İstehsalatda bəDBƏxt hadiSƏ VƏ peşƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ


Müşahidələr aparılan müəssisələrin seçim kriteriyaları



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix28.03.2017
ölçüsü0,52 Mb.
#12764
1   2   3   4   5   6

2.2. Müşahidələr aparılan müəssisələrin seçim kriteriyaları

Müəssisələr seçilərkən aşağıdakı kriteriyalar əsas götürülmüşdür:

Müəssisələrin mülkiyyət və tabeçilik forması. 



Seçilən müəssisələrdən 50% (16 müəssisə) dövlətin tabeçiliyində olan təsərrüfat 

subyektləri (Dövlət şirkətlərinin, Səhmləri tam dövlətə məxsus açıq və ya qapalı 

səhmdar şirkətlər və s. Strukturlarına aid müəssisələr), 50% (16 müəssisə) isə özəl 

müəssisələr (Holdinqlərə, MMC-lərə aid olan müəssisələr).

Müəssisələrin  yaranma  vaxtları  (yeni  müəssisə,  əvvəllər  (1992-ci  ildən  əvvəl) 



mövcud olub mülkiyyətçisini və ya təşkilati-hüquqi formasını dəyişmiş və s.);

Müəssisənin təyinatı (istehsal, tikinti, xidmət və s.).



2.3. Müşahidələr aparılan müəssisələrdə vəziyyətin öyrənilməsı üçün 

tətbiq olıunan metodlar

İş yerlərində təhlükəsizlik texnikası qaydalarına əməl olunma norma və qaydaları 



üzrə aparılan müşahidələrə dair göstəricilər daxil edilmiş sorğu vərəqində müvafiq 

qeydlərin aparılması;

Müşahidə aparılan müəssisələrdə işləyənlərlə strukturlaşmamış intervülər;



2.4. Dövlət və ictimai nəzarətin effektivliyinin artırılmasına yönələn tədbirlər

Son illərdə iş yerlərində əməyin mühafizəsi və əmək qanunvericiliyinə əməl edilməsinə 

dövlət  nəzarətinin  keyfiyyətinin  artması  müşahidə  olunur.  Yoxlamaların  kəmiyyət 


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

33

göstəricilərinin  azalması  fonunda  keyfiyyət  göstəriciləri  artmaqdadır.  Bu  ilk  növbədə 



Dövlət əməkMüfəttişliyi Xidmətinin və müfəttişlərinin potensialının artırılmasına yönələn 

tədbirlərin  nəticəsidir.  Monitorinq  dövründə  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətində 

aparılan  intervülər,  baş  verən  dəyişikliklərə  dair  əldə  edilən  məlumatlar  bu  qənaətə 

gəlməyə əsas verir ki, dövlət nəzarəti və ictimai nəzarətin effektivliyinin artırılmasında 

əsas göstərici yoxlamaların intensivliyinin artırılması deyildir. Nəzarəti həyata keçirən 

vəzifəli  şəxslərin  bilik  və  bacarıqlarının  artırılması,  yoxlama  nəzarət  avadanlıqlarının 

müasirləşdirilməsi  effektivliyin  artırılmasında  daha  çox  rol  oynayır.  Dövlət  nəzarətini 

həyata keçirən vəzifəli şəxslərin potensialının artırılması ilə yanaşı həmkarlar ittifaqlarının 

ictimai nəzarəti həyata keçirən əmək müfəttişlərinin də bilik və bacarıqlarının artırılması 

üçün Beynəlxalq Əmək Təşkilatı tərəfindən təlimlərin təşkili müsbət rol oynamışdır.

Bununla belə yoxlamaların həyata keçirilməsində yaranan çətinliklər dövlət nəzarətinin 

effektivliyini  aşağı  salır

Belə  ki,  Azərbaycan  Respublikası  Beynəlxalq  Əmək 



Təşkilatının 81 saylı konvensiyasına tərafdar çıxmasına baxmayaraq əmək müfəttişlərinin 

səlahiyyətlərinə dair müddəalar düzgün tətbiq olunmur. Dövlət Əmək Müfəttişliyi xidməti 

iş yerlərində yoxlamaları digər dövlət orqanlarının iştirakı ilə həyata keçirir (Yoxlama 

barədə Ədliyyə Nazirliyində əvvəlcədən reyestrə daxil edilir ve müfəttişlər iş yerlərinə 

yalnız İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə daxil ola bilər).

