4(60)2017
48
ORTA MƏKTƏB IX SİNİF KİMYA KURSUNDA ŞAGİRDLƏRİN
XLORİD TURŞUSU İSTEHSALATI İLƏ TANIŞ EDİLMƏSI İMKANLARI
VƏ YOLLARI
M.S.Nuriyeva, A.Z. Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məqalədə məqsəd şagirdlərə qeyri-üzvi maddələrin istehsalatı ilə bağlı
bilikləri
daha
dərindən
mənimsətmək,
kimya
istehsalatına
maraq
yaratmaq,şagirdlərin bu mövzuda qazandıqları bilik və bacarıqları məharətlə
təcrübəyə tətbiq etmələrinə nail olmaqdır. Qeyri-üzvi maddələrin istehsalatının
öyrədilməsi prosesinin sistemləşdirilmiş qruplar üzrə şagirdlərə mənimsədilməsi
qeyd edilmişdir. Şagirdlərin xlorid turşusu istehsalatının texnoloji prosesləri və
texnoloji sxemləri ilə əyani şəkildə tanış edilməsi, həmçinin bu mövzuda Orta
Təhsil Müəssisələrində kimya fənnindən sinifdənxaric dərslərinin təşkili zamanı
müəyyən zavod və fabriklərə ekskursiyaların təşkil olunması istiqamətində
müəyyən tədbirlərin həyata keçirilməsi ön plana çəkilmişdir
İstehsalat xarakterli mövzuların tədrisində məlum olan anlayışlarla yeni
anlayışları əlaqələndirərək şagirdlərdə kimya istehsalatının ümumi anlayışlar
sistemi haqqında təsəvvürlər inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, hazırki
dövrdə digər ölkələrlə yanaşı kimya respublikası adlanan Azərbaycanda da kimya
elmi sürətlə inkişaf edərək son dərəcə yüksək nailiyyətlər əldə etmişdir. Kimya
elmi və onun nailiyyətlərinin istehsalata tətbiqi nəticəsində yaradılan kimya
sənayesinin inkişafı məktəblərdə bir dərs predmeti kimi öyrədilir ki, bu da kimya
istehsalatının müasir dövrümüzdə daha da təkmilləşdirilməsinə şərait yaradır.
Hər bir maddənin istehsalına aid kimya dərsi təxminən aşağıdakı plan üzrə
aparıla bilər:[1]
a) maddənin xassəsinin qısa təkrarı
b) maddənin mühüm birləşmələri
c) bu birləşmələrdən elementin çıxarılması
d) maddəni istehsal etmək üçün laborator qurğusu
e) maddənin laboratoriyada istehsalı
f) maddənin sənayedə alınması
g) maddələrin tətbiqi (yalnız proqram çərçivəsində tanış edilir).
Biz şagirdlərə istehsalatla bağlı mövzuları tədris etdiyimiz zaman təkcə
sintetik vasitələrin deyil, təbii proseslərin də kimyanın məhsulu olduğunu qeyd
etməli, bu istiqamətdə şagirdlərin maraq və meylinin artırılması məqsədilə
istehsalat prosesini gündəlik həyatla əlaqələndirməli, bu mövzuyla bağlı müəyyən
tədbirlər həyata keçirməliyik. Bununla əlaqədar olaraq ali məktəblər orta
Kimya məktəbdə
49
ümumtəhsil məktəbləri ilə əməkdaşlıq etməli, onları hamiliyə götürməli və bu
istiqamətdə məktəb müəssisəsində şagirdlərin peşə tərbiyəsini həyata keçirən
birliklər yaradılmalıdır. Çünki, istehsalat xarakterli mövzuların tədrisi zamanı
şagirdlərin hadisələri xüsusilə təcrübi yol ilə izləmələri və çıxara bildikləri
nəticələrin elmi uzaqgörənliyinin fəaliyyət prosesində idraka təsirindən
formalaşdırılan mühakimələrin dərinləşdirliməsi istehsalat xarakterli mövzuların
dəyər və elmiliyinin şagirdlər tərəfindən yüksək səviyyədə mənimsənilməsinə
xidmət edir. [2] Qeyd etdiyimiz prosesin əsasını məhz kimya dərslərində vacib
əməliyyatlardan biri olan müşahidə təşkil edir. Orta təhsil müəssisələrinin kimya
fənnindən sinifdənxaric dərslərinin təşkili zamanı müəyyən zavod və fabriklərə
ekskursiyaların təşkil olunması, şagirdlərin istehsalatın texnoloji prosesləri ilə
əyani olaraq tanış edilməsinə geniş imkanlar yaradır. Bu zaman şagirdlərə əyani
şəkildə göstərilir ki, reaksiyaya daxil olan maddələrin qarışdırılma üsulundan asılı
olaraq kimya istehsalatında texnoloji proseslər 3 qrupa bölünür:[5]
1) Düz axınlı proseslər – Bu zaman reaksiyaya daxil olan maddələr bir
istiqamətdə hərəkət edir
2) Əks axınlı proseslər – Reaksiyaya daxil olan maddələr bir-birinin əksinə
hərəkət edir.
3) Çarpaz axınlı proseslər – Maddələrdən biri digərinə nəzərən müəyyən
bucaq altında hərəkət edir.
Artıq burada lazımi zavodlara təşkil etdiyimiz ekskursiyalar nəticəsində
şagirdlərdə əks axınlı proseslərin kimya sənayesinin müasir texnoloji
sistemlərində geniş istifadəsi haqqında müəyyən səviyyədə təsəvvürlər
formalaşmış olur. Çünki, müşahidə nəticəsində aydın olur ki, düz axınlı ilə
müqayisədə əks axınlı proseslərdə hazır məhsulun çıxımı daha çox olur. Məsələn,
xlorid turşusunun istehsalı,sulfat turşusunun nitroz üsulu ilə istehsalı əks axınlı
proses üzrə həyata keçirilir.
Şagirdlərin kimya istehsalatı ilə tanış edilməsinin ümumi prinsipləri
aşağıdakılardır [1]:
Nümayiş təcrübələrini zavod qurğularındakı üsula yaxınlaşdırırlar:
Hər hansı maddəni: məsələn, duzu istehsal edərkən əvvəla praktiki həyatda
böyük əhəmiyyətə malik olan duzun şagirdlər tərəfindən proqram
çərçivəsində istehsalına nail olurlar və onların necə və hansı normada istifadə
edildiyini də öyrənirlər.
İstehsalatla bağlı mövzuların tədrisində müəllimin qarşısında duran başlıca
vəzifə:Dərs zamanı keçirilən mövzuları bilavasitə praktikayla əlaqələndirmək,
laboratoriyada sınaq şüşələrində, kimya stəkanlarında və ya kolbalarda kiçik
miqyasda nümayiş etdirilən təcrübələrin kimya istehsalatında geniş miqyasda
tətbiq olunduğunu şagirdlərə başa salmaq, laborator şəraitində istehsal edilən və
xassələri öyrənilən hər hansı elementin və ya maddənin həyatda, istehsalatda və