4(60)2017
50
kənd təsərrüfatında tətbiqi yollarını öyrətməkdən ibarətdir. Duzların istehsalını
şagirdlərə tədris etdikdə qeyd edilməlidir ki, “İnsan bədənində olan duz- su
ehtiyatlarının saxlanılmasını və çürümə bakteriyalarının aktivləşməsinin qarşısını
alır”. Duzun insan orqanizmində əhəmiyyəti ilə bağlı belə bir maraqlı fakta toxuna
bilərik: “Hollandiyada bir vaxtlar cəza vasitəsi kimi məhbusları ancaq duzsuz
çörək və su ilə qidalandırıblar”. Bu cür misallar üzərində aparılan dərs şagirdlərdə
dərsin gedişi zamanı gümrah əhval-ruhiyyə yaratmaqla yanaşı,dərsin keyfiyyətini
yaxşılaşdırır.
Hər bir kimya müəllimi qeyri-üzvi maddələrin istehsalatının öyrədilməsi
prosesini aşağıda göstərilən qruplar üzrə şagirdlərə mənimsətməlidir: [3]
Əsas qeyri-üzvi sintez: turşuların,qələvilərin,duzların və mineral məhsulların
sintezi;
Zərif qeyri-üzvi sintez: qeyri-üzvi preparatların, reaktivlərin, dərman
maddələrin sintezi
Metallurgiya: qara və əlvan metallurgiya
Silikat sənayesi: yapışdırıcı materialların,keramika məmulatlarının,şüşə
istehsalı.
Kimyadan sinifdənxaric dərslərin təşkili zamanı xlorid turşusunun
istehsalını tədris etdikdə mövzunu daha maraqlı qaydada şagirdlərə aşılamaq
məqsədilə başlıca olaraq digər fənlərə inteqrasiya yaradarıq: Məsələn, biologiya
fənninə sərbəst inteqrasiya ederək xlorid turşusu haqqında şagirdlərə ümumi
məlumat verir və qeyd edirik ki, “Qəribə səslənsədə HCl canlıların çoxunun
mədəsində vardır və onun mədədəki funksiyası həzm etməkdə oynadığı roldur,
əgər mədədəki turşunun pH-ı 1 dən aşağı və ya turşunun pH-ı 2 dən çoxdursa
mədədə problemlərin yaranması qaçılmaz olacaqdır. Daha sonra şagirlərə
çardırılmalıdır ki, “Dərilərdə yanıqlara səbəb ola biləcəyindən laboratoriyada
işləyərkən belə əlcəklərdən istifadə edilməlidir. Hər hansı təbəqəyə tətbiq
edildikdən sonra bir müddət gözlənilməli və daha sonra bol miqdarda su ilə
yuyulmalıdır. Həmçinin gözlərə qarşı allergik xüsusiyyətləri vardır. Günümüzdə
plastik sənayedən qida sektoruna qədər bir çox sahələrdə tətbiq edilir. Xlorid
turşusunun sənaye əhəmiyyətini bu cür qeyd edirik ki, “HCl dəmir məmulatlarının
səthinin dəmir oksidlərindən təmizlənməsini təmin edir. Daha sadə şəkildə ifadə
etsək, HCl oksid təbəqəsini yuyur, çünki oksid təbəqəsi olan yerdə dəmir
yapışmır, xlorid turşusu ilə təmizlənir sonra yapışdırılır. Qeyd edilir ki, hidrogen-
xlor qazının suda məhluluna xlorid turşusu və ya duz turşusu deyilir. Bununla
əlaqədar olaraq əvvəlcə hidrogen-xlor qazının laboratoriya şəraitində istehsalı ilə
şagirdləri tanış edirik. Biz bunu həm nümayiş, həm laboratoriya təcrubələri,
həmdə ki, praktiki məşğələlər əsasında şagirdlərə aşılayırıq. İlk öncə biz nümayiş
təcrübələri əsasında şagirdlərə hidrogen-xloridin alınmasını izah edirik. Qeyd
etməliyik ki, nümayiş təcrübələrinin keçirilməsində fəal şagirdləridə təcrübələrin
Kimya məktəbdə
51
gedişinə müdaxilə etmələrinə şərait yaradırıq və xlorid turşusunun alınmasını
aşağıdakı üsulla həyata keçiririk. Nəzəri cəhətdən qeyd edirik ki, turşuların
alınmasında ən çox istifadə edilən üsul duzların turşularla qarşılıqlı təsiridir.
Turşuların bu üsulla alınması zamanı götürülən başlanğıc duz kifayət qədər həll
olan, götürülən turşu isə daha qüvvətli və az uçucu olmalıdır.[4] Bu zaman
şagirdlərin “daha qüvvətli və az uçucu olan turşular” haqqında fikirlərini öyrənirik
və şagirdlərlə birlikdə müəyyənləşdiririk ki,sulfat turşusu daha qüvvətli və az
uçucudur. Ona görə də başqa turşuların alınmasında adətən ondan istifadə edilir.
Dostları ilə paylaş: |