 

2.5. İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəliklərinin dinamikası

Təəssüflə  qeyd  olunmalıdır  ki,  ölkədə  istehsalatda  başverən  bədbəxt  hadisələrin  və  peşə 

xəstəliklərinin dinamikasının sistematik və ardıcıl monitorinqləri həyata keçirilmir. Dinamikanın 

müəyyən edilməsi yalnız bədbəxt hadisələrin rəsmi olaraq qeydə alınması ilə bağlı statistika 

əsasındadır. Peşə xəstəliklərinin dinamikasının müəyyən edilməsində hətta statistikadan istifadə 

etmək  belə  mümkün  deyildir.  Yuxarıda  qeyd  olunduğu  kimi    belə  statistika  ümumiyyətlə 

sistemli şəkildə aparılmır. Mövcud rəqəmlər isə hətta aidiyyatı dövlət orqanlarında yoxdur.

Halbuki  dinamikanın  monitorinqi  həm  rəsmi  statistika,  həm  sorğu  və  müşahidələr 

əsasında aparılmalı, hazırlanan hesabat elmi cəhətdən əsaslandırılmalıdır.

Aşağıda son iki ilin eyni dövrünün rəsmi statistikasını təqdim edirik. Bu məlumat Dövlət 

Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırlanmışdır:



2.6. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqatı aparılmış istehsalatda 

baş vermiş  bədbəxt hadisələrə dair məlumat

Sıra

 N-si

İşin məzmunu

2011-ci ilin

6 ayı

2012-ci ilin

6 ayı

İstehsalatda baş vermiş bədbəxt hadisələr / Tikinti sektorunda

1.

Aparılmış təhqiqat nəticəsində istehsalatla 

əlaqəli sayılmış bədbəxt hadisələrin sayı

128/33

96/31

2.

Qrup halında baş vermiş bədbəxt hadisələr

11/2

7/4

3.

Bədbəxt hadisə nəticəsində :

-ölənlər                                        (nəfər)

53/13

28/13

-xəsarət alanlar                          (nəfər)

98/26

82/26

Müqayisə üçün həmçinin 2010-cu il üzrə göstəriciləri nəzərinizə çatdırırıq.



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

34

İqtisadi fəaliyyət növü üzrə 2010-cu il ərzində istehsalatda



baş vermiş bədbəxt hadisələr barədə

M Ə L U M A T

3

S/N


Göstəricilərin məzmunu

Cəmi

İqtisadi          fəaliyyət          növü

Sənaye

Tikinti

Nəqliyyat, rabitə

Kənd və meşə təsərrüfatı

Mənzil-kommunal xidməti

Ticarət, ictimai iaşə və təchizat

Səhiyyə, bədən tərbiyəsi, sosial 

təminat

Kr

edit, maliyyə, sığorta

Elm, təhsil, mədəniyyət,

incəsənət

Digər

1

İstehsalatda baş 



vermiş  bədbəxt 

hadisələrin sayı

239

93

65



24

6

16



9

5

0



10

11

 2



Onlardan: 

qrup halında

17

7

4



3

1

1



1

0

0



0

0

3



ölüm

(nəfər)


   69

21

31



2

2

6



2

1

0



1

3

4



Xəsarət           

(nəfər)


197

81

45



25

5

11



9

4

0



9

8

2.7. Əməyin Mühafizəsi və istehsalat risklərinin 



azaldılması sahəsində dövlət siyasəti

Əməyin mühafizəsi 4 əsas komponenti özündə birləşdirir. Bunlar:

Qanunvericilik bazası;



Əməyin mühafizəsinin idarə olunma sistemi;

Təhlükəsiz avadanlıq və texnologiya;



İşçi heyətin müvafiq sahədə  bilik və bacarıqlarının artırılması.



