normativ hüquqi baza
yox idi (yalnız ümumi qaydada həyat sığorta sistemi tətbiq oluna bilərdi).
11 may 2010-cu il tarixində imzalanmış və 2011-ci ilin yanvar ayının 1-dən tətbiq
olunmağa başlamış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan
Respublikasının Qanunu və qanunun tətbiqi məqsədi ilə qəbul olunmuş bir sıra normativ
hüquqi aktlar istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığortanın
tətbiqini məcburi etdi. Bütün işəgötürənlər Qanuna uyğun olaraq muzdlu əməyə cəlb
etdiyi işçiləri bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta etməlidir.
Qanunun tətbiqi ilə əlaqədar Əmək Məcəlləsinin 225-ci maddəsi də yeni redaksiyada
qəbul olundu. Həmin maddəyə görə “1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş
qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.
Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi
mütləqdir.
2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə
tənzimlənir”.
Beləliklə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun qəbul olunması ilə əmək sferasında işəgötürənin işçinin
sağlamlığına dəyən zərərlə bağlı məsuliyyətinin sığortası icbari xarakter aldı.
Təqdim olunan hesabat Qanunun tətbiqindən keçən 1,5 ili əhatə edir.
Hesabat iki hissədən ibarətdir. Birinci hissə Qanunun tətbiqindən keçən 1,5 il ərzində
işəgötürənlər tərəfindən işçilərin bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta
edilməsinin göstəriciləri və bu göstəricilərin təhlili, ikinci hissə isə istehsalatda
əməyin mühafizəsinə dair qanunvericiliyin və normativlərin tətbiqi göstəricilərinə dair
monitorinqin nəticələri əks olunur.
Hesabat hazırlanarkən həm formal əmək sferası, həm də qeyri formal əmək sferasındakı
vəziyyət təhlil olunmuşdur.
Yuxarıda qeyd olunduğu kimi, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından
işçilərin icbari sığortalanması 2011-ci ilin yanvar ayından tətbiq olunmağa başlamışdır.
Müvafiq qanun və qanunun tətbiqi ilə əlaqədar qəbul olunmuş digər normativ hüquqi aktlar,
o cümlədən qaydalar, müqavilə forması və s. sənədlər bu yeni növ həyat sığorta sisteminin
tətbiqinin hüquqi əsaslarını yaradır. Əslində bu növ sığorta digər ölkələrdə uzun müddətdir ki,
tətbiq olunur. Məsələn, Rusiya Federasiyasında bu növ sığortanın tətbiqi ilə bağlı qanun 2000-
ci ildən qüvvədədir. Azərbaycanda da bəzi şirkətlər öz işçiləri qarşısında onların sağlamlığına
dəyə biləcək zərərlə bağlı məsuliyyətinin sığortasını həyata keçirirdi. Lakin bu könüllü idi və
icbari sayılmırdı. Əmək Məcəlləsinə görə işəgötürən işçi qarşısında onun sağlamlığına dəyə
biləcək zərərə görə (istehsal və onunla bağlı proseslər zamanı) tam maddi məsuliyyət daşıyır.
Bu qanunun tətbiqinə qədər bir qayda olaraq sığortaçı qismində işəgötürənin özü çıxış edirdi.
Bu isə bir sıra mənfi nəticələrə gətirib çıxarırdı.
Qanun sığorta olunan işçinin istehsal prosesi zamanı sağlamlığına dəyə bilən zərərə görə
əvəzin ödənilməsinin hüquqi, iqtisadi və təşkilati məsələlərini müəyyən edir.
Hesabatın son hissəsidə iş yerlərində təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılması
istiqamətində dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər və tövsiyələr verilir.
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
7
1.İSTEHSALATDA BƏDBƏXT HADİSƏLƏR VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ
NƏTİCƏSİNDƏ PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ
HALLARINDAN İCBARİ SIĞORTA
1.1.İcbari sığortanın məqsədi
İcbari sığortanın əsas məqsədi sığorta olunan işçinin istehsal prosesi zamanı baş verə
biləcək bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti
və davamlı surətdə itirməsi nəticəsində dəyə biləcək zərərin əvəzinin ödənilməsinə
yönələn tədbir olmaqla işçilərin və digər faydalananların mənafelərini qorumaqdır.