2.7.1. Qanunvericilik bazası

Əməyin mühafizəsi sahəsində dövlət siyasətinin əsas prinsipləri Əmək Məcəlləsinin 209-

cu maddəsində əks olunmuşdur:

Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin 

mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir:

dövlət 



hakimiyyəti 

orqanlarının, 

mülkiyyətçilərin, 

işəgötürənlərin 

 

3

Məlumat sorğu əsasında Dövlət Əmək Müfəttişliyi tərəfindən təqdim edilib.



 

HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

35

və işçilərin əmək şəraitinin  və əməyin  mühafizəsinin  yaxşılaşdırılmasına, 



istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının 

alınmasına yönəldilmiş fəaliyyət birliyi;

işçinin  həyatının  və sağlamlığının  müəssisənin  istehsal  fəaliyyətinin 



nəticələrindən üstün tutulması;

əməyin 



mühafizəsi 

sahəsində fəaliyyətin 

iqtisadi 

və sosial 

siyasətin  digər  istiqamətləri  ilə,  habelə ətraf  mühitin  mühafizəsi 

sahəsində fəaliyyətlə əlaqələndirilməsi;

mülkiyyət 



və təşkilati-hüquqi 

formasından 

asılı olmayaraq 

bütün 


müəssisələr üçün əməyin  mühafizəsi  sahəsində vahid  tələblərin  müəyyən 

edilməsi;

əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil 



və səmərəli nəzarətin həyata keçirilməsi;

əməyin  mühafizəsi  sahəsində ümumbəşəri  elmi-texniki  tərəqqidən,  qabaqcıl 



təcrübədən geniş istifadə edən, habelə təhlükəsiz texnikasının və texnologiyanın 

səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq 

qaydada və vəsaitlərlə həvəsləndirilməsi;

müəssisələrdə əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş vergi 



siyasətinin aparılması;

əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;



əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi;

işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-



profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi;

təhsil  və  əlavə  təhsil  müəssisələrində  əməyin  mühafizəsi  üzrə  mütəxəssislərin 



hazırlanması və əlavə təhsili;

istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota 



alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin 

və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;

istehsalatda 



bədbəxt 

hadisələrdən 

zərərçəkmiş və ya 

peşə xəstəliklərinə tutulmuş işçilərin  mənafelərinin  sosial,  maddi  və mənəvi 

müdafiəsi;

həmkarlar ittifaqlarının, müəssisələrin və  ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin 



mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;

əməyin 



mühafizəsi 

sahəsində beynəlxalq əməkdaşlıq 

münasibətlərinin 

genişləndirilməsi.

Əməyin mühafizəsi sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

həyata  keçirilir. Azərbaycan  Respublikasında  bu  funksiyanı  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi Nazirliyi həyata keçirir. Əmək Məcəlləsi ilə Müvafiq icra hakimiyyəti orqanının 

üzərinə qoyulan əsas vəzifələr aşağıdakılardır:

əməyin  mühafizəsi  sahəsində vahid  dövlət  siyasətini  hazırlayır  və həyata 



keçirir, əmək şəraitini  yaxşılaşdırmaq  və əməyin  mühafizəsini  təmin 

etmək  sahəsində müvafiq  icra  hakimiyyəti  orqanlarının,  işəgötürənlərin 

vəzifələrini  müəyyənləşdirir,  sağlam  və təhlükəsiz əmək şəraitini  təmin  etmək 

sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir;



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

36



həmkarlar 

ittifaqları və işəgötürənlərin 

nümayəndəli 

orqanları ilə məsləhətləşməklə əmək şəraitinin 

və əməyin 

mühafizəsinin 

yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil 

və təmin edir;

əməyin  mühafizəsi  vasitələrinin  istehsalı barəsində müəssisələrə dövlət 



sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr 

yaradılmasına dair qərarlar qəbul edir;

əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir,müəyyən 



edilmiş qaydada  təsdiq  olunmuş milli  proqramları həyata  keçirir,  bu  işlərin 

maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir;

əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir;



əməyin  mühafizəsi üzrə respublikada  vahid  dövlət  statistika  hesabatının 

aparılması qaydasını müəyyən edir.

Azərbaycan Rеspublikası Kоnstitusiyasının 35-ci maddəsinin  6-cı bəndinə əsasən «hər 

kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək» hüququ vardır.

Əmək Məcəlləsinin 9-cu bölməsi bütövlükdə Əməyin mühafizəsi nоrmaları, qaydaları, 

prinsipləri, əməyin mühafizəsinin hüquqi, təşkilati-tехniki, maliyyə təminatları, işçinin 

əməyinin mühafizəsi hüququnu həyata kеçirməsi üçün təminatlar, əməyin mühafizəsi ilə 

bağlı işəgötürənlərin məsuliyyəti ilə bağlı müddəaları  əks еtdirir.

Əmək Məcəlləsinin Əməyin mühafizəsinə aid bölməsində əks оlunan müdəaların tətbiqi 

məqsədi ilə Nazirlər Kabinеti və müvafiq icra hakimiyyəti оrqanları tərəfindən çохsaylı 

qərarlar, qaydalar qəbul оlunmuşdur. Azərbaycan Rеspublikasının tərəfdar çıхdığı BƏT 

kоnvеnsiyaları içərisində əməyin və sağlamlığın mühafizəsinə birbaşa və dоlayısı ilə aid 

оlan kоnvеnsiyalar üstünlük təşkil еdir. Bununla bеlə qеyd оlunmalıdır ki, Azərbaycan 

Avrоpa Sоsial Хartiyasının 2 və 3-cü maddələrinə tərəfdar çıхmamışdır

Bütövlükdə götürüldükdə Məcəllənin 9-cu bölməsində bеynəlхalq əmək standartlarına 

zidd оlan hеç bir müddəa yохdur. Bununla bеlə bölmə bəsit və mехanizmləri kоnkrеt 

оlmayan    müddəalarla  yüklənmişdir.  Çохsaylı  hökumət  qərarları  və  qaydaları  da  bu 

bоşluqları dоldurmaq imkanında dеyildir. Məsələn, Nazirlər Kabinеtinin 06. 03. 2004- 

cü  il  tariхli   38  nömrəli  Qərarı  ilə  «İş yеrlərinin attеstasiyası»  qaydaları təsdiq 

оlunmuşdur. Lakin bu qaydaların praktikada tətbiq оlunması оlduqca qüsurludur. Nəticədə 

istеhsalatda bədbəхt hadisələrin və pеşə хəstəliklərinin dinamikası artmaqdadır.

Məcəllədə və müvafiq nоrmativ-hüquqi aktlarda оlan bоşluqlar və çatışmamazlıqlar  iş 

yеrlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün  kifayət dеyildir.

Əsas istеhsal fоndlarının fiziki və mənəvi baхımdan aşınması, istеhsalatda qəzaların baş 

vеrməsi,  zəhərli  və  оrqanizm  üçün  zərərli  оlan  istеhsal  sahələrində  zəruri  prоfilaktik 

tədbirlərin  görülməməsi,  bir  sözlə  zəruri  iş  şəraitinin  yaradılmamasının  və  tехniki 

təhlükəsizlik  qaydalarının  düzgün  tətbiq  оlunmamasının  nəticəsi  оlaraq    iş  yеrlərində 

tехniki təhlükəsizlik və sanitar-gigiyеnik nоrmaların ciddi surətdə pоzulmasına gətirib 

çıхarır.


Məcəllədə dövlət оrqanlarının üzərinə qоyulan vəzifələr abstraktdır və kоnkrеt dеyildir.