İstehsalat zədələnməsi və ya peşə xəstəliyi nəticəsində işçi vəfat etdikdə nəzərdə tutulan
kompensasiya zərərçəkənin vərəsələrinə verilir (qanunla müəyyən olunmuş hallarda).
Digər bir məqsəd isə sığortaçı şirkətin iş yerlərində əməyin mühafizəsi sahəsində
tələblərin yerinə yetirilməsində maraqlı etməkdir. Sığortaçı şirkət iş yerlərində əməyin
mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına dolayısı ilə nəzarət
edir ki, bu da ədalətli və əlverişli əmək şəraitinin yaradılması prosesinə tövhə verir.
1.2.İcbari sığorta üzrə ödənişlər
Qanuna əsasən “İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta
olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda
dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə
ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır”.
1.3.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 3-cü maddəsinə görə İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta olunanlar aşağıdakılardır:
•
Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və
ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər,
dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (hərbi və ya xüsusi
rütbəsi olan şəxslər istisna olmaqla);
•
Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli
vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
•
İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
•
Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
•
Təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına,
habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb
edilən şəxslər;
•
Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
•
Qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə
məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də («Sosial sığorta
haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi dövlət
sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla) şamil olunur.
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
8
1.4.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta bağlamaq vəzifəsi daşıyanlar
(Sığortalılar)
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 4-cü maddəsinə əsasən aşağıdakılar
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta bağlamaq vəzifəsi daşıyırlar:
•
Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə,
idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
•
Dövlət orqanları;
•
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
•
Seçkili orqanlar;
•
Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Yuxarıda göstərilən subyektlər tərəfindən icbari sığorta müqavilələrinin bağlanmamağı
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət yaradır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1 maddəsinə görə
“İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək
vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta
müqaviləsinin bağlanmamağına görə:
Fiziki şəxslər on manat miqdarında, vəzifəli şəxslər altmış manatdan səksən manatadək
miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
Eyni zamanda işəgötürən tərəfindən işçinin bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından
sığortalanmamağı onu işçinin sağlamlığına vurulan zərəri ödəmək məsuliyyətindən azad
etmir. İcbari sığortaya cəlb olunmayan işçinin sağlamlığına dəyən zərərə görə tam maddi
məsuliyyət işəgötürənin üzərinə düşür. Hətta işəgötürən işçi ilə qanunun tələblərini
pozaraq əmək müqaviləsi bağlamadıqda belə faktiki əmək münasibətlərində olan işçinin
sağlamlığına dəyən zərərə görə tam maddi məsuliyyət daşıyır.
1.5. Sığorta olunanlar və onların iqtisadi fəaliyyət növləri üzrə
kateqoriya və risk qruplarına bölünməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli
qərarı ilə təsdiq olunmuş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda
yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsünün
Qaydasına” görə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanlar istehsalatda yerinə yetirilən
əmək funksiyalarının xarakterinə görə aşağıdakı kateqoriyalara bölünürlər:
•
Fəhlələr - məhsulun (əmtəənin) istehsalı, xidmətin həyata keçirilməsi ilə,
həmçinin təmir, yüklərin daşınması, təmizlik, saxlama, mühafizə və digər belə
işlərlə birbaşa məşğul olan işçilər;
•
Qulluqçular - müvafiq olaraq rəhbərlərə, mütəxəssis və texniki icraçılara aid
işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan işçilər:
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
9
•
Rəhbərlər - müəssisə, idarə və təşkilatın və ya onun hər hansı struktur bölməsinin
rəhbəri və onun müavinləri, eləcə də baş mütəxəssislər;
•
Mütəxəssislər mühəndis-texnik, iqtisadçı, hüquqşünas, sosioloq və digər bu kimi
vəzifələr üzrə əmək funksiyaları yerinə yetirən işçilər; dövlət qulluğunda inzibati
vəzifə tutan dövlət qulluqçuları;
•
Texniki icraçılar sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirən
kargüzarlar, katibələr, tabelçilər, surətçıxaranlar, arxiv işçiləri, agentlər və digər
belə işçilər; dövlət qulluğunda yardımçı vəzifə tutan dövlət qulluqçuları.
“ İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Nazirlər
Kabinetinin 05.11.2010-cu il tarixli, 200 saylı qərarı ilə İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
tarifləri müəyyən olunmuşdur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta
olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilməklə aşağıdakı kimi müəyyən
olunur.
Dostları ilə paylaş: |