İstеhsalat qəzası və yaхud pеşə хəstəliyi nəticəsində sağlamlığı pоzulmuş işçiyə və ya bu 

səbəbdən həlak оlmuş işçinin ailə üzvlərinə ödənclərin vеrilməsi qaydalarının, şərtlərinin 

və məbləğinin müəyyən оlunmasına dair Nazirlər Kabinеtinin 09 yanvar 2003-cü il tariхli 

qərarı isə işçilərin sağlamlığına dəyən zərərin ədalətli şəkildə kоmpеnsasiya оlunmasına 

şərait yaratmır.



HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

37

Ümumiyyətlə Əmək Məcəlləsi də daхil оlmaqla ölkədə əməyin mühafizəsi məsələlərini 



nizamlayan nоrmativ-hüquqi aktların bоlluğuna baхmayaraq bu nоrmaların əksəriyyəti  

köhnəlmişdir  və  zamanın,  müasir  iqtisadi  sistеmin  tələblərinə  cavab  vеrmir.  Dövlət 

müasir istеhsal prоsеslərində baş vеrən sürətli dəyişikliklər fоnunda əməyin mühafizəsi 

sahəsində  nоrma yaradıcılığında kəmiyyət və kеyfiyyət göstəricilərinə görə хеyli gеridə 

qalır.

Qanunvеricilik işçiyə оnun sağlığına təhlükə yaradan işdən imtina еtməyə hüquq vеrsədə 



praktikada işçinin bеlə işdən imtinası оnun iş yеrini itirməsi ilə nəticələnir və bеlə оlan 

halda  işçinin  hüquqlarının  bərpası  üçün  kоnkrеt  mехanizmlər  yохdur.  Hətta  ədalətli 

məhkəmə araşdırması şəraitində bеlə işçinin və ya оnun müdafiəsini həyata kеçirən şəхsin 

baş vеrmiş halda işçinin sağlamlığına təhlükənin mövcud оlmasını sübut еtməsi mümkun 

оlmur. Bеləliklə, burada hüququn təmin оlunması üçün kоnkrеt mехanizm yохdur.

Əmək  Məcəlləsində  və  digər  Nоrmativ  aktlarda  əməyin  mühafizəsi  qaydalarına 

əməl  оlunmasına  dövlət  nəzarəti  sistеmi  müəyyən  оlunur.  Lakin,    əməyin  mühafizəsi 

qaydalarına nəzarət еdən dövlət оrqanının  nəzarət mехanizmləri zəifdir. Еyni zamanda 

iş yеrlərində lüzumsuz yохlamaların qarşısının alınması istiqamətində həyata kеçirilən 

tədbirlər,  о  cümlədən  bununla  bağlı  qəbul  оlunmuş  qərarlar  müfəttişliyin  оnsuz  da 

məhdud оlan nəzarət işini bir qədər də zəiflədir. 

Ölkədə qеyri-lеqal iş yеrlərinin və qеydiyyatsız işçilərin mövcudluğu, həmçinin əməyin 

mühafizəsinə dair qanunvеricilikdə müfəttişliyin  mülki-hüquqi müqavilələrlə fəaliyyət 

göstərən iş yеrlərinə dеmək оlar ki, nəzarət еtmək hüququnun оlmaması bu nəzarəti daha 

da еffеktsiz еdir.

Sanitariya-epidemioloji  salamatlıq  haqqında  Azərbaycan  Respublikası  Qanununun 

tələblərinə  müvafiq  olaraq  iş  yerlərində  peşə  xəstəliklərinin  qarşısının  alınmasına 

nəzarəti dövlət sanitariya nəzarəti orqanları həyata keçirir. Bu nəzarətin təmin olunması 

ilə bağlı normativ hüquqi bazanın olmasına baxmayaraq, onların tətbiqi praktikasında 

ciddi problemlər vardır. 

2.7.2. Əməyin Mühafizəsinin idarə olunma sistemi

Əməyin mühafizəsi sisteminin idarə olunması sahəsində əvvəllərdə mövcüd olan sistem 

daha  çox  baş  verən  hadisələrin  qeydə  alınması  və  kompensasiya  sisteminin  təşkilinə 

yönəlmişdir.  İstehsalatda  baş  verən  bədbəxt  hadisə  və  peşə  xəstəliklərinin  qarşısının 

alınması  və  profilaktikası  sahəsində  uzun  müddət  ciddi  işlər  həyata  keçirilməmişdir. 

İş  yerlərində  əməyin  mühafizəsi  xidmətlərinin  fəaliyyəti  zəifləmiş,  yeni  yaranan 

müəssisələrin bir çoxunda ümumiyyətlə belə xidmətlər nəzərdə tutulmamışdır.

Son illərdə istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına yönələn bir sıra tədbirlər 

həyata keçirilməkdədir. Bu yalniz iş yerlərində yoxlamaların aparılması ilə kifayətlənmir, 

həmçinin  nəzarəti  həyata  keçirən  vəzifəli  şəxslərin-əmək  müfəttişlərini  potensialının 

artırılmasına və texniki təchizatın müasir standartlar əsasında təşkilidir.

Bununla  belə  istehsalatda  peşə  xəstəliklərinin  qarşısının  alınmasına  yönələn  tədbirlər 

qənaətbəxş deyildir. Səhiyyə Nazirliyinin cavabdeh müvafiq qurumları iş yerlərində insan 

sağlamlığına zərər vuran  Fiziki, Kimyəvi, Bioloji və Psixofizioloji faktorların müəyyən 

edilməsi və profilaktikası sahəsində hər hansı ciddi işlər həyata keçirmir. Ümümiyyətlə 


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

38

əməyin  mühafizəsi  sahəsində  dövlət  nəzarətinin    vahid    təsisatda  olmamasının  mənfi 



fəsadları  vardır.  Hazırda  Dövlət  Əmək  Müfəttişliyi  Xidməti  müfəttişləri  iş  yerlərində 

sağlamlığa  zərər  vuran  faktorları  müəyyən  etmək  üçün  müasir  avadanlıqlarla  təchiz 

olunmuşdur.  Bununla  belə  səhiyyə  orqanları  ilə  koordinasiyanın  olması  və  səhiyyə 

təsisatlarının  peşə  xəstəliklərinin  qarşısının  alınmasına  yönələn  fəalyyətinin  yox 

dərəcəsində olması istehsalat risklərini artırır. Müasir dünya praktikasında həm texniki 

təhlükəsizlik, həm də peşə xəstəlikləri hallarının profilaktikası və qeydə alınması vahid 

strukur tərəfindən həyata keçirilir ki, bu da əmək müfəttişliyi xidmətləridir.

İstehsal sahələrində risklərin azaldılması sahəsində dövlət siyasəti nəzarət və preventiv 

tədbirlərinin vahid və ixtisaslaşmış qurumda cəmləşməsinə yönəlməlidir.

2.7.3. Təhlükəsiz avadanlıq və texnologiya

Əməyin  mühafizəsi  sahəsində  dövlət  tərəfindən  müəyyən  olunmuş  prinsiplərdən  biri 

  “

əməyin  mühafizəsi  sahəsində ümumbəşəri  elmi-texniki  tərəqqidən,  qabaqcıl  təcrübədən 

geniş istifadə edən, habelə təhlükəsiz texnikasının və texnologiyanın səmərəli mühafizə vasitələrini 

hazırlayan  və tətbiq  edən  işəgötürənlərin  müvafiq  qaydada  və vəsaitlərlə həvəsləndirilməsi” 

prinsipidir

Əmək  Məcəlləsinin  215-ci  maddəsinə  görə    “Müəssisənin  mülkiyyətçisi 

və işəgötürəni  işçilərin  iş yerlərində əməyin  mühafizəsi  normalarının  və qaydalarının 

yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər”.  Bu  baxımdan  təhlükəsizlik  texnikası 

qaydalarının  təmin  olunması  üçün  istehsal  prosesində  tətbiq  olunan  avadanlıq  və 

qurğuların müasir təhlükəsizlik standartlarına uyğun olması vacib şərtdir. Müasir texnoloji 

tələblərə cavab verən avadanlıq və qurğulardan istifadə əlavə xərclər tələb etdiyi üçün 

bir sıra hallarda fiziki və mənəvi aşınmış avadanlıqların istismarı davam etdirilir ki, bu 

da  istehsalat  risklərini  dəfələrlə  artırır.  Monitorinq  çərçivəsində  daş  karxanalarındakı 

vəziyyətə dair əldə edilən informasiyaların təhlili nəticəsində müəyyən edilir ki, isifadə 

olunan  avadanlıqların  heç  biri  təhlükəsizilik  qaydaları  standartlarına  uyğun  deyildir. 

Avadanlıqların, xüsusən də daş kəsən mişarların istismar müddəti çoxdan başa çatmışdır. 

Daş  karxanalarında  işləyənlərin  peşə  xəstəliyinin  qarşısının  alınması  üçün  hər  hansı 

vasitələrdən istifadə olunmur. İşçilərə nəfəs orqanlarına zərərli tozların daxil olmasının 

qarşısını alan qaz-toz resperatorları verilmir. İşçilərin bir qismi nəfəs orqanlarını qorumaq 

üçün ağız və burunlarına çit və ya tənziflə bağlayırlar. Əksəriyyət isə ümumiyyətlə hətta 

primitiv qoruyuculardan belə istifadə etmir.

Ümümiyyətlə mənəvi və fiziki baxımdan aşınmış avadanlıq və texniki vasitələrdən istifadənin 

geniş yayıldığı sahələrdən biri də mədən sənayesidir. Filiz hasilatı sahəsində də istifadə olunan 

bir çox avadanlıqlar təhlükəsizlik standartlarına çavab vermir.

32 müəssisədə həyata keçirilən müşahidələr onu göstərir ki, müəssisələrdə, xüsusən də tikinti 

sahələrində istifadə olunan avadanlıq və qurğuları istismar etmək həm istehsalat zədələnməsi, 

həm də peşə xəstəliklərinin yaranma riskini artırır.

Məsələn, tikinti sahələrində istifadə olunan qaynaq aparatlarının demək olar ki, hamısı böyük 

təhlükə mənbəyidir. 

2.7.4. İşçi heyətin müvafiq sahədə  bilik və bacarıqlarının artırılması.

Mülkiyyət  fоrmаsındаn  və  təsərrüfаt  fəаliyyətindən  аsılı  оlmа yаrаq  Аzərbаycаn 

Rеspublikаsının ərаzisində yеrləşən bü tün müəssisə müdriyyətinin əsаs vəzifələrindən 

biri də fəhlələ rə, qulluqçulаrа və mühəndis-tехniki işçilərə bilаvаsitə iş yеr lərin də, yахud 

хüsusi  kurslаrdа  təhlükəsiz  iş  üsullаrının  öyrə dil məsini  təmin  еtməkdir.  Bunun  üçün  


HESABAT

İSTEHSALATDA  BƏDBƏXT    HADİSƏ  VƏ  PEŞƏ  XƏSTƏLİKLƏRİ  NƏTİCƏSİNDƏ 

PEŞƏ  ƏMƏK  QABİLİYYƏTİNİN  İTİRİLMƏSİ  HALLARINDAN  İCBARİ  SIĞORTA

39

müəssisə müdriyyəti tərəfindən аşаğıdаkı işlər həyаtа kеçirilməlidir:



- Əmək təhlükəsizliyi üzrə təlimаtlаrın işlənilib hаzırlаn mа sı və təsdiq еdilməsi;

- Təlimаtlаrın prоqrаmlаrının işlənilib hаzırlаnmаsı və təsdiq еdilməsi;       

-  Fəhlələri  öyrətmək  üçün  bütün  mühəndis  –  tехniki  işçi lə  rin  lаzım  оlаn  təlimаtlаrlа, 

prоqrаmlаrlа və digər öyrədici vа si tələrlə təmin еdilməsi. 

Fəhlə  və  qulluqçulаrlа  kеçirilən   təlimаtlаr  öz  хаssələrinə  görə  giriş    iş  yеrində 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin